Uşaq Kitabxanası



Yüklə 475,08 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix25.06.2018
ölçüsü475,08 Kb.
#51312
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

30 

 

zamanın  inkiĢafını,  dövrün  axarını  Səfər  onlardan  daha  yaxĢı 



duyur,  gözəlliyi  daha  dərindən  yaĢayır.  Buna  görə  də  Moskvaya 

oxumağa  gedəndən  sonra  da  Əbili  fikrən  kəndlə  yaĢayır,  kənd 

düĢüncələrindən,  kənd  xatirələrindən  ayrıla  bilmir;  ürəyini  bu 

kənddə,  ―bu  dağların  arasında,  bu  yerlərin  çiskinliyində-çənində 

qoyub  gedir‖.  Ġnanır  ki,  ―bundan  sonra  bütün  ömrü  boyu  nə 

edəcəksə,  bu  yerlərin,  bu  balaca  kəndin  sayəsində  edəcək‖,  baĢa 

düĢür  ki,‖bütün  ömrü  boyu  bu  yerlərə,  bu  balaca  kəndə  borclu 

olacaq və heç vaxt həmin borcundan çıxa bilməyəcək‖. 



Kitabxanaçı:  UĢaqlar  fikirlərinizi  çox  bəyəndim.  YaxĢı  bəs 

yazıçının    ―BaladadaĢın  ikl  məhəbbəti‖  əsəri  haqqında  fikriniz 

nədir? 

I  Oxucu:  ―BaladsadaĢın  ilk  məhəbbəti‖    də  Elçin  Əfəndiyevin 

sevilən əsərlərindəndir. ―BaladadaĢın ilk məhəbbəti‖ hekayəsində 

baĢına  ―aerodrom‖  kepka  qoyub  süst  bir  həyat  keçirən  və 

gözlənilmədən  eĢqə  düĢən  BaladadaĢın  qəribə  sevgisi  verilir. 

Səhərdən  axĢamacan  çöldə  oturub  Ģumaqədər  yonan  və  ətrafda 

baĢ  verən  hadisələrə  tam  biganə  olan  BaladadaĢ  Çexovun 

qəhrəmanlarını xatırlatsa da orijinal tipdir. Çünki onun süst həyatı 

,arabir özünə məlum olmayan cəsarəti ilə ürəyinin lap dərinliyində 

qoruyub  saxladığı  poetik  aləm  arasında  təzad  var.  Sevdiyi  qızı 

görmək  üçün  hıqqana-hıqqana    su  gətirməyi  özünə  rəva  bilir, 

amma  qızın  niĢanlısı  ona  həmin  suyun  müqabilində  dəmir 

birmanatlığı  uzadanda  özünü  təhqir  olunmuĢ  hesab  edir.  Həmin 

oğlanın  qırmızı  ―Moskviç‖inə  minib  bir  neçə  kilometr  getdiyi 

üçün  cibində  olub  qalan  üç  abbasını  oturacağın  üstünə  atır  və 

oğlanın  nə  dediyinin  fərqinə  varmadan  dənizə  tərəf  gedir. 

BaladadaĢın  gülməli  məhəbbəti,  onun  key  təbiəti    və  təmiz, 

ləyaqətli  cavan  qəlbi  gözümüzün  qarĢısında  canlanır.  BaladadaĢ 

bir  tərəfdən  uĢaqdır,  axĢamacan  uĢaqlarla  oturub-durur,  bir 




31 

 

tərəfdən,  böyükdür,  əsgərlikdə  olan  dostu  barədə  düĢünür. 



Dostuna  xəbər  göndərir  ki,  hökmən  o  da  Amur  vilayətinə  gəlib 

orada  kursa  girəcək.  Beləliklə,  müəllif  uĢaqlıqla  gəncliyin 

sərhəddində  olan  BaladadaĢın  tam  surətini  yaradır.      Həm  Əbili, 

həm də BaladadaĢ özlərində kəndin təmizlik və sadəliyini, təbiilik 

və adiliyini cəmləĢdirirlər. Ancaq BaladadaĢ sərtdir, xasiyyətində, 

davranıĢ və münasibətində bir qədər qeyri-adilik vardır. O, hekayə 

boyu inamından dönmür, həyati vəziyyətdən çıxmır, ―Öz bildiyini 

atasına  da vermir‖. Elçin Əfəndiyev BaladadaĢın psixologiyasını, 

hiss  və  duyğusunu  əsərdə  məharətlə  açır.  BaladadaĢ  vəzifə  və 

mövqeyi  ilə  öyünən  ,  daĢ  –  qaĢla  niĢanlısına  xoĢ  gəlmək  istəyən 

bir  adama  Murada  ibrət  –  nəzakət  dərsi  verir,  onu  sarsıdır,  ağır 

düĢüncəyə  aparır.UĢaqlıqla  gəncliyin  sərhəddində  uĢaqların 

qəlbində  baĢ  qaldıran  hissləri  ifadə  etmək  üçün  müəllif  yenə  də 

rənglərdən  istifadə  edir.  Rənglər  hisslərin  obrazı  kimi  özünü 

göstərir və əsərin daha canlı olmasını Ģərtləndirir.  

Kitabxanaçı:  Əziz  oxucularımız.  Bildiyimiz  kimi  ―GümüĢü, 

narıncı,  məxməri‖  hekayəsi  də  yazıçının  uĢaqlara  həsr  etdiyi 

əsərlərindəndir.  Gəlin  bu  hekayə  ətrafında  diskusiya  aparaq. 

Hekayədəki    rənglər  nəyi  ifadə  edir?  Əsərin  qəhrəmanı  haqqında 

fikirləriniz.  Bu  əsərin  ―Bu  dünyadan  qatarlar  gedər‖  hekayəsi  ilə 

bənzərliyi nədədir? 



I  Oxucu:  ―GümüĢü,  narıncı,  məxməri‖  hekayəsinin  qəhrəmanı 

Allahverdi  uĢaqlıqla  gəncliyin  sərhəddində  özünə  də  məlum 

olmayan  hisslər  keçirir.  Çox  sonralar  ona  məlum  olur  ki,  bu 

hisslər  Sədəf  adlı  qızı  sevməsi  ilə  bağlıdır.  Lakin  müəllif  bu 

hissləri  mürgülü,  yarıyuxulu  uĢaqlıq  dünyasının  qurtarması  kimi 

verir  və  onun  rəng  çalarlarını  tapır.  Allahverdi  ilk  eĢqə  düĢən 

gündən  rəngli  yuxular  görür.  Bu  yuxular  gümüĢü,  məxməri  və 

narıncı  rənglərlə  doludur.  Rəng  obrazları  Elçin  Əfəndiyevin  




32 

 

realist  –  romantik  hekayələrində  xüsusi  bir  xətt  kimi  nəzəri  cəlb 



edir. Yazıçı  hər bir rəngin ifadə etdiyi hissi vermək üçün məlum 

yolla getmir, özü yeni yollar axtarır və hər dəfə məqsədinə uyğun 

Ģəkildə  ondan  istifadə  edir.  Məsələn  ‖  Bu  dünyadan  qatarlar 

keçər‖  hekayəsində  sevinc  hissilərini  əks  edən  çəhrayı  rənglə 

mənfi obraz yaradanda biz görürük ki, yazıçı rənglərin ifadə etdiyi 

təbii hissilərdən asılı qalmır, özü rənglərə təzə məna verir və bizi 

həmin  mənaya  inandıra  bilir.  ―GümüĢü,  məxməri,  narıncı‖ 

hekayəsində də rənglərin ifadə etdiyi təbii hisslər yazıçı üçün əsas 

olmur.  Müəllif Allahverdinin  qəlbində bir – birinə qarıĢan sevgi, 

qürrə,  xudbinlik  kimi  hisslərin  hamısını  rənglər  Ģəklində  görə 

bilir.  Elçin  Əfəndiyevin  hekayələrində  ilk  baxıĢda  əhəmiyyətli 

olmayan  detallar  həlledici  rol  oynaya  bilir,  qəhrəmanın  özünə 

məlum olmayan hisslərinin ifadəçisinə çevrilə bilir.  

II  Oxucu:  ―GümüĢü,  narıncı,  məxməri‖  hekayəsinin  qəhrəmanı 

Allahverdi  uĢaqlıq  həyatının  yuxulu  günlərini  keçirdir.  Hətta 

yoldaĢı  Sədəfin  sevgi  məktubu  da  Allahverdinin  mürgülü 

hissilərini  oyada  bilməyib.  Müəllif  burada  belə  bir  fikir  söyləyir 

ki, gəncliyin ilk oyanıĢ çağlarında onun mürgülü həyatını pozmaq 

üçün  bir  təkan  olmalıdır.  Bəli,  Allahverdi  Sədəfin  ona  yazdığı 

sevgi 

məktubunu 



qətiyyən 

qiymətləndirə 

bilmir. 

Lakin 


kinooperatorun Sədəfi kinoya çəkmək istəməsi, bu barədə kənddə 

gedən  söz-söhbətlər  Allahverdini  yuxulu  uĢaqlıq  günlərindən 

ayırır.  Bu  təkan  onu  uĢaqlıqdan  gəncliyə  keçməsinə  kömək  edir. 

Allahverdi  Sədəfə  yenidən  baxa  bilir  və  qızı  sevdiyini  yalnız  bu 

hadisədən sonra özü üçün aydınlaĢdırır. 

Sonda kitabxanaçı diskussiyanı yekunlaşdırarkən Elçin 

Əfəndiyevin əsərlərinə konkret şəkildə fikrini bildirir: 



Yüklə 475,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə