Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   2   3   4   5   6   7   8   9   10   ...   37

İsikava Takuboku yeni yapon şeirinin yaradıcısı

sayılır. Yaponiyanın ən sevimli şairlərindən biri

olan İsikava Takuboku cəmi 27 ildən az ömür sürsə

də, onun şeirləri, romanları, məqalələri və gündəlikləri

XX əsr yapon ədəbiyyatının qızıl fonduna daxil

olub.

İsikava Takuboku Yaponiyanın uzaq şimalında

yerləşən İvate əyalətində Sibutami kəndində doğulub.

Atası buddist məbədində ruhani olub. Morioka

qəsəbəsində məktəbdə oxuyarkən Yesano Xirosinin

şeirlərinin təsiriylə özünü ədəbiyyata həsr etməyi

qərara alıb. Burada o, “Yeni poeziya cəmiyyəti”

(Sinsiya) üzvləriylə tanış olub. Bu cəmiyyətin

rəhbəri Yesano Xirosi, ruhu isə onun arvadı, məşhur

şair Yesano Akiko idi.  

1902‐ci ildə 16 yaşlı İsikava Tokioya yola düşür,

amma burdan İvateyə qayıtmalı olur. Bu vaxtlar o,

yeni formalı şeirlər (sintaysi) yazmağa başlayır. Bu

şeirlər o zamann ən yaxşı ədəbi jurnallarından biri

bütün Yaponiyanın oxuduğu “Yeni poeziya

cəmiyyəti”nin orqanı olan “Medzö”da (“Dan

ulduzu”) çap olunur. Bu yeniyetməlik ehtirasıyla

yazılmış romantik şeirlər sonradan toplanaraq 1905‐

ci ildə “Canatma” adıyla nəşr olunur.

Bundan sonra İsikava yenə Tokioya yollanır,

burada yeni bir ədəbi cərəyan olan naturalizmin

nümayəndələri ilə tanış olur və o ruhda nəsr yazır.

Bu zamanlarda Takuboku qəzet müxbiri kimi

Xokkayado adasına gedir, lakin pulsuzluq və adada

yayılan vərəm xəstəliyi onu Tokioya dönməyə məcbur

edir. Romantik üslubda yazdığı şeirlərini jurnallara

təklif edir, lakin onu çox az çap edirlər. “Subaru”

jurnalında bir neçə dəfə çap olunur, bu şeirləri də

sərt tənqidə məruz qalır.

Bundan sonra o yenə ənənəvi tanka janrında

yazmağa başlayır. Köhnə formaya tamamilə yeni

nəfəs gətirərək gündəlik həyatın kədər və iztirablı

yaşantılarını qələmə alır. Bu dövrün şeirləri 1910‐

cu ildə “Bir ovuc qum” adıyla çap olunur. Nəhayət,

şairi “Asaxi Simbun” qəzetində korrektor kimi işə

götürürlər və ilk dəfə olaraq maaşla işə düzəlir.

1909‐cu ildə o, poeziya haqqında öz təcrübəsinə

əsaslanaraq yazdığı müasir poeziyanın prinsiplərini

şərh edən “Yeməli şeirlər” adlı esse çap etdirir.

1912‐ci ildə İsikava Takuboku kasıbçılıq içində

vərəm xəstəliyindən dünyanı tərk edir. Şairin

vəfatından sonra onun “Kədərli oyuncaq” adlı ikinci

tanka kitabı çapdan çıxmış və yapon oxucularının

sevimli kitabı olmuşdur. Orda müəllifin son illərdə

və aylarda yazdığı şeirlər toplanmışdır.

İsikavanın 1909‐cu ildən başlayaraq yazdığı

“Latın qrafiksında yazılmış gündəlik” Yaponiyada

çox məşhurdur. Şairin ölümündən sonra bütün

Yaponiyada İsikava Takubolunu sevənlər klubu

yaranmış və hələ indi də fəaliyyətdədir.

Beləcə, sağlığında layiqli qiymətini almasa da,

Takuboku İsikava ölümündən sonra nəinki

Yaponiyanın, dünya poeziyasının klassiklərindən

biri kimi təsdiqini almışdır. Isikavanın şeirləri yapon

miniatürlərini xatırladır. Bu qısa, yığcam şeirlərdə

sözə son dərəcə qənaət və ehtiyatla yanaşma var.

Bir neçə cizgi ilə bitkin bir lövhə cızmaq, lirik

qəhrəmanın duyğularını oxucuya ötürə bilmək

poetik ustalıqdan irəli gəlir. Әksər şeirlərindən

həzin bir kədər süzülən şair, sanki poetik duyğuları

dərinlik və genişliyiylə zamanın damla tutumunu

okean qədər genişləndirməyə can atır. Qısa ömründə

əbədiyyətin yaşantısını duymağa cəhd edir. Isikavanın

şeirlərində duyulan tragizm, səma əlçatmazlığıyla

torpaq yaxınlığı kimidir.

Onun şeirlərindən nümunələri Sultan Mərzilinin

tərcüməsində oxuculara təqdim edirik.

16

ULDUZ /

Dekabr 2015

İsikava TAKUBOKU

(20.02.1886 — 13.04.1912)  



YENİ PAYTAXT

Tezliklə dünyada hərb olacaq, hərb!

Səməndər quşutək odlar içindən

Qanadlanıb dərd

Dəstə‐dəstə uçan gəmilər ilə

Silib şəhərləri döndərər külə!

Çox uzun sürəcək, o hərb, çox uzun!

Yanıb məhv olacaq yarıdan çoxu

İnsanlardan kül və sümük qalacaq.

Sonda amma,

Sonra amma,

Eh, harda bəs sonda

Biz salarıq nə vaxt

Yeni şəhər, ya paytaxt

Tarixin xarabalığında,

Uydurmada,

Bəlkə, sevgi sorağında?

Yox, yox! Yerdə,

Yalnız burda, bu yerdə!

Bu sərhədsiz fəzaların havasında,

Bu hüdudsuz maviliyn səmasında!

AEROPLAN

Bax orda


Uca mavi səmada

Bu gün yenə uçur aeroplan.

İşdən yalvar‐yaxarla

Bir gün qalan bir uşaq

Dincəlmədən çalışır

İngilis dilini kitabdan

Öyrənmək üçün 

Vərəmli anasıyla 

Yaşadığı daxmada...

Çoxdandır yapışır

Ağırlaşan göz qapaqları

Yorğun gözlərinin üstündə...

Bir bax, yenə orda,

Uca mavi səmada bu gün

Uçur yenə aeroplan.

***


Ey alov kimi al rəng!

Dünyamız necə şevinclidir

Al rəngə boyananda!

Çiçək, qadın və bayraq,

Bir də tökülən al qan!

İntəhasız geniş çöllərdəki qürub,

Döyüşdən sonrakı dəniz dalğası!

TANKA (BEŞLİKLӘR)

***


"Yalnız bunun üçünmü

Ölmək?"


"Yalnız bunun üçünmü

Yaşamaq?"

Burax, burax bu boş söhbəti...

***


Qəlbim rahat olsun deyə!

Düşündüm gümanımda ‐ 

Elə  bir iş tapasan, 

"Fərəhindən öləsən

Onu bitirən anda"...

***


Bir yaş damlası 

Düşdü,


Nəm çəkdi qumlar.

Damla yaşda

Nə boyda ağırlıq var!

Aylıq ədəbiyyat dərgisi

17

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə