Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə20/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   16   17   18   19   20   21   22   23   ...   101

 

 

104 



 

Anaya da yetdi axır bu xəbər, 

Nələr düĢünmədi o yazıq, nələr?! 

Özünü göstərib anasına Ģən, 

ġam tək əriyirdi oğlan dərdindən. 

Bir axĢam oğlunu görüb pəriĢan, 

Ananın beyninə sanki vurdu qan; 

Divardan xəncəri çəkib, qopardı 

Özü öz əliylə köksünü yardı. 

Dedi: - Ürəyimi götür al, oğlum, 

Gözümün iĢığı, xoĢbəxt ol, oğlum! 

Apar ürəyimi ver sevgilinə

Qoy o zamin olsun xoĢbəxtliyinə. 

Oğlan nalə çəkdi: - Nə etdin, ana? 

Məni qəm odunda əritdin, ana! 

Oğlan titrəyirdi incə tel kimi, 

Göz yaĢı axırdı coĢqun sel kimi. 

Ürək dilə gəldi, dedi: - Can bala, 

Ay qeyrətli bala, mehriban bala! 

Apar niĢanlına, xahiĢ edirəm, 

Əgər aparmasan, özüm gedirəm. 

Oğlandan bir cavab almayıb ürək, 

Qanı axa-axa yola düzəldi. 

Qohumu evinə gedib çatan tək, 

Qapıda o qızla üz-üzə gəldi. 

Dedi: - ĠstəmiĢdin, gəlmiĢəm özüm, 

Ancaq sənə vardır bir neçə sözüm. 

Unutma, ay qızım, bir vaxt gələcək 

Sənin də gəlinin doğma balandan, 

Həyatına iĢıq, qüvvət olandan 




 

 

105 



 

Sənin ürəyini tələb edəcək. 

Göz ol sən oğluma, qıyma sən ona, 

Vəfalı yoldaĢ ol, həm də ki, ana. 

Bax onda dünyadan rahat gedərəm, 

Sənə öz qanımı halal edərəm. 

Gəlin vahimədən tir-tir əsirdi, 

Sözlər xəncər olub onu kəsirdi. 

O, aldı ürəyi dərhal əlinə, 

Qaçaraq üz tutdu oğlan evinə. 

Oğlan onu görcək qəzəbdən yandı, 

Sanki damarlarda qanı dayandı. 

Ana ürəyini qız asta-asta 

Ananın köksündə qoydu yerinə. 

BaĢını söykəyib sinəsi üstə, 

Əllərini aldı öz əllərinə. 

Gözlərindən axdı yaĢ, gilə-gilə, 

Ana gözün açdı, gələrək dilə: 

- Ağlama ay qızım, daha ağlama, 

Yaralı qəlbimi bəsdir, dağlama. 

Qız qucub ananın öpdü üzündən, 

Böyük bir məhəbbət aldı gözündən. 

Dedi: - Əziz ana, ürək deyəndə, 

Səndən səxavəti istəmiĢəm mən. 

Oğluna məhəbbət böyükdür səndə, 

Mənə məhəbbəti istəmiĢəm mən. 

Taleyim həyatın yeni yolunda 

Qınama, anacan, sən öz gəlinini; 

Ġstədim sınayım sənin oğlunda 

Sənə məhəbbətin möhkəmliyini. 




 

 

106 



 

Doğma anasını sevməyən bir kəs, 

Özgə birisini heç sevə bilməz! 

Ana dedi: - Qızım, məhəbbətimi 

Sizin ikinizə bütöv verirəm. 

Məhəbbət bölünsə var ola bilməz

Səni balam kimi doğma bilirəm. 

...Belə nəql edirlər, bu kiçik evdə 

Qurulub o zaman gözəl ailə. 

Gəlinlə qaynana mehribanlığı, 

Əsrləri aĢıb, düĢübdür dilə. 

Bəli məhəbbətin qanadı qoĢa, 

Bilsin sevən qızlar, sevən oğlanlar; 

XoĢbəxt tale ilə verib baĢ-baĢa 

Ana məhəbbətin uca tutanlar... 

1982 


 

 

 

 

 


 

 

107 



 

GÖRÜŞ 

 

 

II dünya savaşında qəhrəmancasına 



həlak olmuş dostum Hacı Həmdullanın 

atası X.Zahirovun əziz xatirəsinə 

 

22 iyun, qırx birinci il, 



Aparan Ģadlığı, həm sevinci, il. 

Yay fəsli olsa da, o yay deyildi, 

O insan ömrünün xəzan çağıydı. 

Neçə ömür bitdi, qamət əyildi, 

Hələ neçə arzu, istək sağıydı. 

Bax, o gün çinarın vaxtsız töküldü 

Ərsəyə çatmamıĢ neçə yarpağı; 

Cavan gəlinlərin qəddi büküldü, 

Nənəm peĢə etdi hey ağlamağı. 

Bax o gün GünəĢ də bərk yandırırdı, 

Havanın qoxusu dəyiĢdi tamam. 

Neçə ürək sındı, ümid qırıldı, 

Neçə ürəklərdə qaldı arzu, kam. 

Bax, o gün səmtini dəyiĢdi külək, 

Yerdən göyə qalxan ahu-nalədən; 

Ġntiqam hissiylə alıĢdı ürək, 

(Bunu anlamadı cəlladlar nədən?...) 

Bax, o gün gəlinlər toy yaylığıyla, 

Sildilər tökülən göz yaĢlarını. 

DöyüĢə yollandı qoca babalar 

Xəlvət azaldaraq öz yaĢlarını. 



 

 

108 



 

Bax, o gün dəhĢətdən ağ göyərçin də

Lap dərbədər düĢdü öz yuvasından 

Zəhərli bir barıt qoxusu gəldi, 

Kurort yerlərinin saf havasından. 

O günün dəhĢətin duymayan varsa, 

O da beĢikdəki körpələr idi 

Ġyirmi iki iyun, qırx birinci il. 

Ġxtiyar olsaydı əyər əlimdə 

Deyərdim: Ey tarix bu günü, ili 

Sən öz ayağından tamamilə sil! 

Bəlkə də lazımdır onu saxlamaq

BəĢər tarixində bir ibrət kimi. 

Bəlkə də lazımdır onu saxlamaq, 

Dünəndən bu günə  bir qiymət kimi. 

 

* * * 

 

O gün tamam oldu cəmi beĢ ayı, 



Nisəylə Xəlilin böyük toyunun. 

Arzu istəklərin yox idi sayı, 

Bilmək olurmu heç tale oyunun?! 

Xəlil müəllimdi, bir kənd müəllimi, 

Məqsədi kəndinə ziya paylamaq

Nisə kolxozçuydu, adi kolxozçu, 

Zəhmətdən bilməzdi heç vaxt yorulmaq. 

Könüllü olaraq, əziz oxucum, 

Qələm silah ilə əvəz olundu. 

Ziyalı müəllim yaxĢı bilirdi, 

Ədalət onundu, haqq da onundu. 



 

 

109 



 

Ayrılıq zamanı dedi: Əzizim, 

Çoxlu arzumuz var, bilirsən, bizim 

Hələlik saxlayaq bu arzuları, 

Əridək ömürdən bu buzu, qarı. 

Bu gün ürəyimdə bircə arzum var, 

Gərəkdir məhv olsun alçaq yağılıar. 

Sənə tapĢırıram özünü qoru, 

Qırarıq faĢizmin qurduğı toru. 

Bir də ki, əzizim əgər bacarsan, 

Oğlum olsa, adın Həmid qoyarsan. 

Əlvida demədi nə ər, nə arvad 

Nisənin qəlbində qopdu bir fəryad... 

 

* * * 

 

Ukrayna  torpağı, qardaĢ diyarı,  



Mənə də əzizsən, öz canım kimi. 

FaĢist qəlpəsindən yaralanmısan, 

QardaĢ qanı axıb, öz qanın kimi. 

Bilsən neçə oğul sənin yolunda 

Öz canından keçib, Ģəhid olubdur?! 

Ġgid yarasından xəbər tutunca, 

Nənəmin gözləri yaĢla dolubdur. 

Ukrayna, əsirdir  Azov Ģəhəri, 

DüĢmən ayaq altda qoyubdur onu. 

Bu günlər çox ağır döyüĢlər gedir, 

Ġnsan qəzəbinin heç yoxdur sonu. 

Ordu qərərgahı... Serjant Zahirov 

Yeni tapĢırığı alır o burda. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə