Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

 

28 


 

 

РЕЗЮМЕ 

ОТНОШЕНИЕ К ИДЕЕ РАЗДЕЛЕННОЙ РОДИНЫ В АЗЕРБАЙДЖАНСКОЙ СОВЕТСКОЙ 

ПРОЗЕ В УСЛОВИЯХ РЕПРЕССИЙ В 30-ые ГОДЫ XX  ВЕКА 

Гусейнова А.Г.  

 

Ключевые  слова:  Единство  Азербайджана,  тема  «разделенной  родины»,  политические 

чистки,  идеи  тюркизма,  любовь  к  родине,  советский  режим,  местный 

этнический и советский национализм, русификация, шахский режим.  

В  статье  показано,  что  в  условиях    жесточайших  репрессий  в  30-ые  годы  XX  века  в 

азербайджанской  литературе  была  запрещена  тема  разделенной  надвое  родины,  когда  в  Северном 

Азербайджане  под  родиной  подразумевали  СССР,  а  в  Южном  –  Иран.  Некоторые  представители 

азербайджанской  советской  литературы  30-х  годов  XX  века  -  поэты  и  писатели,  которые 

пропагандировали  национально–духовное  единство,  идеи  тюркизма,  выражали  любовь  к  своей 

родине,  были  арестованы,  сосланы  и  расстреляны.  Советское  пролетарское  государство  и  шахский 

режим делали всё от них зависящее для разрушения национально–духовного единства Северного и 

Южного Азербайджана, их окончательного разделения и отчуждения. 

В статье также отмечается, что в произведениях  А.Ахвердиева и А.Шаига отражаются идеи 

целостного, единого, мощного  Азербайджана. 

 

SUMMARY 

AN ATTITUDE TO THE IDEA OF SEPARATED MOTHERLAND IN THE PROSE  

OF SOVIET AZERBAIJAN IN THE REPRESSION CONDITIONS DURING 

 30s  OF XX CENTURY 

Huseynova A.H.   

 

Keywords: unity of Azerbaijan, political clearance, ideas of Turkism, motherland love, soviet regime, 

local ethnic and mundane nationalism, russification, regime of shah.   

The article clarifies that during repression period of 30s in the XX century the separated motherland 

ideas were prohibited and USSR was considered as the motherland in the North and Iran in the South. In the 

30s of XX century some representatives of Azerbaijan literature were being exiled, arrested and shot because 

of  the  propagation  of  national  and  spiritual  integrity,  Turkism  ideas  and  for  the  expression  of  motherland 

love.  Soviet  proletarian  government  and  regime  of  shah  made  its  best  in  order  to  separate  both  parts  of 

Azerbaijan by impacting their spiritual and national integrity. Herein reflected an idea of united and strong 

Azerbaijan by the poems of A. Hagverdiyev and A. Shaig.    

  

 

 



Daxilolma tarixi: 

İlkin variant 

13.01.2017 

 

Son variant 



 

XX əsrin 30-cu illərindəki repressiya şəraitində sovet Azərbaycani nəsrində  

bölünmüş vətən ideyasına münasibət 

 



 

29 


 

 

UOT 82.95 

 

ƏDƏBİ-TƏNQİDİ MƏTNDƏ  ESTETİK  PROBLEMATİKANIN 



 FƏALİYYƏTİNİN SPESİFİKASI

 

 

KƏRİMOVA VALİDƏ SABİR qızı 

Xəzər Universiteti, doktorant  

e-mail: 

kerimovavalide@yahoo.com 

 

Açar sözlər: ədəbi-tənqid, ədəbi proses, estetika, ədəbi tənqiddə, fəlsəfi-estetik  problematika,  fəlsəfi-

estetik diskurs anlayışı. 

 

Ədəbi-tənqiddə  tənqidçilərin  fəlsəfi-estetik  nöqteyi-nəzərlərinin  öyrənilməsinə    hər  zaman 



böyük  əhəmiyyət  verilmiş  və  nəticə  etibarilə  ədəbi  prosesin  bu  sahəsinin  ayrı-ayrı  nümayəndələ-

rinin baxışlarından ibarət kifayət qədər böyük həcmdə material toplanmışdır. Ötən yüzilliyin 20-80-

ci  illərində  ədəbi  tədqiqatda  mərkəzi  mövqe  XIX  əsrin  əsasən  radikal  demokratik  yönlü  

tənqidçilərinə məxsus idi. Bu vəziyyəti şərtləndirən məqamlar həm bir sıra məlum ideoloji amillər, 

həm də, obyektiv olaraq məhz onların məqalələrində ümumi estetik problematika daha çox  işlənib 

inkişaf  etdirilmiş,  sistemləşdirilmiş  və  təmsili  formaya  salınmışdır.  Zaman  ötdükcə  konkret 

şəxslərin, onların estetik doktrinalarının dərinliyinə və konseptuallığına əsaslanan sabit istiqamətlər 

təsbit  edilmişdir.  Belə  ki,  V.Q.Belinski  və  Q.V.Plexanov  yekdilliklə  “nəzəri”,  M.Y.Saltıkov  isə 

daha çox “praktik” istiqamətin nümayəndəsi hesab edilir ki, bu da S.A.Makaşinin haqlı olaraq qeyd 

etdiyi  kimi:  “...ona  öz  fikirlərini  dərin  nəzəri  məzmunla  zənginləşdirməyə  və  onlarla 



ümumiləşdirmənin yüksəkliklərinə qalxmağa mane olmurdu...” [9,  95] 

Lakin təxminən son iki onillik ərzində vəziyyət dəyişməyə başlamış, estetik kredoları diqqət 

mərkəzində  olub  təhlil  predmetinə  çevrilmiş  adların  siyahısı  (18-19-cu  əsrlər  ədəbi  tənqidinin 

məşhur  simaları  olan  V.A.Jukovski  və  N.İ.Nadejdin,  A.S.Xomyakov  və  İ.V.Kireyevski, 

P.V.Annenkov  və  A.P.Qriqoryev,  V.S.Solovyov  və  A.Volınski  kimi  tənqidçilərlə  yanaşı)  sovet 

dönəmində  və  eləcə  də  mühacirətdə  yaşayan  rus  tənqidçilərin  sayəsində  əhəmiyyətli  dərəcədə 

genişlənmişdir.  Böyük  həcmdə  yeni  faktoloji  məlumatların  toplandığı  və  dərk  edildiyi  bir 

vəziyyətin  yaranması  ilə  Rusiya  ədəbi-tənqidi  şüurunun  bütün  tarixi  genezis  yolunda,  yenidən 

mühüm  dönüş  nöqtələrini  ayırmaq  tələbatı  yaranır.  Bu  kimi  miqyaslı  məsələnin  həlli  adların 

seçilməsini  və  qaydaya  salınmasını  tələb  edir.  Bu,  öz  növbəsində,  yeni  “istiqamətlər”in 

modelləşməsinə  və  tənqidçinin  estetik  nəzəriyyəsinin  inkişafına  və  onun  tənqid  elminin 

fundamental  əsaslarının  inkişafına  tövhəsi  haqqında    formalaşmış  fikirlərin  dəqiqləşdirilməsinə 

(bəzən isə əsaslı şəkildə təkrar nəzərdən keçirilməsinə)  səbəb olacaqdır.  

Lakin  ədəbi  analitikin  “imici”nin  həqiqiliyinin  qiymətləndirilməsi  və  onun  yaradıcılığının 

nəzəri hazırlığının  tarazlaşdırılmış xarakteristikası təkcə bu və ya digər fərdi tənqidi sistemin tədqiq 

edilməsi dərəcəsi ilə bağlı olmayıb, həm də  “ədəbiyyat bilicisi”nin estetik bacarığının aşkarlanması 

və təsbit edilməsi üçün istifadə edilən metodoloji alətin  adekvatlığı və effektivliyindən bilavasitə 

asılıdır. 

Bu  yolda  əsas  çətinlik  ondan  ibarətdir  ki,  indiyə  qədər  ədəbi  tənqidin  mahiyyəti  haqqında 

məsələ mübahisəli olaraq qalır. Düşünürük  ki,  ədəbi  tənqid predmet, məqsədlər, məsələlər, bədii 

hadisələrin  təhlili  metodları  və  həmin  hadisələrin  nəticələrinin  ifadə  edilməsi  kimi  bir  sıra 

parametrlər  üzrə  estetikaya  bərabər  deyil.  Buna  görə  də  onun  fəlsəfi-estetik  komponenti  öz 

spesifikasına  malik  olmalı  və  bu  da  obyektiv  tədqiqi  nəticənin  əldə  edilməsi  üçün  mütləq  nəzərə 

alınmalıdır.  

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə