Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

***

Elə bil hardasa

Ahəstə ağlaşırlar

Cırcıramalar...

Ruhumda mənim

O cürə kədər var.

***

Ah, necə qəmlisiniz siz,



Ey cansız qumlar!

Ovcumdan qaçaraq

Astadan pıçıldaşaraq

Axırsız barmaqlarımın arasından...

***

Yüz dəfə


Sahilin qumlarına

"Böyüklük" heroqlifini yazdım

Və ölüm fikrini başımdan atıb

Yenidən evə döndüm.

***

Qumlu təpədə



Uzandım uzun zaman

Üzüm üstə,

Uzaq ağrısını xatırlayaraq

İlk məhəbbətin.

***

Göz yaşları, göz yaşları...



Sizdə nə möcüzə vardır!

Göz yaşıyla yuyulan

Qəlb

Yenə sevincə hazırdı.



***

Ey vətən göyləri,

Sən nə uzaqsan!

Tək‐tənha

Әn uca dama qalxdım

Və  kədərlə endim aşağı.

***

Uzun bir 



Öpüşlə

Ayrıldıq biz.

Bayırda geçə yarıdır,

Dan yeri işıqlanır.

***

Payız səması



Bu başdan o başa bomboş...

Kölgə də görünmür heç.

Sən necə tənhasan, səma!

Kaş bir qarğa uçaydı!

***

Şimal sahilində



Dəniz qoxulu küləklər

Dəstələnib uçan yerdə

Sən yenə gül açdınmı bu il,

Həmərsin kolu?!

***

Yerlə göyün arasını



Doldurub daşır

Ay işığıyla, 

Kədərim, 

Bu payız gecəsi. 

***

«Demək, daha siz



Yaşamaq istəmirsiz?!» ‐

Soruşdu ciddi həkim.

Susdu, ona

Cavab vermədi qəlbim.

***

Yad ellərdə



Dağlar oğlu necə ki 

Xatırlar öz dağlarını,

Eləcə qəmli‐qəmli

Düşünürəm səni...



Aylıq ədəbiyyat dərgisi

18

ULDUZ /

Dekabr 2015

Tərcümə:

Sultan Mərzili



O

nu ilk dəfə görəndə çox gənc

idim. O da gənc idi, bəlkə də,

həmyaşıd olardıq.  Masmavi

gözləri vardı, boyun‐boğazına, üz‐gözünə

kortəbii dağılmış saçları qızılı rəngə çalırdı.

O qədər gözəl idi ki, xəyalən saçlarına, üz‐

gözünə, üst‐başına əl gəzdirib, sığal verəndən

sonra qarşımda qənirsiz gözəl bir cuvanəzən

dayanırdı. Qızlığı ilə gəlinliyini ayırd etmək

çox çətindi, ağappaq baldırları, yarıaçıq sinəsi,

çılpaq bədənə geyindiyi nimdaş don, əslində,

çox şey deyirdi… həm də bunlar hamısı hələ

heç nə demək deyildi... 

Həmyaşıdımın adamı valeh edən

gözəlliyinə qibtə edir, ağılsızlığına yanırdım.

O gözəllik ki küçələrdə onun düşməninə,

qatilinə çevriləcək, İlhai, onu bu bədbəxtə

niyə verirdin? ‐ deyə öz aləmimdə Tanrıya

sual edirdim. 

90‐cı illərin ortalarında Bakıda metro

stansiyalarda tez‐tez Azərbaycanın himnini

oxuyub oynaya‐oynaya qatardan‐qatara keçən

bu gənc qadın uzun müddət fikirlərimə

hakim kəsildi. Hər gün metroya düşəndə

gözüm onu axtarırdı, heç nə, sadəcə ona

baxıb, taleyi, həyatı, gözəlliyi haqqında özüm

üçün nağıllar uydurmaq mənə maraqlı idi.

Və uzun illər keçəndən sonra bu marağımın

niyə ona yaxınlaşıb söhbət edəcək qədər

olmadığı üçün özümü qınayacam. Sonsuz

kədər hopmuş mavi gözləri gözlərim önündən

çəkilməyəcək, hər yerdə, hər vaxt onu

axtaracam, bəlkə, bir gün qarşıma çıxar ‐

deyə ümid eləyəcəm. 

Qadının perronda qol qaldırıb oynamağına

yığışıb baxırlar, əl çalır, gülür, ələ salır, bir

az da havalandırırdılar. Hərdən düşünürəm

ki, indiki yaşımda‐başımda olsaydım,

yaxınlaşıb onun qolundan tutub çəkərdim

kənara, belə eləmə, deyərdim, dərdi ilə

maraqlanardım, qayğı göstərərdim. Bəlkə,

heç dəli deyildi, özünü dəliliyə vurmuşdu,

belə yaşamaq ona daha rahat idi bu “dəli”

cəmiyyətdə?..

Eh, nə bilim, indi də o qədər küçələrə

düşən, küçələrə düşmə ərəfəsində olan,

içindən hayqıran kəslər var ki ətrafda, onlar

üçün neyniyə bilirəm ki, baxıb köks

ötürməkdən qeyri…

Və bir gün təsadüfən mənə belə bir

hekayət, həyat hekayəti danışdılar. 

19

ULDUZ /

Dekabr 2015



NӘSR

HİMNƏ


OYNAYAN

GƏLİN


Ramilə QURBANLI


Hekayət elə‐beləcə də başlayırdı:

yadınızdadır, 90‐cı illərdə metroda himnə

oynayan bir qadın vardı… 

…Onu hospitala gətirəndə hələ nəfəs

alırdı.  Lay divar kimi oğlandan qalan gəlib‐

gedən zəif nəfəs idi, o da hospitalın qapısından

xərəkdə içəri keçər‐keçməz dayandı. Bütün

vücudunda tanınılası bir yeri qalmamışdı,

param‐parça idi insan övladı. Sifəti heç

görünəsi halda deyildi, onu daşıyanların da

fikrindən “bunun yaşamağındansa, ölməyi

yaxşıdır” – deyə ağrılı bir fikir keçmişdi.

İllərin həsrətindən sonra sevgilisinin

vüsalına qovuşmuşdu. Döyüşlər başlayandan

cəbhəyə gəldiyi üçün qız onu çox gözlədi.

Hər dəfə bir‐iki saatlıq komandirdən icazə

alıb, görüşünə gedəndə, qız gözlərinin yaşını

sel kimi axıdırdı: “Anam deyir, adam nə

qədər nişanlı qalar, camaatın üzünə baxa

bilmirəm”.

Axır ki, toy günü təyin olundu. Döyüşlərin

ortasından çıxıb, bəy masasına oturmalı oldu

oğlan. Toydan sonra cəmi üç gün evdə qala

bildi, dördüncü gün silahını götürüb, döyüş

yoldaşlarının yanına tələsdi, onlar orda

döyüşürkən yumşaq yorğan‐döşəkdə

xumarlanmağı özünə haram bildi.

Bu gün, yəni tanınmaz hala düşmüş

meyidi meyitxanaya düşən gün toylarından

20 gün keçirdi. Hospitalın qarşısında əlixınalı

gəlin fəryad qoparmışdı. Kimsə ona ərinin

şəhid olmasını çatdırmışdı: “Verin, aparım”

– deyə qışqırırdı. Elə bil ətrafda hər kəs onun

nakam, vüsalının yalnız dadına baxmağa

macal tapdığı sevgisinin düşməni idi. 

Şəhidi ona vermirdilər. Tabut hazırlanmalı,

meyidi qoyub, tabutu mismarlamalı, üstündə

də bir‐neçə əsgərlə ailəsinə təhvil verilməlidir

ki, açmağa qoymasınlar, ailə əzizini bu halda

görməsin.   

Gəlinin qışqırığı birdən‐birə azaldı, kəsildi

və həzin‐həzin musiqiyə çevrildi. Oxuyurdu,

əllərini açıb havaya Azərbaycanın himnini

əvvəlcə həzin, sonra bütün səsi ilə ifa edirdi,

təntənəli, pafoslu. Hərdən nəfəsi avazıyır,

sonra elə bil yenə, təzə nəfəs gəlirdi ona.

Şəhid evinə aparıldı, onu dəfn elədilər,

gəlini isə hospitalın qarşısından aralamaq

olmadı, bayaqdan “verin” ‐ deyə fəryad

qoparan gəlin, ərinin nəşi qoyulmuş tabuta

gözucu nəzər yetirib öz “işinə” davam etdi.

Gecə‐gündüz oturub himn oxuyurdu. Hərdən

uzun‐uzadı susur, sonra yenə təkrar oxuyub,

qol açıb oynayırdı. O torpaqlar yağma la nın ‐

ca ya  qədər… 

Metroda gördüyüm, gözəlliyinə heyran

olub, ağılsızlığına yandığım həmin o gəlin

imiş, hospitalın qarşısında himnə oynayan

gəlin. 

Onu ilk dəfə görəndə çox gənc idim. O



da gənc idi, bəlkə də həmyaşıd olardıq.

Masmavi gözləri vardı, boyun‐boğazına, üz‐

gözünə kortəbii dağılmış saçları qızılı rəngə

çalırdı.  O qədər gözəl idi ki, xəyalən onun

saçlarına, üz‐gözünə, üst‐başına əl gəzdirib,

sığal çəkəndən sonra qarşımda qənirsiz gözəl

bir cuvanəzən dayanırdı. Qızlığı ilə gəlinliyini

ayırd etmək çox çətindi, ağappaq baldırları,

yarıaçıq sinəsi, çılpaq bədənə geyindiyi

nimdaş don, əslində, çox şey deyirdi… həm

də bunlar hamısı hələ heç nə demək deyildi... 

Aylıq ədəbiyyat dərgisi

20

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə