V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
63 
bircinsliyi müəyyənləĢdirmək, neft-qazlılıq konturunu təyin etmək, 
yataqla  əlaqədar  olan  anomaliyanı  ayırmaq  və  digər  geoloji  məq-
sədlər  üçün  qravitasiya  sahəsinin  aĢağı  yarımfəzaya  davam  et-
dirilməsi,  ağırlıq  qüvvəsi  potensialının  üçüncü  tərtib  törəməsinin 
hesablanması, qravitasiya sahəsinin sürüĢən dispersiya və tam nor-
mallaĢdırılmıĢ qradiyent üsulları geniĢ tətbiq olunur [9, 10, 47]. 
Rusiyanın və qonĢu ölkələrin neftli-qazlı vilayətlərində antikli-
nal  və  qeyri-antiklinal  neft-qaz  tələlərinin  qravimetrik    kəĢfyatla  
öyrənilməsinə  aid  çoxsayı  tədqiqatlar mövcuddur [37, 55]. Bura-
da  süxurların  fiziki  xüsusiyyətlərin  lateral  dəyiĢmələrinin  qanu-
nauyğunluğunu  öyrənməklə  lokal  neftli-qazlı    strukturların  qravi-
metrik kəĢfiyyat üsulu ilə aĢkarlanması məsələlərinə baxılır,  müx-
təlif  morfoloji-genetik  xüsusiyyətli  lokal  strukturların  qravitasiya  
sahəsində lokal minimum və ya maksimumlarla əks olunması gös-
tərilir və  onların  səbəbləri  araĢdırılır. Geoloji quruluĢun xüsusiy-
yətlərindən    asılı  olaraq  lokal  strukturların  formasının  və  neftli-
qazlılığının proqnozlaĢdırılması lokal qravitasiya  anomaliyalarının  
və regional  fonun  müəyyən  nisbətləri  əsasında  həyata  keçirilir. 
1959-cu ildə Macarıstanda neft və qaz yataqlarının axtarıĢı zamanı 
qravimetrik  və  seysmik  kəĢfiyyatla  yanaĢı  maqnit  kəĢfiyyatı  da 
tətbiq  edilmiĢ,  nəticədə  isə  ensiz  zolaqlar  daxilində  maqnit  mak-
simumları  aĢkarlanmıĢdır  (Oslatskiy,  1959).  1969-cu  ildə  neftli-
qazlı strukturların aĢkar edilməsi üçün kiçik qiymətli (bir neçə nTl), 
mənfi maqnit anomaliyalarından istifadə edilməsinin mümkünlüyü 
göstərildi  (A.A.Dzabayev  və  b.,  müəlliflik  Ģəhadətnaməsi,  SSRĠ, 
№232402,  1969).  Müxtəlif  illərdə  aparılmıĢ  tədqiqatlarla  Dnep-
rovsko-Donetsk, Karpatönü, Uralönü çökəkliklərinin məlum yataq-
ları  üzərində  geomaqnit  sahədən  ayrılmıĢ  maqnit  minimumlarının 
neft-qazlılıqla əlaqədar olması müəyyənləĢdirilmiĢdir [21, 33, 35]. 
Son illərdə neft və qaz yataqlarının axtarıĢında torpağın maqnit 
nüfuzluğunun  anomal  qiymətlərindən  istifadə  etmək  üzrə  eksperi-
mental  tədqiqatlar  aparılmıĢdır.  Daxili  Monqolustanın  qərb  hissə-
sindəki neftli-qazlı sahələrdə torpağın maqnit nüfuzluğunun analizi 
nəticəsində  müəyyənləĢdirilmiĢdir  ki,  maqnit  nüfuzluğu  anomali-


 
64 
yalarının və neft-qaz yataqlarının konturları planda üst-üstə düĢür. 
Beləliklə, karbohidrogen yığımlarının göstəriciləri kimi maqnit sa-
həsinin  anomaliyalarından  istifadə  olunmasının  mümkünlüyü  ay-
dınlaĢdı [62].  
Qravimetrik və maqnit kəĢfiyyatının birgə tətbiqi ilə Rusiyanın 
müxtəlif neftli-qazlı vilayətlərində (Salım,Yurubçeno-Taxom, AĢa-
ğı-Kvakçin və d. yataqlar timsalında) karbohidrogen yataqlarının, o 
cümlədən  qeyri-antiklinal  tələlərin  aĢkar  edilməsi  istiqamətində 
tədqiqatlar aparılmıĢ,  bu məqsədlə iĢlənib  hazırlanmıĢ  metodikalar 
neft-qaz  perspektivli  sahələrin  proqnozlaĢdırılması,  məlum  yataq-
ların  konturlarının  müəyyənləĢdirilməsi,  tələlərin  dərinliyinin  və 
fəza vəziyyətinin təyini məsələlərində tətbiq edilmiĢdir [12].  
1970-ci  illərin  ortalarından  baĢlayaraq  Azərbaycanda  Kür  çö-
kəkliyinin  müxtəlif  sahələrində,  o  cümlədən  Muradxanlı  neft-qaz 
yatağı  üzərində  aparılmıĢ  yüksək  dəqiqlikli  qravimetrik  və  maqni-
tometrik  müĢahidələr  göstərir  ki,  ağırlıq  qüvvəsi  və  geomaqnit 
sahələrin maksimumları fonunda müĢahidə olunan nisbi minimum-
lar geoloji kəsiliĢdə neft-qaz yığımları ilə əlaqədardır [15, 42, 67].  
Orta  Kür  çökəkliyində  yüksək  dəqiqlikli  qravimetrik  kəĢfiy-
yatın  məlumatlarına  əsasən  vulkanogen-çökmə  süxurlarda  karbo-
hidrogen yataqlarının proqnozlaĢdırılması məsələləri araĢdırılarkən 
müəyyən olunub ki, struktur ilə əlaqədar olmayan lokal qravitasiya 
minimumu  daxilində  ayrılan  ikinci  dərəcəli  minimum  karbohidro-
gen  yataqlarını  proqnozlaĢdırmaq  və  onun  konturunu  təyin  etmək 
üçün əsas əlamət kimi istifadə edilə bilər [4]. 
Qravimetrik  tədqiqatlarla  müəyyənləĢdirilmıĢdir  ki,  Qalmaz, 
Kürsəngi,  Kürovdağ,  Babazənən,  Muradxanlı  yataqları  üzərində 
planda  neftlilik-qazlılıq  konturlarına  uyğun  gələn  zəif  intensivli 
(0,25÷0,4  mQal)  lokal  qravitasiya  minimumları  müĢahidə  edilir. 
Beləliklə, Azərbaycanın depressiya zonalarında üst TəbaĢir-Pliosen 
çöküntülərində neft-qaz yataqlarının axtarıĢında qravimetrik kəĢfiy-
yat üsulunun tətbiqinin effektivliyi aydınlaĢdırılmıĢdır [42].  
Orta Kür çökəkliyində neft-qaz yataqlarının axtarıĢında maqnit 
kəĢfiyyatının  tətbiqinin  imkanları  təcrübi  və  nəzəri  tədqiqatlarla 


 
65 
əsaslandırılmıĢ,  kəsiliĢi  təĢkil  edən  süxurlarda  maqnit  qavrayıcılı-
ğının  Ģaquli  və  lateral  istiqamətdə  dəyiĢməsinin  maqnit  sahəsində 
nəzərə  çarpan  anomaliyalar  yaratdığı  müəyyən  edilmiĢdir.  Çökək-
likdə  məlum  strukturlar  üzərində  aparılmıĢ  maqnit  kəĢfiyyatı  neft-
qaz yataqlarının geomaqnit sahədə lokal minimumlarla (20-30 nT) 
əks olunmasını göstərmiĢdir [18, 67].  
Ümumiyyətlə,  Kür  çökəkliyində  mövcud  geoloji,  geofiziki, 
petrofiziki  məlumatların  analizi  göstərir  ki,  qravitasiya  və  maqnit 
sahələrinin  müxtəlif  dəyiĢmələri,  geoloji  strukturların,  tektonik 
blokların  bu  potensial  sahələrdə    əksi  geoloji  kəsiliĢdə  süxurlar 
kompleksinin  sıxlıq  və  maqnit  xüsusiyyətlərinin  paylanmasından, 
blokların tektonik vəziyyətindən bilavasitə asılıdır (sıxlıq və maqnit 
parametrlərinin dəyiĢməsi  Fəsil 2-də verilmiĢdir). 
 
 
4.2.  Lokal qalxımlarla və neftlilik- qazlılıqla əlaqələndirilən      
qravi-maqnit anomaliyaları  
 
4.2.1. Qalxımlarla əlaqələndirilən lokal anomaliyaların ay-
rılması  .  MüĢahidə  olunan  ağırlıq  qüvvəsi  və  geomaqnit  sahələri 
mürəkkəb interferensiyalı sahələr olub, yer qabığında müxtəlif də-
rinliklərdə  yayılmıĢ,  sıxlıqları  və  maqnit  xüsusiyyətləri  müxtəlif 
qanunauyğunluqla  paylanmıĢ  geoloji  obyektlərin,  eləcə  də,  digər 
səbəblərin doğurduğu effektlərdən əmələ gəlir. 
Adətən, ağırlıq qüvvəsi və geomaqnit sahələri dərinlik kütlələ-
rin  yaratdığı ümumi  (regional) və çökmə qatın nisbətən üst  hissə-
sindəki  strukturlarla  əlaqələndirilən  lokal  təĢkiledicilərə    ayırırlar. 
Bunun üçün müĢahidə olunmuĢ potensial sahələr (o cümlədən, qra-
vitasiya  və  maqnit  sahələri)  riyazi  üsullarla  bölünür  və  transfor-
masiya edilir. Transformasiya zamanı müĢahidə edilmiĢ sahə “süz-
gəcdən”  keçirilir,  maneələr  azaldılır,  faydalı  məlumatlar  isə  güc-
ləndirilir. Bu zaman bir ideya əsas götürülür ki, geoloji obyekt də-
rində  yerləĢdikcə,  müĢahidə  sahəsində  daha  hamarlanmıĢ,  az  me-
yilli  anomliya  yaradır. Ona görə də, əvvəlcə daha əhatəli (böyük) 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə