27
bülbülü qəfəsdən buraxır və bunu izləyir: bulbül uzun yollar keçib
bir qoca palıd ağacının oyuğundakı yuvasına girir. Taqətdən
düĢmüĢ bülbül ətrafdakı doğmalığa baxıb, bütün gücünü toplayıb
oxumağa baĢlayır. Bülbül ölümü ilə üz-üzə dayanıb oxuyur. Ölüm
qarĢısında o, ən Ģən nəğməsini oxuyur.
II Oxucu: Sevinc firavan həyatda, dərd əzablı yaĢayıĢda
deyilmiĢ.Sevinc azad olmaqda, dərd qandallı olmaqda imiĢ. Elçin
Əfəndiyev bu həqiqəti demir, əyani Ģəkildə göstərir: bülbül azad
nəğməsini oxuyub sevinc içində olur. Bu, dəhĢətli bir məcnunluq
lövhəsidir. Buna dramaturqlar, məsələn, ġekspir, Ġlyas Əfəndiyev
tragediya deyərdilər, ancaq bu dəhĢətli faciəyə Elçin nağıl deyir, –
Bülbülün nağılı‖. Təbii ki, bütün ecazkar keyfiyyətlərin hamısı
‖nağıl‖ içində var. Bu nağıl da Elçin qələminin möcüzəsidir.
Oxuyan uzun zaman bu nağılın təəssüratı ilə yaĢayır. Bədii
ədəbiyyat, bədii dil budur, yazıçılıq da buna deyərlər...
Kitabxanaçı: UĢaqlar, Elçin Əfəndiyevin UĢaq Əsərləri
haqqında nə söyləyə bilərsiniz?
Bu əsərlərin qəhrəmanları haqda nə məlumatınız var? Onlara sizin
münasibətiniz necədir? Yazıçının əsərlərindəki rənglər nəyi ifadə
edir? və s.
I Oxucu: ―Bu dünyada qatarlar gedər‖,‖BaladadaĢın ilk
məhəbbəti‖,‖GümüĢü, məxməri, narıncı‖ , Səlimin hekayələri,
Humayın yuxusu və s. Realist həyatımızın mənzərəsini əks
etdirmək müasir yeniyetmələrin duyğu və düĢüncəsini, kənddə
yaĢayan cavanların poetik dünyasını vermək Elçin Əfəndiyevin
hekayə və povestlərinin əsas xüsusiyyətləridir. Yazıçının
hekayələrində müasirlik anlayıĢı kəndin xarici görünüĢündə, yeni
tikililərin, mədəniyyət ocaqlarının çoxluğunda deyil. Bəzən yazıçı
kəndi təsvir etmir, adamların daxili dünyasını, fikir və qayəsini,
28
həyata baxıĢını elə realist və aydın cizgilərlə verir ki, yazıçının
platforması son dərəcə parlaq Ģəkildə görünür.
II Oxucu: ‖Bu dünyada qatarlar gedər‖ hekayəsinin qəhrəmanı
Əbilidir. Müəllif bizi nə bu kəndin özü, nə də adamları ilə tanıĢ
etmir. Əbilidən baĢqa bu kənddə yaĢayanların ancaq adını eĢidir,
haqqında bir-iki ifadəyə rast gəlirik. Amma Əbilinin məhdud
dünyagörüĢü, yoldan ötüb keçən qatarlara onun heyrətli baxıĢının
arxasında bu uĢağın Ģair ürəyini görürük. Əbili təbiətin qoynunda
böyüyən və kəndlərindən keçən qatarlara, bu qatarların içində
gedən Qırmızı, YaĢıl, Çəhrayı uĢaqlara həsrətlə baxan romantik
uĢaqdır. Əbili bir Ģeyi yaxĢı baĢa düĢür ki, həmin qatarda gedən
uĢaqlarla onun arasında çox fərq var. Həmin uĢaqların qoxusu
böyük-böyük Ģəhərlərin qoxusudu və həmin o qoxu Əbildən
gəlmir. Əbili bu uĢaqların xarici görünüĢündə ümumi bir Ģey kəĢf
edir. Bu uĢaqlar rəngbərəngdi. Yazıçı həmin rənglərin poeziyasını
vermək üçün konkret rənglərlə adamları təsvir edir. Bir dəfə
Əbiligilin kəndinin yanında dayanan qatardan Çəhrayı rəngli bir
qız yada düĢür. Yazıçı onun konkret xarici görünüĢünü vermir,
daha ümumi və fəlsəfi məna daĢıyan rənglə bu qızı təqdim edir.
Çəhrayı rəngli qız Əbilinin adına gülür. Sonra onu baĢqa qızlara
göstərib, onları da güldürür. Amma Əbili Çəhrayı rəngli qızdan
incimir. Çünki Əbilinin böyük və təmiz ürəyi var. Yazıçı bizə
onun təmiz ürəyi haqqında bir söz demir. Bircə dəfə Çəhrayı qızın
Ģokolad qutusunu ayağının altına atıb ―sinif -sinif‖ oynadığını
təsvir edəndə Əbilinin qızdan incidiyini deyir və əlavə edir ki,
Əbili belə ləyaqətli, gözəl insan idi və s kimi mənalar gizlənir.
III Oxucu: Ancaq bir gün Əbili Çəhrayı qızdan inciyir. Çünki o
Ģokolad qutusunu ayaqlarının altında oynadır, sonra da gərəksiz
bir Ģey kimi saymazyana yerə tullayıb qaçır. Əbili Ģokolad
qutusunun təmiz olduğunu görür. Ürəyi Ģokolad istəsə də onu
29
yeməyi nəinki özünə, hətta yetim Səfərə də rəva görmür. Çünki
Əbili elə buradaca kəĢf edir ki, yetim Səfərin heç nəyi Çəhrayı
qızdan əskik deyil. Müəllif Ģərti olaraq Çəhrayı adlandırdığı
həmin qızın bütöv surətini yaratmaq üçün baĢqa bir əhvalatı da
hekayəyə əlavə edir. Bir dəfə Əbili baĢqa bir qatardan tullanmıĢ
kitabı əlinə götürür. Bu kitab zir-zibilə bulaĢsa da Əbili üçün
maraqlıdır. Çünki kitabın üstünə S. Yesenin sözləri yazılıb. Əbili
rus Ģairi S. Yeseninin xatirinə kitabı götürür. Sən demə, bu kitabı
pəncərədən atan həmin qıza Rüfət adında bir oğlan bağıĢlayıbmıĢ.
Əbili Çəhrayı qızı xatırlayır. Körpə vaxtı Ģokolad qutusuna
laqeyidlik göstərən həmin o Çəhrayı qız indi də bir oğlanın ürək
sözləri olan kitabı beləcə qatarın pəncərəsindən çölə ata bilər –
Əbili beləcə fikirləĢir və əti ürpəĢir. Axı, Əbili bu çiskinli-dumanlı
balaca kənddə böyüsə də təmiz bir ürək sahibidir. Bu kənddə
Ģübhəsiz hamı Əbili kimi deyil. Bu kəndin də Çəhrayı qızları və
çəhrayı oğlanları var.
IV Oxucu: Beləliklə, yazıçı mücərrəd Çəhrayı obrazını
konkretləĢdirir, onun mənfi çalarlarını açır və Əbili surətini həmin
Çəhrayı uĢaqlarla müqayisədə daha da zəngin göstərir.Əsəri
oxuyarkən
anlayırıq ki, ilk günlər Əbili ―adamların
sirrini‖,‖adamların ürəklərini‖ bir-birinə aparan, bəzən kəndə
―nağıl aləmindən... gələn‖ qatarlara heyranlıqla baxır. Özünü dərk
edəndən, həmyaĢıdlarının əxlaqi -mənəvi aləminə enəndən sonra
isə onun nəzərində Ģəhərdən gələn ―rəngbərəng uĢaqlar‖ adiləĢir,
onların fikirlərində, hiss və duyğularında ucalıq, ülvilik və
gözəllik tapa bilmir. ―Ürəyini özü ilə aparan‖ qatarlara zamanın
surəti, dövrün fasiləsiz hərəkəti kimi baxır. DüĢünur ki, ―bu
dünyada gedən təkcə qatarlar deyil. Ġllər də qatarlar kimidir, gəlir,
gedir... görünməz olur‖. Əbilidə belə bir inam oyanır ki, bu
dünyada ―çəhrayı qızlar‖ və ―çəhrayı oğlanlar‖ çoxdur. Qatarın –
Dostları ilə paylaş: |