Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

 

75 


 

 

UOT  339.9 

 

AVROPA İTTİFAQI  ÖLKƏLƏRİ  İLƏ AZƏRBAYCAN RESPUBLİKASININ 

QARŞILIQLI İQTİSADİ ƏLAQƏLƏRİNİN KOMPLEKS TƏDQİQİ 

 

1

PƏNAHƏLİYEVA MƏLAHƏT ÖMƏR qızı 

2

BABAYEVA TUĞRA PİRİŞ qızı 

Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2-laborant 

e-mail: 

tuqra_babayeva@mail.ru

 

 

Açar sözlər: regional iqtisadi inteqrasiya, ticarət əlaqələri, xarici investisiya, ticarət dövriyyəsi 

 

Müasir  dünya  iqtisadiyyatı  və  beynəlxalq  iqtisadi  münasibətlər  sisteminin  inkişafının  ən 



mühüm  qanunauyğunluqlarından  biri  regional  iqtisadi  inteqrasiya  proseslərinin  güclənməsi  və 

dünya ölkələrinin qlobal əməkdaşlığının daha da genişlənməsidir. Məhz bu proseslərin nəticəsində 

dünya təsərrüfatı  və dünya bazarının formalaşması daha çox dövlətlərarası birliklərin və eləcə də 

ticarət- iqtisadi blokların təsiri altında baş verir. 

Regional iqtisadi inteqrasiya qruplaşmaları inteqrasiya birliklərində iştirak  etməyən ölkələrlə 

müqayisədə  qarşılıqlı  faydalı  olan  mal  mübadiləsi  amilindən  daha  intensiv  istifadə  etmək,  ÜDM 

istehsalını  artırmaq  və  ondan  daha  səmərəli  istifadə  etmək  imkanına  malikdirlər.  Buna  görə  də 

inteqrasiya amili müasir dünya iqtisadiyyatının qloballaşmasında, beynəlxalq iqtisadi münasibətlər 

sisteminin  daha  yüksək  səviyyəyə  qaldırılmasında  mühüm  rol  oynayır.  Məhz  buna  görə  də 

Azərbaycan  Respublikasının  dünya  iqtisadiyyatına  və  dünya  təsərrüfat  əlaqələri  sisteminə 

inteqrasiya siyasətində Avropa İttifaqının ( Aİ ) strateji istiqamət – vəzifə kimi seçilməsi tamamilə 

təbiidir. Bu strategiyanın hazırlanması olduqca geniş və çoxşaxəli olduğundan onun müvafiq dövlət 

orqanları, nazirliklər, elmi-tədqiqat institutları və ayrı-ayrı alim və mütəxəssislərin birgə iştirakı ilə 

yerinə  yetirilməsinin  mümkünlüyünü  birmənalı  qəbul  etmək  lazımdır  Azərbaycanı  Aİ-yə 

yaxınlaşdıran  və  onun  bu  birliyə  inteqrasiyasının  ən  vacib  şərti  ticarət-iqtisadi  əlaqələrdir  və  bu 

əlaqələrin gündən-günə daha da genişlənməsi və dərinləşməsidir.  

Aİ  50  il  ərzində  azad  ticarət  zonası,  gömrük  ittifaqı,  ümumi  bazar,  iqtisadi  birlik  və  tam 

inteqrasiyaya  qədər  ardıcıl  olaraq  bütün  inteqrasiya  proseslərini  keçərək  vahid  dövlətçiliyin 

yaradılmasına  qədər  yüksəlmişdir.  Aİ-nin  regional  valyutası  avro,  bu  gün  dünyanın  ən  möhkəm 

valyutalarından biri hesab olunur [1]. 

Aİ-nin  dünya  idxalındakı    rolu  da  böyükdür.  O,  bir  sıra  kənd  təsərrüfatı  məhsullarının 

(qarğıdalı,  soya    və  s.)  iri  idxalçısıdır.    Ərzaqla  yanaşı,  idxalda  mineral  xammal  və  qeyri-  metal 

yarımfabrikatlar da mühüm yer tutur. Müxtəlif növ mineral xammalların (təbii qaz, neft, boksitlər) 

istehsalının artımına baxmayaraq, onlar öz imkanları hesabına ehtiyaclarını tam ödəyə bilmirlər. Aİ 

ölkələri  tərəfindən  istehlak  olunan  enerji  xammalının  2/5-dən  çoxunu  və  digər  xammalların 

təxminən  ¾ -nü idxal edirlər. Ayrı-ayrı mineral xammal növləri üzrə ümumi istehlakda idxalın payı 

alüminium üzrə 75%, volfram üzrə 77%, sink 58%, kobalt üzrə 95% təşkil edir. 

Azərbaycanın  Aİ  ilə  ikitərəfli  iqtisadi  əlaqələri  respublikanın  müstəqillik  əldə  etməsindən 

sonra  başlamış  və  bu  dövr  ərzində  dinamik  olaraq  inkişaf  edərək  1999-cu  ilin  iyul  ayında  

“Əməkdaşlıq  və  partnyorluq  haqqında”  sazişin  ratifikasiya  olunması  ilə  yeni  inkişaf  mərhələsinə 

qədəm  qoymuşdur.  Bu  dövrdən  başlayaraq  Azərbaycanın  Avropa  regionu  ölkələri  ilə  ticarət- 

iqtisadi  əlaqələri  daha  intensiv  inkişaf  etməyə  başlamış,  davamlı  inkişaf  istiqamətləri  ilə 

fərqlənmişdir. Aİ ölkələri ilə əməkdaşlığın xüsusi yeri onunla müəyyən olunur ki, yaxın gələcəkdə 

bu  birlik  respublikanın  ən  mühüm  ticarət  tərəfdaşı  kimi  daha  da  möhkəmlənəcək  və    bu  da  əldə 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

76 


 

olunmuş razılaşmalara əsasən ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın daha da intensivləşdirilməsi və 

dərinləşməsinə səbəb olacaqdır [1]. 

Tədqiqatlar  göstərir  ki  1994-1997-ci  illər  ərzində  respublikanın  ümumi  xarici  ticarət 

dövriyyəsinin 10,8-14,3%-ni  Aİ ölkələri təşkil edirdisə, 1998-2002-ci illərdə bu göstərici 21,1 %-

dən 43,9%-ə qədər yüksəlmişdir. 2003-cü ildə bu göstərici 50,1 %, 2004-cü ildə 42,5%, 2005-ci ildə 

38,4%, 2006-cı ildə 45,2%, 2019-cu ildə isə 48,4% olunmuşdur. Azərbaycanın Aİ ölkələri ilə ticarət 

əlaqələri  öz  səmərəliliyi  ilə  də  fərqlənir  ki,  bu  da  respublika  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Ümumi mənada bu özünü müsbət ticarət saldosu ilə büruzə verir. 2006-2010-cu illərdə Aİ ölkələri ilə 

ticarət əlaqələrinin nəticəsi 4319 mln.doll. həcmində müsbət saldo ilə başa çatmışdır (Cədvəl 1). 

 

Cədvəl 1. 

2006-2010-cu illərdə Azərbaycanın Aİ ilə ticarət əlaqələrinin inkişaf dinamikası 

İllər 


Ümumi ticarət 

dövriyyəsi 

O cümlədən: 

İxrac 


İdxal 

Saldo 


mln.dollar 

mln.dollar 

2006 

2612,4 


1745,6 

866,8 


878,8 

2007 


3031,8 

1841,0 


1190,8 

650,2 


2008 

3287,3 


2029,1 

1258,2 


770,9 

2009 


5267,6 

3643,3 


1624,3 

2019 


2010 

3348,3 


1674,1 

1674,2 


–0,1 

2006-2010-cu 

illərdə artım, dəfə 

1,3 


1,0 

1,9 


– 

 

  Azərbaycanın  Aİ  ölkələri  ilə  xarici  ticarət  əlaqələrinin  mühüm  inkişaf  xüsusiyyətlərindən 



biri də onun ayrı-ayrı ölkələr üzrə qeyri-bərabər inkişaf etməsi ilə izah oluna bilər. Burada aparıcı 

mövqe  Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın üzərinə düşür. 2010-cu  ildə Azərbaycanın 

ixracında yalnız İtaliyanın payı 15,5% təşkil etmişdir. Müvafiq olaraq Fransanın xüsusi çəkisi 4,3%, 

olmuşdur.  Aİ  ölkələri  ilə  ixrac  əlaqələrinin  bu  göstəriciləri  bir  tərəfdən  onun  bir  neçə  ölkədən 

asılılığını,  digər  tərəfdən  isə  ixracın  diversifikasiyası  üçün  əhəmiyyətli  imkanların  mövcud 

olmasından xəbər verir ki, bunların da respublikanın ixrac siyasətinin formalaşdırılmasında nəzərə 

alınması olduqca vacibdir. 

Təhlil aparılan illərdə ixrac olunan məhsulun həcmi 2010-cu ildə 2006-cı ilə nisbətən 3468,0 

mln.  dollar  artmışdır.  Artımla  yanaşı,  Azərbaycan  məhsulu  ixrac  olunan  ölkələrdə  onların  xüsusi 

çəkisi də dəyişilmişdir. Belə ki, Bolqarıstana ixrac olunan məhsulun xüsusi çəkisi 2006-cı ildə 0,5% 

idisə, 2010-cı ildə 0,1% olmuşdur. Fransa ixrac olunan məhsulun həcminin xüsusi çəkisi 4,3 %-ə 

enmişdir. İtaliyaya ixrac 52 %-dən 15,5%-ə enmişdir. Cədvəldən görünür ki, İtaliyaya 2010-cu ildə 

ixrac  olunan  məhsulun  həcmi  940928,5  mln.  dollar  olduğu  halda,  2006-cı  ilə  nisbətən  69,9% 

azalmışdır. Bununla yanaşı, İtaliyaya ixrac olunan məhsulun həcmi Azərbaycanın ümumi ixracında 

kəskin azalmışdır. Əgər 2006-cı ildə bu göstərici 52 % idsə, 2010-cu ildə 15,5%-ə çatmışdır. 

Azərbaycan  iqtisadiyyatına  xarici  investiya  qoyuluşlarında  Aİ  ölkələri,  xüsusilə,  Böyük 

Britaniya,  Almaniya,  İtaliya  və  Fransa  da  fəal  iştirak  edirlər.  Son  10  ildə  Azərbaycana  qoyulan 

sərmayənin 45%-dən çoxu Aİ ölkələrinin payına düşür. Hazırda Aİ ölkələrinin respublikada 2000-

dən çox kompaniyaları  və  bir sıra neft şirkətləri  fəaliyyət göstərirlər. Bunlarla yanaşı, son illərdə 

qeyri-neft sektoruna qoyulan investisiyaların da həcmi xeyli artmaqdadır. 

Tədqiqatlar  göstərir  ki,  Azərbaycanın  Aİ-yə  inteqrasiyasinin  ən  mühüm  amili  kimi  iqtisadi- 

ticarət  əlaqələri  dinamik  olaraq  inkişaf  edir,  onun  əmtəə  və  coğrafi  strukturunda  əhəmiyyətli 

keyfiyyət dəyişiklikləri baş verir. Azərbaycanın əmtəə dövriyyəsinin təxminən yarısı Aİ-nin payına 

düşür.  Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  Avropa  ölkələrinə  istiqamətlənməsi  onun  strateji 

vəzifələrinin tam  həllinə daha geniş cəlb olunmasını təmin etməkdir [2].

 

Avropa İttifaqı  ölkələri  ilə Azərbaycan Respublikasının qarşılıqlı iqtisadi əlaqələrinin

 

kompleks tədqiqi 

 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə