Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

 

36 


 

“ikili oyun” gedir. Gözləntinin təsdiqi və inkarı. Sənədli nəsrdə isə hadisələr və qəhrəmanlar mütləq 

halda sənin gözləntini  təsdiqləyir.  

Sənədli  nəsr  bədiililiyinə  görə  bədii  nəsrə,  reallıq  və  üslub  tərzinə  görə  isə  publisistikaya 

bənzəyir.  Bəs  onda  sənədli  nəsri  bədii  nəsrdən  və  publisistikadan  necə  fərqləndirmək  olar?  Bədii 

nəsrdə yazıçı təxəyyülünün nəticəsi olan, zaman və cəmiyyəti özündə birləşdirən obrazlara müraciət 

edir.  Qəhrəmanlarını  da,  azad  surətdə,  onu  cəlb  edən  zamana  və  məkana,  məqsədini  açıqlaya 

biləcəyi  hadisələrin  mərkəzinə  atma  ixtiyarına  malikdir.  Lakin  sənədli  nəsrdə  yazıçı  təsvir  etmək 

istədiyi şəxsiyyət və hadisələrlə bağlı real faktlardan kənara çıxa bilməz.  

Ə.Rəsulov

  “Türk sənədli-bədii nəsri”  monoqrafiyasında  qeyd  edir:  “

Türk    tənqidçisi 

Ə.Camala görə, sənədli nəsrdə bədii obraz yoxdur deyə, o, obrazlılığı inkar edir. Lakin sənətkarlıq 

xüsusiyyətlərini  aydınlaşdıranda  görürük  ki,  sənədli  nəsrdə  obraz  da  var,  obrazlılıq  da.  Ancaq  bu 

obrazlar yazıçı təxəyyülünün məhsulu yox, mahiyyətcə real-ictimai xarakter daşıyır”. [3, 67] 

XX əsrdə Azərbaycan ədəbiyyatında da, digər xalqların ədəbiyyatında olduğu kimi,  sənədlər 

və  faktlar  əsasında  yazılan  əsərlərin  sayı  çoxalmaqdadır  Lakin  bu  sahə  ilə  bağlı  araşdırmaları  və 

tədqiqatları  çox  azdır.  M.S.Ordubadinin  “Qanlı  illər”,  R.Hüseynovun  “Cavidlər”  və  “Millətin 

zərrəsi”, Anarın “Sizsiz”, “Kərəm kimi”, “Həyatım ağrıyır”, “Gecə yarısında hadisə” kimi əsərləri 

bu qəbildəndir. 

Sabir  Əhmədlinin  “Yazılmayan  yazı”,  Əli  Əmirlinin  “Ağdamda  nəyim  qaldı”,  Seyran 

Səxavətin “Qaçaqaç” avtobiqrafik romanlarında da sənədli nəsrə məxsus xüsusiyyətlər daha aydın 

müşahidə olunmaqdadır. 

Sənədli  nəsrin  inkişafına  töhfələr  verən  Mustafa  Çəmənlinin  “Fred  Asif”  və  “Mübariz” 

povestləri Qarabağ müharibəsinə həsr olunmuşdur. Yazıçı real şəxsiyyətləri və hadisələri dəqiqliklə 

verməyə çalışmışdır. Onun obrazların xarakterini açmaq üçün istifadə etdiyi faktlar, məkan, zaman 

və  təbiətin  dolğun  təsviri  əsərlərinin  bədiiliyini  gücləndirir.  “Uydurulmayan”  nəsrin  nümunələri 

olan  “Fred  Asif”  və  “Mübariz”  müəyyən  dövrlərin  tarixi  hadisə  və  şəxsiyyətlərini  polifonik 

müzakirəyə cəlb edir.  

M.Çəmənli “Fred Asif” adlı sənədli əsərini Ağdamda – İmarətin – Qarabağ xanlarının ailəvi 

sərdabələrinin  yaxınlığında  Yusif  kişinin  evində  böyüyən  on  bir  övladından  biri  olan  Asif 

Məhərrəmovun  şücaət  dolu  həyatına  həsr  etmişdir.  Asif  üçün  uşaqlıqdan  mənlik  və  şərəf,  onu 

qorumaq ən dəyərli xüsisiyyətlərdən idi. Gələcəyin  ona  gətirəcəyi töhfələri səbirsizliklə gözlədiyi 

bir  zaman  o,  “üst-stə  çinlənmiş  25-likləri”,  “dayı”sının  olmaması  səbəbilə,  kənd  ağsaqqallarının 

yoluna  qoya  biləcəkləri  uşaq  davasını  (özgəsinin  haqqını  müdafiə  etmişdi)  cinayət,  “xuliqanlıq” 

adlandırıb 2 il azadlıqdan məhrum edilir. Bu yalnız Asifin başına gəlmiş bir bəla deyildi. Müəllif bu 

faktı  göstərməklə  məhkəmə  işçilərinin,  ümumiyyətlə,  vəzifə  adamlarının  səlahiyyətlərindən  sui-

istifadələrini  ön  plana  gətirir.  Pul  üçün  insanlıqlarını  satan  mənsəb  sahiblərinin  insan  taleyilə 

oynamalarını tənqid edir. Təmizlik, saflıq dövrü kimi xalqın beyninə yeridilməyə çalışılsa da, sovet 

hakimiyyətinin  də  bu  cür  “günahlarla”  hökm  sürdüyünü,  insan  faktorunun  nəzərə  alınmamasını 

müəllif kiçik epizodlar vasitəsilə oxucuya çatdırmağa çalışır.  

“Fred Asif” əsərində təhkiyənin  məkanı  genişdir. Burada sosial  həyat, sosial ədalət,  insanın 

qəlbindəki həqiqətlər, insan problemi ön plana gətirilir. 

M.Çəmənli iki dəfə “türemşik” adı qazanmış  “bəxti yeyin” cavanın, düşdüyü çətin və gərgin 

situasiyalarda əxlaqi keyfiyyətlərini itirmədiyini, mənən güclü olduğunu göstərir.  

Həqiqətən də, insanın əsl gücü imkanların sona çatdığı məqamlarda üzə çıxır. Yazıçı əsərdə 

müharibənin  insan  qəlbinə  necə  təsir  etməsini  bədii  təsvirin  mərkəzinə  çəkir.  Müharibə  insanın 

içində  olan  pislikləri  üzə  çıxmağa  şərait  yaradan  faktor  kimi  səciyyələndirilir.    Lakin  zülm  və 

itkilərin  şahidi  Asif  insanlığını  unutmur  və  intiqam  hissi  ilə    yanıb  qana-qan  deyən  əsgərləri 

sakitləşdirməyə çalışırdı:  “Biz ən ağır dəqiqələrdə alicənablığımızı, nəcibliyimizi unutmamalıyıq. 

İnsanın diri-diri başını kəsmək bizim dinimizdə, adətimizdə yoxdu. Allaha ağır gedər.” [4, 94]  

Sənədli nəsrin problemləri 

 (Mustafa Çəmənlinin “Fred Asif” və “Mübariz” adlı sənədli povestləri əsasında) 

 



 

37 


 

Əsəri  oxuyanda  görürük  ki,  Fred  Asif  vətənpərvər  olsa  da,  milliyyətçi,  şovinist,  qəddar 

deyildir.  O,  ermənilərin  böyükdən-kiçiyə  namərd  olduğuna,  insan  xislətindən  çıxdıqlarına 

inanmırdı. İşgəncə, faciə törətmiş xalqa qarşı belə törədilə biləcək qəddarlıq və işgəncənin əleyhinə 

idi. Fred Asifin özünəməxsus insanlıq kodeksi var idi. Hər döyüşdən öncə yoldaşlarına xatırladırdı: 

“Eşidəm-biləm, əsir düşmüş bir adama işgəncə vermisiniz, incitmisiniz, gözümə görünməyin. İllah 

da yaşı altmışı keçən qocaya, qadına. Bu yaşda olan bu gündən sonra nə övlad doğasıdı, nə əkəsi. 

Onsuz  da  Allah  tərəfindən  onun  ömrü  üzülüb,  amma  qoy  sənin  əlinlə  üzülməsin.  Biz  döyüşçüyə 

qarşı döyüşürük.” [4, 94]  

İnsan qəlbini açan, silahdan daha güclü təsirə malik  bu cür psixoloji detallar  qəhrəmanın – 

Fred Asifin mənəvi yüksəlişini, gücünü daha da inandırıcı edir. 

Fred Asif siyasəti məqsədli, təmənnalı adlandırır. Bu fikirlə bağlı müəllifin Fred Asifə haqq 

qazandırdığını hiss etmək mümkündür. Doğrudan da, təmənna olan yerdə haqq-ədalətdən danışmaq 

olmaz.  Dünənə  kimi  Azərbaycan  kişisinin  bir  sözü  bir  imzaya  bərabər  idisə,  bu  gün  artıq  öz 

məqsədləri,  təmənnaları  uğrunda  bir  qisim  insanın  siyasət  adı  altında  manevrbazlıq  etməsi,  milli 

mənafenin unudulması yazıçının qələmindən yan keçmir. 

Müharibə  Fred  Asifin  sərkərdəlik  qabiliyyətini,  sabahı  görmə  fəhmini  üzə  çıxarır.  Döyüş 

strategiyası,  əsgərlərlə  ədalətli  davranışı  ona  etibar  və  etimad  qazandırır.  Asifə  görə  müharibədə 

insan  sərt  olmalı,  hər  cür  itkiyə,  doğma  qardaşı  belə  olsa,  hazır  olmalıdır.  Burada  yazıçı  döyüş 

etikasını  təqdim  edir.  Lakin  Xocalıya  köməyə  gedərkən  əzab  və  ölümdən,  təcavüzdən  xilas  edə 

bilmədikləri  qız-gəlinlərin,  uşaqların  halı  Fred  Asifi  sarsıdır.  Mustafa  Çəmənli  bu  iztirablar 

vasitəsilə qəhrəmanının mənəvi keyfiyyətlərinin açılmasına xüsusi diqqət yetirir. Ona görə vətənə, 

xalqa  bağlılıq,  adət-ənənələrə  verilən  qiymət,  təbiətə  yaxınlıq,  onu  duymaq,  milli  musiqi  və 

poeziyaya münasibət qəhrəmanda  milli düşüncə tərzini formalaşdıran vasitəyə çevrilir. Fred Asif 

yenilikləri  qəbul  etsə  belə,  tərbiyə  olunduğu,  alışdığı  “patriarxal  həyat”  (Patriarxal  həyat  “milli 

yaşayış”ın  əsl  atributu  kimi  qavranılır)    tərzini  sürür  [5,  84].  Bir  tərəfdən  xeyirxah,  saf,  vicdanlı, 

digər tərəfdən isə çılğın, sərt olan Asifin xarakterindəki ziddiyyətlər sevdiyi qadınla münasibətində 

də  özünü  göstərir.  Müstəqil,  azad,  “ayağı  üstündə  durmağı”  bacara  biləcək  qadın  mühafizəkar 

düşüncə  tərzindən  xilas  ola  bilməyən  Asif  üçün  qəbuledilməzdir.  Onun  aləmində  qadın,  müti 

şəkildə, övladı və evi ilə məşğul olmalıdır. M.Çəmənli bu yanaşmanın onu tənhalığa , peşmançılığa 

yuvarladığını incə psixoloji detallarla qələmə ala bilmişdir. 

Müəllif  Asifin  dili  ilə  köçkünləri  qınayanların  şübhəsini  dağıtmaq  üçün  müharibənin 

çətinliyini,  əzabını,  mümkünsüzlüyünü  faktlarla  göstərir.  Xalqı,  vətəni  uğrunda  canından  keçən, 

ölməzlik  zirvəsinə  ucalan  qəhrəmanın  həyəcan,  ölüm  qorxusu,  qadağalar,  itkilərlə  dolu  qəddar 

döyüşlərini  səciyyəvi  cizgilərlə  təsvir  etməyi  bacarır.  Təsvirlər  o  qədər  canlıdır  ki,  insan  özünü 

həmin proseslərin iştirakçısı kimi hiss edir, həyəcanlanır. Hadisələrin bu qədər real təsviri müəllifin 

həmin döyüşlərdə iştirakı təəssüratını yaradır. 

Dustaqlıq, səngər həyatı, qəlbini didən düşüncələr, itkilər onun həyata bağlana bilməməyinin 

səbəbi kimi təqdim olunur. Tanrının verdiyi nemətlərdən istifadə etmədiyinə görə cəzalanaraq tək 

qalan  Asifin  son  günləri  sarsıntı  və  tənhalıqla  doludur.    Dostuna  dediyi  “Anama  de,  ağlamasın... 

Mən səhrada bitmiş tənha çiçəyəm” ifadəsi  onun ruhunun ümidsiz tənhalığın  əksidir, qəhrəmanın 

düşüncə tərzi haqqında müəyyən təsəvvür yaradır. 

Müəllif Milli  qəhrəman  Asif  Məhərrəmovun  xarakterini, həyat  yolunu  çox diqqətlə izləyir, 

döyüş  yoldaşlarının,  dostlarının,  ailəsinin  dediklərinə  istinadən  “Fred  Asif”  adlı  sənədli  əsərinin 

qəhrəmanının  mənəvi  portretini  çızır.  Allahsız,  imansız,  tərifbaz,  vəzifə  düşgünü,  yaltaq,  ikiüzlü 

insanlara qarşı olan Asifi haqq elçisi, düzlük carçısı, mərdlik simvolu kimi təqdim etməyə çalışır və 

əsasən buna nail olur.  

Ümumilikdə,  əsər  sənədli  nəsrin  bütün  qanunlarını  özündə  əks  etdirir.  “Fred  Asif”  povesti 

sənədlər,  şəkillər,  fonoqrammalar  (səs  yazıları),  şahid  qeydləri,  təəssüratlar,  araşdırmalar,  təhlillər 

Babayeva A.N. 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə