Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

 

24 


 

məqsədi  Şərq xalqlarını, xüsusən, türk xalqlarını müasir Avropa mədəniyyətinə qovuşdurmaq idi. 

Lakin  bu  zaman  Zaqafqaziyada  ermənilərin  və  gürcülərin  əlifbaları  heç  bir  dəyişikliyə  məruz 

qalmadı.  “20-ci  illərdə  rassionallıq  konteksti  beynəlmiləlçilik  və  inqilabın  sinonimi  idi.  Ənənəvi 

tarixi  əlifba  sisteminin  sürətlə  dəyişdirilməsi  “feodal  qalıqları”  və  “geriliyin”  aradan  qaldırılması 

yollarından ibarət tədbirlərin və mədəni inqilabın bir hissəsi idi” [12,77] 

İ.Sandomirski  haqlı  olaraq  bu  müdaxilənin  ritorikasının  dilin  demokratikləşməsi  şüarları 

pərdəsi ilə örtüldüyünü qeyd edir: “Ənənəvi əlifba sistemi guya yeni mədəniyyət subyektləri üçün 

olduqca  mürəkkəb  idi…  Bu  isə  yalnız  milli-mədəni  ənənələrin  deyil,  mədəni  elitanın  da 

(mədəniyyətin  Lenin  sinfi  nəzəriyyəsinə  əsasən  bolşeviklər  mədəni  elita  və  “sinfi  istismarçılar 

arasında  bərabərlik  işarəsi  qoymuşdular”)  məhv  edilməsinə  yönəlmişdi.  Mədəniyyətin  partiya-

dövlət  tənzimlənməsinin,  dil  və  mədəni  quruculuğun,  savadsızlığın  ləğvi  kompaniyasının  vəzifəsi 

mədəni  ənənəni  məhv  etmək  idi.  Bunlar  dövlətin  marağında  idi.  Qərbə  ideoloji  ekspensiyasını 

istiqamətləndirən dövlət beynəlmiləlçiliyə meyli ifadə edirdi. Proletariat diktaturası dövləti Avropa- 

sentrizmin hədsiz millitaristləşmiş formalarını ifadə edən mədəni siyasət həyata keçirirdi” [12,77-78]. 

Sovet  dövlətinin    Stalin  dövrünün  Qərb  ideyalarına  müəyyən  dərəcədə  “dünya  inqilabının 

yeni  qələbələri”  naminə  açıqlıq  göstərirdi.  Kirilə  keçməklə  inqilabaqədərki  bütün  ədəbi-mədəni 

abidələr, latın əlifbası, “ziyalı” ənənələri də aradan qaldırıldı. 

Şimali  Sovet  Azərbaycanı  ilə  Cənubi  Azərbaycanın  milli-mənəvi  bütövlüyünü  sarsıdan 

amillərdən biri də 30-cu illərdə “dünyəvilikdən sovet ateizminə” keçilməsi, islam dininin qadağan 

olunması,  məscidlərin  dağıdılması  oldu.  Azərbaycan  maarifçi  ədəbiyyatının  dini  xurafat  əleyhinə 

təbliğ etdiyi  yerli dünyəvilik sovet ədəbiyyatında ateizmin  – allahsızlığın möhkəm yer tutması ilə 

əvəzləndi.  Bu  isə  Cənubda  və  uzun  müddət  Şimalda  da  həyat  tərzinə,  dünyagörüşünə,  etiqada 

çevrilmiş islama zərbə vurdu, dini vəhdətin pozulmasına gətirib çıxartdı. “Bir din kimi islam açıq-

aşkar repressiyaya və terror atmosferinə məruz qalmışdı. Bu vaxt… gənc nəslə islamın prinsip və 

qaydaları haqqında məlumat vermək çox təhlükəli iş sayılırdı” [8,159]. 

Azərbaycan  sovet  yazıçıları  antiislamı  təbliğ  edən  bədii  əsərlər  yazdığı  kimi,  sovet  ədəbi 

tənqidi  də  klassik  Azərbaycan  mütəfəkkirlərinin  ədəbi  irslərində  antiislam  və  ateist  motivləri  və 

elementləri “axtarırdılar”. 

XX  əsrin  30-cu  illərində  Cənubi  Azərbaycanda  sovet  üsul-idarəsinin  təsiri  altında  olan 

“Birləşmiş,  mərkəzləşmiş  İran  daxilində  öz  müqəddəratını  təyin  etmiş  Gilan  Sovet  Sosialist 

Respublikası”    yaradıldı.  Lakin  bu  respublikanın  ömrü  uzun  sürmədi,  tezliklə  darmadağın  edildi. 

Eyni zamanda Ə.Lahutinin başçılıq etdiyi Təbriz qiyamı yatırıldı.  

Azərbaycan  etnik  müxtəlifliyin,  xüsusən,  İranın  birliyi  üçün  təhlükə  hesab  olunduğundan 

Azərbaycan    dili,  ədəbiyyatı,  tarixi  saxtalaşdırılır,  farslaşdırma  və  Türkiyənin  təsirindən  yaxa 

qurtarmaq  üçün  əhalinin  farsdilli  vilayətlərdə  yerləşdirilməsi  təklif  olunur,  “Azərbaycanın  qeyd-

şərtsiz  İran  təbiətinə  malik  olduğunu  sübut  etməyə  çalışır  və  yaxın  tarixi  nəzərə  almağa  meyil 

edirdilər…  Azərbaycan…  İranın  milli  marağının  diqqət  mərkəzində  durmalıdır.  Müxtəlif  siyasi 

əqidəli  qələm  sahibləri…  ümumilikdə  etnik,  dil,  dini  azlıqların,  xüsusi  olaraq  azərbaycanlıların 

assimilyasiya olunmaları üçün gerçək yollar kimi irəli sürürdülər” [8,164]. 

Bu dövrdə geniş yayılmış Kəsrəvilik cərəyanı Cənubda Azərbaycan dilinin assimilyasiyasını, 

fars dilinin, azəri dilinin Azərbaycanın milli dili olmasını “əsaslandırmağa” cəhd edirdi.  

20-30-cu  illərdə  Rza  Pəhləvi  Azərbaycan  dilinin  tədris  müəssisələrində,  teatr  tamaşalarında, 

dini mərasimlərdə, kitabların  nəşrində işlədilməsini qadağan etdi. Azərbaycan dili  məişət,  danışıq 

dili  oldu.  “Bunun  ardınca  daha  təcavüzkar  xarakterli  rəsmi  əməli  tədbirlər,  məsələn,  açıq-aşkar 

türkcə  səslənən  coğrafi  adların  dəyişdirilməsi  və  uşaqlara  yalnız  fars  adlarının  verilməsi  işinə 

müdaxilə edilməsi kimi tədbirlər həyata keçirildi” [8,166]. 

1930-cu ildə İrandakı Sovet diplomatik korpusunun casusluq qalmaqalı, eləcə də 30-cu illərin 

ortalarında  İranın  faşist  Almaniyası  ilə  yaxınlaşması  SSRİ  –  İran,  Sovet  Azərbaycanı  –  İran 

münasibətlərini  gərginləşdirdi.  Cənubi  və  Şimali  Azərbaycan  arasında  mədəni-maarif,  ədəbi-bədii 



XX əsrin 30-cu illərindəki repressiya şəraitində sovet Azərbaycani nəsrində  

bölünmüş vətən ideyasına münasibət 

 



 

25 


 

əlaqələr  kəsildi.  Sovet  hökuməti  İranda  bir  çox  əməkdaşları  casusluğa  cəlb  etmiş,  kürdlərin  və 

azərbaycanlıların İrandan ayrılmasına cəhd etmişdi. 

Bundan  sonra  İranda  türkdilli  əhalinin  İrana  iqtisadi,  demoqrafik,  sosial,  siyasi-ideoloji 

inteqrasiyası güclənmişdi. N.Nəsibzadə doğru olaraq göstərir: “İranda Azərbaycan məsələsi… həm 

də parçalanmış millətlər problemi qəbilindədir… İrandakı azərbaycanlılar dünya azərbaycanlılarının 

böyük  hissəsini  (təxminən  70  faizini)  təşkil  edir.  Şimali  Azərbaycanın  varlığı  Türkiyənin  mədəni 

təsiri İrandakı azərbaycanlıların milli konsolidasiya prosesində müsbət amil olmuş və onları siyasi-

dövlət təşkilinə ruhlandırmışdır. Əks cəbhə – Tehran bu müsbət təsiri azaltmağa cəhd etmiş, onları 

Şimali  Azərbaycan,  qismən  Türkiyədən  təcrid  etmək  marağında  olmuşdur.  Sovet  Azərbaycanının 

Cənuba  münasibətindəki  etinasızlığı  da  şah  siyasətinin  ayaq  açmasına  səbəb  olmuşdur.  Belə  ki, 

Şimalda  etnonimin  və  əlifbanın  dəyişdirilməsi,  sərhəddin  bağlanması  ilə  yanaşı,  Cənub 

mövzusundan  siyasi-ideoloji  məqsədlərlə  istifadə  mədəni  əlaqələrinin  ölgünlüyü  və  s.  vahid 

Azərbaycan  idyeasına  zərbə  vurmuş,  otaylı-butaylı  Vətənin  bir-birindən  yadlaşmasına  gətirib 

çıxartmışdır”  [6,221].  Müəllif  paniranizmdən  sonra  fars  şovinizminə  əsaslanan  vahid  ölkə,  vahid 

millət,  vahid  dil  siyasəti  yürüdən  İran  şahının,  əslində,  azərbaycanlı  varlığını  məhv  etməyə 

çalışdığını göstərir. 

Sovet  dövründə  yaradıcılığını  davam  etdirən  Ə.Haqverdiyev  “Ağa  Məhəmməd  şah  Qacar” 

əsərində ikiyə bölünmüş vətən ideyasını ifadə etmişdir. Müəllifin əsərində Azərbaycan türkü – İran 

hökmdarı  Ağa  Məhəmməd  şah  Qacar  obrazının  bütöv  vətən,  vahid,  güclü  Azərbaycan  uğrunda 

mübarizəsi, milli Azərbaycan ideyası öz əksini tapmışdır . S.Vəliyeva göstərir ki, “Ağa Məhəmməd 

şah  Qacar”  dramında  Haqverdiyev  İran  tarixindən  götürdüyü  hadisələr  timsalında  Azərbaycanın 

milli birliyi, ərazi bütövlüyü məsələsini nəzərdən keçirir” [9,98]. 

Abdulla  Şaiq  də  hələ  1917-ci  ildə  qələmə  aldığı  və  Xalq  Cümhuriyyəti  və  Sovet  dövründə 

davam  etdirdiyi  “Əsrimizin  qəhrəmanları”  əsərində  dövrün  ictimai-siyasi  hadisələrinin  təsviri 

fonunda  bölünmüş  vətən  və  milli-mənəvi  bütövlük  ideyasını  əks  etdirmişdir.  Bu  idyeaları, 

azadlıq,milli  və  inqilab  ideyalarını  şair  Zəki  surətində  cəmləşdirmişdir.  “Hələ  Moskvada  tələbə 

olarkən  o,  sosial-demokrat  məfkurəsinə  rəğbət  bəsləyən  Azərbaycanın  milli  dirçəlişi  üçün 

müstəqilliyə qovuşmasını zəruri sayan Şaiqin ictimai şüur tərbiyəsinin vacibliyi qayəsini təcəssüm 

etdirir.  Doğrudur,  roman  Sovet  hakimiyyəti  illərində  yenidən  işlənib  işıq  üzü  gördüyü  üçün  Zəki 

burada ilk baxışda bir sosialist-bolşevik, “mətin  inqilabçı”, bir sözlə, “sinfi  ideyalar”  carçısı kimi 

nəzərə çarpır.  Lakin bu  qəhrəmanın Vətənə, millətə sevgisi, doğma torpağa bağlılığı,  azadxah bir 

insan  olması  onun  bolşevizmini  də  kölgədə  qoymuşdur.  Təsadüfi  deyildir  ki,  Zəki  Güney 

Azərbaycanda müstəqillik yolunda ölüm-dirim mücadiləsi aparan həmvətənlərinə köməyə gedir və 

bu  yolda  canını  qurban  verir.  Romanda  Məhərrəm  əmi  surəti  də  Zəkinin  ideya  qardaşı  kimi 

yaddaqalan obrazlardandır” [9,104]. 

A.Şaiq romanda bütöv, vahid Azərbaycanın İrandan, Türkiyədən, Rusiyadan ayrı müstəqilliyi 

və intibahı məsələsini qoyur. 

Sovet  dövlətinin  həyata  keçirdiyi  terrorçu  repressiyaların  bir  məqsədi  də  Şimali  və  Cənubi 

Azərbaycanın,  türk-müsəlman  dünyasının  parçalanmasını  və  bölünməsini  daha  da  dərinləşdirmək 

idi.  Repressiya  aparatının  Azərbaycan  ziyalılarına  qarşı  ittihamlarından  biri  “Vahid  türk-tatar 

dövlətinin yaradılması, (Şübhəsiz ki, Cənub  da Daxilolmaqla – A.H.), yaxud Azərbaycanın SSRİ-

dən ayrılmasına təşəbbüs (halbuki SSRİ-nin yaradılması zamanı bağlanmış müqavilədə buna formal 

olaraq icazə verilirdi) ilə bağlı iddialar” [2,318] da vardı. 

B.Əhmədov  göstərir  ki,  “Ümumiyyətlə,  Azərbaycanın  SSRİ-dən  ayrılmaq,  silahlı  üsyana 

hazırlaşmaq, təxribat və terror hazırlamaq və s. onlarla ittihamların heç biri başqa mənbələrdə yazılı 

sənədlərlə təsdiq olunmur və yalnız kiminsə şifahi, ya yazılı  «xəbərçiliynə» (bu isə təşkil edilirdi) 

əsaslanırdı” [2,318-319]. 

Göründüyü kimi, Sovet repressiya aparatının ən çox cəza verdiyi vətənpərvərlər və qorxduğu 

təhlükə türk dövlətlərinin birliyi və Azərbaycanın birliyi ideyası idi. 1937-ci ildə NKVD-nin «xalq 



Hüseynova A.H.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə