Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə33/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

 

68 


 

kapitalın sıradan çıxması və köhnəlməsinin maliyyə ifadəsi olaraq onun vergi tutulmayan dəyərinin 

bir hissəsinin hər il amortizasiya fonduna çıxılmasıdır. Belə ki, bu fond mənfəətdən deyil, istehsal 

xərcləri  hesabına  yaradılır.  Bu  fond  təsərrüfat  obyektini  iş  qabiliyyətli  vəziyyətdə  saxlamaq  üçün 

istifadə  olunan  kapital  qoyuluşlarını  maliyyələşdirən  mənbədir.  Amortizasiya  ayırmaları  hesabına 

maliyyələşdirilən  kapital  qoyuluşları  istehsal  prosesi  nəticəsində  köhnəlmiş  və  sıradan  çıxmış  əsas 

fondların təkrar istehsalının obyektiv və açıq zərurət olmasını əks etdirir. Əgər avadanlığın fiziki və 

mənəvi  aşınması  təmir  olunmasa,  yeniləşməsə,  onda  əmtəə  və  xidmətlərin  istehsalı  dayanar.  Əsas 

fondların  geniş  təkrar  istehsalı  mexanizminin  mahiyyəti  ondan  ibarətdir  ki,  amortizasiya 

çıxılmalarının  başlanğıcı  ilə  sıradan  çıxmış  avadanlığın,  alətlərin,  binaların  əvəz  olunması  zərurəti 

arasında  vaxt  ayrılığı  mövcuddur.  Bu  vaxt  ayrılığı  əsas  kapitalın  maddi  daşıyıcılarının  xidmət 

müddətinə bərabərdir. 

Amortizasiya çıxımları avadanlığın ilkin işləmə anından başlayır, aşınmış maşınların yenisi ilə 

əvəz  olunması  zərurəti  isə  avadanlığın  ləğvi  ilə  başlayır.  Əgər  amortizasiya  fonduna  daxil  olan 

vəsaitlər  o  dəqiqə  investisiyalara  istifadə  olunarsa,  onda  istehsal  güclərinin  başqa  mənbələrdən 

əlavə kapital qoyuluşu olmadan genişlənməsi, yəni istehsal güclərinin təbii artımı baş verər.  

Qeyd  olunduğu  kimi,  amortizasiya  ayırmalarının  illik  ölçüləri  avadanlığın  xidmət 

müddətindən  asılıdır  və  məsrəflərin  məbləğinə  və  vergi  tutulan  mənfəətin  ölçülərinə  təsir  edir. 

Bununla belə, avadanlığın, binanın,  nəqliyyat vasitələrinin xidmət vaxtı nisbi məna kəsb edir. Bir 

sahibkar köhnə qurğuları istifadə etməyə hazırdır, digəri isə texniki yeniliklər ortaya çıxdıqca maşın 

parkını  təzələndirməyə  maraqlıdır.  Sahibkarlar  amortizasiya  fonduna  ayırmaların  artımında 

maraqlıdırlar.  Belə  ki,  bu  vəsaitləri  mənfəətlə  müqayisədə  investisiyaların  maliyyələşdirilməsində 

istifadə olunması daha sərfəlidir və bu vəsaitlərdən vergi ödənilmir. 

Amortizasiya  ayırmalarının  ölçülərinə  dövlətin  də  xüsusi  marağı  vardır.  Çox  kiçik 

amortizasiya  ayırmaları  -  milli  miqyasda  kapital  qoyuluşları  üçün,  geniş,  təkrar  və  sadə  istehsal 

üçün  məşğulluğun,  tələbin  təmin  olunması  üçün  kifayət  etmir.  Böyük  miqyasda  ayırmalar 

investisiyaların  artımına,  əsas  kapitalın  yeniləşməsinə  gətirsə  də,  vergitutma  bazası  olan,  elan 

olunmuş mənfəətin azalmasına gətirir, yəni, büdcəyə vergi daxilolmalarını azaldır. Həddindən çox 

amortizasiya  çıxılmaları  süni  investisiya  bumuna,  konyunkturanın  şişməsinə  gətirib  çıxara  bilər. 

Onlar  sosial-siyasi  nöqteyi-nəzərdən  də  çox  təhlükəlidir.  Dövlət  büdcəsinin  gəlir  hissəsində 

mənfəətdən  vergi  gəlirlərinin  azalması  digər  qrup  vergi  ödəyicilərinin  narazılığına  gətirib  çıxara 

bilər. Əsas kapitalın maddi daşıyıcılarının xidmət müddətinin və onların sıradan çıxması qaydasının 

müəyyən edilməsi bazar iqtisadiyyatlı ölkələrdə dövlətin funksiyası olmuşdur.  

Əsas 


fondların 

dəyərinin 

qiymətləndirilməsində 

və 


amortizasiya 

normasının 

müəyyənləşdirilməsində, həmçinin ayrılmış amortizasiyanın istehsalın yenilənməsi məsələsinin həlli 

baxımından  məqsədli  istifadə  olunmasının  təmin  olunmasında  müəssisələrin  müstəqilliyi  az 

əhəmiyyət kəsb etmir. Sürətləndirilmiş amortizasiya  sferasının genişləndirlməsi də zəruridir.  

Amortizasiya  prosesinin  sürətləndirlməsinin  təbii  məhdudlaşdırıcısı  müəssisənin  səmərəli 

işinin  təmin  olunmasının  zərurliyidir.  Müəssisənin  reallaşdırdığı  məhsula  elastik  tələbin 

mövcudluğu şəraitində onun amortizasiyanın artımına adekvat qiymət artımı imkanı mövcud olmur. 

Ona  görə də sürətləndirilmiş amortizasiya metodundan istifadə edilən zaman ayırmaların  məbləği 

balans mənfəətini aşmamalıdır. Sürətli amortizasiya əsas vəsaitlərin həqiqi istismar dövründən daha 

qısa müddətdə amortizasiya fonduna silinməsidir. Bu halın iqtisadi mahiyyəti maşın, avadanlıqların, 

binaların və qurğuların fiziki köhnəlməsi prosesi dövründə kalkulyasiya olunan  istehsal xərclərində 

əsas kapitalın əşya daşıyıcılarının dəyərinin istehsal olunan mallara və xidmətlərə aid edilməsindən 

ibarətdir.  Dövlət  nizamlayıcı  orqanları  amortizasiya  silinmələrinin  dərəcələrini  və  qaydalarını 

dəyişdirməklə istehsal xərclərinə aid edilərək vergidən azad olunan və  yeni kapital qoyuluşlarının 

maliyyələşdirilməsi  üçün  amortizasiya  fonduna  keçirilən  sərbəst  mənfəət  hissəsini  müəyyən  edir. 

Müasir  şəraitdə  əksər  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  amortizasiya  ayırmaları 

investisiya  qoyuluşlarının  maliyyələşdirilməsinin  əsas  mənbəyi  hesab  olunur.  Bu,  müxtəlif  illərdə 



Amortizasiya siyasəti investisiya qoyuluşlarının artırılması vasitələrindən biri kimi 

 



 

69 


 

müxtəlif  ölkələrdə  məcmu  investiyanın  50%-dən  80%-ə  qədərini  təşkil  edir.  Əsas  kapitalın 

amortizasiya  silinmələrinin    norma  və  modellərinin  dəyişdirilməsi    iqtisadiyyatın  dövlət 

tənzimlənməsinin ən əsas alətlərindən biridir. 

Sürətli  amortizasiya  silinmələri  mənfəətin  kapitallaşdırılması    formalarından  biridir. 

Mənfəətin  kapitala  belə  çevrilməsi  daha  tez,  rahat  və  ucuz  başa  gəlir.  Belə  ki,  o  nə  azad  kapital 

bazarından  cəlb  edilmiş  vəsait,  nə  də  satılmış  səhmlər  üzrə  səhmdarlara  ödənilən  dividend 

ödənişlərinin vasitəsilə ifadə olunur və başlıca olaraq büdcəyə vergi ödənişi ilə müşayiət olunmur.  

Əsas kapitalın müasir sürətli amortizasiya silinmələri,  mənfəətin vergidən azad olunması yolu ilə 

avadanlıq, bina və tikililərin həqiqi köhnəlməsi prosesindən tez, məcburi investisiya olunması şərti 

ilə təkrar istehsalın dövlət tərəfindən nizamlanmasının miqyasını əks etdirir.  

Əsas  fondların  surətli  amortizasiyası  korporativ  biznesin  investisiya  fəallığına  təsir 

göstərməyin ən mühüm yollarından biri kimi çıxış edir. Sürətli  amortizasiya mexanizmi vasitəsilə 

kapital qoyuluşunun spesifik xüsusiyyəti ondan ibarətdir ki, kapitallaşdırılan mənfəətin əhəmiyyətli 

hissəsi  mənfəət  şəklində  deyil,  malların  və  xidmətlərin  istehsal  xərclərinin  tərkib  hissəsi  şəklində 

özünü göstərir.  

Amortizasiya ayırmalarının həcminin azalmaması və istifadəsinin səmərəsiz qalmaması üçün 

amortizasiya  fonduna  bütün  ayırmalar  dərhal  əsas  kapitalın  yeni  investisiyasına  sərf  olunmalıdır. 

Respublikamızda  amortizasiya  ayırmalarının  və  amortizasiya  fondundan  vəsaitlərin  istifadəsi 

sisteminin  qaydaya  qoyulması  üçün  bir  sıra  tədbirlər  həyata  keçirilməlidir.  İlk  növbədə,  kiçik  və 

orta  müəssisələrə  silinmələr  üzrə  bəzi  güzəştlər  verilməlidir.  Amortizasiya  fondlarının  indeksləş-

dirilməsi  aparılmalıdır.  Sürətli  amortizasiya  silinmələrinin  dinamik  və  diferensial  sistemlərinin 

tətbiqinin zəruriliyi dövlət büdcəsinin gərginliyi və bununla bağlı olaraq mənfəətdən vergi yığımları 

hissəsindən imtina etməyin mümkünsüzlüyü ilə üzləşir [2].  

  Əsas  kapitalın  dövlət  tərəfindən  icazə  verilmiş  sürətli  amortizasiya  silinməsinin  kütləvi 

tətbiqi aşağıdakılarla nəticələnər: 

- kapitalın dövriyyəsi artar

-  amortizasiya  fondunda  gizlədilmiş  mənfəət  yığım  və  istehlaka  bölgü  nəticəsində  tutulduğu 

üçün yığımın milli gəlirdəki payı və tempi artar

-  sürətli  amortizasiya  silinməsi  süni  şəkildə  istehsal  xərclərini  artırmaqla  yanaşı,  qiymət 

artımına şərait yaradar;  

-  sürətləndirilmiş  silinmə  nəticəsində  balans  mənfəətinin  süni  surətdə  azalması,  mənfəətdən 

büdcəyə vergi daxilolmalarının azalmasına səbəb olar, büdcə gəlirlərinin strukturu dəyişər

-  balans  mənfəətinin  azalması  dividendlər  şəklində  ödənilən  mənfəətin  mütləq  həcmini  və 

ümumilikdə onların səviyyəsini aşağı salar; 

-  sürətləndirilmiş  amortizasiya  silinməsi  əsas  fondların  balans  dəyərinin  bazar  dəyərindən 

kənarlaşmasını şərtləndirər; 

-  kapital  qoyuluşunun  ənənəvi  maliyyələşdirmə  metodları  zamanı  pul  vəsaitləri  çoxsaylı 

mərhələlərlə  kapitala  çevrildiyi  halda,  sürətləndirilmiş  amortizasiya  silinməsi  hesabına  investisiya 

təminatı zamanı bu proses çox sadə, sürətli olmaqla yanaşı, onun əhəmiyyətli hissəsinin vergilərdən 

azad olunması ilə müşahidə olunar. 

Antiböhranlı tənzimləmə vasitəsi kimi əsas kapitalın sürətli amortizasiya silinməsi siyasətinin 

daxili  ziddiyəti  aşağıdakılardan  ibarətdir:  böhran  dövrü  istehsal  güclərinin  yüklənməsi  və  məhsul 

buraxılışı azalır, eyni zamanda hökumət əsas kapitalın ilkin dəyərinin daha böyük hissəsini silməyə 

icazə verir ki, bu da mənfəətin  əhəmiyyətli hissəsini amortizasiya fondunda, daha doğrusu, istehsal 

xərclərində vergidən yayındırmaq imkanı verir. Lakin istehsal xərcləri böhran vaxtı onsuz da artır: 

alıcıların  ödənişi  çətinləşir,  malsatanlar  müflisləşir,  məhsulların  saxlanması  və  satışına  çəkilən 

məsrəflər artır, kredit bahalaşır [3]. 

Yuxarıda  qeyd  olunanları  nəzərə  almaqla,  hesab  edirik  ki,  Azərbaycanda  dövlətin 

amortizasiya  siyasəti  sahəsində  hesablamanın  real  bazasına  malik  amortizasiya  sisteminin 



Hüseynova M.S., Əhmədova T.M.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə