V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
48 
ları aradan qaldırmaq üçün müĢahidə nöqtələrində eyni zamanda iki 
və daha çox qravimetrlə iĢləmək tələb olunur. Planalma zamanı bir 
profil bir neçə sıravi reys ilə iĢlənilə bilər. Bu zaman reyslərin bir-
birinə  bağlanmasını  təmin  etmək  olduqca  vacibdir.  Bir  profil  üzə-
rində reysin son 2-3 nöqtəsi növbəti reysin baĢlanğıc nöqtələri kimi 
götürüldükdə,  profil  üzərindəki  bütün  reyslər  bir-biri  ilə  əlaqələn-
dirilmiĢ,  reyslərin  qovĢağında  baĢ  verə  bilən  təsadüfi  xətaları  isə 
aradan qaldırılmıĢ olar (Ģəkil 3.1). 
 
 
Cihazlarda (qravimetr və maqnitometr) ölçü qiymətlərinin sü-
rüĢməsindən yaranan xətaları azaltmaq, Ay və GünəĢin, həmçinin, 
temperaturun  təsirindən  qravitasiya  və  geomaqnit  sahələrdə  yara-
nan dəyiĢmələri minimuma endirmək üçün sıravi reyslərin 1-2 saat 
ərzində  yerinə  yetirilməsi  məqsədəuyğundur.  Bu  zaman  daxilində 
ölçü  qiymətinin  sürüĢməsinin,  Ay-GünəĢ  variasiyalarının  düzxətli 
olmasını qəbul etmək olar.  
Qravimetrlərlə iĢ rejimini və üsulunu düzgün seçmək, hansı iĢ-
lərdə  hansı  qravimetrin  istifadəsinin  məqsədəuyğunluğunu  müəy-
yənləĢdirmək  üçün  hər  bir  qravimetrin  ölçü  qiymətinin  sürüĢmə-
sinin öyrənilməsi vacibdir. Detal qravimetrik iĢlərdə ölçü qiyməti-
nin  sürüĢməsi  2-5 mQal/sut  (0.08-0.21 mQal/saat) olan qravimetr-
lərdən istifadə etmək mümkündür. Lakin, bu zaman müĢahidə reys-
lərinin kiçik zaman daxilində (məs.1,5-2 saat ərzində) həyata keçi-
rilməsi  tələb  olunur.  Ölçü  qiymətinin  sürüĢməsini  öyrənmək  üçün 
qravimetrlər  temperaturu  az  dəyiĢən  bir  yerdə  qoyulur  və  bir  neçə 
gün müddətində müəyyən vaxtdan bir ölçü götürülür.  
ġəkil 3.1. MüĢahidə reyslərinin əlaqələndirilməsi 
      1 – qravimetrik profil; 2 – müĢahidə reyslərinin qovĢaq nöqtələri; 


 
49 
ġəkil  3.2-də  tədqiqat  iĢlərində  istifadə  olunan  QNU-KS  və 
QNU-KV  tipli  3  qravimetrlə,  diapazon  dəyiĢdirılmədən,  eyni  bir 
nöqtədə  3-4  gün  müddətində  aparılmıĢ  müĢahidələrin  nəticələri 
göstərilmiĢdir. Bunun əsasında hər bir qravimetrin ölçü qiymətinin 
sürüĢməsini  əks  etdirən  riyazi  asılılıq  tapılmıĢdır.  I  və  II    qravi-
metrlərin  ölçü  qiymətlərinin  sürüĢməsi  düzxətli,  III  qravimetrin 
ölçü  qiymətinin  sürüĢməsi  isə  əyrixətli  olub  aĢağıdakı  düsturlarla 
ifadə olunur: 
I qravimetr      
   A = -0,0135T + 5,3163         R

= 0,9966 
II qravimetr     
 A = -0,016T + 6,4688           R

= 0,9952 
III qravimetr   
 A=3·10
-6 
T
3
–2,5·10
-4
T
2
+0,009T+2,5432   
 R
2
 = 0,9966 
 
burada,  A-qravimetrin  mikrometr  üzrə  göstəricisi  (dövrlərin  sayı), 
T-  vaxtdır (saat).  
Bu tənliklərdən istifadə  edərək  I,  II və  III  qravimetrlərin ölçü 
qiymətlərinin    sürüĢməsinin    2,14    mQal/sut    (0,089    mQal/saat),   
2,59 mQal/sut (0,11 mQal/saat) və 1 mQal/sut (0.04 mQal/saat) ol-
duğu  müəyyənləĢdirilmiĢdir.  Göründüyü  kimi,  hər  üç  qravimetrdə 
ölçü qiymətinin  sürüĢməsi  müvafiq  təlimatın [27] təlabatı daxilin-
dədir. 
Qravimetrik  müĢahidələr  aparan  zaman  ölçü  iĢlərinin  keyfiy-
yəti  (nöqtələr  arasında  ağırlıq  qüvvəsinin  dəyiĢməsi)  ətraf  mühitin 
qravimetrə göstərdiyi təsirlərdən bilavasitə asılı olur. Atmosfer təz-
yiqinin  və  temperaturun  dəyiĢmələri,  ölçü  qiymətinin  sürüĢməsi, 
Ay  və  GünəĢin  göstərdiyi  təsirlər  və  s.  buna  misal  ola  bilər.  Bu 
kimi  təsirlər  nəticəsində  yaranan  xətalardan  tamamilə  qurtarmaq  
olmasa da, onları minimuma endirmək mümkündür. 
Ay  və  GünəĢ  qabarmalarının  qravimetrik  müĢahidələrə  etdiyi 
təsiri nəzərə almaq üçün günün müxtəlif saatlarını əhatə edən xüsusi 
variasiya cədvəllərindən istifadə edilir. ġəkil 3.3-də 50º en dairəsində 


 
50 
ġəkil 3.2. Qravimetrlərin ölçü qiymətlərinin zamana görə 
 sürüĢmə qrafikləri 
 


 
51 
 
Ay  və  GünəĢin  təsirindən  ağırlıq  qüvvəsinin  dəyiĢmə  qrafiki 
göstərilmiĢdir.  Bu  qrafikdə  ağırlıq  qüvvəsinin  daha  çox  dəyiĢdiyi 
hissəyə nəzər yetirsək görərik ki,  4 saat  ərzində  (saat 17-21 arası)  
0,11 mQal dəyiĢmə baĢ vermiĢdir. Çöldə aparılan müĢahidə reyslə-
rinin müddəti 2 saat olduqda, Ay və GünəĢin göstərdiyi təsir 0,05-
0,06  mQal-dan  çox  olmayacaqdır.  Bu  qiyməti  reysi  təĢkil  edən 
müĢahidə nöqtələri arasında (≈ 15-20 nöqtə)  bərabər  bölüĢdürsək, 
onda  hər  nöqtədə  Ay  və  GünəĢin  ağırlıq  qüvvəsinin  dəyiĢməsinə 
etdiyi təsirin 0,003-0,004 mQal-dan çox olmadığı aydınlaĢar. 
 
 
Çöl müĢahidələri gündüz, əsasən, saat 9-16 arasında aparılmıĢ-
dır  ki,  bu  dövrdə  Ay-GünəĢ  variasiyası  0,01  mQal/saat-dan  da 
azdır. Deməli, 2 saatlıq reyslərdə hər nöqtədə Ay və GünəĢin təsiri 
0,003-0,004  mQal-dan  da  az  olacaqdır  ki,  bu  da  nöqtədəki 
müĢahidə  xətalarından  (0,03-0,04  mQal)  10  dəfə  azdır  və  nəzərə 
alınmaya bilər. 
Sıravi  reyslərdəki  müĢahidələrin  dəqiqliyini  artırmaq  üçün 
sahə  üzrə  dayaq  nöqtələrinin  bərabər  paylanmasının  və  sayının  da 
ġəkil 3.3. Ay və GünəĢin təsiri ilə 50° en dairəsində ağırlıq qüvvəsinin 
sutkalıq dəyiĢmə qrafiki 


 
52 
əhəmiyyəti  vardır.  Azərbaycan  ərazisində  aparılmıĢ  qravimetrik 
planalmalar  göstərir  ki,  dayaq  nöqtələrinin  coğrafi  Ģəraitdən  asılı 
olaraq 2-3 km-dən bir yerləĢdirilməsi məqsədəuyğundur. 
Maqnitometrik  planalma  iĢlərində  maqnit  sahəsinin  Ģaquli 
(
Δ
Z) və tam (T) təĢkiledicilərini ölçən maqnitomexaniki M-27M və 
kvant M-33 (MMП-303) maqnitometrlərindən istifadə edilmiĢdir. 
Qravi-maqnit  planalma  iĢlərinə  olan  təlabat  (planalmanın  nö-
vü, xarakteri, cihazlar, onların bölgü qiymətlərinin təyini, dayaq və 
sıravi reyslərin iĢlənilməsi, dəqiqliklər, xəritələrin miqyasının seçil-
məsi və s.) xüsusi təlimatlar əsasında həyata keçirilir [ 27, 28 ]. 
 
 
3.2. Çöl müĢahidə məlumatlarının emalı 
 
Qravi-maqnit  məlumatlarının  emalı  müəyyən  edilmiĢ  təlabat-
lar [23, 27, 28, 36] əsasında həyata keçirilir. Qravimetrik reyslərin 
emalı zamanı qravimetrin mikrometri üzrə götürülmüĢ ölçü qiymət-
ləri  milliqallarla  ifadə  edilmıĢ,  ölçü  qiymətinin  sürüĢməsinə  görə 
düzəliĢlər  verilmıĢ  və  ağırlıq  qüvvəsinin  müĢahidə  qiymətləri  he-
sablanmıĢdır. Reyslər qısa zaman daxilində (1-2 saat) yerinə yetiril-
diyindən  temperatura,  Ay-GünəĢ  variasiyalarına  görə  düzəliĢlərin 
verilməsinə ehtiyac  aradan  qaldırılmıĢdır. Bu düzəliĢlərin verilmə-
məsindən yarana bilən xətalar  ±0.004 mQal-dan artıq olmur. Sonra 
ağırlıq  qüvvəsinin  normal  qiymətləri  hesablanmıĢ,  aralıq  qatın 
sıxlığına  (2300  kq/m
3
)  və  müĢahidə  nöqtələrinin  hündürlüyünə 
görə  müvafiq  düzəliĢlər  verilməklə  geoid  üzərində  ağırlıq  qüv-
vəsinin Buge anomaliyası tapılmıĢdır. 
Maqnitometrik  reyslər  zamanı  əldə  edilmiĢ  ölçü  qiymətləri 
maqnitometrin  bir  bölgü  qiymətinə  vurulmuĢ,  yoxlama  məntəqə-
sində  (YM)  ölçü  qiymətinin  sürüĢməsinə  görə  müvafiq  düzəliĢlər 
verilmiĢ və reysi təĢkil edən hər bir müĢahidə nöqtəsi üçün nəzərə 
alınmıĢdır. Maqnitometrik və qravimetrik iĢlər kompleksdə aparıl-
dığından maqnitometrik reysləri də qısa zaman kəsiyində (1-2 saat) 
YM-də qurtarmaqla baĢa çatdırılmıĢdır. Bu müddət ərzində cihazın 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə