Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə35/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

 

73 


 

üçün banka hökumət zəmanəti verilməlidir. Layihə üzrə alışları hər hansı bir ölkəyə təhkim etmək 

banka qadağandır. Dünya Bankı  ancaq iqtisadi mülahizələri almaqla kredit verə bilər. 

Hazırda bankın 185 üzvü olmasına baxmayaraq, əsas səslərin çoxu burada ABŞ başda olmaqla 

inkişaf  etmiş  ölkələrin  kiçik  bir  qrupunun  payına  düşür.  Böyük  “Yeddilik”  (ABŞ,  Yaponiya, 

Almaniya,  Böyük Britaniya, Fransa, İtaliya, Kanada) səslərin təxminən yarısına malikdir ki, bu da 

onların  bankın  fəaliyyəti  ilə  bağlı  əsas  məsələlərin  həllində  veto  qoymaq  hüququ  əldə  etməsinə 

şərait  yaradır.  Nizamnaməyə  əsasən  mühüm  qərarların  qəbul  edilməsi  üçün  səslərin  85%-i  tələb 

olunur. Belə olan şəraitdə qərarların qəbulu ancaq bir ölkənin – səslərin 17%-dən çoxuna malik olan 

ABŞ-ın tutduğu mövqedən asılı olur. ABŞ-ın DB-dəki kvotası 140 İEOÖ-nin birlikdə kvotası (0,5 

və daha az olan) qədərdir. 

DB-nin  layihələrlə  bağlı  fəaliyyəti  6  mərhələdən  ibarətdir:  layihələrin  seçilməsi;  işlənib 

hazırlanması;  qiymətləndirilməsi;  danışıqların  aparılması  və  layihənin  müzakirə  üçün  direktora 

təqdim edilməsi; layihənin reallaşdırılması və fəaliyyəti üzərində nəzarət; reallaşdırılmış layihənin 

nəticələrinin  qiymətləndirilməsi.  Bir  çox  layihələr  I  mərhələdən  keçə  bilmir,  digərləri  o  biri 

mərhələlərdə  elə  dəyişikliklərə  məruz  qalır  ki,  son  nəticədə  ilkin  layihədən  xeyli  fərqlənir.    İl 

ərzində DB 200-dən çox  layihəni  təsdiq edir [3, 48]. 

Bank tərəfindən maliyyələşdiriləcək layihənin seçilməsi və onun DB-yə təqdim olunması ilə 

kredit  almaq  istəyən  ölkə  məşğul  olur.  Həmçinin  xüsusi  hallarda  layihənin  seçilməsi  ilə  həmin 

ölkədə  ümumi  iqtisadi  problemlərin  təhlilini  həyata  keçirən  DB-nin  mütəxəssisləri  məşğul  ola 

bilərlər. Məsələn: dövlətin kənd təsərrüfatı və nəqliyyat sahəsindəki siyasətini təhlil edərək belə bir 

qənaətə  gəlmək  olar  ki,  fermerlərin  daha  çox  bazarlara  çıxması  üçün  yeni  yolların  salınması 

məqsədəuyğundur.  DB  BMT-nin  energetika  bölməsinə  kömək  proqramını  həyata  keçirmək  üçün 

energetika  sahəsindəki  layihələrin  seçilməsi  ilə  də  məşğul  olur.  Bu  mərhələdə  planlaşdırma 

orqanları  aşağıdakı  məsələləri  həll  etməlidirlər:  Layihənin  reallaşdırılmasından  mənfəəti  kim 

götürəcək?  Layihənin  reallaşdırılmasından  əldə  olunan  mənfəət  onun  həyata  keçirilməsi  üçün 

çəkilən  xərcləri  örtürmü?  Bu  məqsədə  çatmağın  digər  yolları  vardırmı?  Layihə  yoxlanmalıdır, 

məsələn,  əgər  təxirə  salınmaz  kənd  təsərrüfatı  layihəsi  vardırsa,  onda  gəlirli  hər  hansı  bir  sənaye 

layihəsi  təxirə  salına  bilər.  Bütün  bu  maneələri  keçdikdən  sonra  layihə  gələcəkdə 

maliyyələşdirilmək üçün ölkəyə kredit verilməsi üzrə çoxillik proqrama daxil edilir. 

Layihənin  texniki,  iqtisadi,  sosial  və  ekoloji  standartlara  uyğun  olmasına  görə  ölkə  özü 

cavabdehdir. O, layihənin müxtəlif variantlarını hazırlayır, onlar üzrə gələcək xərcləri və mənfəəti 

hesablayır,  hər  birinin  qəbul  olunmasının  məqsədəuyğunluluğunu  yoxlayır.  Məsələn:  istehsal 

müəssisələrinin təkmilləşdirilməsi üçün verilən kreditdən əldə olunan gəlir onun modernləşdirilməsi 

ilə əlaqədar olaraq  ətraf  mühitin çirklənməsindən əmələ  gələn ziyanla tutuşdurulur. Buna  görə də 

layihə  texniki-iqtisadi  cəhətdən  əsaslandırılır  və  layihənin  hazırlanması  mərhələsində  onun 

reallaşdırılmasının qrafiki tərtib olunur. Layihə hazırlanıb qurtarsa belə, DB onu maliyyələşdirməyə 

hazır olmur. Çünki o hələ layihəni müstəqil olaraq qiymətləndirməlidir. Hər il yerlərdə 150 layihə 

qiymətləndirilir  ki,  buna  3-4  həftə  vaxt  sərf  olunur.  DB-nin  mütəxəssisləri  və    məsləhətçilərdən 

ibarət  olan  qrup  ölkə  tərəfindən  həyata  keçirilən  tədqiqatların  nəticələri  ilə  tanış  olur  və  sonra 

layihəni  texniki,  iqtisadi,  institusional  və  maliyyə  cəhətdən  təhlil  edir.  Layihənin 

qiymətləndirilməsinin  nəticələri  haqqında  DB-yə  təqdim  olunmuş  hesabata  əsasən  ölkəyə  kredit 

verilməsinin  şərtləri  müəyyənləşdirilir,  bankla  və  kredit  alacaq  ölkə  arasında  layihənin 

müvəffəqiyyətlə reallaşdırlıması üzrə görüləcək tədbirlər razılaşdırılır. Qarşılıqlı güzəştlər yolu ilə 

bankın  və  ölkənin  nümayəndələri  layihənin  hazırlanması  və  qiymətləndirilməsi  nəticəsində 

meydana çıxan problemləri həll edirlər. Danışıqlar qurtardıqdan sonra bütün dəyişikliklər, düzəlişlər 

nəzərə alınmaqla layihənin qiymətləndirilməsinin nəticələri haqqında hesabat, kredit sənədləri üzv 

ölkənin nümayəndəliklərində olan direktora təsdiq üçün təqdim olunur. V mərhələdə tikintini həyata 

keçirmək üçün lazım olan texnika və avadanlıq, mexanizmlər alınır, kadrların hazırlanması həyata 

keçirilir.  Üzv  ölkələrə  DB-dən  kreditdən  əldə  olunan  gəlirin  həqiqi  məqsədlər  üçün  istifadə 

olunması tələbinə əsasən ildə 10 adam həftə ərzində layihənin reallaşdırılmasına nəzarət etmək üçün 

göndərilir. Bankın əməkdaşları problemləri aşkar etmək və həllinə yardım göstərmək üçün istehsal 

yerlərinə  gedirlər.  Nəzarət  bir  də  ona  görə  lazımdır  ki,  bunun  nəticəsində  bank  iqtisadi  inkişaf 

Vəliyeva L.M.,  Məmmədova E.Ş. 

 



 

74 


 

sahəsində ölkəyə texniki yardım göstərir. Kommersiya banklarından fərqli olaraq DB krediti təsdiq 

edib  ölkəyə  vermir,  o  yalnız layihədə  göstərilən  tədbirlər  həyata  keçirildikdən  sonra  krediti  verir. 

Məsələn:  vəsait  yük  maşınları,  nasoslar  və  suvarma  sistemi  üçün  avadanlıqlar  alındıqdan  sonra 

ayrılır. Son 50 ildə yeni problemlərin meydana çıxması və bankın təcrübəsinin artması ilə əlaqədar 

olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması onun  əsas vəzifələrindən birinə çevrilmişdir.  

      Kifayət qədər kapitala malik olan Dünya Bankı qrupu qloballaşmanın inkişafı və maliyyə 

böhranının  dünya  qarşısında  qoyduğu  qlobal  məsələlərin  həllində  aparıcı  rol  oynamağa  qadirdir. 

Hazirda DB-nin əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdıra bilərik:  

--  inkişaf  etməkdə  olan  ölkələrə  infrastrukturun  yaradılması  üçün  borcların  verilməsi; 

avtomobil  və  dəniz  yolları,  elektrik,  rabitə,  şəhər  limanları,  elektrik  qurğuları  tikintisi  , 

eləcə də təhsilin və səhiyyənin inkişafı və kadr hazırlığı. 

-- inkişaf etməkdə olan ölkələrə texniki köməklik  göstərilməsi. 

-- inkişaf etməkdə olan ölkələrdə ətraf mühitin mühafizəsi üzrə layihələrin və ölkələrin bu 

sahədə fəaliyyətlərinin maliyyələşdirilməsi və s. 



Elmi    yeniliyi:  Son  zamanlar  Dünya  bakının  fəaliyyətinin  genişlənməsiylə  əlaqədər  olan 

yeniliklər tədqiq edilmiş və onlar təsnifləndirilmişdir.  



Tətbiqi əhəmiyyəti:   Dünya bankı ilə əlaqə saxlamaq istəyən ölkələr ücün dəyərli vəsait kimi 

əhəmiyyətlidir. 



 

ƏDƏBİYYAT 

1.  Бородулина  Л.П.,  Кудряшова  И.А.,  Юрга  В.А.  Международные  экономические 

организации: Учеб. пособие. М.: Экономистъ, 2005. 298 с. 

2.  Ələkbərov  Ə.H.,  Vəliyev  M.Ə.,  Məmmədov  S.M.,  Ramazanov    M.K.  Beynəlxalq  iqtisadi 

təşkilatlar (Ali məktəblər üçün dərslik). Bakı: Çaşıoğlu, 2010, 384 s. 

3. Красавина Л.Н. Mеждународные валютно-кредитные и финансовые отношения: Учебник. 

М.: Fинансы и статистика, 2008, 576 с.  

 

РЕЗЮМЕ 



МИРОВОЙ  БАНК  И  ЕГО  РОЛЬ  В  РЕШЕНИИ  ГЛОБАЛЬНЫХ    ПРОБЛЕМ. 

Велиева  Л.М., Мамедова  Е.Ш. 

 

Ключевые слова :  мировой  банк,  инвестиция, финансы,  кредит, капитал, экономическая 

политика, повышение  уровня жизни населения. 

Мировой    банк,  выделяя    кредит    различным    страном    мира,    а  также    оказывая    им  

консультативные услуги, техническую помощь, способствует внедрению в жизнь крупномасштабных  

проектов.  Основная  цель  при  этом  -  сокращение  бедности  и  повышение  жизненного  уровня  

населения в развивающихся странах. 

                                                

SUMMARY 

THE WORLD BANKK'S ROLE IN SOLVING GLOBAL PROBLEMS 

Valieva L.M., Mammadova E.Sh. 

 

Key words:  world  bank,  investment,  finance,  credit,  capital, economic policy, raising the  living 

standard of population. 

 

World  Bank helps to fulfill largescale projects in different countries by giving consultation on issues 



related to economic policy and providing technical assistance. It's main purpose is to reduce poverty and to 

improve the quality of life in developing countries. 

 

 

Daxilolma tarixi: 



İlkin variant 

11.12.2016 

 

Son variant 



27.09.2017 

Dünya bankı və qlobal problemlərin həllində onun rolu 

 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə