Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

 

38 


 

nəticəsində araya-ərsəyə gəlir. Əsərdə təqdim olunan şəkillər və statistik məlumatlar gələcək üçün 

əvəzolunmaz tarixi mənbədir.  

Yazıçının Qarabağ müharibəsi mövzusunda yazdığı ikinci sənədli əsəri “Mübariz” povestidir. 

Bu  povest  öz  üslubuna,  bədii  xüsusiyyətlərinə  görə  “Fred  Asif”dən  fərqlənir.  Əsərdə  Mübarizin 

Azərbaycanı  ayağa  qaldıran,  bütün  dünyanı  silkələyən  şücaətindən  bəhs  olunur.  Əsərin  faktlar, 

şəkillər, şahid qeydləri əsasında yazılması onun tarixi dəyərini artırır. Mübarizin planları haqqında 

rəsmi  sənəd,  gündəlik,  əli  ilə  yazılan  bir  parça  kağız  belə  olmadığından  yazıçı  burda  daha  çox 

eyhamlar dolu ata-oğul arasında söhbətlər, epizodik şahid qeydləri əsasında alınmış məntiqi nəticə 

sənətkar təxəyyülünə istinadən dolğunlaşır, bunun da nəticəsində əsərdə bədiilik ön plana keçir. 

Vətənə  sevgi,  bayrağa  hörmət,  xalqa,  ailəyə  sədaqət  hissi  ilə  böyüyən,  imam  övladını 

qorumaq  üçün  “geyin,  gəl”  deyib  oğlunu  fəda  edən  yel  ocağının  yetirməsi    Mübarizin  qəlbində  

yanan alov  uşaqlıqdan ailəsinin, müəllimlərinin diqqətini cəlb edir. M.Çəmənli onun vətənpərvər 

yetişməsinin səbəbini atası Ağakərimdə, sədaqət və inam dolu genlərində görür və bunu “ot kökü 

üstə  bitər”  deyə  vurğulayır.  Uşaq,  yeniyetmə,  gənc  Mübarizin  bir  sevgisi  var  –  Vətən  sevgisi. 

Mübarizin görmədiyi, lakin qarış-qarış gəzmək istədiyi torpaqda at çapmaq, məşhur İsa bulağından 

su  içmək,  Azərbaycan  bayrağını  qaldırmaq,  düşmənin  cəzasını  vermək  kimi  xəyalları  yüksək 

bədiiliklə təsvir edilir. Mübarizin keçirdiyi narahatlıq və qorxusunun dolğun və canlı təqdimatı əsəri 

oxunaqlı edir. Mübariz şəxsi  istəklərdən  imtina edə biləcək qədər  güclü  fenomendir.  İnsan-əsgər-

qəhrəman vəhdəti bu obrazın əsas aparıcı xəttidir. Mübarizin qisas hissi o qədər güclüdür ki, ailə, 

həyat  eşqi,  əmrə  itaətsizlik,  geriyə  sağ  qayıtmamaq  kimi  manelər  onu  dayandıra  bilmir.  Əsərdə 

Mübarizin şücaəti düşmənin özünün olmayan torpaq uğrunda apardığı ədalətsiz müharibədə “haqlı 

və qalib” təsəvvürünə bir zərbə kimi təqdim olunur. Mübariz acizlik və əlacsızlığı yox, mübarizə, 

qəhrəmanlıq yolunu seçir. O, işığa, haqqın, ədalətin bərpasına tələsir. Öz fövqəladə qəhrəmanlığı ilə 

xalqa  hələ  də  cəsarətin,  mərdliyin,  igidliyin  ölmədiyini  göstərir,  özü  kimi  gəncləri  şərəf  və 

ləyaqətləri uğrunda fədakarlığa ruhlandırır. Sanki gənc nəsilə “silaha sarıl”, “vətəni xilas et” əmrini, 

mesajını verir.  O, yaşamaq haqqından imtina edib “ölməzliyi” seçir və müasir gəncliyin cəsarət və 

qəhrəmanlıq  simvoluna  çevrilərək  mümkünsüzlüyün  mümkünlüyünü  sübut  edir.  Mübariz 

etdiklərinə görə heç bir mükafat gözləmir, sadəcə əqidəsinə, amalına sədaqətini nümayiş etdirir. 

Əsərdə  insan  duyğularını  riqqətə  gətirən  epizodlar  vasitəsilə  müəllif  qəhrəmanına  sevgisini, 

mərhəmətini    əks  etdirməyə  çalışır  və  əsər  boyu  bu  hiss  olunur.  Eyni  zamanda,  o,  qəhrəmanı 

vasitəsilə  ilə  insan  gücünün,  iradəsinin  hüdudsuzluğunu  diqqətə  çatdırır.  Qəhrəmanın  əhvali-

ruhiyyəsinə uyğun təbiət təsvirlərinin verilməsi əsərin təsir gücünü artırır.  

Epitet, metafora, atalar sözü və frazeologizmlərdən istifadə onun dilini daha da gözəlləşdirir, 

hadisələrə fərqli bədiilik və emosionallıq qatır.  

M.  Çəmənli  sənədli  əsərləri  ilə  xalqda  azadlıq  ruhunu  gücləndirməyə  çalışır.  O,  millətini 

keçmiş  və  bugünki,  yad  və  daxili  düşmənlərə  qarşı  birləşməyə,  mətin  olmağa  səsləyir.  Xalqını 

sevən, onu azad, dövlətini tarixi sərhədlərinə qədər bütöv  görmək istəyən  yazıçı bu hissin  hər bir 

azərbaycanlı vətəndaşının ruhuna hopmasını arzulayır.  

Mustafa  Çəmənlinin  təhlilə  cəlb  etdiyimiz  povestləri  onu  göstərir  ki,  sənədli  nəsrin 

özünəməxsus  qanunauyğunluqları  vardır  və  yaradıcılıq  prosesində  bunları  mütləq  nəzərə  almaq 

lazımdır. Bugünümüzün hadisələrini sənədlər əsasında əks etdirən əsərin bir neçə il sonra mötəbər 

tarixi qaynağa çevriləcəyi də nəzərə alınası faktdır. 

Elmi  yeniliyi:  Mustafa  Çəmənlinin  sənədli  povestləri  ilk  dəfə  sənədlilik  prinsipindən  tədqiq 

edilib. 


Tətbiqi  əhəmiyyəti:  Məqalə  Azərbaycan  sənədli  nəsrinin  öyrənilməsi  və  tədqiqində  elmi 

mənbə kimi faydalıdır. 



 

 

 

Sənədli nəsrin problemləri 

 (Mustafa Çəmənlinin “Fred Asif” və “Mübariz” adlı sənədli povestləri əsasında) 

 



 

39 


 

ƏDƏBİYYAT  

1. Шик Э. Документ, факт, образ. Новосибирск: Зап.-Сиб. кн. изд-во,1973, 86 с. 

2. Шарипова З.Я. Литературоведение и современность. Уфа: Китап, 2001, 320 с. 

3. Rəsulov Ə.

 Türk sənədli-bədii nəsri. Bakı: Elm, 2004, 426 s.

 

4. Çəmənli M. Fred Asif. Bakı: Gənclik, 1996, 172 s. 



5. Salamoğlu T. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: E.L. NPŞ, 2012, 476 s. 

6. Çəmənli M. Mübariz. Bakı: Təhsil, 2016, 96 s. 

 

РЕЗЮМЕ 

ПРОБЛЕМЫ ДОКУМЕНТАЛЬНОЙ ПРОЗЫ 

Бабаева А.Н. 

 

Ключевые  слова:  художественная  литература,  документальная  проза,  Мустафа  Чеменли, 

идея, патриотизм 

В  статье  рассказывается    о  возникновении  и  принципах  документальной  прозы.  На  основе 

документальных  повестей  Мустафы  Чеменли,  посвященных  Карабахской  войне,  анализируются 

принципы документальности и исследуется предполагаемая идейно-тематическая проблематика.  



 

SUMMARY 

PROBLEMS OF DOCUMENTARY PROSE 

Babayeva A.N. 

 

Keywords: imaginative literature, documentary prose, Mustafa Chemenli, idea, patriotism. 

The  article  tells  about  the  origin  and  principles  of  documentary  prose.  Based  on  the  documentary 

stories of  Mustafa Chemenli, devoted to the Karabakh war, the documentary principles are analyzed and the 

supposed ideological and thematic problems are examined. 

 

 

Daxilolma tarixi: 

İlkin variant 

20.04.2017 

 

Son variant 



 

Babayeva A.N. 

 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə