Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə34/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

 

70 


 

formalaşması vəzifəsi durur. Amortizasiya siyasəti metodlarının seçilməsi zamanı islahatlar həyata 

keçirilmiş  müəssisələrin  azadlıq  dərəcəsinin  yüksəldilməsinə  yönəldilmiş  aşağıdakı  dəyişiklikləri 

aparmaq zəruridir: 

- işləyən və işləməyən əsas fondları müəyyən etmək məqsədilə müəssisələrin əsas fondlarının 

siyahıya alınmasının həyata keçirilməsi

-  əsas  vəsaitlərin  siyahıya  alınması  ilə  və  işləməyən  əsas  fondları  təsərrüfat  dövriyyəsindən 

çıxarmaqla eyni vaxtda əsas vəsaitlərin növbəti yenidən qiymətləndirilməsinin aparılması; 

-  hesablama  normaları,  metodları,  istifadə  istiqamətləri  də  daxil  olmaqla  təzələnmiş 

amortizasiya  sisteminin  istifadəsi  haqqında  əsasnamənin,  eləcə  də  amortizasiya  sisteminin  tən-

zimlənməsi və dəyişdirilməsi qaydası haqqında əsasnamənin hazırlanması; 

-  investisiya  ehtiyaclarına  istifadə  olunan  amortizasiyadan  vergi  tutulması  haqqında 

əsasnamənin işlənib hazırlanması; 

- sürətli amortizasiya istiqamətində amortizasiya siyasətinin təkmilləşdirilməsi; 

- qeyri-xətti amortizasiya metodlarından, o cümlədən ikiqat amortizasiya normalarının tətbiqi 

yolu ilə azalan qalıq metodundan istifadə

- amortizasiya normalarının sadələşdirilməsi və genişləndirilməsi; 

-  özəlləşdirmə  nəticəsində  müəssisə  tərəfindən  alınan  əsas  fondlara  azaldılmış  amortizasiya 

ayırmaları normativlərinin müəyyən edilməsi

-  müəssisələrdə  təsərrüfat  dövriyyəsindən  çıxarılmış  əsas  kapitalın  fəallaşdırılması  üzrə 

tədbirlərin həyata keçirilməsi; 

-  müəssisələrə  xərcləri  azaltmaq  imkanı  vermək  məqsədilə  amortizasiyanın  hesablanması  və 

əsas fondların qiymətləndirilməsi qaydasının dəyişdirilməsi və s. 

Kapital  qoyuluşunun  stimullaşdırılması  üçün  amortizasiya  siyasətindən  istifadə  olunması 

sərhədləri haqqında bütün yuxarıda qeyd olunanlar eyni dərəcədə vergi stimullarına da şamil edilir. 

Təsərrüfat subyektlərinin amortizasiya ayırmalarının təyinatı üzrə istifadə etməsi üçün amortizasiya 

ayırmaları  haqqında  hüquqi-normativ  sənəd  çox  mühüm  rol  oynaya  bilər.  Həmin  sənəd  vasitəsilə 

ziyanla  işləyən  müəssisə  də  investisiya  üçün  amortizasiya  hesabına  vəsait  əldə  etmiş  olar. 

Ümumiyyətlə,  elə  bir  qanunun  qəbul  edilməsinə  zərurət  vardır  ki,  məhz  bu  qanun  amortizasiya 

ayırmalarının məcburi qaydada əsas kapitala- investisiya mənbəyinə çevrilməsini təmin etsin.  



Elmi yeniliyi: məqalədə investisiya qoyuluşlarının artırılmasında amortizasiya siyasətinin rolu 

nəzərdən keçirilmiş, əsas kapitalın dövlət tərəfindən icazə verilmiş sürətli amortizasiya silinməsinin 

kütləvi  tətbiqinin  nəticələrinə  baxılmış,  amortizasiya  siyasəti  metodlarının  seçilməsi  zamanı 

islahatlar həyata keçirilmiş müəssisələrin  azadlıq dərəcəsinin  yüksəldilməsinə  yönəldilmiş  bir sıra 

dəyişikliklərin aparılmasının zəruriliyi vurğulanmışdır.  

Tətbiqi  əhəmiyyəti:  Əsas  kapitalın  sürətləndirilmiş  amortizasiyası  iqtisadiyyatın  dövlət 

tənzimlənməsi  üçün güclü alətdir və onun köməkliyi ilə ümumi investisiya qoyuluşunun miqyas və 

strukturunu  proqnozlaşdırmaq  olar.  Ona  görə  də  respublikamızda  sürətləndirilmiş  amortizsiyanın  

tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. 



 

ƏDƏBİYYAT 

1. Kərimova T.İ. İqtisadiyyatın investisiya potensialı: formalaşması və istifadə mexanizmləri. Bakı: 

İqtisad Universiteti, 2008, 225 s. 

2. Hüseynova İ.M. Müəssisənin iqtisadiyyatı. Bakı: Bakı Biznes Universiteti, 2013, 304 s. 

3. Xodov L.Q. Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi (Rus dilindən tərcümə). Bakı: İqtisad 

Universiteti, 2008, 291 s.   



 

 

 

 

Amortizasiya siyasəti investisiya qoyuluşlarının artırılması vasitələrindən biri kimi 

 



 

71 


 

РЕЗЮМЕ 

АМОРТИЗАЦИОННАЯ ПОЛИТИКА КАК ОДНО ИЗ СРЕДСТВ ПОВЫШЕНИЯ 

ИНВЕСТИЦИОННЫХ ВЛОЖЕНИЙ 

Гусейнова М.С., Ахмедова Т.М. 

 

Ключевые  слова:  инвестиция,  амортизационная  политика,  основные  фонды,  финансы, 



налоги, воспроизводство.    

Одним  из  основных  источников  инвестиций  предприятия  являются  амортизационные 

отчисления.  Увеличение  этих  средств  –  одна  из  основных  задач  производственных  субъектов. 

Реализация этих задач составляет основу амортизационной политики предприятия.   



 

SUMMARY 

AMORTIZATION POLICY AS A MEANS OF INCREASING INVESTMENTS 

Huseynova M.S., Ahmadova T.M. 

 

Key words: investment, depreciation policy, fixed assets, finances, taxes, reproduction. 

One of the main sources of venture investment is depreciation. The increase in these funds is one of the 

main  tasks  of  the  production  entities.  The  implementation  of  these  tasks  is  the  basis  of  the  depreciation 

policy of the enterprise. 

 

 



Daxilolma tarixi: 

İlkin variant 

28.11.2016 

 

Son variant 



27.09.2017 

 

Hüseynova M.S., Əhmədova T.M.  




 

72 


 

 

UOT 336.7 



 

DÜNYA BANKI VƏ QLOBAL PROBLEMLƏRİN HƏLLİNDƏ ONUN ROLU 

 

1

VƏLİYEVA LALƏ MÜSƏLLİM qızı 

2

MƏMMƏDOVA ELNARƏ ŞƏMSİ qızı 

Sumqayıt  Dövlət Universiteti, 1,2-baş müəllim 

e-mail: Tarlan_76@mail.ru 

 

   Açar sözlər:  dünya bankı,  investisiya,  maliyyə,  kredit, kapital, iqtisadi siyasət, əhalinin həyat 

səviyyəsinin yüksəldilməsi. 

 

Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankı  BYİB  (Kapital  bazarında  Dünya  Bankı  (DB) 



adlandırılır) qrupu hökumətlərarası  institutlar arasında əksər  ölkələrin iqtisadi  inkişaf tempinə və 

istiqamətinə  təsir  göstərən  təşkilatdır.  DB  qrupu  sənayecə  inkişaf  etmiş  ölkələrin  iqtisadi  yardım 

siyasətini  koordinasiya  edir,  digər  beynəlxalq  iqtisadi  təşkilatların  fəaliyyətinə  təsir  göstərir  və 

inkişaf etməkdə olan ölkələrə (İEOÖ) onların iqtisadi proqramlarının həyata keçirilməsində texniki 

yardım  göstərir.  Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankını  və  özünün  3  filialını:  Beynəlxalq 

İnkişaf  Assosiasiyası  (BİA);  Beynəlxalq  Maliyyə  Korporasiyası  (BMK)  və  İnvestisiya  Təminatı 

üzrə Çoxtərəfli Agentliyi (İTÇA) özündə birləşdirən bu hökumətlərarası investisiya qrupu dünyanın 

ən  nəhəng  investisiya  institutuna  çevrilmişdir.  BYİB  qrupunun  payına  bütün  digər  beynəlxalq 

təşkilatlar tərəfindən  İEOÖ-lərə ayrılan illik vəsaitlərin yarısı düşür [1, 169].  

İlk  hökumətlərarası  investisiya  institutu  olan  BYİB  BVF  ilə  eyni  vaxtda  –  1944-cü  ilin 

iyulunda keçirilən  Bretton-Vuds konfrasında  təsis  edilib.  BYİB-in  yaradılması haqqında saziş 29 

dövlət tərəfindən imzalanıb. Bu saziş sonradan onun nizamnaməsi oldu və 27 dekabr 1945-ci ildə 

qüvvəyə mindi.  Bank isə 25 iyun 1946-cı  ildə öz fəaliyyətinə başladı. 1947-ci  ildə BMT-nin  Baş 

Assambleyası BMT və BYİB arasında qarşılıqlı münasibətləri müəyyən edən akt qəbul etdi. 

Bankın  borc  verdiyi  vəsaitin  əksər  hissəsi  dünya  kapital  bazarında  fəaliyyət  göstərən 

investorlardan  daxil  olur.  Onlar  bankın  istiqrazlarını  alır  və  ya  bank  tərəfindən  verilən  borcların 

müəyyən hissəsini öz üzərlərinə götürürlər. Əvəzetmə yolu ilə alınmış vəsaitlərə əlavə olaraq Bank öz 

gəlirləri və əvvəllər verilmiş borcların qaytarılması hesabina yeni kreditləşdirmə mənbəyi yaradır. 

BYİB-nin  əməliyyat  dairəsi  adi  kreditləşdirmə  ilə  müqayisədə  çox  genişdir.  Bankın  əsas 

fəaliyyət istiqamətlərindən biri üzv ölkələrə texniki kömək göstərmək və məsləhətlər verməkdir. Bu 

məqsədlə  Bank  həmin  ölkələrə  onun  tələbatının  ödənilməsi  və  tövsiyyələr  hazırlanması  üçün 

görkəmli  mütəxəssislərdən  ibarət  komissiya  göndərir.  Bankın  daimi  ekspertləri  iqtisadi  inkişaf 

proqramlarının  həyata  keçirilməsi  üçün  hökumətlərə  köməklik  göstərirlər.  Bu  sahədə  Bank  BMT-

nin müxtəlif idarə və təşkilatları ilə əməkdaşlıq edir. Belə layihələr problemlərin çox geniş spektrini 

əhatə  edir:  işçi  qüvvəsinin  öyrənilməsindən  tutmuş,  kənd  yerləri  və  urbanlaşma  rayonlarının 

ətrafında  su  təminatı  və  çirkab  suların  tullantılarının  ziyanının  azaldılması  texnologiyasına  qədər 

qlobal tədqiqatları əhatə edir [2, 323].       

İlkin olaraq BYİB Avropanın müharibədən sonrakı dövrdə  bərpası üçün kapital ehtiyatlarının 

toplanması  və  yerləşdirilməsi  ilə  məşğul  olmuşdur.  1948-ci  ildə  bank  Avropa  bərpa  proqramının 

həyata  keçirilməsinə  başladı,  amma  tezliklə  bankın  baş  məsələsi  şəxsi  kapitalı  məqbul  şərtlərlə 

istifadə  edə  bilməyən  üzv  dövlətlərə  borclar  verilməsi  yolu  ilə  onlara  köməklik  göstərməli    oldu    

[2, 324].       

DB  BMT-nin  ixtisaslaşmış  maliyyə  institutudur.  Dünya  Bankının    ən  ali  səviyyədə  strateji 

vəzifəsi  – bütün  üzv ölkələrin  iqtisadiyyatının  dünya təsərrüfatı sisteminin əsas mərkəzləri  (ABŞ, 

Qərbi Avropa və Yaponiya) ilə inteqrasiyanın həyata keçirilməsinə kömək etməkdir.  

DB-nin  nizamnaməsində  onun  fəaliyyət  dairəsi  ətraflı  şəkildə  əks  olunmuşdur.  Bank  İEOÖ-

lərin iqtisadiyyatına qoyulan perspektivli layihələrlə bağlı investisyalar üçün kredit verir. Kreditin 

verilməsi  onun geri qaytarılması  ehtimalı  nəzərə  alınmaqla həyata keçirilir. Ayrılan hər bir kredit 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə