Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

 

44 


 

Bu gün isə vəziyyət daha da mürəkkəbləşmişdir. Əgər əvvəllər problem geri qalmış və təsir 

altında  olan  xalıqların  dilləri  ilə  bağlı  idisə,  hazırda  problem  inkişaf  etmiş  Avropa  ölkələrinin 

problemlərinə  çevrilmişdir.  Burada  əsas  səbəb  isə  gündən-günə  artan  ingilis  (Amerika)  dilinin 

ekspansiyası  ilə  bağlıdır.  Hansı  ki,  universal  ünsiyyət  vasitəsinə  çevrilir.  Nəticədə  isə,  iki  dilin 

birləşməsindən  qarışıq  hibrid  (mələz)  dillər  alınır.  Məsələn:  fransız  dili  ilə  ingilis  dilinin 

qarışığından olan  Franql və ya  Frenqliş. Daha çox göstərici misal isə  Şpenqlişdir. Burada İspan 

və İngilis dillərinin qarışığına kubalıların və meksikalıların da məhəlli dialektləri əlavə edilmişdir.  

Nobel mükafatı laureatı meksikalı şair və filosof  O.Pas  süni yaradılmış yeni dillər haqqında 

belə demişdir: “O dillər nə yaxşı, nə də pisdir, çox çirkindir”. 

Müasir dövrdə bir çox ölkələrdə azsaylı xalqların dilləri də ağır vəziyyətə düşmüşdür. Onlar 

üçün vəziyyətdən yeganə çıxış yolu bilinqvizm (ikidillilik) yox, polilingvizmdir (çoxdillilik). 



Mədəniyyət və iqtisadiyyat əlaqələri. Mədəniyyət və iqtisadiyyat münasibətləri tarix boyu 

çox ciddi təkamül prosesi keçirmişdir. Antik dövr və Orta əsrlərdə mədəniyyətlə iqtisadiyyat üzvi 

surətdə bağlı olmuş, birgə əməkdaşlıq etmiş və biri-birlərini təkmilləşdirmişlər. O zaman istehsal və 

yaradıcılıq,  dəyər  və  qiymət  biri-birlərinə  tən  gəlmişlər,  üst-üstə  düşmüşlər.  Yəni  bir  nəfər  həm 

peşəkar  və  həm  də  estetik  yaradıcı  olmuşdur.  Məsələn:  Orta  əsrlərdə  monastrlar  (kilsələr)  eyni 

vaxtda  dini,  mədəni  və  iqtisadi  mərkəzlər  olmuşdur.  XVII  əsrdən  başlayaraq  mədəniyyətlə 

iqtisadiyyat tədricən aralanıb müstəqil qalmışdır.  

XVII-XVIII  əsrlərdə  iqtisadiyyat  və  mədəniyyət  dinc-yanaşı  yaşayaraq,  biri-birinə  mane 

olmadan inkişaf etmişdir. Cəmiyyətin inkişafında XVIII əsr həm elmi-texniki tərəqqinin başlanğıcı, 

həm də teatr sənətinin başlanğıcı hesab edilir.  

XIX  əsrdə  sənaye  istehsalı  daha  da  artdıqca,  mədəniyyət  və  iqtisadiyyat  münasibətləri 

zəifləyir,  aralarında  başadüşməzlik,  etibarsızlıq  və  ziddiyyət  yaranır.  Fransız  şairi  Ş.  Bodlerin 

fikrincə,  “nə vaxt ki, sənaye incəsənətə sirayət edir, o vaxt onun öldürücü düşməninə çevrilir.” 

İkinci  Dünya  müharibəsindən  sonra  iqtisadiyyatla  mədəniyyət  arasında  özgələşmə, 

əksdurma,  ziddiyyət  daha  da  artmağa  başlamışdır.  Nəticədə,  yaranan  sənaye  mədəniyyəti 

iqtisadiyyatın  bir  sektoruna  çevrilir  və  kütləvi  mədəniyyətə  çevrilərək  hakim  qüvvə  olub  yüksək 

mədəniyyəti  sıxışdırır,  əsl  bədii  yaradıcılığı  isə  inkar  edir.  Sonradan  isə,  postmodernizm 

mədəniyyəti yaranır və geniş yayılaraq kütləvi mədəniyyəti davam etdirir.    

XX  əsrin  80-90-cı  illərindən  başlayaraq  mədəniyyətlə  iqtisadiyyat  arasında  yeni  müsbət 

meyillər yaranmağa başlayır. Bir çox ölkələrdə isə həqiqi yüksək mədəniyyətə və incəsənətə maraq 

oyanır.  Əvvəllər  hesab  edirdilər  ki,  elm  bütün  problemləri  həll  edir.  Bu  gün  isə  aydın  olur  ki, 

dəyanətli  inkişaf  üçün  təkcə  elm  və  texnika  yox,  həm  də  həqiqi  yüksək  mədəniyyət  tələb  olunur. 

Buradan  da  iqtisadiyyatla  mədəniyyətin  yaxınlaşmasına  böyük  ehtiyac  duyulur.  Beləliklə  də, 

iqtisadiyyat  insana  mal-dövlət,  sərvət  verir,  onun  həyat  vəziyyətini  təmin  edir.  Mədəniyyət  isə, 

insan həyatına məna və zövq verir, onun məqsədini müəyyənləşdirir, ona xoşbəxtlik gətirir. 

İqtisadiyyat  ancaq effektli olmaq  yox, həm  də ekoloji  təmiz, insani, insanalayiq olmalıdır. 

Belə olmazsa və insafsızcasına təbiəti, torpağı, suyu, havanı çırkləndirməyi davam etdirilərsə, onda 

hər nə varsa tənəzzülə uğrayacaq, dağılacaq və məhv olacaq.  



Mədəniyyət qloballaşma şəraitində. Müasir dövrdə qloballaşma prosesi cəmiyyətin sosial- 

iqtisadi həyatının bütün sferalarına öz təsirini göstərir. Qloballaşma prosesi ilk dəfə iqtisadiyyatdan 

başlamış, sonradan isə mədəniyyətə də sirayət etmişdir.  

Mədəniyyətdə  qloballaşma  tədricən  ənənəvi,  milli  mədəniyyəti  sıxışdıraraq,  onu  kütləvi 

mədəniyyətlə  əvəz  etməyə,  müxtəlifliyi  və  rəngarəngliyi  standartlaşdırmağa  aparır.  Ona  görə  də 

tədqiqatçılar belə hesab edirlər ki, indi Yer kurəsində internet öz qələbəsini bayram edir. 

Mədəniyyətdə qloballaşma prosesi nəticəsində bir sıra aktual problemlər yaranmışdır: milli 

mədəniyyətlər münasibətləri, Qərb və qeyri-qərb mədəniyyətləri münasibətləri, mərkəz və əyalətlər 

mədəniyyətləri  münasibətləri;  hökmranlıq  edənlərin  və  tabeçılıkdə  olanların  mədəniyyətlərarası 

problemləri və nəhayət, mədəni eyniləşmə problemi. 



Mədəniyyət: mahiyyəti və funksiyaları 

 



 

45 


 

Elə  bu  səbəbdən  də,  XX  əsrin  70-80-cı  illərində  Amerikada  və  Avropa  ölkələrində 

multikulturalizm (çoxmədəniyyətlilik) siyasəti sosial-siyasi və milli-etnik səhnəyə çıxarılmışdır və 

bir çox fərqlənən ideyalar irəli sürülmüşdür. 

Göründüyü  kimi,  mədəniyyətdə  qloballaşma  çox  mürəkkəb  və  ziddiyyətli  prosesdir.  Ona 

görə də lokal mədəniyyətlərin yaşanması, inkişaf məsələsi hələliik qeyri-müəyyən vaxta qalır. 

 

ƏDƏBİYYAT   

1.  Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab. Bakı: Azərnəşr, 1997, 174 s.   

2.  Heydər Əliyev. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual 

mülkiyyətidir. Azərbaycan Yazıçılarının X Qurultayında nitq. “Xalq qəzeti”, 5 noyabr 1997. 

3.  Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi. Bakı: Azərbaycan Universiteti, 2002, s.8.  

4.  Heydər Əliyev. Mədəniyyət bəşəriyyətin topladığı ən  yaxşı  nümunələrlə xalqları zənginləşdirir. 

“Yeni Azərbaycan qəzeti”, 7 may 2016.  

5.  İlham Əliyev.  Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə 

kimi  yaşamışlar.  Hesab  edirəm  bizim  təcrübəmiz  əyani  şəkildə  göstərir  ki,  müxtəlif 

mədəniyyətlərə,  müxtəlif  dinlərə  mənsub  olan  xalqlar  mehribanlıq,  sülh,  əməkdaşlıq  şəraitində 

yaşaya bilərlər. “Yeni Azərbaycan qəzeti”, 19 aprel 2016. 

6.  Mehriban  Əliyeva.  Mən  fəxr  edirəm  ki,  ölkəmizdə  tamamilə  bənzərsiz  bir  mədəni  imkan 

yaranmışdır.  Bu  gün  Azərbaycan  mədəniyyətinin    və  incəsənətinin  dəyərli  nümunələri  bütün 

bəşəriyyətin  sərvəti  hesab  olunur.  Parisdə  YUNESKO-nun  iqamətgahında  söylədiyi  nitq.                      

9 sentyabr 2004. 

7.  Qəniyev M.,   Məmmədov E. Mədəniyyətşünaslıq. Bakı: Müəllim, 2003, s.22.  

8.  Aslanov R. Qloballaşma və mədəniyyət müxtəlifliyi. Bakı: Elm, 2004, s.12. 

9.  Cavadov  Q.  C.  Azərbaycanın  azsaylı  xalqları  və  milli  azlıqları.  Tarix  və  müasirlik.  Bakı:  Elm, 

2000, 440 s. 

 

РЕЗЮМЕ 



КУЛЬТУРА: СУЩНОСТЬ И ФУНКЦИИ 

Садыгов Г.Ш., Мамедов Р.С.  

            



Ключевые  слова:  культура,  ценности,  понимание,  этническая  принадлежность,  восточная  и 

западная культура, цивилизация, культура речи, культурные и экономические 

отношения, процесс глобализации

В статье обосновывается следующая мысль: культура – фундамент человеческой жизни.  Она 

возникла и развивается вместе с человеком, воплощая в нем то, что качественно отличает его от всех 

других живых существ и природы в целом. 

 

SUMMARY 

CULTURE: ESSENCE AND FUNCTIONS 

Sadigov H.Sh., Mammadov R.S. 

 

Keywords: culture, values, understanding, ethnicity, eastern and western culture, civilization, culture 

of speech, cultural and economic relations, the process of globalization. 

In the article, the following idea is substantiated: culture – human life’s foundation. It emerged and is 

developing together with human by incarnation of all things that differ from other creatures in nature in 

terms of quality.  

 

Daxilolma tarixi: 



İlkin variant 

01.06.2017 

 

Son variant 



 

Sadıqov H.Ş., Məmmədov R.S.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə