Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

 

42 


 

Mədəniyyətin  beşinci  funksiyası  aksioloji  (dəyərlər,  sərvətlər)  funksiyasıdır.  Burada 

insanlarda  dəyərləndirmə  və  qiymətləndirmə  mədəniyyəti  formalaşır  və  onlara  kömək  edir  ki, 

yaxşını pisdən, xeyri şərdən, gözəli eybəcərdən seçməyi bacarsınlar.  

Mədəniyyətin  altıncı  funksiyası  yaradıcılıq  funksiyasıdır.  Burada  insanlar  yeni  dəyərlərə, 

biliklərə, elmi kəşflərə, adət-ənənlərə, vərdişlərə və s. sahib olurlar.  

  Mədəniyyət  anlayışında etnos (xalq).  Müasir dövrdə mədəniyyətlərin yaranmasında və 

dərindən dərk olunmasında onun milli-etnik  ölçülərinin xüsusi rolu vardır. Həqiqətən də,  hər bir 

mədəniyyət  müəyyən  etnosa,  xalqa  məxsusdur  və  milli  mədəniyyət  statusu  almışdır  ki,  bu  da 

mədəniyyətdə  milliliyi  göstərir.  Lakin  haqqında  danışılan  məsələdə  alimlərdə  yekfikirlilik  olma-

mışdır.   

Hələ  qədim  zamanlarda  etnomilli  mədəniyyət  haqqında  iki  fərqli  fikir  olmuşdur: 

etnosentrizm  və  kosmopolitizm.  Etnosentrizmdə  hər  hansı  bir  etnos  öz  mədəniyyətini  nümunə, 

etalon hesab edir və onu başqalarından üstün tutur, digər xalqların mədəniyyətlərinə isə etinasızlıq 

və bəzən də düşmənçilik münasibətləri göstərir. 

Kosmopolitizmin  xarakterik  xüsusiyyəti  isə  ondan  ibarət  olmuşdur  ki,  öz  etnik 

mədəniyyətinin  çərçivəsindən  və  dövlətinin  vətəndaşlığından  çıxıb  dünya  vətəndaşı  sayılsın. 

Kosmopolitdə vətən sevgisi, etnik sevgi, milli patriotluq və milli qəhrəmanlıq hissləri olmur. 

Qədim  Yunanıstanda  Etnosentrizm  cərəyanının  tərəfdarı  məhşur  yunan  tarixçisi,  əsərləri 

antik  mədəniyyətə  gözəl  incilər  verən  Herodot  olmuşdur.  O  demişdir:  “Dünyada  hamıdan  yaxşı 

bizik. Yerdə qalanlar nə qədər bizdən uzaqdırsa, o qədər pisdir”. 

Kosmopolitizm  cərəyanının  tərəfdarı  Qədim  Yunan  mədəniyyətinin  incilərindən  olan 

“İliada”  və  “Odisseya”  əsərlərinin  müəllifi  Homer  olmuşdur.  O  isə  demişdir:  “Bizdən  uzaqlarda 

olan xalqlar ən ləyaqətli və ən xoşbəxtdirlər. Bizim özümüzdə isə hər şey pisdir”. 

Tədqiqatçıların  fikrincə,  XVIII  əsrdən  başlayaraq  milli  və  dünyəvi  mədəniyyətlərarası 

məsələlərə münasibət dəyişir və yeni cərəyanlar yaranır: mədəni relyativizm (mədəniyyətdə nisbilik) 

və mədəni universalizm (mədəniyyətdə universallıq). 

Mədəni  relyativizmin  tərəfdarları  fransız  filosofu  M.Monten  və  alman  filosofu  İ.Qerder 

olmuşlar.  Onların  fikrincə,  hər  bir  millətin  mədəniyyətində    özünəməxsus  təkrarolunmaz  orjinal 

xüsusiyyətlər vardır.  

Müasir  dövrdə  mədəni  relyativizmin  nümayəndəsi  kimi  çıxış  edən  fransız  alimi  K.Levi  – 

Strosdur. O hesab edir ki, bütün xalqların mədəniyyətləri qiymətcə və dəyərcə bərabərdir. Onların 

arasında iyerarxiya qoymaq olmaz. Bəlkə də, mədəniyyətlərarası əlaqələri və ünsiyyətləri azatmaq 

lazımdır.  K.Levi  –  Stros  həm  də  dünya  mədəniyyəti  və  sivilizasiyasının  yaranmasının  əleyhinə 

çıxmışdır. 



Mədəni universallıq ideyasına tərəfdar çıxanlar isə fransız filosofu J.J.Russo, alman filosofu 

İ.Kant və alman şairi Höte olmuşlar. Onların fikrincə, mədəni universallıq nəinki mümkündür, hətta 

dünya mədəniyyəti və sivilizasiyasının real varlığıdır.  

Höte  dünya  bədii  mədəniyyətini  milli  mədəniyyətdən  üstün  hesab  edərək,  fikrini  belə 

əsaslandırmışdır  ki,  bədii  mədəniyyəti  dünya  səviyyəli  sənətkarlar  yaradırlar  və  o  da  bütün 

bəşəriyyətə estetik zövq verir. 

Mədəni universalizmin orjinal konsepsiyasını rus filosofu V.Solovyov hazırlamışdır. Onun 

fikrincə, milli və ya lokal mədəniyyətlər dünya mədəniyyətinə gedən yolun ara etaplarıdır. Dünya 

mədəniyyəti isə bəşəriyyətin istehsal etdiyi bütün dəyərləri özündə cəmləşdirən tükənməz xəzinədir.  

Milli və dünya mədəniyyətlərarası məsələlərə münasibət bildirən ingilis  yazıçısı R.Kiplinq 

isə “Qərb – Qərbdir, Şərq – Şərqdir. Onlar bir yerdə yola getməz” adlı konsepsiya irəli sürmüşdür. 

Təqribən eyni fikri isveçrəli psixoloq K.Yunq da söyləmişdir. Onların fikrincə, Şərqə və Qərbə xas 

olan xarakterik düşüncə tərzi o qədər fərqlidir ki, onların arasında yaxınlaşma nəinki mümkün deyil

hətta arzuolunmazdır. 



Mədəniyyət: mahiyyəti və funksiyaları 

 



 

43 


 

Müasir  dövrdə  Şərqlə  Qərb  mədəniyyətləri  arasında  əhəmiyyətli  dərəcədə  fərq  vardır  və 

onlar  qovuşmaqdan  çoz  uzaqdır.  Eyni  zamanda  milli  birliklər  də  çox  sabitdir,  millətlərarası 

ziddiyətlər isə  çox ciddi münaqişələrə səbəb olur. Bununla belə, müasir dünyada beynəlmiləlçilik 

meyillərinin  güclənməsi  nəzərə  çarpır  ki,  bu  da  dünya  mədəniyyətinin  və  sivilizasiyasının 

yaranmasına aparır. 

Yaranmaqda  olan  dünya  sivilizasiyası,  həqiqətən,  vahiddir  və  universaldır.  Ona  görə  ki, 

onun  fundamenti  belədir:  milli  riyaziyyat  və  ya  milli  elektronika  yoxdur,  onlar  universaldır, 



ümumbəşəridir.    

Son  dövrdə  əksəriyyətinin  əhalinin  milli  və  bəşəri  dəyərlər  sistemində  submədəniyyət 

(mədəniyyətyanı) adlanan anlayış da mövcuddur. Submədəniyyətin daşıyıcılarının özlərinin xüsusi 

fərqlənən  dəyərlər  sistemi:  danışıq  jarqonu,  davranış  qaydaları,  geyim-kecimləri  və  s.  vardır.  Bu 

kateqoriyaya aid edilənlər isə qadınlar, gənclər və digər qruplardan ibarət olanlardır. 

Mədəniyyət və sivilizasiya münasibətləri.  Mədəniyyət və sivilizasiya anlayışları biri digəri 

ilə  o  qədər  sıx  əlaqəlidirlər  ki,  bəzən  onları  fərqləndirmirlər,  hesab  edirlər  ki,  onlar  sinonimlərdir. 

Həqiqətən  də,  onların  ümumi  birlikləri  vardır.  Bununla  belə,  onların  fərqlənən  cəhətləri  də 

mövcuddur. 

Latın sözü olan  sivilizasiya  zaman baxımından  mədəniyyət  sözündən sonra,  yəni XVIII 

əsrdə İngiltərədə və Fransada geniş istifadə olunmağa başlanmışdır. 

 Sivilizasiya sözünün ilkin mənası - sivilis, yəni vətəndaş, cəmiyyət, dövlət mənalarını verir. 

Bu  anlayış  bəşəriyyətin  sosial  inkişaf  mərhələləri  olan  vəhşilik,  cəhalət  mərhələlərini  keçdikdən 

sonra yaranmışdır. 

 Mədəniyyət  və  sivilizasiya  terminlərinə bir qədər ciddi yanaşdıqda məlum olur ki, onların 

fərqlənən  tərəfləri,  fərqli  xüsusiyyətləri  və  nisbi  müstəqillikləri  də  vardır.  Məsələn:  insanda  bilik, 

nitq,  natiqlik  qabiliyyəti  mədəniyyətdir,  yazı  və  elm  isə  sivilizasiyadır.  Ona  görə  də,  elmlərin 

təsnifatında iki müstəqil elm: kulturologiya və sivilizasiologiya elmləri də özlərinə yer almışdır. 

Bəzi  alimlər  isə    mədəniyyət    və    sivilizasiya  anlayışlarını  biri  digərinə  əks  olan  və  inkar 

edən tərəflər kimi  başa  düşmüşlər. Məsələn, alman filosofu Osvald  Şpenqler “Avropanın  süqutu” 

adlı əsər yazmışdır. Əsərdə deyilir ki, sivilizasiya ölən, məhv olan və parçalanan mədəniyyətdir. O, 

iddia etmişdir ki, sivilizasiyada bədii yaradıcılığa yer yoxdur, onda ancaq texnika və cansız intellekt 

vardır. Onlar insanları hamarlayır və onları şəxssiz  məxluqa çevirir. Mədəniyyət isə, canlı inkişaf 

edən orqanizmdir. Mədəniyyət incəsənətin və bədii ədəbiyyatın inkişafı üçün geniş üfüqlər açır.  

 Mədəniyyət    və  dil  (nitq).    İnsana  xas  olan    mədəniyyət  və  dil  dəyərləri  biri  digərsiz 

mümkün olmayan və biri digərini yaşadan dialektik sistem təşkil edir. Dilin funksiyası mədəniyyəti 

yaratmaq, inkişaf və təbliğ etməkdən ibarətdir. Mədəniyyətin funksiyası isə insan nitqini gözəlləş-

dirmək  və  rəvan  etməkdən  ibarətdir.  Dil  mədəniyyətin  fundamentini  təşkil  etməklə  həm  də  onun 

xüsusi daxili özülünü təşkil edir. 

Dilsiz milli  mədəniyyət  yoxdur.  Ona  görə  də,  heç  də  təsadüfi  deyildir  ki,  mədəniyyətlərin 

təsnifatında dil ölçü vahidi kimi götürülür. 

Dil insan tərəfindən dünyanın dərk olunmasında, ona sahib olmaqda və mənimsəməsində ən 

əsas  alətdir.  Dil  eyni  zamanda  digər  xalqların  mədəniyyətlərinin  bir-biri  ilə  tanış  olmasında  və 

bəhrələnməsində fəal iştirak edir. İctimai həyatda dil və onun funksiyası barədə filosoflar və digər 

alimlər də fikirlər söyləmişlər. Alman filosofu M.Xaydeqer demişdir: “Dil Varlığın evidir”, fransalı 

yazıçı  və  filosof  A.Kamyu  demişdir:  “Mənim  vətənim  fransız  dilidir”,  rus  yazıçısı  F.Dostoyevski 

isə hesab etmişdir ki, “dil xalqdır”. 

Milli mədəniyyətlərin ayrılmaz tərkib hissəsi olan dillər də mədəniyyətlər kimi taleyin bütün 

təlatümlərindən,  sosial-siyasi  hadisə  və  proseslərindən  keçir.  Odur  ki,  tarixən  iqtisadi  və  hərbi 

gücləri  yüksək  olan  xalqlar,  dövlətlər  dünyanı  parçalayıb  öz  təsir  dairələri  altına  salarkən,  çox 

xalqların  ana  dilləri  müstəmləkə  və  asılılıq  şəraitinə  düşərək  ictimai  səhnədən  sıxışdırılmağa 

başlanmışdır.  



Sadıqov H.Ş., Məmmədov R.S.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə