Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

 

46 


 

 

UOT 910.4 



 

MƏŞHUR FRANSIZ YAZIÇISI-SƏYYAH ALEKSANDR DÜMANIN  

“QAFQAZ SƏFƏRİ” ƏSƏRİ TARİXİ MƏNBƏ KİMİ 

 

1

MƏMMƏDLİ BƏHRAM İDRİS oğlu 

2

XƏLİLOV ELMAR ŞİRİNBALA oğlu 

Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2-dosent 

e-mail: sdu.elmixeberler@mail.ru 

 

“Sumqayıt  adlanan  yerdə  azərbaycanlılar 

qonaqpərvərlik  əlaməti  olaraq  bizi  duz-çörəklə 

qarşıladilar”.  

Aleksandr Düma. 

Açar sözlər: Aleksandr Düma, Qafqaz, Dərbənd, Sumqayıt, Bakı

. 

 

XIX  əsrin  görkəmli  yazıçı-dramaturqu  və  publisisti,  dünya  oxucuları  tərəfindən  sevilən 



A.Düma  1858-ci  ilin  sonu  1859-cu  ilin  əvvəllərində  Rusiya  imperiyasının  ərazisinə,  o  cümlədən 

Qafqaza  –  Azərbaycana  səyahət  etmişdir.  A.Düma  dünya  ədəbiyyatı  xəzinəsinə  “Üç  müşketyor”, 

“Monte  Kristo  qrafı”,  “Qara  maskalı  adam”,  “Qara  zanbaq”  və  s.  əsərlər  bəxş  etmişdir.  Onun 

əsərləri dünyanın 100-dən çox xalqlarının dillərinə sevilərək tərcümə edilmişdir . 

A.Dümanın  “Qafqaz  səfəri”  bu  gün  də  öz  aktuallığını  itirməmişdir.  Müəllifin  səfər 

təəssüratları, azərbaycana aid maraqlı məlumatları, Azərbaycanın təbii gözəllikləri, tarixi abidələri, 

etnoqrafiyası,  Azərbaycanlıların  milli-xüsusiyyətləri  və  s.  “Qafqaz  səfəri”ndə  öz  əksini  tapmışdır. 

A.Dümanın  bu  əsərini  Azərbaycan  tarixinə  dair  qiymətli  mənbə  kimi  də  dəyərləndirə  bilərik. 

Yazıçı-səyyah  səfərdən  aldığı  təəssüratları  böyük  ustalıqla  qələmə  almışdır.  Məşhur  yazıçının 

Azərbaycana  olan  vurğunluğu  əsər  boyu  izlənilir.  O,  Azərbaycanın,  ayrı-ayrı  bölgələrində  rast 

gəldiyi adi bir hadisəni, təəssüratı təfərrüatı ilə oxucuya çatdırmağa cəhd göstərir. Kitabla tanışlıq 

onu deməyə əsas verir ki, yazıçı hələ Azərbaycana gəlməmiş, Azərbaycan haqqında zəruri biliklər 

əldə  etmiş,  qədim  və  orta  əsrlər  dövrünün,  həmçinin  müasiri  olduğu  müəlliflərin  əsərlərindən 

bəhrələnmişdir. 

A.Düma  Azərbaycana  səfərini  qədim  Dərbənddən  –  Azərbaycanın  şimal  qapısından 

başlamışdır.  Müəllif  Dərbəndi  “Şərqin  birinci  şəhəri”,  “gözəlliklər  məskəni”  adlandırır  və  burada 

“göy yaquta bənzər” Xəzər dənizi ilə ilk tanışlığından bəhs edir. 

A.Düma  Xəzər  dənizi  haqqında  ilk  məlumatı  qədim  yunan  tarixçisi,  “tarixin  atası” 

Herodotun “Tarix” kitabından aldığını qeyd edir: “İlk dəfə Herodot tərəfindən təsvir edilən, sahəsi 

haqqında  məlumat  verilən  bu  dəniz  əski  zamanlarda  olduğu  kimi,  indi  də  az  məlumdur.  Qədim 

tarixçilər onun gözəlliyindən ilhamla söz açmış və onu sehrli möcüzə adlandırmışlar [1, 9]. Xəzər 

dənizinə  valeh  olan  yazıçı,  ondan  ayrılmaq  istəmir  və  ayrıldığına  təəssüf  edir,  sanki  onu  özü  ilə 

Fransaya  aparmaq  istəyir.  A.Düma  Xəzərdən  ayrılarkən  təəssüf  hissini  belə  ifadə  edir:  “...Yaxşı, 

əlvida, Xəzər dənizi! Bir daha əlvida! Mən səni görməyi o qədər arzulamışdım ki, nəhayət, istəyimə 

nail  oldum.  Səni  təəssüflə  tərk  edirəm  və  sənin  bir  daha  ancaq  sahillərini  genişləndirib  mənim 

vətənimə qədər uzanmağını görmək istərdim” [1,78]. Apardığımız araşdırmalar göstərir ki, müxtəlif 

dövrlərdə Azərbaycana gəlmiş Avropa və Şərq səyyahlarının heç biri Xəzərin bənzərsiz, təkrarsız, 

əsrarəngiz gözəlliyini A.Düma qədər heyranlıqla təsvir və tərənnüm edə bilməmişlər. Bu məftunluq, 

ilk növbədə, yazıçının dərin müşahidələrindən, duyğularından və tarix kitablarından qaynaqlanmış-

dır. Bütün bunlar onu göstərir ki, yazıçı gəzdiyi, gördüyü yerlərdə dərin müşahidələr aparmışdır. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



 

47 


 

Müəllif  Azərbaycanın  təbii  abidələri  ilə  yanaşı,  tarixi  abidələri,  etnoqrafiyası, 

azərbaycanlıların  milli  xüsusiyyətləri  haqqında  öz  təəssüratlarını  məharətlə,  böyük  məhəbbətlə 

qələmə almışdır. 

A.Düma  Dərbənddən  Qubaya,  oradan  da  Sumqayıta  səfər  edir:  “Nəhayət,  Abşeron 

yarmadasına çatdıq. Bütün günü yol gəlib gecə Sumqayıt adlanan yerdə dayandıq. Poçt məntəqəsi 

burada  yerləşirdi.  Birdən  gözüm  işıq  gələn  beş-altı  çadıra  sataşdı.  Bu  azərbaycanlıların  düşərgəsi 

idi. Burada bizi bir nəfər azərbaycanlı qonaqpərvərlik əlaməti olaraq duz-çörəklə qarşıladı. Biz duz-

çörəyi qəbul edib oturduq” [1,40]. Sonra A.Düma Sumqayıtda tanış olduğu ilk abidədən bəhs edir. 

Yazıçı  qeyd  edir  ki,  bu  abidə  “şah  Abbas  karvansarayı”  adlanır  [1.40].  Onu  da  qeyd  edək  ki, 

Sumqayıtda Şah Abbas  Karvansarayının o dövrdə mövcud olmasına ilk dəfə “Qafqaz səfəri”-ində 

rast gəlirik. 

Sumqayıtdan  Bakıya  gələn  A.Dümanın  Bakı  haqqında  təəssüratı  belədir:  “Bakı  küləklər 

şəhəridir.  Avropada  buna  bənzər  şəhər  yoxdur”  [1,  61].  A.Dümanın  Bakını  “küləklər  şəhəri” 

adlandırması    oxucuda  maraq  doğurur.  Görünür,  müəllif  Bakı  sözünün  “küləklər  şəhəri” 

adlanmasını orta əsr mənbələrindən öyrənmişdir. A.Düma yazır: “Biz Bakıda qəribə bir mənzərə ilə 

qarşılaşmışdıq. Bir yandan qızıl kimi parıldayan qum səhrası, bir yandan da mavi Xəzər” [1, 41]. 

A.Düma  sonra  Bakıdakı  tarixi  abidələrdən  bəhs  edir,  Qız  qalasından  söhbət  açır:  Ucalığı  və 

əzəməti ilə diqqəti cəlb edən Qız qalasını Bakının “ismət və bəkarət rəmzi” kimi qiymətləndirir [1,42]. 

A.Dümanın  “Qafqaz  səfəri”ndə  diqqət  çəkən  məqamlardan  biri  də  çar  generalı  Sisianovla 

bağlıdır.  Yazıçı-səyyah  Bakıda  Sisianovun  abidəsini  gördüyünü  qeyd  edir:  “Biz  Qız  qalasına 

gəlməmişdən əvvəl başqa bir abidəyə də rast gəldik. Bu Gürcüstan canişini Sisianovun abidəsi idi” 

[1,  43].  Sisianov  haqqında  qısa  məlumat  verən  A.Düma  daha  sonra  yazır:  “Ermənilər  general 

Sisianovu  xəbərdar  etmişdilər  ki,  görüş  zamanı  onu  öldürəcəklər.  Sisianov  isə  özünü  Sezar  kimi 

cəsur göstərmiş və “buna cürətləri çatmaz” demişdir [1,43].  

Yazıçı-səyyah Abşeron neftindən bəhs edərək yazır: “Neft dünyanın bir çox nöqtələrində də 

vardır. Lakin Bakı və onun ətrafında olan neft heç bir yerdə yoxdur” [1,47]. A.Düma sonra neftin 

çıxarılması və daşınmasından söhbət açır: “3 metrdən 20 metrə qədər olan quyulardan neft çıxarılır 

və İrana, Tiflisə və Həştərxana göndərilir” [1,47]. 

A.Düma  digər  Avropa  səyyahlarıdan  fərqli  olaraq,  ilk  dəfə  Xəzər  dənizinin  təkində  neft 

yataqlarının olması kimi maraqlı elmi mülahizə irəli sürür: “Burada (Abşeron yarımadasında) yanar 

qaz və neft quyuları olduğuna görə o müqəddəsləşdirilmişdir. Beləliklə, düşünmək olar ki, dənizin 

dibindəki neft yatağı Türkmənistana qədər gedib çıxır [1,48].  

A.Dümanın  “Qafqaz  səfəri”  əsərində  maraq  doğuran  mühüm  məqamlardan  biri  də 

azərbaycanlıların  milli  mentalitetidir.  A.Düma  yazır:  “Azərbaycanlıların  Qafqaz  qəbilələri  ilə 

qaynayıb-qarışması  onların  təbiiliyini  daha  da  artırmışdır.  Bu  xalq  vaxtı  ilə  müzəffər  olmuş, 

ürəyində  indinin  özündə  də  döyüşkən  olaraq  qalır.  Onlar  azad  yaşamağı  üstün  tuturlar”  [1,55]. 

A.Düma  Azərbaycan  xalqının  adət-ənənələri,  mərdliyi,  səmimiyyəti,  mehribanlığı,  sözübütövlüyü 

kimi müsbət mənəvi keyfiyyətləri inandırıcı şəkildə qələmə almışdır. Müəllif yazır: “ Azərbaycanda 

kişi  sözü  var.  Onlarda  hər  hansı  iş  barəsində  sövdələşəndə  imza,  möhür  tələb  olunmur.  Onlar 

verdiyi sözdən dönmürlər. Söz verdi, qurtardı” [1,55]. 

A.Düma  azərbaycanlılarla  bərabər,  həm  də  erməni  mentaliteti  haqqında  da  obyektiv  fikir 

söyləmişdir.  Onu  da  qeyd  edək  ki,  ümumiyyətlə,  ermənilər,  erməni  mentaliteti  haqqında  bir  çox 

müəlliflər, o cümlədən V.Veliçko [2], Mayevski [3], İlya Çarçavadze [4] və b. öz əsərlərində fikir və 

rəylərini bildirmiş, bundan başqa, ayrı-ayrı məqalələrdə də erməni mentalitetinə toxunulmuşdur. [5, 6]. 

Əsərin “Bakının ətrafı” bölümündə azərbaycanlılar və ermənilər haqqında maraqlı məlumat 

verir.  Müəllif  göstərir  ki,  ermənilərin  görünməyən  tərəflərini  yalnız  və  yalnız  ardıcıl  tədqiqat  və 

yaxından tanış olmaqla aşkar etmək olar [1,54]. A.Düma daha sonra qeyd edir ki, ermənilər fikir, 

niyyət  və duyğularını  gizli saxlayan hiyləgər və  kələkbazdırlar  [1,54].  Erməni mentalitetini dəqiq 

Məmmədli B.İ., Xəlilov E.Ş.  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə