Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

 

26 


 

düşməni  xofu»,  əslində,  xalqı,  Vətəni  sevənlərə,  işğala,  imperiyaya  qarşı  çıxanları  məhv  etməyə 

yönəlmişdi.  Onlara  “terrorçu”,  “imperializm  agenti”,  “millətçi”,  “müsavatçı”,  “pantürkist”, 

“panislamist” damğaları vurulurdu.  Azərbaycan yazıçıları və şairləri H.Cavid, Ə.Cavad, M.Müşfiq, 

Y.V.Çəmənzəminli “antisovet trotskiçi, ziyançı, diversiyaçı, casus, millətçi, türkçü” adı ilə ittiham 

olunaraq güllələndilər, ən yaxşı halda sürgün olundular. Onları qəhrəmanlarının “gah Turandan, gah 

da  İrandan  gəldiyinə”  görə  təqsirləndirirdilər.  “Bütün  bunlar  30-cu  illər  repressiyasının  dövlət 

səviyyəsində keçirilən analoqu olmayan son dərəcə mürəkkəb siyasi aksiya olduğunu deməyə əsas 

verir…” “Analoqu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər adamları tragik şəkildə 

həyatdan, sevdiyi sənətdən ayırmadı, həm də on minlərlə oxuma və yazma savadı olmayan adamları 

belə  ağuşuna  alaraq  xalqın  şüurunu  dəyişdi,  onu  tərəqqidən  saxladı,  mənəviyyata,  tarixi-etnik 

düşüncəyə  ağır  zərbə  vurdu…  Neçə-neçə  bədii  düşüncə,  mənəvi-əxlaqi  dəyərlər  məhv  oldu, 

nəticədə  ən  böyük  ziyanı  xalq  çəkdi.  O  xalq  ki,  onun  adı  ilə  də  təmizləmə  “alqışlandı”, 

“satqınların”, “xalq düşmənləri”nin mühakiməsi tələb edildi” [2,327-328]. 

XX əsrin 30-cu illərində Cənubi Azərbaycanda da şah rejimi milli vətənpərvər qüvvələr, öz 

xalqlarını,  vətənini  sevən  yazıçılara,  şairlərə,  ziyalılara  divan  tutur,  onları  zindanlara  salır, 

güllələyir,  asırdılar.  1930-cu  ildə  Cənubi  Azərbaycanda  vətənpərvər  şeir,  publisistika,  nəsr, 

ümumiyyətlə,  ədəbiyyat  yüksək  inkişaf  səviyyəsinə  qədəm  qoymuşdu.  Məşhur  “53-lər” 

məhkəməsində  ittiham  olunan  filosof  Tağı  Əraninin  məhkəmədə  söylədiyi  “Müdafiə  nitqi” 

publisistikanın ən parlaq nümunələrindən biri sayılır. O, “Dünya” jurnalının baş redaktoru idi. 

Bu  dövrdə  Cənubi  Azərbaycanda  Şəms  Kəsmai,  Şuri  Bəxşayişi,  Mahmud  Qənizadə, 

Siqqətülislam  kimi  şairlər  xalq,  vətən  məhəbbəti,  ikiyə  bölünmüş  vətən  ideyasını  öz  şeirlərində 

sənətkarlıqla əks etdirmiş, qədim Şərqin ağsaçlı dövlətlərindən olan Azərbaycanın yadlar tərəfindən 

idarə olunmasından xilas olmanın yollarını araşdırmışlar. Xalq yazıçısı, akademik Mirzə İbrahimov 

yazır:  “Azad  gələcəyə  inam,  əvvəl-axır  zalimlərin  məhv  ediləcəyinə,  qaranlığın  çəkilib  səhər 

açılacağına sarsılmaz inam şairlərin ürəyinə xalq və vətən məhəbbətilə dolmuşdur və bu məhəbbətlə 

də  nəsildən-nəslə  keçmişdir.  Bəli,  vətən  eşqi,  xalqa  məhəbbət  insanın  fikrini  hərəkətə  gətirərək, 

iradəsini  möhkəmlədən  ecazkar  qüvvədir  və  bu  işıq  saçan  qüvvə  həmişə  Cənub  şairlərini 

ilhamlandırmışdır” [4,30]. 

XX  əsrin  30-cu  illərini  ABŞ  tədqiqatçısı  T.Svayaxovski  “böyük  siyasi  təmizləmələr  və 

azərbaycançılıq”  kimi  səciyyələndirir.  “Sovet  xalqının  tərkib  hissəi  olan  Azərbaycanda  ölkənin 

dilinə  və  vətəndaşlarına  xas  olan  “türk  dili”,  “Azərbaycan  türkü”  əvəzinə  “Azərbaycan”, 

“azərbaycanlılar”  ifadəsi  işləndi.  “Əsas  məqsəd  açıq-aşkar  şəkildə  türkdilli  dünyaya  oxşarlığın 

üstündən bir xətt çəkmək idi” [8,171]. 

Cənubda da oxşar proseslər gedirdi. Azərbaycanın türklərlə heç bir əlaqəsi olmadığı, farslarla 

bağlı olduğu iddia edilirdi. 

Siyasi  təmizləmələrə  məruz  qalan  Sovet  Azərbaycanının  Yazıçılar  İttifaqı  özünün  ən  güclü 

vətənpərvər  üzvlərini,  görkəmli  ədəbiyyat  xadimlərini  itirdi.  30  minə  yaxın  ziyalısını  itirən 

Azərbaycandakı  “qırmızı  terrorun”  misli-bərabəri  yox  idi.  Siyasi  təmizləmələrin  Azərbaycanın 

ədəbi-mədəni həyatına vurduğu zərbənin əsil mahiyyəti haqqında T.Svyataxovski belə yazır: “Baş 

verən  siyasi  təmizləmələr  qanlı  siyasi  və  bürokratik  sarsıntı  olmaqdan  daha  artıq  mahiyyət  kəsb 

etdi.  Bu  təmizləmələr  həm  də  başqa  yöndə  mədəni  istiqamətləndirmə  demək  idi  ki,  bunun  da 

mahiyyəti  türkçülüyə  bənzər,  çox  dərinlərə  gedən  görüşlərə  düşmən  münasibət  bəsləyən  və 

Azərbaycan  birliyi  arzusuna  laqeyd  olan  yerli,  etnik  və  dünyəvi  milliyyətçiliyin 

gücləndirilməsindən  ibarət  idi.  Həmin  milliyyətçilik  dilçi  azəriçiliyin  və  1918-1920-ci  illərdəki 

azərbaycançılığın  oxşar,  lakin  təhrif  olunmuş  elementlərindən  ibarət  idi”.  [8,174].  Müəllif 

repressiya  rejiminin  Azərbaycanın  birliyinə  qarşı  yerli  azərbaycançılıq  və  ruslaşdırma  siyasəti 

yürütdüyünü göstərir. 

1939-cu  ildə  latın  əlifbasından  kiril  əlifbasına  keçid  zamanı  Azərbaycan  SSR  Maarif 

komissarı  M.Məmmədov  yazırdı:  “Rus  əlifbası  latın  əlifbası  ilə  müqayisədə  çox  üstünlüklərə 



XX əsrin 30-cu illərindəki repressiya şəraitində sovet Azərbaycani nəsrində  

bölünmüş vətən ideyasına münasibət 

 



 

27 


 

malikdir.  Bu  əlifba  bəşəriyyət  tarixində  yeni  dövr  açmış,  Oktyabr  sosialist  inqilabının  bayrağını 

qaldıran  böyük  rus  xalqının  əlifbasıdır.  Rus  əlifbası  bəşəri  dahilər:  Lenin  və  Stalinin  əlifbasıdır.” 

[5,14]. Buradan aydın olur ki, rus xalqı bütün SSRİ xalqlarının “böyük qardaşı” olduğu kimi, onun 

dili və əlifbası SSRİ-də əsas və həlledici amilə çevrildi. 

Beləliklə, XX əsrin 20-30-cu illəri Azərbaycan sovet ədəbiyyatının və nəsrinin formalaşması 

dövrüdür.  Bu  formalaşma  prosesi  mürəkkəb  ziddiyyətli  proses  idi.  AXC  dövründə  fəaliyyət 

göstərən milli, mənəvi bütövlük, türkçülük ideyaları təbliğ edən, vətən məhəbbəti ifadə edən yazıçı 

və  şairlər  sovet  rejiminin  dar,  sinfi  qəlibləri,  mücərrəd  sovet  vətəni,  sovet  xalqı  ideyaları  ilə 

üzləşməli  oldular.  Sovet  ədəbi  mühitinə  adaptasiya  olunmağa  çalışsalar  da,  onlar  milli-mənəvi 

bütövlük və bölünmüş vətən, millilik ideylarını təbliğ etdiklərinə görə müxtəlif damğalar vurularaq 

sürgün  edildilər,  həbs  olundular  və  güllələndilər.  Sovet  proletar  hökuməti  Şimalı  –  Sovet 

Azərbaycanı  və  Cənubi  Azərbaycanın  milli-mənəvi  bütövlüyünə  zərbə  vuran,  onları  bir-birindən 

ayıran,  bir-birlərinə  yadlaşdıran  tədbirlər  gördü.  Bunlardan  kiril  əlifbasına  keçid,  türkçülükdən 

uzaqlaşma,  yerli  azərbaycançılıq  elementləri,  ruslaşdırma,  ateistləşmə  və  s.  tədbirlərin  həyata 

keçirilməsini göstərmək olar. 

Cənubda da şah rejimi tərəfindən milli ideyalar, vahid vətən ideyaları qadağan edildi, Şimali 

Azərbaycana  qarşı,  onun  varlığına  qarşı  məkrli  siyasət  yürüdüldü,  Cənubda  azərbaycanlıların  dili 

yasaqlandı, kökündən ayrılması siyasəti yeridildi. 

Lakin  hər  iki  tərəfdə  ədəbiyyat  öz  milli  vəzifəsini  şərəflə  yerinə  yetirərək  xalqa,  vətənə 

məhəbbət,  vahid  Azərbaycan,  həsrət  motivli  əsərləri  ilə  xalqın  milli-mənəvi  bütövlüyünün 

möhkəmlənməsinə, milli özünüdərkin dirçəlməsinə xidmət etdi və indi də xidmət etməkdə davam 

edir. 

                

ƏDƏBİYYAT 

Azərbaycan dilində 

1Azərbaycan ədəbiyyatı tarixi: 3 cilddə, III c. Bakı: AzSSR EA, 1957, 356 s. . 

2. Əhmədov B. XX yüzilliyin Azərbaycan ədəbiyyatı. Bakı: Elm, 2015,  552 s. 

3. Həbibbəyli İ. Böyük ədəbiyyatşünaslıq uğrunda. 525-ci qəzet. Bakı, 2014, 26 may. 

4. İbrahimov M. Dur, vəqti– səhərdir (XX əsrin birinci qırx ilində Cənubi Azərbaycan ədəbiyyatı). 

Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. II cild, Bakı: Elm, 1983, s. 8-32. 

5. Məmmədov M. Azərbaycan yazı qrafikasının latından rus qrafikasına keçirilməsi haqqında. Bakı: 

Elm, 1990, 126 s.  

6. Nəsibzadə N. Bölünmüş Azərbaycan, bütöv Azərbaycan. Bakı: Ay-Ulduz, 1997,  246 s. 

7.Rəhimli Ə. Hicran dərdi, vüsal həsrəti, parçalanmış millətin harayı (Həsrət şeirləri və bayatıları) 

kitabına ön söz. Bakı: Nurlar, 2007, s. 9-22, 656 s. 

8.  Svyatoxovski  T.  Rusiya  və  Azərbaycan:    sərhədyanı  bölgə  keçid  dövründə.  Bakı:  XUN,  2000,  

373 s. 

9.  Vəliyeva  S.  Milli  dövlətçilik  hərəkatının  yüksəlişi  və  Xalq  Cümhuriyyəti  dövründə 



azərbaycançılıq ideyası. Bakı: Azərbaycan, 2003,  128 s. 

                                                         Rus dilində 

10. Люлечник В. Русский вопрос в России // Новый журнал, 1995, №196, с. 359-370. 

11.Поливанов Е.Д. За марксистское языкознание. М., 1931, 167 с. 

12/Сандомирская  Ирина.  Книга  о  Родине.  Опыт  анализа  дискурссивных  поиск.,  М.  2001  // 

http:yaukor.chat.ru/ya.htmb;  230 с. 

   



 

 

 

 

Hüseynova A.H.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə