32
mətnli təcəssümünün yoxluğu onların fərdi müəllif baxışları sistemində yoxluğu kimi təfsir
edilməməlidir (hətta əgər söhbət, bu peşənin ən istedadlı və orijinal nümayəndələri haqqında getmirsə).
Nəhayət, əgər tənqidin spesifik məsələlərini sosial-mədəni institut baxımından təhlil etsək, eləcə
də estetika və ədəbi tənqidin estetik komponentlərinin bərabərsizliyini nəzərə alsaq, o zaman məntiqi
olaraq düşünmək olar ki, prosesin xüsusi üsulları tənqidi mətn çərçivəsində nəzəriyyənin qeyri-
ənənəvi təqdimat formalarına malikdir. Beləliklə, ilk baxışdan fərdi məsələnin öyrənilməsi, tənqid
nəzəriyyəsində müxtəlif oxunuşların tam bir kompleksini aydınlaşdırmaq tələbi ilə diktə edilir.
Perspektiv məsələ tənqidi sistemin bütün komponentləri arasında münasibətlərin və qarşılıqlı əlaqənin
xarakterini müəyyən etməkdən ibarətdir. Lakin bunun üçün onları öncə eyniləşdirmək lazımdır.
Tənqidi əsərdə fəlsəfi-estetik komponentin atribusiyası məsələsi bir neçə aspektdə
öyrənilməlidir: tərkibinə görə həmcins olmayan mətndən lazımi elementlərin ayrılması və seçilməsi
üçün əsaslar tapmaq; estetik materialın mümkün forma və üsullarını müəyyən etmək; müəllifin
seçiminə təsir edən amilləri müəyyən etmək lazımdır.
Hər şeydən əvvəl, estetik problemin aşkarlanması prinsiplərinə aydınlıq gətirmək tələb
olunur. Burada da, ilkin olaraq bir neçə metodoloji istiqamət vardır. Estetika – fəlsəfə elminin bir
sahəsidir. O gerçəkliyin bütün sahələrində, o cümlədən incəsənətdə, ətraf dünyanın ifadəli
formalarının subyekt tərəfindən hissiyyatlı qavramasında universaliyaların aşkarlanmasına
yönləndirilmişdir. M.F.Ovsyannikov vurğulayır ki, estetik fikrin atributiv xassəsi və qeyd edən
xüsusiyyəti, məhz ondan ibarətdir ki, “...hər zaman fəlsəfi ümumiləşdirmə olmalıdır və yalnız bu
mənada öz spesifikliyini qoruyub saxlayır...”
[10, 8]. Lakin, fəlsəfi rəy və nəticələrin estetik
təbiətinə baxmayaraq, müasir nəzəriyyəçilər xəbərdarlıq edirlər ki,
“...onların mənbəyi, sırf
spekulyativ düşüncə deyil. Estetik mülahizələr müxtəlif dövrlərin bədii təcrübəsinin ətraflı təhlili,
kübar və kütləvi bədii zövqlərin təkamülünün vektoru və səbəblərinin dərk edilməsi, incəsənət
ustalarının öz yaradıcı proseslərinin müşahidəsi əsasında, düzgünlük əldə edirlər...” [8, 8-9].
Bizim mövzumuzun aspektində olduqca vacib məqamlardan biri də odur ki, “...estetik fikir,
adekvat nəzəri formada hər zaman ifadə olunmur. O, müxtəlif formalarda kodlaşdırıla bilər:
yaradıcılıq prinsiplərində, incəsənətşünaslıq və ədəbiyyatşünaslıq konsepsiyalarında öz ifadəsini
tapa bilər...”
[11, 8]. Beləliklə, növbəti şərtlərlə iddia etmək mümkündür ki, hazırkı konkret halda,
tənqidçi öz estetika qanunlarını əsaslandırır və ya onun ayrı-ayrı elementlərini postulat kimi qəbul
edir. Müəllif öz fikrini belə tamamlayır ki, ümumiləşdirən xarakter, ümumilik, konstantlıq, təkrarlıq
və bədii təcrübəyə əsaslanan sübutluluq – tənqidi mətndə fəlsəfi-estetik problematikanın atributiv
əlamətləridir.
Tənqidçi, bir qayda olaraq, öz prioritet məqsədi qismində estetik proqramın istehsalı barədə
düşünmür. Nəzəri baza tənqidçiyə konkret məsələlərin həlli – meyarlar, dəlillər, polemika
göstəricilərinin dəqiqləşdirilməsi üçün lazımdır. Bundan başqa, onun auditoriyası – kütləvi, qeyri-
peşəkar oxucudur və bütövlükdə ictimai fikirdir. Belə ki, oxucunun təklif edilən təfsirlərin və
qiymətləndirmələrin həqiqiliyinə və əsaslandırılmasına inandırmaq vacibdir. Bu səbəbdən o, həmin
funksiyalara materialın, o cümlədən estetik materialın təsvir edilməsinin adekvat forma və
üsullarını aşkarlamağa cəhd edir.
Estetik problematikanın nə qədər aşkar və məqsədyönlü təqdim edilməsindən asılı olaraq,
onun mətn reprezentasiyasınının növbəti üsullarını qeyd etmək olar: Eksplisit, İmplisit, İstinad və
etalon, Rekonstruksiya üsulları, həmçinin sərhəd (keçid) variantları da bu sırada yer alır. Tədqiqatçı
öz ümumi estetik mövqelərini oxuyuculara konkret misallarla da aydın şəkildə izah edə bilər.
Məsələn, M.Y.Saltıkov Alfred Müssenin poemasına (1864) aid resenziyada İ.S.Turgenevdən geniş
sitat gətirir ki, burada yaz axşamının möhtəşəm mənzərəsinə və poetik gözəlliyinə baxmayaraq, bu
poetik tablo heç bir xüsusiyyətində həqiqətə zidd deyil. Bunun ardınca isə, həmin axşamın,
“müşahidəçi, qeyri-şair birisi”nin tərtib edə biləcəyi, “kasad formulyar siyahı”dan ibarət olan quru,
protokol şəklində təsviri verilir. Bununla tənqidçi özünün iki estetik prinsipini əyani şəkildə
nümayiş etdirir. İlk olaraq yazıçı elmi və bədii mətnləri o əsasla bir-birindən ayırır ki, incəsənətdə,
Ədəbi-tənqidi mətndə estetik problematikanın fəaliyyətinin spesifikası
33
dünyanın bütöv, vahid obrazlı, hissiyatlı və müəllif subyektivliyi ilə zənginləşdirilmiş mənzərəsi
yaradılır. İkincisi, həmin məqalədə bəyan etdiyi növbəti tezisi təsdiqləyir: “...poeziya özü-özlüyündə
insanın əqli fəaliyyətinin qanuni sahələrindən birini təmsil edir və o nə biliyə, nə də həqiqətə heç
bir halda zidd deyil... Poetik qüvvə nə qədər yüksək və əhatəlidirsə, bir o qədər onun dünyaya
baxışı real və həqiqidir...” [16].
Beləliklə, ədəbi tənqiddə fəlsəfi-estetik problematika funksional olaraq, qismən məhz estetik
problematika ilə uyğun gəlir: o incəsənətin mahiyyəti və universal qanunları haqqında biliklərin
sistemləşdirilməsinin üsuludur və incəsənətşünaslıq (bu terminin geniş mənasında) refleksiyasının
nəzəri fundamenti rolunda çıxış edir.
Eyni zamanda tənqidi mətnin fəlsəfi-estetik komponenti, tənqidin, sosiomədəni institut və
mənəvi-yaradıcı fəaliyyət kimi “şəcərə” xüsusiyyətlərindən irəli gələn öz spesifikasına malikdir.
Rəsmi səviyyədə bu estetik məlumatların reprezentasiyasının özünəməxsus üsullarında, məzmun
səviyyəsində – materialın həcmində və müəllifin açıq ifadə edilmiş estetik tərcihlərində, struktur
səviyyəsində – nəzəriyyənin və qiymətləndirici - interpretasiya fraqmentlərinin mətnli nisbətində,
funksional səviyyədə – praqmatik yönləndirmədə və estetik təsəvvürlərin və kateqoriyaların
əməliyyatlı təsirli xarakterində özünü büruzə verir.
Sonda tədqiqatçı belə qənaətə gəlir ki, ayrıca terminoloji anlayışın daxil edilməsi üçün kifayət
qədər əsas var. Həmin anlayış ədəbi tənqidin bir mətn kimi problem sahəsi çərçivəsində spesifik
fəaliyyət göstərən və onun bədiilik konsepsiyasının məzmunca açıqlanmasına və qiymətləndirmə
prinsiplərinin praktiki operativ reallaşmasına şərait yaradan ümumi estetik kateqoriyaların
mənalarının bütün kontinuumunu bütövlükdə qeyd etməlidir. Güman edilir ki, bu halda ədəbi
tənqidin estetika ilə bir elm kimi həm də onun ayrı-ayrı hissələri ilə uyğun gəlməyən fəlsəfi-estetik
diskurs anlayışı istifadə edilə bilər.
Elmi yeniliyi: Məqalədə rus ədəbi tənqidində fəlsəfi-estetik problematikanın qismən məhz
estetik problematika ilə uyğun gəlməsi, tənqidin əsas funksiyasının izahı, estetik problematikanın
mətn reprezentasiyasınının üsulları, konkret olaraq dahi şəxslərin və onların estetik doktrinalarının
dərinliyi və konseptuallığına əsaslanan fikirlər geniş formada araşdırılmışdır. Məhşur rus
tənqidçilərinin elmi işləri və məqalələrindən sitatlar, nümunələr gətirilmişdir. Məqalənin məqsədi
ədəbi-tənqidin indi ümumiləşdirici funksiya daşıyıb, estetik problematikanın nə qədər aşkar və
məqsədyönlü olmasını təqdim etməkdir.
Tətbiqi əhəmiyyəti: Məqalə elmi işlə məşğul olan tədqiqatçılar və tələbələr üçün önəmli
mənbə hesab oluna bilər.
ƏDƏBİYYAT
1. Belinski V.Q. Tam əsərlər toplusu: 13 cilddə. I c. M., 1953. s.585.
2. Brüxovetski V.S. Tənqid – təfəkkür və faəliyyət kimi // Rus ədəbiyyatı. 1984. № 4. s.70-84.
3. Brüxovetski V.S. Ədəbi tənqidin təbiəti, funksiyaları və metodu. Fil.e.d dis. avtoref. Kiyev, 1986,
28 s.
4. Berdyayev N.A. Rus klassikləri haqqında. M., 1993. 304 s.
5. Ədəbi ensiklopedik lüğət. M., 1987. 169 s.
6.
Ədəbiyyatşünaslıq terminləri. M.,1974. s.168-169.
7. Konovalov V.N. Ədəbi tənqid metodu // Ədəbi tənqid nəzəriyyəsi problemləri. M., 1980. s.134.
8. Krivtsun O.A. Estetika. M., 1998. s.8-9.
9.
Makaşin S.A. Saltıkov-Şşedrin 1850-1860-cı illərin kəsişməsində. Bioqrafiya. M., 1972. s.95
10. Ovsyannikov M.F. Estetik fikirin tarixi. 2-ci nəşr, təkrar işlənmiş və əlavə edilmiş. M., 1984. s.8
11. Ovsyannikov M.F. Estetik fikirin tarixi. 2-ci nəşr, təkrar işlənmiş və əlavə edilmiş. M., 1984. s.28.
12. Saltıkov-Şedrin M.Y. Əsərlər toplusu: 20 cilddə. V c. M., 1966. 457 s.
13. Solovyov Q.A. Gənc Belinskinin estetik ideyaları. M., 1986. s.178.
14. Solovyov V.S. İncəsənət fəlsəfəsi və ədəbi tənqid. M., 1991. s. 472-473.
Kərimova V.S.