Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 
114 
 
 
Dünyanın haqq nurudu 
 
Mübarək başın həyadan 
Yaradıb böyük Yaradan. 
Mübarək qəlbini ixlas, 
Yaradıb dünyaya xilas. 
Mübarək ağzını nurdan 
Yaradıb nurlana cahan. 
Mübarək qolları qüvvətdən 
Yaradıb insana hörmətdən, 
Mübarək əllərin səxadan, 
Yaradıb böyük Yaradan. 
Mübarək qulağı ibrətdən 
Yaradıb sirli bir hikmətdən. 
Mübarək barmaqları səbrdən 
Yaradıb nurlu bir sirrdən. 
Mübarək sümüklərin kafurdan 
Yaradıb böyük Yaradan. 
Allahın Rəsuludu! 
Behiştin müşkündən yaradıb 
Mübarək bədənin Yaradan. 
 


 
115 
 
 
Ululardan uludu! 
 
Əmhəbin ənbərindən yaradıb 
Mübarək burnun Yaradan. 
Nur nəfəslə doludur! 
İbadət üçün yaradıb, 
Mübarək qədəmin Yaradan. 
Haqq yolunun quludu! 
Cənnətin balından yaradıb 
Mübarək boğazın Yaradan. 
Cənnətin cənnət gülüdü! 
Zikr etmək üçün yaradıb 
Mübarək dodağın Yaradan 
Allahın Rəsuludu! 
Qoy mənə də yar olsun, 
Ömrümə qərar olsun
Daim mənlə var olsun 
Dünyanın haqq nurudu! 
Allahın Rəsuludu. 
 
 


 
116 
 
 
AZƏRBAYCAN 
Yolu daşlı, gözü yaşlı, çatıq qaşlı 
Dərdi ümman, sinəsi qan Azərbaycan! 
Tarixin qəm, yadlar sənə çəkdi sitəm 
Od-ocağı olan talan Azərbaycan! 
 
Gülüstanda, Türkmənçayda parçalanan, 
Bədənində şum sürülən, od qalanan. 
Araz boyda bir qılıncla paralanan 
Yada meydan,köksü xırman Azərbaycan! 
 
O taya bax, qıfıllıdı dilim mənim 
Adın yazır özgə dildə elim mənim. 
Torpaq mənim, nəf özgənin, zülüm mənim 
Yad əllərdə gəl vermə can, Azərbaycan! 
 
Yadlar böldü yad əməllə paralandıq 
Qol-bud olduq, başla bədən aralandıq 
Zaman-zaman biz qırıldıq, yarılandıq 
Qalx ayağa, oyan, oyan, Azərbaycan! 
 
Bədənini oyuq-oyuq oyana bax, 
Çön dərini diri-diri soyana bax, 
Yurdu satıb eli yurdsuz qoyana bax, 
Çökmə dizə məğrur dayan Azərbaycan! 
Qalx ayağa, oyan, oyan, Azərbaycan! 
 
 


 
117 
 
 
Qalx, Qorqudun qopuzunu dilə gətir
Koroğlunun qılıncını ələ götür, 
Şah babamı bir şah kimi bizə yetir, 
Qoyma yurdun ola viran, Azərbaycan! 
Qalx ayağa, oyan, oyan, Azərbaycan! 
 
Qalx ki, qalxsın qayan, daşın silahlansın, 
Nəyin varsa- qurun yaşın silahlansın, 
Oğlun, qızın, ayaq-başın silahlansın, 
Bütöv canla eylə üsyan, Azərbaycan! 
Qalx ayağa, oyan, oyan, Azərbaycan! 
 
Haqq yolundan dönər olsan, qaçar olsan, 
Bircə qarış torpağından keçər olsan
Yad əlindən zəhər belə içər olsan, 
Qənim olsun sənə Quran, Azərbaycan! 
Qalx ayağa, oyan, oyan, Azərbaycan! 
 
 
 
 
 
 


 
118 
 
 
Kotannım 
Sürünərəm dizin-dizin ,yalayaram duz kimi, 
Bircə qarış torpağına çata biləm, Kotannım. 
Üz sürtərəm qayana ki, tilik-tilik doğranıb, 
Əbədilik qucağında yata biləm, Kotannım. 
 
Doğranaydım qıyma-qıyma,səpiləydim çölünə, 
Lil olaydım, qum olaydım qarışaydım selinə, 
Şeh olaydım axşam-səhər mən qonaydım gülünə, 
Mamır olub kaş qayanda bitə biləm, Kotannım. 
 
Güyabasın dolayları,Civirinin dərəsi, 
Moz yurdunun buz bulağı, Sandıxlının bərəsi, 
Bol bulağın zümzüməsi,dağ çayının nərəsi, 
Haraylaya, haraylarda itə biləm Kotannım. 
 
Gendərənin baldırğanın,Gözələrin lilparın, 
Kolannının cacuğunu,Qırxbulağın yaz qarın, 
Bərtdərənin dağ moruğun, kiriş,yarpız nübarın, 
Göndərəsən,bir burnuma tuta biləm, Kotannım. 
 
Murad təpə baş yasdığın, Göyərçinlik döşəyin, 
Qaraqaya üst örtüyün, Havız nənnin, beşiyin, 
Təpəsdəlik həm and yerin,həm çəkəndi keşiyin, 
Bir özümü ağuşuna ata biləm, Kotannım. 
 
 
 
 


 
119 
 
 
Qıpbığandan kətə bişə,xama ilə yağlana, 
Qaracalıq nərgizləri dəstə-dəstə bağlana
Qız Topdaşdan daş tullaya,söz tullayan oğlana, 
Daş çıxaran, bax o qana,bata biləm, Kotannım. 
 
Azəriyəm mən  Vətəndə vətənsizəm,yurdsuzam, 
Elimnənəm,ocağim yox,qorum sönüb odsuzam, 
Nə yetiməm, nə arxalı,adı olan adsızam, 
Belə dərdi dərdlərinə qata biləm, Kotannım. 
 
                  
 
 
 
 
           
 
 
 
 


 
120 
 
 
Daş da qaldı, 
Torpaq da, daş da qaldı. 
Qılçamı daş doğradı, 
Qan izim daşda qaldı. 
 
Mən aşiq Kotannıya, 
Həsrətəm Kotannıya. 
Düşmən bağlayan yolu 
Yaradan kotannıya. 
 
Mən aşiq dərəsinə, 
Düzünə, dərəsinə. 
Vətən elə vətəndi 
Dağı nə, dərəsi nə? 
 
                 
 
 
 
 


 
121 
 
 
Vətən dağı, 
 
Sağalmaz Vətən dağı, 
Ən uca zirvələrdən , 
Ucadır Vətən dağı. 
 
Harayla, 
Vətən, məni harayla 
Ötən ötdü, qayıtmaz 
Yalvarışla, harayla. 
 
Mən aşiqəm yalına, 
Yamacına, yalına, 
İt kimi yalayaram 
Qonaq etsən yalına. 
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə