Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

 

32 


 

mətnli  təcəssümünün  yoxluğu  onların  fərdi  müəllif  baxışları  sistemində  yoxluğu  kimi  təfsir 

edilməməlidir (hətta əgər söhbət, bu peşənin ən istedadlı və orijinal nümayəndələri haqqında getmirsə).  

Nəhayət, əgər tənqidin spesifik məsələlərini sosial-mədəni institut baxımından təhlil etsək, eləcə 

də estetika və ədəbi tənqidin estetik komponentlərinin bərabərsizliyini nəzərə alsaq, o zaman məntiqi 

olaraq  düşünmək  olar  ki,  prosesin  xüsusi  üsulları  tənqidi  mətn  çərçivəsində    nəzəriyyənin  qeyri-

ənənəvi  təqdimat  formalarına  malikdir.  Beləliklə,  ilk  baxışdan  fərdi  məsələnin  öyrənilməsi,  tənqid 

nəzəriyyəsində  müxtəlif  oxunuşların  tam  bir  kompleksini  aydınlaşdırmaq  tələbi  ilə  diktə  edilir. 

Perspektiv məsələ tənqidi sistemin bütün komponentləri arasında münasibətlərin və qarşılıqlı əlaqənin 

xarakterini müəyyən etməkdən  ibarətdir. Lakin bunun üçün onları öncə eyniləşdirmək lazımdır. 

Tənqidi  əsərdə  fəlsəfi-estetik  komponentin  atribusiyası  məsələsi  bir  neçə  aspektdə 

öyrənilməlidir: tərkibinə görə həmcins olmayan mətndən lazımi elementlərin ayrılması və seçilməsi 

üçün  əsaslar  tapmaq;  estetik  materialın  mümkün  forma  və  üsullarını  müəyyən  etmək;  müəllifin 

seçiminə təsir edən amilləri müəyyən etmək lazımdır.  

Hər  şeydən  əvvəl,  estetik  problemin  aşkarlanması  prinsiplərinə  aydınlıq  gətirmək  tələb 

olunur. Burada da, ilkin olaraq bir neçə metodoloji istiqamət vardır.  Estetika – fəlsəfə elminin bir 

sahəsidir.  O  gerçəkliyin  bütün  sahələrində,  o  cümlədən  incəsənətdə,  ətraf  dünyanın  ifadəli 

formalarının  subyekt  tərəfindən  hissiyyatlı  qavramasında  universaliyaların  aşkarlanmasına 

yönləndirilmişdir.  M.F.Ovsyannikov  vurğulayır  ki,  estetik  fikrin  atributiv  xassəsi  və  qeyd  edən 

xüsusiyyəti,  məhz  ondan  ibarətdir  ki,  “...hər  zaman  fəlsəfi  ümumiləşdirmə  olmalıdır  və  yalnız  bu 



mənada  öz  spesifikliyini  qoruyub  saxlayır...”

 

[10,  8].  Lakin,  fəlsəfi  rəy  və  nəticələrin  estetik 



təbiətinə  baxmayaraq,  müasir  nəzəriyyəçilər  xəbərdarlıq  edirlər  ki,  “...onların  mənbəyi,  sırf 

spekulyativ düşüncə deyil. Estetik mülahizələr müxtəlif dövrlərin  bədii təcrübəsinin ətraflı təhlili, 

kübar  və  kütləvi  bədii  zövqlərin  təkamülünün  vektoru  və  səbəblərinin  dərk  edilməsi,  incəsənət 

ustalarının öz yaradıcı proseslərinin müşahidəsi  əsasında, düzgünlük əldə edirlər...” [8, 8-9]. 

Bizim mövzumuzun aspektində olduqca vacib məqamlardan biri də odur ki,  “...estetik fikir, 



adekvat  nəzəri  formada  hər  zaman  ifadə  olunmur.  O,  müxtəlif  formalarda  kodlaşdırıla  bilər: 

yaradıcılıq  prinsiplərində,  incəsənətşünaslıq  və  ədəbiyyatşünaslıq  konsepsiyalarında  öz  ifadəsini 

tapa bilər...”

 

[11, 8].  Beləliklə, növbəti şərtlərlə iddia etmək mümkündür ki, hazırkı konkret halda, 



tənqidçi öz estetika qanunlarını əsaslandırır və ya onun ayrı-ayrı elementlərini postulat kimi qəbul 

edir. Müəllif öz fikrini belə tamamlayır ki, ümumiləşdirən xarakter, ümumilik, konstantlıq, təkrarlıq 

və  bədii təcrübəyə əsaslanan sübutluluq – tənqidi mətndə fəlsəfi-estetik problematikanın atributiv 

əlamətləridir. 

Tənqidçi, bir qayda olaraq, öz prioritet məqsədi  qismində estetik proqramın istehsalı barədə 

düşünmür.  Nəzəri  baza  tənqidçiyə  konkret  məsələlərin  həlli  –  meyarlar,  dəlillər,  polemika 

göstəricilərinin dəqiqləşdirilməsi üçün lazımdır.  Bundan başqa, onun auditoriyası – kütləvi, qeyri-

peşəkar  oxucudur  və  bütövlükdə  ictimai  fikirdir.  Belə  ki,  oxucunun  təklif  edilən  təfsirlərin  və 

qiymətləndirmələrin həqiqiliyinə və əsaslandırılmasına inandırmaq vacibdir.  Bu səbəbdən o, həmin 

funksiyalara  materialın,  o  cümlədən  estetik  materialın  təsvir  edilməsinin    adekvat  forma  və 

üsullarını aşkarlamağa cəhd edir. 

Estetik  problematikanın  nə  qədər  aşkar  və  məqsədyönlü  təqdim  edilməsindən  asılı  olaraq, 

onun mətn reprezentasiyasınının  növbəti üsullarını qeyd etmək olar:  Eksplisit, İmplisit, İstinad  və 

etalon, Rekonstruksiya üsulları, həmçinin sərhəd (keçid) variantları da bu sırada yer alır. Tədqiqatçı 

öz  ümumi  estetik  mövqelərini  oxuyuculara  konkret  misallarla  da  aydın  şəkildə  izah  edə  bilər. 

Məsələn, M.Y.Saltıkov Alfred Müssenin poemasına (1864) aid resenziyada İ.S.Turgenevdən geniş 

sitat gətirir ki, burada yaz axşamının möhtəşəm mənzərəsinə və poetik gözəlliyinə baxmayaraq, bu 

poetik  tablo  heç  bir  xüsusiyyətində  həqiqətə  zidd  deyil.  Bunun  ardınca  isə,  həmin  axşamın, 

“müşahidəçi, qeyri-şair birisi”nin tərtib edə biləcəyi, “kasad formulyar siyahı”dan ibarət olan quru, 

protokol  şəklində  təsviri  verilir.  Bununla  tənqidçi  özünün  iki  estetik  prinsipini  əyani  şəkildə 

nümayiş etdirir. İlk olaraq yazıçı elmi və bədii mətnləri o əsasla bir-birindən ayırır ki, incəsənətdə, 



Ədəbi-tənqidi mətndə  estetik  problematikanın  fəaliyyətinin spesifikası 

 



 

33 


 

dünyanın  bütöv,  vahid  obrazlı,  hissiyatlı  və  müəllif  subyektivliyi  ilə  zənginləşdirilmiş  mənzərəsi 

yaradılır. İkincisi, həmin məqalədə bəyan etdiyi növbəti tezisi təsdiqləyir: “...poeziya özü-özlüyündə 

insanın əqli  fəaliyyətinin qanuni sahələrindən birini təmsil edir  və o nə biliyə, nə də həqiqətə heç 

bir  halda  zidd  deyil...  Poetik  qüvvə  nə  qədər    yüksək  və  əhatəlidirsə,  bir  o  qədər  onun  dünyaya 

baxışı real və həqiqidir...” [16]. 

Beləliklə, ədəbi tənqiddə fəlsəfi-estetik problematika funksional olaraq, qismən məhz estetik 

problematika  ilə  uyğun  gəlir:  o  incəsənətin  mahiyyəti  və  universal  qanunları  haqqında  biliklərin 

sistemləşdirilməsinin üsuludur və incəsənətşünaslıq (bu terminin  geniş  mənasında)  refleksiyasının 

nəzəri fundamenti rolunda çıxış edir.  

Eyni  zamanda  tənqidi  mətnin  fəlsəfi-estetik  komponenti,  tənqidin,  sosiomədəni  institut  və 

mənəvi-yaradıcı  fəaliyyət  kimi  “şəcərə”  xüsusiyyətlərindən  irəli  gələn  öz  spesifikasına  malikdir. 

Rəsmi səviyyədə bu estetik məlumatların reprezentasiyasının  özünəməxsus  üsullarında,  məzmun 

səviyyəsində  –  materialın  həcmində  və  müəllifin  açıq  ifadə  edilmiş  estetik  tərcihlərində,  struktur  

səviyyəsində  –  nəzəriyyənin  və  qiymətləndirici  -  interpretasiya  fraqmentlərinin  mətnli  nisbətində, 

funksional  səviyyədə  –  praqmatik  yönləndirmədə  və  estetik  təsəvvürlərin  və  kateqoriyaların 

əməliyyatlı təsirli xarakterində özünü büruzə verir.  

Sonda tədqiqatçı belə qənaətə gəlir ki, ayrıca terminoloji anlayışın daxil edilməsi üçün kifayət 

qədər əsas var. Həmin anlayış ədəbi tənqidin bir mətn kimi problem sahəsi çərçivəsində  spesifik 

fəaliyyət  göstərən və onun  bədiilik konsepsiyasının məzmunca açıqlanmasına və qiymətləndirmə 

prinsiplərinin  praktiki  operativ  reallaşmasına  şərait  yaradan  ümumi  estetik  kateqoriyaların 

mənalarının  bütün  kontinuumunu  bütövlükdə  qeyd  etməlidir.  Güman  edilir  ki,  bu  halda  ədəbi 

tənqidin estetika ilə bir elm kimi həm də onun ayrı-ayrı hissələri ilə uyğun gəlməyən fəlsəfi-estetik 

diskurs anlayışı istifadə edilə bilər.  

Elmi  yeniliyi:  Məqalədə  rus  ədəbi  tənqidində  fəlsəfi-estetik  problematikanın  qismən  məhz 

estetik  problematika  ilə  uyğun  gəlməsi,  tənqidin  əsas  funksiyasının  izahı,  estetik  problematikanın 

mətn reprezentasiyasınının üsulları, konkret olaraq dahi şəxslərin və onların estetik doktrinalarının 

dərinliyi  və  konseptuallığına  əsaslanan  fikirlər  geniş  formada  araşdırılmışdır.  Məhşur  rus 

tənqidçilərinin  elmi  işləri  və  məqalələrindən  sitatlar,  nümunələr  gətirilmişdir.  Məqalənin  məqsədi 

ədəbi-tənqidin  indi  ümumiləşdirici  funksiya  daşıyıb,  estetik  problematikanın  nə  qədər  aşkar  və 

məqsədyönlü olmasını təqdim etməkdir. 

Tətbiqi  əhəmiyyəti:  Məqalə  elmi  işlə  məşğul  olan  tədqiqatçılar  və  tələbələr  üçün  önəmli 

mənbə hesab oluna bilər. 



 

ƏDƏBİYYAT 

1. Belinski V.Q. Tam  əsərlər toplusu: 13 cilddə. I c. M., 1953. s.585. 

2. Brüxovetski V.S. Tənqid – təfəkkür və faəliyyət kimi // Rus ədəbiyyatı. 1984. № 4. s.70-84. 

3. Brüxovetski V.S. Ədəbi tənqidin təbiəti, funksiyaları və metodu. Fil.e.d dis. avtoref. Kiyev, 1986, 

28 s.   

4. Berdyayev N.A. Rus klassikləri haqqında. M., 1993. 304 s. 

5. Ədəbi ensiklopedik lüğət. M., 1987. 169 s. 

6.

 



Ədəbiyyatşünaslıq terminləri. M.,1974. s.168-169. 

7. Konovalov V.N. Ədəbi tənqid metodu // Ədəbi tənqid  nəzəriyyəsi problemləri. M., 1980. s.134.  

8. Krivtsun O.A. Estetika. M., 1998. s.8-9. 

9.

 



Makaşin S.A. Saltıkov-Şşedrin 1850-1860-cı illərin kəsişməsində. Bioqrafiya. M., 1972. s.95 

10. Ovsyannikov M.F. Estetik fikirin tarixi. 2-ci nəşr, təkrar işlənmiş və əlavə edilmiş. M., 1984. s.8 

11. Ovsyannikov M.F. Estetik fikirin tarixi. 2-ci nəşr, təkrar işlənmiş və əlavə edilmiş. M., 1984. s.28. 

12. Saltıkov-Şedrin M.Y. Əsərlər toplusu: 20 cilddə. V c. M., 1966. 457 s. 

13. Solovyov Q.A. Gənc Belinskinin estetik ideyaları. M., 1986. s.178. 

14. Solovyov V.S. İncəsənət fəlsəfəsi və ədəbi tənqid. M., 1991. s. 472-473. 



Kərimova V.S.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə