Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

 

34 


 

15. Şeqlov M.A. İnsanları sevin. Məqalələr. Gündəliklər. Məktublar. M., 1987. s. 200-201. 

16. Yeqorov B.F. Ədəbi tənqid sənəti haqqında. Janrlar. Kompozisiya. Üslub. L., 1980. s.9. 

17. Y.B.Borev. İnterpretasiya və qiymətləndirmə sənəti. M., 1981. s. 41-110. 

18. Y.B.Borev.  Estetika. M.: Visşaya şkola, 2002. s. 459-478. 

19. Y.B. Borev. Estetika. M.: Visşaya şkola,2002. s. 462-463. 

20.  Y.B.  Dukov,  V.S.  Jitkov,  Y.V.  Osokin.  İncəsənətin  sosiologiyasına  giriş:  Humanitar  ali 

məktəblər üçün dərs vəsaiti SPb., 2001. s.118-138. 

21. Zeldoviç. M.Q. Ədəbiyyatşünaslıq fənni kimi ədəbi tənqidin nəzəri tarixi // Filologiya elmləri. 

1991. №5. s.1-3.  



  

РЕЗЮМЕ 

СПЕЦИФИКА ФУНКЦИОНИРОВАНИЯ ЭСТЕТИЧЕСКОЙ ПРОБЛЕМАТИКИ  

В ЛИТЕРАТУРНО-КРИТИЧЕСКОМ ТЕКСТЕ 

Керимова В.С. 

 

Ключевые  слова:  литературная  критика,  литературный  процесс,  эстетика,  философско-

эстетическая  проблематика    в  литературной  критике,  понятие 

философско-эстетического дискурса. 

Целью рассмотренного исследования является предоставление краткой и важной информации о 

спецификационной  деятельности  эстетической  проблематики  в  литературно-критическом  тексте.  В 

литературоведении философско-эстетическая проблематика, функционально частично совместимая с 

эстетической  проблематикой,  это  метод  сущности  искусства  и  универсальных  законов  познания.  В 

широком  смысле,  эстетическая  проблематика  в  литературно-критическом  тексте  выступает  в 

качестве теоретической основы искусства. 

 

SUMMARY 

ACTIVITY SPECIFICATION OF AESTHETIC PROBLEMATICы  

IN LITERARY-CRITICAL TEXT 

Karimova.V.S. 

 

Keywords: literary criticism, literary process, philosophical-aesthetic problematic     

                  in literary criticism, the concept of philosophical-aesthetic discourse. 

The  objective  purpose  of  presented  research  is  to  give  brief  and  essential  information  about 

specification  activity  of  aesthetic  problematic  in  literary-critical  text.  Functionally  in  literary  criticism 

philosophical-aesthetic  problematic,  partially  compatible  with  aesthetic  problematic:  it  is  a  method  of 

essence of art and about the universal laws of knowledge. In a broad sense, aesthetic problematic in literary-

critical text acts as a theoretical foundation of art. 

 

 

Daxilolma tarixi: 



İlkin variant 

03.04.2017 

 

Son variant 



 

 

Ədəbi-tənqidi mətndə  estetik  problematikanın  fəaliyyətinin spesifikası 

 



 

35 


 

 

UOT 82-3 

 

SƏNƏDLİ NƏSRİN PROBLEMLƏRİ 

 (Mustafa Çəmənlinin “Fred Asif” və “Mübariz” adlı  

sənədli povestləri əsasında) 

 

BABAYEVA AYNURƏ NİZAMİ qızı 

Sumqayıt Dövlət Universiteti, baş laborant 

e-mail: femida278@mail.ru 

 

Açar sözlər: bədii ədəbiyyat, sənədli nəsr, Mustafa Çəmənli, ideya, vətənpərvərlik. 

 

Müasir ədəbi prosesdə real faktlardan istifadə geniş vüsət almışdır və yeni əsər yaranmasında 



impuls  xarakteri  daşıyır.  Faktlardan  istifadə  tarixi  hadisələrin  daha  yaxından  hiss  edilib  dərk 

edilməsinə kömək edir.  

Bədii ədəbiyyatın bir növü kimi XIX əsrin ortalarından etibarən yaranmağa başlayan sənədli 

nəsr  cəmiyyətin  ictimai  və  siyasi  həyatında  baş  verən  tarixi  hadisələri,  mövcud  problemləri  real 

faktlara  istinadən  əks  etdirir.  Sənədli  nəsrin  inkişafı,  hüdudlarının  genişlənməsi  bədii  ədəbiyyat 

ənənələrini zənginləşdirir. A.S.Puşkinin “Puqaçevun tarixi” (1834), T.Karleylin “Fransız inqilabının 

tarixi”  (1837),  Stendalın    bioqrafik  xarakter  daşıyan  “Haydn,  Mosart  və  Metastazionun  həyatı” 

(1817), “Rassininin həyatı” (1824), Karleylin “Prussiyalı II Fridrixin tarixi” (1858-1865) əsərlərini 

sənədli  nəsrin  ilkin  nümunələri  hesab  etmək  olar.  Sənədlərdən,  real  hadisələrdən,  konkret 

bioqrafiyalardan  istifadənin  yeni  prinsip  və  üsullarını  A.İ.Qersenin,  F.M.Dostoyevskinin,  C.Ridin 

roman  və  publisistikalarında  müşahidə  etmək  mümkündür.  II  Dünya  müharibəsi  (1939-1945) 

sənədli nəsrin inkişafına xüsusi təkan verdiyi üçün həmin dövrü sənədli nəsrin çiçəklənməsi dövrü 

kimi qəbul etmək olar. Hadisələrin sosial-ictimai, tarixi  tərəflərini, mənəvi-əxlaqi mahiyyətini əks 

etdirmək həmin dövr ədəbiyyatının tələbinə çevrilir. Zaman və tarix haqda müşahidə və analiz yolu 

ilə əldə olunmuş nəticələrin bədii ədəbiyyatda əks olunması yeni nəsil üçün həmin dövrü tarixilik və 

müasirlik  baxımından daha dərindən anlamasına  kömək edir. Buna  görə  də səciyyəvi  sənəd, fakt, 

xroniki  ardıcıllıq  hamı  tərəfindən  qəbul  edilmiş  düşüncəni,  fikri  detallarla  aydınlaşdırma  gücünə 

malik  olmalıdır.  Bədii  nəsrdə  istifadəsi  çətin  mövzular  öz  yerini  təhkiyə  üsulu  vasitəsilə  sənədli 

nəsrdə tapır. Bu tip mövzular gələcəkdə bədii nəsr üçün  mənbə qaynağı sayıla bilər. 

E. Şik  “Dokument,  fakt,  obraz” adlı monoqrafiyasında sənəd və  faktlardan istifadəni  “tarixi 

yaxından  duyma”  mümkünlüyü  kimi  qeyd  edir.  Sənədli  əsərdə  yazıçı  tarixi  həqiqətdən,  tarixi 

ardıcıllıqdan  uzaqlaşıb  öz  təxəyyülünün  məhsulundan  istifadə  edərsə,  onda  o,  janrın 

qanunauyğunluğunu pozmuş olar. Çünki tarixi sənəd özlüyündə ən güclü təsirə malikdir. [1, 33]  

Z.Y.Şaripova  isə  sənədli  nəsri  tarix  və  bədii  ədəbiyyatın  ortaq  nəticəsi  hesab  edirdi.  Onun 

fikrincə, sənədli nəsrin hüdudları janr və tarixilik baxımından əvvəlcədən bəllidir. Sənədli nəsr bir 

tərəfdən tarixə, sənədə əsaslanırsa, digər tərəfdən də bədiiliyə söykənməlidir. [2, 155] 

Sənədli  nəsrin  əsasında  geniş  məqsədyönlü  tədqiqat  işi  durur.  Yazıçı  sənədli  əsər 

yazmamışdan  öncə  tarixi  sənədləri  və  faktları  öyrənir,  arxivi  araşdırır,  qismən  tarixçi  alim  kimi 

fəaliyyət  göstərir.  Xatirələr,  memuarlar,  gündəliklər,  məktublar,  portretlər,  fonoqrammalar  (səs 

yazısı),  şahidlərin  qeydləri,  rəsmi  kağızlar,  göndərişlər,  yol  təəssüratları  sənəd  kimi  qəbul  edilə 

bilər.  

Ümumilikdə,  təxəyyülün  məhsulu  olmayan  hadisələr,  faktlar  sənədli  nəsri  bədii  nəsrdən 

fərqləndirir. Ancaq onun bədii nəsrə aid tarixi romanla sərhədlərini dəqiq müəyyən etmək çətindir. 

Burda da  yazıçı sənəd və faktlardan, xroniki ardıcıllıqdan istifadə edə bilir.  Lakin  tarixi  romanda 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə