Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   2   3   4   5   6   7   8   9   ...   37

Yəni düzlərini çox xərcləyirsən. Yanlışlarını

isə yorğan sırıyıb ürəyinin üstünə örtürsən.

Sevgini paylaşırsan, nifrətini isə tapılmaz hind

qumaşı kimi saxlayırsan. Әslində, təkcə qələmi

götürməyin kifayətdir ki, bütün yalan‐

yanlışların yox olsun. Gəlsənə, yenə həmişəki

kimi “Nonstress time”  (stressis zaman) keçirək.

Məsələn, mən sənə o xumarlandığın istiliyi,

sevdiyin qoxunu verim, sən də başla yazmağa...

...və yazısı

BU “BAŞ” O BAŞ DEYİL...

Әziz oxucu, Xalq yazıçısı Elçinin yenicə

çapa hazırlanmış “Baş” romanını mən də

əlyazmadan oxudum. Və oxuduqdan sonra

roman haqqında fikirlərimi sizinlə bölüşmək

qərarına gəldim.  

“Baş” romanı ilk baxışda mürəkkəb

konstruktiv quruluşu olan tarixi roman

səciyyəsi daşıyır. Әslində isə tarixi etüdlərdən

əsərə beynəlmiləl kalorit qatmaq üçün istifadə

olunub desək, yanılmarıq. Müəllifin özünün

də romanın əvvəlində qeyd etdiyi kimi,

buradakı tarixi hadisələr yazıçının hiss və

duyğularının, düşüncələrinin ifadəsi, tarixi

qəhrəmanlar isə qeyri‐tarixi qəhrəmanlar

səviyyəsində “özününküdür”. “Tarixçilər bu

romandakı isimlərin hamısı ilə, buradakı

məktublarla, ayrı‐ayrı tarixi epizod və

məqamlarla bağlı arxivlərdə axtarışlar

aparmasınlar, çünki heç nə tapmayacaqlar.

Romanda, olsun ki, tarix ilə üst‐üstə düşməyən

detal və ştrixlərə də fikir verməsinlər və bu

baxımdan müəllifin təskinliyi ondadır ki,

burada tarixlə üst‐üstə düşən və müəllifin

fikrincə tarixilik baxımından əhəmiyyətli olan

məqamlar da, güman ki, az deyil”. Buradan

göründüyü kimi, müəllif tarixi hadisə və

olaylara öz yaradıcılıq idilliyası fonunda

yanaşsa da, açmaq istədiyi tarixi ştrixlər də

var və yeri gəldikcə o faktları da poetik

süzgəcdən keçirərək romana daxil etmişdir. 

“Baş”da müəllifin əsl qayəsi tarixi

gerçəkliklə müasir dünyanın hüdudundakı

sirat körpüsündə insanı həyatın ağrılarını,

onu doğuran səbəbləri və onun dəyişilməzliyi

gerçəyini çatdırmaqdır.  Romanın lap əvvəlində

yazıçı Әnvər Məmmədxanlıdan (“Həyatım

ağrıyır”) və Arif Abdullazadədən (“Bir də bu

dünyaya gəlməyə tövbə”) gətirdiyi sitatlar

əsərlə ilkin hissi tanışlıq mərhələsidir .

Asanlıqla anlamaq olur: bu ifadələrlə müəllif

oxucunu başa salmağa çalışır ki, əsərdə

qəhrəmanlar cismani ağrılarını deyil, ruhi‐

mənəvi – əsl həyat ağrısının nə olduğunu

öyrənir və bu dünyaya bir daha gəlməyə

qorxurlar. Hər qorxu mütləq bir günahın

meyvəsidir. Deməli, insanların qorxusu

günahları, yanlışları qədərdir. Yanlışlar

silsiləsinin başı isə xəyanət, yalan və

riyakarlıqdır ki, əsərdə yazıçının bədii qayəsi

də bu miqyasda belə əks olunub: “Başın sahibi

indi cəhənnəm alovlarında yanırdı – buna

şübhə ola bilməzdi və bu da onun öz

əməllərinin nəticəsi idi ‐ sən öz yurd‐yuvandan

çıxıb gəlib, başqasının torpağında qan tökəsən,

ev yıxasan, kəndi, şəhəri topa tutub, yetim‐

yesirin çörəyinə bais olasan və bunlara görə

cavab verməyəsən? ‐ Bu, mümkün olan iş

deyil, çünki göydə hər şeyi görən və hər şeyin

qiymətini verən var, dünya özbaşına deyil”. 

Mütləq ölümdən qaçış yoxdur qənaətini

yenə də dilə gətirən Elçin, “Baş”da hətta ölüm

yaxınlaşanda insanın ruhi‐mənəvi təlatümlərini

fəlsəfi‐psixoloji ampluada izah edir. Knyaz

Sisianovun Babua Arçili xatırlayıb, göyə

baxaraq “sifətindəki ləzzətli bir təbəssümlə

əlini yuxarı qaldırıb yelləməsi”, podpolkovnik

Elizbar Eristova şəxsi suallar verməsi, Elçinə

görə, ölüm yaxınlaşanda insanın başqa laş ‐

masının əlamətidir. “Әn yaxın generallarıyla,

zabitləriylə belə yalnız rəsmi davranan, onların

şəxsi həyatı ilə qətiyyən maraqlanmayan knyaz

Sisianov o 8 fevral səhəri, elə bil başqa adam

olmuşdu ...”. 

Әsərdə Onun – Başın şəffaflıq və çəkisizlik

içindəki ruhunun maddım‐maddım geri sayım

dönəmi romanın əsas hərəkətverici qolunu

təşkil edir. O, qarabasma kimi hər yeri gəzir.

Maraqlı məqam odur ki, Elçin onu nə ölən

insanın ruhu kimi gəzdirir, nə əlil arabasına

qoyub daşıyır, nə də uşaq kimi əlindən tutub

ətrafda baş verənləri izah edir. O öz‐özünə

“dığırlanır”.  “...Onun hissləri bir çəkisizlik,

boşluq içində idi, yox, bu hisslər çəkisizlik

içində deyildi, çəkisizlik elə bu hisslərin

özündə idi, çünki bu hisslər daxildə deyildi,

daxildən gəlmirdi, çünki daxil yox idi, cismani

Aylıq ədəbiyyat dərgisi

7

ULDUZ /

Dekabr 2015



heç bir şey yox idi, bu hisslər bütün ətrafa

yayılmışdı, əslində, burada (harada?) ətraf

da yox idi, ətraf hər tərəf idi və hər tərəf

ancaq şəffaflıq  idi, bu hisslər o şəffaflıq içində

bir tərəfdə idi, ona görə də o, görünən o

məkanda hər tərəfdə hər şeyi görürdü, ONUN

üçün qarşı, arxa yox idi, əslində, tərəf də yox

idi, tərəflər olmayan bütöv bir şəffaflıq idi və

onda elə bir hissiyyat vardı ki, O bütöv

şəffaflığın ortasındadır...”. Kimdir O?, Nədir?.

O, knyaz Pavel Sisianovun başıdır. Bədənsiz

başın hiss etdikləri, ömrünün ötəninə

qayıdaraq gördükləridir. Bəs çəkisizlik başın

bədəndən ayrı ağırlıqsızlığıdırmı?  Şəffaflıq

boşluğunmu əksidir? 

Burada (romanda) çəkisizlik və şəffaflıq

anlayışları maddi və mənəvi‐dialoji kos tan ‐

siyadır. Bildiyimiz kimi, ruh da, duyğu da

bədəndə olur. Әtrafda və özlüyündə baş verən

hadisə və olaylara reaksiya və təsir gücü

ruhun və duyğunun tədqiqat obyektidir.

Deməli, bədənsiz baş özlüyündə çəkisi

olmayan fizioloji aktdır. Bu çəkisizlik başda

robot reaksiyası formalaşdırdığı üçün faktlar

olduğu kimi geriyə sayım dönəmi keçir. Heç

nə təhrif olunmur. Beləliklə, şəffaflıq təmin

olunur.  Müəllifin əsər boyunca davamlı diqqət

çəkdiyi şəffaflıq və çəkisizlik palitrası fəlsəfi

ampluada haqqın (Sirri‐Xudanın) öz yerini

bulması meyarıyla ölçülür.  Sisianov  kəsdirdiyi

başların günahını başının eyni cür kəsilməsiylə

ödəmiş olur. “ Başın boğazını xirtdəkdən

aşağı kəsmişdilər və boğazın laxtalanmış qanı

quruyub siniyə yapışmışdı. Boğaz hələ

əyilməmişdi, dik durmuşdu və baş da boğazın

üstündən açıq gözləri ilə dik baxırdı. Onun

sağ gözü bərəlib, az qala hədəqəsindən

çıxacaqdı, sol gözü isə büzüşüb alacalanmışdı,

ağzı azacıq açılmış, dodaqları yüngülcə sol

tərəfə əyilmişdi və ... Yəqin, hər dəfə başı

saçından tutub qaldırdıqları üçün knyaz

Sisianovun adda‐budda ağarmış qara və

qıvrım saçları pırpızlaşmış, uzun baken ‐

bardlarının tükləri ölüşkəyib solmuşdu və

elə bil o saçlar da, bakenbardlar da Başın

özünün kü deyildi, onları sonradan Başa

yapışdırmışdılar”. 

Roman innovativ sujet xəttinə və  mürəkkəb

kompozisiyaya malikdir. XIX əsrin əvvəlləri

‐ 1803‐1807‐ci illərdə Azərbaycanda xanlıqların

parçalanması, Gürcüstanda çar üsul‐idarəsinin

məhvi və Rusiyanın tabeliyinə keçirilməsi,

eləcə də Azərbaycanı Rusiyanınkılaşdırmaq

uğrunda Pavel Sisianovun Cənubi Qafqazda

ruslaşdırma siyasəti, Qacarların (Fətəli şahın

və vəliəhd Abbas Mirzənin) Azərbaycanı ələ

keçirmək meyli, Rusiya‐Osmanlı münasibətləri,

Fransa və İngiltərənin Rusiyaya qarşı

maraqlarını Elçin gərək tarixçi, gərəksə

tənqidçi, gərəksə də əsl yazıçı təxəyyülü ilə

sujetləşdirmişdir.  

Romanda diqqət çəkən məqamlardan biri

də budur ki, yazıçı yanlış siyasi maariflənmənin

avropalaşma meylinə absurd təsirlərini, əxlaqi

çürümənin millətin etnik sivilizasiyasını “heç”ə

endirəcəyini və nəticə etibarilə xaotik (mixed)

genefond yaranacağını Sisanovun  Mariyadan

Michael adlı oğlunun olması və bunun rus

deyil, fransız olaraq böyüməsi, Aleksandrın

ata‐baba irsinin kimlərdən gəldiyinin

bilinməməsi və s nümunələrlə  təsdiqləyir.

Bununla belə, əsərdə hadisələr əsasən

Rusiyanın ‐ Sisianovun fonunda cərəyan etsə

də, Azərbaycançılıq tendensiyası, türkləşmə

meyli və Qarabağ mövzusu romandan ana

xətt kimi keçir. Bir yazıçı‐siyasətçi kimi  Elçin

“Baş” romanında dövlətin dayanıqlılığının

təməl prinsiplərini də özünəməxsus şərh edir:

“...Onlar burasını da görürdülər ki, rus ordusu

daha müasirdir, daha intizamlı, idarəçiliyi

daha mükəmməldir və Abbas Mirzə nə qədər

bacarlıqlı olsa da, özünü oda‐közə vursa da,

rus ordusu ilə bacarmır”. 

Hüseynqulu xan, Mahmud bəy, Münşi

Hacı Həsənağa, dilmanc Şərif bəy, Molla

Müzəffər ağa, Hacı Muxtar bəy və digər

qəhrəmanlar da müəllifin həssaslıqla seçdiyi,

zaman‐zaman öz münasibətini onların

təşvişlərinə əlavə etdiyi  personajlarıdır.  Hətta

Pantera (Qarabağın cins atı (Elçinin heyvani

obrazları insaniləşdirməsi yaradıcılığının

sentimental məziyyətlərindəndir)) da sahibiylə

səssiz danışmaq gücünə malikdir.  

“Baş” romanının təkcə bədii çəkisinə ‐

müasirliklə tarixin vəhdətində gələcəyin

sxemini vermək gücünə görə çeşidli təhlil

predmetinə çevriləcəyi  gerçəyini hələ çap

olunmadan onunla bağlı ədəbi sferada çoxsaylı

yazıların yazılması əyani təsdiqləyir. 

Ardı var... 



Aylıq ədəbiyyat dərgisi

8

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə