1
Ümumi məlumat
Fənnin adı, kodu və
kreditlərin sayı:
Nitq mədəniyyəti və üslubiyyat
Departament:
Azərbaycan dili və ədəbiyyat
Proqram (bakalavr,
magistr):
Bakalavr
Tədris semestri:
2016-2017, payız semestri
Fənni tədris edən
müəllim:
f.ü.f.d. Cahid Kazımov
E-mail:
cahid@ismayiloglu.com
Telefon:
(+99450) 661 0021
Mühazirə otağı/Cədvəl 11, Məhsəti küç.(Neftçilər Kampusu). Otaq 304;
Cümə axşamı -13
40
-15
10
Məsləhət saatları
Bazar ertəsi, saat 13.00-15.00
Prerekvizitlər
yoxdur
Tədris dili
Azərbaycan dili
Fənnin növü
(məcburi, seçmə)
Məcburi
Dərsliklər və əlavə
ədəbiyyat
Əsas ədəbiyyat
1.
Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa İsgəndərzadə. Azərbaycan dili
və nitq mədəniyyəti (ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "ULU", 2015,
236 səh.
2.
Hüseynov Süleyman Səfər oğlu. Nitq mədəniyyəti. Dərslik. Bakı, "Yazıçı"
nəşriyyatı, 2010. 240 səh.
3.
Buludxan Xəlilov. DİL - SÖZ ÇƏLƏNGİ. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,
182 səh.
4.
Qızqayıt Mustafayeva. Azərbaycan dilinin üslubiyyatı. Bakı - 2010, 392 s.
5.
Zabit Məmmədov, Nadir Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008.
6.
Vaqif Tapdıq oğlu Qurbanov – Nitq mədəniyyəti və üslubiyyat. Bakı, “Müəllim”
nəşriyyatı, 2011.
Əlavə ədəbiyyat
1. Abdullayev A.A. Nitq mədəniyyəti və natiqlik sənəti, Bakı,
1973.
2. Abdullayeva N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyəti məsə-
lələri, Bakı,1998.
3. Abdullayev N.Ə, Məmmədov Z. Nitq mədəniyyətinin əsasları,
Bakı, 2005.
4. Abdullayeva N.Ə., Məmmədov Z.T. Müəllimin nitq mədə-
niyyəti, Bakı, 2002.
5. Adilov M.N., Verdiyeva Z.İ., Ağayeva F.M. İzahlı dilçilik
terminləri.(sorğu lüğəti), Bakı, 1989.
6. Axundov A.A. Dil və üslub məsələləri, Bakı, 1970.
7. Axundov A.A. Ümumi dilçilik, Bakı, 1982.
8. Axundov A.A. Dil və mədəniyyət, Bakı, 1992.
9. Ağayeva İ. Bədii və elmi üslub. Bakı, 1988.
10. Azərbaycan bədii dilin üslubiyyatı (oçerklər), Bakı, 1970
11. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1990.
12. Azərbaycan ədəbi dilinin praktik üslubiyyatı, Bakı, 1992.
2
13. Bağırov Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1985.
14. Cahangirov M. Milli təşəkkül mərhələsində ədəbi dilin
aparıcı üslubları, II hissə, Bakı, 1989.
15. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1962.
16. Dil mədəniyyəti, Bakı, 1972,1974,1979,1985.
17. Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, 1988
18. Əliyev K. Antik dövrün natiqlik sənəti, Bakı, 1983.
19. Əliyev K. Antik dövrün natiqlik məktəbləri, Bakı, 1985.
20. Əliyev K. Leksik, frazeoloji və qrammatik vahidlərin nitqdə
rolu. Bakı, 1991.
21. Əliyev K. Üslub haqqında söhbət, Bakı, 1991.
22. Əliyev K. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri,
Bakı, 2001.
23. Əfəndiyeva T. Azərbaycan dilinin bədii ifadə vasitələri,
Bakı, 1973.
24. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı, Bakı,
1980.
25. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları.
Bakı, 1999.
26. Hacıyev T. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili.
Bakı, 1977.
27. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. II hissə, Bakı,
1987.
28. Qurbanov A. Ümumi dilçilik. II hissə, Bakı, 1993.
29. Məmmədov M. Ana dili və nitq mədəniyyəti məsələləri,
Bakı, 2004.
30. Nitq mədəniyyəti məsələləri, Bakı, 1988, 1992.
31. Seyidov Y. Yazıçı və dil, Bakı, 1979.
32. Seyidov Y. Sözün şöhrəti, Bakı, 1981.
33. Yusifov M. Nitq mədəniyyətinin əsasları, Bakı, 1997.
Kursun vebsaytı
www.cahid.info
Tədris metodları
Mühazirə
Mühazirə
Qrup müzakirəsi
Qrup müzakirəsi
Praktiki tapşırıqlar
Praktiki tapşırıqlar
Praktiki məsələnin
təhlili
-
Digər
-
Qiymətləndirmə
Komponentləri
Qiymətləndirmə meyarları
Faiz (%)
Aralıq imtahanı
30
Sərbəst iş
Bədii mətnin linqvistik təhlilini aparmaq,
nəzəri biliklərdən çox təcrübi biliklərə diqqət
yetirmək, əlavə ədəbiyyatdan istifadə edərək tədqiqat
yönümlü təhlillər aparmaq əsas meyar sayılır.
5
Fəallıq
Dərs prosesində auditoriyaya ünvanlanmış
sualların cavablandırılmasında və müzakirələrdə
aktiv iştirak etmək, müəllimin buraxdığı səhvləri
sezərək mühazirəyə müdaxilə etmək, təqdimat və ya
10
3
sərbəst iş təqdim edən tələbə yoldaşının təqdimatına
münasibət bildirmək və suallar ünvanlamaq əsas
qiymətləndirmə meyarı sayılır.
Davamiyyət
Dərsdə iştirak.
5
Kurs işi (Layihə)
-
Təqdimat
Hər bir mövzu ətrafında əsas və əlavə
ədəbiyyatdan istifadə edərək, əsasən nəzəri biliklərin
üstünlük təşkil etdiyi kompüter proqramları, qrafik
formalar, cədvəllər, infoqraflar vasitəsi ilə
hazırlanmış fərdi təqdimatları auditoriyaya təqdim
etmək əsas qiymətləndirmə meyarı sayılır.
Təqdimatın forma və məzmunundan asılı olaraq
qrup şəklində hazırlanmış təqdimatlar da
qitmətləndirilir.
10
Final imtahanı
40
Digər
-
Yekun
100
Kursun təsviri
Nitq mədəniyyəti ilə üslubiyyat arasında qarşılıqlı əlaqə vardır. Üslubun
yaranması dilin özünün inkişafı ilə bağlıdır. Dil üslubları dilin inkişaf səviyyəsindən
asılı olaraq meydana gəlmişdir. Böyük yunan alimi Aristotel hələ eramızdan çox-çox
əvvəl üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirirdi: “Üslubun qiyməti onun
aydınlığındadır. Əgər nitq aydın deyilsə, deməli, natiq öz məqsədinə nail ola
bilməmişdir. Üslub nitqin mövzusuna uyğun gəlməlidir”.
Nitq mədəniyyəti ilə üslubiyyatı eyniləşdirmək və ya üslubiyyatı nitq
mədəniyyəti predmetinin içərisində əritmək düzgün deyildir, amma nitq mədəniyyəti
üslubiyyatın bir sıra məsələlərini də əhatə edir, üslubun düzgünlüyünə qiymət verir.
Deməli, nitq mədəniyyətini üslubi normalardan məqsədəuyğun istifadə olunması və
ifadəlilik məsələləri maraqlandırırsa, üslubiyyatı dil vahidlərinin leksik-semantik
əlaqələri, üslubi imkanları, söz yaratma və söz işlətmənin normativliyi, funksional
üslubları nəzərdə saxlayır.
Üslubiyyat dil və nitq üslublarını, nitq mədəniyyəti isə müasir ədəbi dil
çərçivəsində söz və qrammatik formaların nitqdə işlədilmə imkanlarını, onların
əlverişliliyini, uyğunluq, düzgünlük, səlislik, ifadəlilik kimi keyfiyyətlərini, dil
sisteminin emosional-ekspressiv çalarlarını, bədii ifadə və təsvir vasitələrinin
formalaşması və təkmilləşməsinə təsir göstərən amillərin qarşılıqlı əlaqələrini öyrənir.
Kursun məqsədləri
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi
istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik
(orfoepik və orfoqrafik), leksik və qrammatik qayda - qanunlarını bilmək və nitq zamanı
onlara əməl etmək zəruridir. Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli şəkildə
həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi
sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-
qanunları sistemi öyrənilir.
Fənnin tədrisinin
nəticələri (hədəfləri):
Nəticədə nitq mədəniyyətinin əsasları, problemin tədqiqi tarixi və nitq
mədəniyyətinə yiyələnməyin əhəmiyyəti öyrənilir, mədəni nitqə verilən
tələblər, şərtlər, nitqin ifadəliliyini təmin edən vasitələr və s. mənimsənilir;
Burada, həmçinin, nəzakətli danışmaq savadlı və mədəni adamın başlıca
4
keyfiyyəti kimi qiymətləndirilir. Bu baxımdan nitqin etik normaları ilə bağlı
bir sıra fikirlər, mülahizələr söylənilir, həyati faktlar, nümunələr müzakirə
olunur;
Yeri gəldikcə mədəni nitqə yiyələnməyin üsulları, yolları göstərilir, natiqlərə,
mühazirəçilərə, müəllimlərə, söz sənəti ilə məşğul olan mütəxəssislərə və
başqalarına məsləhətlər verilir;
Natiqlik sənəti və nitq mədəniyyəti haqqında anlayış, nitq vərdişlərinin
aşılanması (düzgünlük, dəqiqlik, ifadəlilik), Azərbaycan dilinin normaları və
natiqlik sənətinin xüsusiyyətləri, Natiqin təfəkkür mədəniyyəti, natiqlikdə
mimika, jestlər və göz təması, həyəcan, qorxu hissinin aradan qaldırılması
yolları, parazit səs, söz və hərəkətlərdən qurtulmaq yolları, dilin zənginliyində
tele-radio və mətbuatın rolu, diksiya, intonasiya, vurğu, natiqin davranış
mədəniyyəti və nitqində obrazlılıq, nitqdə atalar sözləri, zərb-məsəllər və
lətifələrin rolu, monoloji və dioloji nitq, sərbəst çıxış qaydaları, karyeranın
artırılmasında natiqliyin rolu, bədii, publisistik, elmi dil və xalq danışıq dili -
natiqin uğuru və s. məsələlərin öyrənilməsi əsas hədəf seçilir.
Ümumi qaydalar:
1. DAVAMİYYƏT: Yalnız üzürlü səbəb olduqda dekanlığa və müəllimə xəbərdarlıq etməklə dərs
buraxıla bilər.
2. FƏNNİN MƏNİMSƏNİLMƏSİ QAYDASI: Balların maksimum miqdarı – 100 bal.
Cədvəl (dəyişdirilə bilər)
Həftə
Tarix
(planlaşdırılmış)
Fənnin mövzuları
Dərslik/Tapşırıqlar
1.
15.09.2016
20.09.2016
Nitq mədəniyyəti və üslubiyyat anlayışı
haqqında. Fənnin məqsəd və vəzifələri. Nitq
mədəniyyəti ilə üslubiyyatın qarşılıqlı əlaqəsi
“Nitq mədəniyyəti və üslubiyyat” fənni
qloballaşma şəraitində
Q.Mustafayeva. Azərbaycan
dilinin üslubiyyatı. Bakı - 2010
2.
22.09.2016
27.09.2016
Nitq mədəniyyəti milli mədəniyyətin tərkib
hissəsi kimi
Nitq mədəniyyətinin ümumi və xüsusi
xüsusiyyətləri
Z.Məmmədov, N.Abdullayev.
Nitq mədəniyyətinin əsasları.
Bakı, 2008
3.
29.09.2016
04.10.2016
Dil. Nitq və nitq fəaliyyəti
Mədəni nitqə verilən tələblər. Nitqin mədəni
və qeyri-mədəni formaları
Z.Məmmədov, N.Abdullayev.
Nitq mədəniyyətinin əsasları.
Bakı, 2008
4.
06.10.2016
11.10..2016
Nitqin növləri. Nitqin əsas keyfiyyətləri,
Natiqlik sənəti
Z.Məmmədov, N.Abdullayev.
Nitq mədəniyyətinin əsasları.
Bakı, 2008
5.
13.10.2016
18.10.2016
Azərbaycan ədəbi dili
Nitq normaları
Z.Məmmədov, N.Abdullayev.
Nitq mədəniyyətinin əsasları.
Bakı, 2008
6.
20.10.2016
25.10.2016
Mimika və jestlər
Danışıq etikası
Z.Məmmədov, N.Abdullayev.
Nitq mədəniyyətinin əsasları.
Bakı, 2008
7.
27.10.2016
01.11.2016
Nitq etiketləri
Aralıq imtahan
Z.Məmmədov, N.Abdullayev.
Nitq mədəniyyətinin əsasları.
Bakı, 2008
5
8.
03.11.2016
08.11.2016
İntonasiya, vurğu və fasilə, Durğu işarələri .
Dil və nitq üslubları
Azərbaycan ədəbi dilin funksional üslublar
sistemi. Bədii üslub
Vaqif Tapdıq oğlu Qurbanov –
Nitq mədəniyyəti və
üslubiyyat. Bakı, “Müəllim”
nəşriyyatı, 2011.
9.
15.11.2016
17.11.2016
Üslubi vasitələr
Elmi üslub
Q.Mustafayeva. Azərbaycan
dilinin üslubiyyatı. Bakı - 2010
10.
22.11.2016
24.11.2016
Publisistik üslub
Rəsmi-kargüzarlıq üslubu
Q.Mustafayeva. Azərbaycan
dilinin üslubiyyatı. Bakı - 2010
11.
29.11.2016
01.12.2016
Ailə-məişət üslubu
Epistolyar üslub
Q.Mustafayeva. Azərbaycan
dilinin üslubiyyatı. Bakı - 2010
12.
06.12.2016
08.12.2016
Fərdi üslub
Üslubların qarşılıqlı əlaqəsi
Q.Mustafayeva. Azərbaycan
dilinin üslubiyyatı. Bakı - 2010
13.
13.12.2016
15.12.2016
Əməli yazı nümunələri. Vəkalətnamə,
hesabat, arayış, rəy, protokol.
Zəmanət, akt, xasiyyətnamə, əmr, qəbz
Abdullayev Nadir Əziz oğlu.
Nitq mədəniyyətinin əsasları.
Dərs vəsaiti. Bakı, 2013
14.
20.12.2016
22.12.2016
Töhmət, izahat, elan, afişa
Teleqram, telefonoqram, müraciət
Abdullayev Nadir Əziz oğlu.
Nitq mədəniyyətinin əsasları.
Dərs vəsaiti. Bakı, 2013
15.
27.12.2016
29.12.2016
Məqalə, referat, məruzə
Sərbəst çıxış qaydaları
Abdullayev Nadir Əziz oğlu.
Nitq mədəniyyətinin əsasları.
Dərs vəsaiti. Bakı, 2013
Final imtahan
Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər
veriləcək.
Dostları ilə paylaş: |