V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 
53 
daxili  temperaturu  5-10°C  dəyiĢsə  belə  reysin    baĢlanğıcından  so-
nuna  qədər  temperatur  dəyiĢməsinə  görə  0,5-5,0  nTl  xəta  yarana 
bilər.  MüĢahidə  aparılan  nöqtələrin  sayı  15-20  olarsa  hər  nöqtədə 
yaranan xəta 0,25 nTl-dan çox olmayacaqdır. Sutkalıq variasiyalar 
isə 1 nTl-dan çox olmur ki, siravi maqnit planalması zamanı nəzərə 
çarpacaq  xəta  yaratmır  [36].  Ona  görə  də,  sutkalıq  variasiyaya  və 
temperatura görə düzəliĢlər verməyə ehtiyac qalmamıĢdır. 
Qravimetrik məlumatların emalı zamanı aralıq qatın sıxlığının 
düzgün  götürülməsinin  böyük  əhəmiyyəti  vardır.  Ümumiyyətlə, 
aralıq qatın sıxlığı qəbul olunmuĢ 2300 və 2670 kq/m
3
 kimi götürü-
lür. Əslində isə hər bir regionda geoidlə yer səthi arasında qalan qa-
tın mövcud sıxlığından istifadə edilməsi daha doğrudur. Əgər mü-
Ģahidə nöqtəsinin geoiddən olan hündürlüyü bir neçə on və ya yüz 
metr təĢkil edirsə və bu ərazidə yer səthindən bir neçə 100 m-dəki 
sıxlıq  qəbul  olunmuĢ  standart  (2300  və  2670  kq/m
3
)  sıxlıqlardan 
fərqlənirsə,  onda  həmin  ərazi  üçün  real  olan  sıxlıqdan  istifadə  et-
mək daha məqsədəuyğundur.                
Azərbaycanda  dağlararası  Kür  çökəkliyində  geoiddən  olan 
hündürlüklər Mil, Muğan, ġirvan düzlərində təxminən  +100 m-dən   
-26  m-ə  qədər  dəyiĢir.  Böyük  və  Kiçik  Qafqazönü  zonalarda  hün-
dürlük +80 - +200 m, Kür-Qabırrı çaylararası sahədə isə +300m  və 
daha çox təĢkil edir. Bütün bu ərazilərdə kəsiliĢin üst hissəsini qa-
lınlığı bir neĢə 100m-ə çatan Dördüncü dövr çöküntüləri təĢkil edir.  
Yevlax-Ağcabədi  çökəkliyində   Dördüncü  dövr çöküntüləri-
nin  orta  sıxlığı  2050  kq/m
3
,  AĢağı  Kür  çökəkliyində  1985  kq/m
3
,  
Kür-Qabırrı çaylararası sahənin  Ģimal və mərkəzi  hissəsində  2150 
və  2165  kq/m
3
,  Acınohur  PNQR-də  2230  kq/m
3
-dır  (cədvəl  3.1). 
Göründüyü  kimi,  Azərbaycanın  dağlararası  Kür  çökəkliyində  qra-
vimetrik  müĢahidələrin  emalı  zamanı  istifadə  edilən  aralıq  qatın 
sıxlığı  ümumi  qəbul  olunmuĢ  sıxlıqdan  (σ  ≈  2300  kq/m
3
)  xeyli 
aĢağıdır. Ona görə də, göstərilən ərazilərdə Buge anomaliyalarının 
hesablanması  zamanı,  həmin  sahələrdə  müəyyən  edilmiĢ  sıxlıq-
lardan istifadə edilməsi daha məqsədəuyğundur.                                                                                  
                                                                                         


 
54 
Cədvəl 3.1                                                         
 
Kür çökəkliyi sahələrində Dördüncü dövr çöküntülərinin sıxlığı                                                                                       
 
Sahələr 
Murad-
xanlı 
NQR 
Gəncə 
NQR 
Kür-Qabırrı 
çaylararası vadi 
Acınohur 
NQR 
AĢağı 
Kür 
NQR 
Ģimal 
hissə 
mərkəz 
hissə 
Sıxlıq 
intervalı, 
kq/m

2050 
1950-
2010 
2090-
2210 
2120-
2210 
2180-
2280 
1840-
2130 
   Orta 
sıxlıq, 
kq/m

2050 
1980 
2150 
2165 
2230 
1985 
                                                                                        
 
 
Cədvəl 3.2 

Buge düzəliĢinin aralıq qat sıxlığından asılı olaraq dəyiĢmələri  
 
MüĢahidə nöqtəsinin geoid- 
dən olan hündürlüyü, H, m
 
10 
20 
30 
50       100 
Aralıq qat sıxlığı 
 σ = 2000 kq/m
3
 
      olduqda 
Buge 
düzəliĢinin 
qiyməti, 
mQal 
2.25 
4.5 
6.74 
11.24  22.48 
Aralıq qat sıxlığı 
σ = 2300 kq/m
3
         
olduqda 
2.12 
4.24 
6.37 
 10.61  21.22 
Buge anomaliyasında yarana bilən 
fərq, mQal 
0.13 
0.25 
0.37 
0.63 
1.26 


 
55 
Cədvəl  3.2-də  Buge  anomaliyasının  hesablanması  zamanı  tət-
biq  edilən  Buge  düzəliĢinin  [(0,3086-0,0419  σ)H]    aralıq  qat  sıx-
lığından asılı olaraq dəyiĢməsi verilmiĢdir. Göründüyü kimi, müĢa-
hidə  nöqtəsi  geoiddən  100  m  yüksəklikdə  yerləĢdikdə  aralıq  qat 
sıxlığının  2000  və  ya  2300  kq/m
3
  götürülməsi  son  nəticədə  Buge 
anomaliyasında 1,26 mQal fərq yaradır.  
ġəkil  3.4-də  Gödəkboz  sahəsində  Ģmq-cĢ  istiqamətli,  7  və  8 
saylı quyulardan keçən profil göstərilmiĢdir. Bu profil boyu geoid-
dən olan hündürlüklər +100 m +125 m arasında dəyiĢir.  
 
 
 
 
ġəkil 3.4. Aralıq qatın müxtəlif sıxlıqları üçün hesablanmıĢ  
Buge anomaliyalarının müqayisəsi (Gödəkboz sahəsi, Pr.12-04) 
Buge anomaliyası əyriləri: 1 – σ=2090 kq/m
3
; 2 - σ=2300 kq/m
3
;  
3 – profil boyu geoiddən olan hündürlük əyrisi. 


 
56 
7  və  8  saylı  quyu  məlumatına  əsasən  kəsiliĢin  üst  hissəsində 
(aralıq  qatı  təĢkil  edən  çöküntülər)  53-157  m  qalınlığında  Ağcagil 
çöküntüləri  yerləĢmiĢdir  ki,  bu  rayonda  (Gəncə  NQR)  onun  orta 
sıxlığı  2090  kq/m

təĢkil  edir  (bax:  cədvəl  2.2).  Beləliklə,  aralıq  qat 
sıxlığının 2090 kq/m
3
 (real sıxlıq) və 2300 kq/m
3
 halı üçün Buge ano-
maliyası hesablanmıĢdır (Ģəkil 3.4; 1 və 2 əyriləri).Ağırlıq qüvvəsinin 
əyriləri arasında təxminən 1mQal fərq alınsa da əyrilər təxminən para-
leldirlər.  Bu  onunla    əlaqədardır  ki,  aralıq  qatın  qalınlığı  profil  boyu  
az  (cəmi 25 m) dəyiĢmiĢdir. Bəndovan sahəsində isə iĢlənilmiĢ  12-04 
saylı profilin orta hissəsində (55-78-ci piketlər arasında) hündürlüyün 
birdən-birə 90 m-ə qədər artdığı müĢahidə olunur (Ģəkil 3.5).          
                                                                     
 
 
ġəkil 3.5. Aralıq qatın müxtəlif sıxlıqları üçün hesablanmıĢ Buge 
 anomaliyalarının müqayisəsi (Bəndovan sahəsi, Pr.02-06) 
    1 – Buge anomaliyası əyriləri: 1 – σ=2300 kq/m
3
; 2 - σ=2000 kq/m
3
;  
3 – profil boyu geoiddən olan hündürlük əyrisi. 
 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə