Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

 

40 


 

 

UOT 304.444 

 

MƏDƏNİYYƏT: MAHİYYƏTİ VƏ FUNKSİYALARI 

 

1

SADIQOV HƏSƏN ŞİRƏLİ oğlu 

2

MƏMMƏDOV RAMAZAN SALAM oğlu 

Sumqayıt Dövlət Universiteti, 1,2-professor 

 

        “Biz  həm  milli  tariximizdən  aldığımız  mənəvi  sərvətlərdən 

istifadə  etməli,  həm  də  bəşəriyyətin  yaratdığı  mənəvi  dəyərlərə 

yiyələnməliyik,  o  cümlədən    Avropa  mədəniyyətindən,  Rusiya 

mədəniyyətindən, Şərq mədəniyyətindən istifadə etməliyik.”  

Heydər Əliyev  

 

Açar sözlər: mədəniyyət, dəyərlər, qiymətləndirmə, etnos, Şərq və Qərb mədəniyyətləri, sivilizasiya, 



nitq mədəniyyəti, mədəniyyət və iqtisadiyyat əlaqələri, qloballaşma prosesi

.   

 

Mədəniyyət  insanla  birgə  yaranmışdır  və  daim  inkişaf  edir.  Mədəniyyət  insan  həyatının 



fundamentidir. Mədəniyyət insanda dıgər növ canlılardan keyfiyyətcə fərqlənən hər nə varsa, onları 

özündə cəmləşdirir.  

Mədəniyyət  (cultura)  sözü  ilk  dəfə  Qədim  Romada  işlədilmişdir.  Bu  sözün  ilk  mənası  

torpaqşünaslıq  və  bitkiçilik  məsələlərini  özündə  ehtiva  etmişdir.  Sonralar  isə  bu  söz  mənaca 

dəyişərək insanın şəxsi ləyaqəti və mükəmməlləşməsi mənasında işlədilməyə başlamışdır. 

Tarixdə  Maarifçilik  əsri  kimi  tanınmış  XVIII  əsrdə  mədəniyyət  anlayışı  ancaq  mənəvi 

mədəniyyət  statusunda  işlədilmişdir.  Bu  mənada  “cultura”  termini  ilk  dəfə  kifayət  qədər  geniş 

mənada  başa  düşülürdü.  Burada  ən  əsas  məsələ  isə  o  zaman  insanın  savadlı,  bilikli,  tərbiyyəli, 

düşüncəli, xoş ünsiyyətli olmasını bildirməkdən ibarət olmuşdur. 

Qədim Yunan filosofları hesab etmişlər ki, insanın savadlı və bilikli olması çox vacib şərt 

olsa  da,  təkcə  bu  faktorlarla  onu  mədəni  hesab  etmək  kifayət  deyildir.  Bu  məqsədlə  də,  alimlər  

mədəniyyət  anlayışını tam açıqlamaq üçün müxtəlif fikirlər söyləmışlər. 

Müxtəlif  dövrlərdə  sual  olunmuşdur  ki,  kimi,  həqiqətən,  mədəni  adam  saymaq  olar? 

Cavablar  da  müxtəlif  olmuşdur.  Qədim  yunanlar  hesab  etmişlər  ki,  “mədəni  adam  o  adamdır  ki, 

insanların,  əşyaların, fikirlərin arasından özünə həqiqi  yol  yoldaşı seçə bilir”. Orta əsrlərdə hesab 

etmişlər  ki,  “mədəni  adam  o  adamdır  ki,  Bibliyanı  (Tövrat  və  İncil)  oxuya  bilsin”.  Hegel  isə 

demişdir ki, “Digərlərinin elədiklərini etməyi bacaran adam mədəni adamdır”. 

XX  əsrdə  mədəniyyət    terminini  ətraflı  öyrənməyə  daha  çox  maraq  artdığından,  alimlərin 

geniş tədqiqat obyektinə çevrilmişdir.  

Amerikalı filosoflar  A.Kröber və K. Klakxonun hesablamalarına görə “Mədəniyyət nədir?” 

sualına XX əsrin əvvəllərində 10, ortalarında 150, sonunda isə 500 tərif verilmişdir. 

Maarifçilik  dövrünün  bir  çox  filosofları  insanda  daxili  mənəvi  varlığı  əsas  götürərək 

mədəniyyət anlayışını insanda insanlığın olması səviyyəsi kimi başa düşmüşlər. 

İngilis  alimi  E.Taylor  1871-ci  ildə  “İbtidai  mədəniyyət”  adlı  kitab  yazmışdır.  Kitabda 

mədəniyyət  anlayışı  biliklərin,  dini  görüşlərin,  incəsənətin,  qanunların,  adət-ənənələrin  və 

cəmiyyətin üzvü olan hər bir  fərdin əldə etdiyi dəyərlərin toplusu hesab edilmişdir. 

Alman  filosofu  F.Nitsşe  mədəniyyəti  xalqın  həyat  tərzi  kimi  başa  düşmüşdür.  Amerikalı 

filosof  D.Bell  mədəniyyəti  xalqın  estetik  baxışlar  sistemi,  mənəvi  həyat  tərzi  və  fərdin  təkrar-

olunmaz xüsusiyyəti hesab etmişdir. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



 

41 


 

Rus  filosofu  N.  Berdyayev  mədəniyyəti  “xalqın  canlı  taleyi”  sanmışdır.  Bir  çox  digər 

filosoflar da mədəniyyəti müxtəlif mənalarda izah etmişlər: hafizə; yaddaş; yaradıcılıq; hər hansı 

fəaliyyətin mənəvi ölçüsü; xalqın həyat tərzi və s. 

Mədəniyyət  haqqında  deyilmiş  müxtəlif  mülahizələri  ümumiləşdirərək  demək  olar  ki, 

mədəniyyət  anlayışı  üç  əsas  mənada  işlədilmişdir:  1)  bitkiləri  becərmək,  yaradıcılıq,  istehsal;           

2) təhsil, tərbiyyə, inkişaf;  3) sitayiş, ehtiram, dini ayinlər. 

Ən  geniş  mənada  isə  mədəniyyət  anlayışı  insan  fəaliyyətinin  bütün  sahələrini  özündə 

cəmləşdirir.  

Qədim  Roma  filosofları  hesab  etmişlər  ki,  vəhşi  təbiətdən  fərqli  olaraq,  insanlar  “ikinci 

təbiət” də  yaratmışlar. Ona görə də,  maddi mədəniyyətlə  yanaşı, mənəvi  mədəniyyət də vardır. Bu 

fikri  ilk dəfə ortaya atan məhşur  filosof və natiq Mark Siseron olmuşdur. O demişdir ki,  torpağı, 

bitkini  becərmək  mədəniyyəti  olduğu  kimi,  insan  ruhunu,  insan  qəlbini  becərmə  mədəniyyəti  də 

vardır.  

Beləliklə  də,    mədəniyyət  anlayışı  əsasən  iki  geniş  sahəni  əhatə  edir.  Maddi  mədəniyyət  - 

buraya  daxildir  maddi  istehsal  və  onun  strukturu:  texnika,  texniki  qurğular,  infrastruktur,  mənzil, 

məişət əşyaları, geyim-kecim və s. daxildir. Mənəvi mədəniyyət – buraya daxildir mənəvi istehsal və 

onun nəticələri: din, fəlsəfə, əxlaq, elm, incəsənət, bədii ədəbiyyat və s. daxildir. 

Alimlər hətta heyvanda da mədəniyyət vardır fikrində yekdil olmuşlar. Onlar hesab etmişlər 

ki,  heyvanlarda  da  ünsiyyət  vasitəsi  olan  nitq  və  digər  mədəni  fərqlənən  müxtəlif  xüsusiyyətlər 

mövcuddur.  Lakin  insanlarda  mədəniyyət  heyvanlarda  mədəniyyətdən  keyfiyyətcə  fərqlənir. 

Heyvanlarda mədəniyyətin əsasını və bir-birinə keçməsini instinkt, yəni qeyri-iradi olaraq işgörmə 

qabiliyyəti təşkil edir. Insanda mədəniyyət isə şüur vasitəsi ilə yaranır və simvolik sistem təşkil edir.  

Mədəniyyət  insanın  və  cəmiyyətin  həyatında  çox  mühüm  funksiyaları  yerinə  yetirir  ki, 

onlarsız nə insanın, nə də cəmiyyətin yaşaması mümkündür. 

Mədəniyyətin cəmiyyətdə əsas funksiyası – insanın sosiallaşması funksiyasıdır, yəni insanın 

tərbiyələnməsi,  formalaşması,  ənənəvi  qəbul  edilmiş  normaları,  qanunları  öyrənərək,  onlara 

uyğunlaşması funksiyasıdır. Daha doğrusu, insanı təkrar istehsal etmək funksiyasıdır. Dünyaya yeni 

göz açan körpə mədəniyyətə yiyələnmədən insan ola bilməz. Alimlər öyrənmişlər ki, yeni doğulan 

uşaqlar iki yaşından on iki yaşına qədər normal insan həyatından məhrum olarsa, onlar əbədi olaraq 

heyvan kimi qalırlar. İnsanlar ancaq mədəniyyət vasitəsi ilə əsrlər boyu qazanılmış sosial təcrübəyə 

və bəşəri dəyərlərə yiyələnməklə cəmiyyətin tamhüquqlu vətəndaşı olurlar. Burada əsas rol oynayan 

dəyərlər: vərdiş, adət-ənənə, bilik, bacarıq və s. 

Mədəniyyətin  ikinci  funksiyası  –  varlığı,  dünyanı  dərk  etmək  və  onun  haqqında  məlumat 

toplamaqdan  ibarətdir.  Mədəniyyət  dünya  haqqında  tarixən  əldə  edilmiş  bilikləri  toplamaq  və 

gələcək nəsillərə çatdırmaq imkanına malikdir. O, burada bəşəriyyətin sosial və intellektual hafizəsi 

rolunu oynayır. Ona görə də burada birmənalı olaraq təhsil sistemi önə çəkilir.  

Mədəniyyətin  üçüncü  funksiyası  –  requlyativ  və  normativdir.  Bu  funksiyalar  vasitəsilə 

mədəniyyət  insanlararsı  münasibətləri  təşkil  və  requlə  edir.  Bu  proses  əxlaq  və  hüquq  qaydaları, 

normaları,  qanunları  vasitəsilə  həyata  keçirilir.  Bu  qayda-qanunlara  riayət  etmək  insanların 

yaşamasının və birgə yaşama tərzinin əsas şərtidir.  

Mədəniyyətin dördüncü funksiyası – kommunikativ (əlaqə, məlumat) adlanır. Bu funksiya, 

ilk növbədə, insanların əsas ünsiyyət aləti olan nitq vasitəsilə həyata  keçirilir. Təbii nitqlə yanaşı, 

insanlar  mədəniyyətin  ayrı-ayrı  sahələri  olan  elm,  incəsənət  və  texnikada  da  özləri  yaratdıqları 

xüsusi dillərindən də istifadə edirlər ki, onlarsız da bütövlükdə tam mədəniyyətə sahib olmaq qeyri-

mümkündür. 

İnsanların  əcnəbi  dilləri  bilməsi  isə  digər  xalqların  mədəniyyəti  və  bütövlükdə  dünya 

mədəniyyəti ilə də tanış olmağa geniş imkanlar yaradır.  

Sadıqov H.Ş., Məmmədov R.S.  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə