Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə17/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   13   14   15   16   17   18   19   20   ...   101

 

 

87 



 

SƏNİN 

 

Əziz Zakir Müslümün 40 yaşına 

 

Bu gün nə diləyim Tanrıdan sənə?! 



ĠĢıqlı axĢamın varındı sənin. 

Sənə ilham verən Fərqanə bacı, 

Ömür-gün yoldaĢın, yarındı sənin. 

 

Qoy xoĢbəxt böyüsün o dörd övladın, 



Emillə Səiddi qoĢa qanadın; 

Nigarla Səidə Ģöhrətin, adın 

Sinəndə sazındı, tarındı sənin. 

 

Arzumdu çatasan sən 100 yaĢına, 



Ayağın dəyməsin namərd daĢına! 

Dostlar yığıĢıbdı bu gün baĢına, 

Onlar dövlətindi, varındı sənin. 

1995 


*** 

 

XOŞ   ARZULAR 

 

Səidə xanımın ad gününə 

 

Bu gün səninkidir, hamı sevinir, 



Atanın, ananın sevimli qızı. 

“Səma” gözümüzdə gözəl görünür 

Sənsən bu gün onun parlaq ulduzu. 

 

Nəslinə layiq ol, axı övladdı, 



Babanın, nənənin həyatda izi. 

Toy böyük arzudu, toy bir muraddı, 

Ağıldı, kamaldı qızın cehizi. 



 

 

88 



 

Sən qəĢəng qızımız, ağıllı bala, 

Sən ata evində ətirli çiçək

Atalı, analı yetiĢ kamala, 

Bundan da Ģərəfli gününü görək. 

 

Ġstərəm xalqına xidmət edəsən, 



HəmiĢə sevəsən doğma Vətəni. 

Ağlınla, zəkanla sən yol gedəsən, 

Səadətlə qoĢa görüm mən səni. 

 

On beĢ yaĢ həyatın ən gözəl çağı, 



Təzə tumurcuqlar yetirir güllər. 

HəmiĢə çağlasın ilham bulağı, 

XoĢbəxtlik gətirsin qarĢıdan illər! 

 

Həyatın xoĢ keçsin, bax budur arzum, 



Bu dünya olmasın səninçün yalan. 

Səni təbrik edir, Səidə qızım, 

Vaqif əmin ilə, Xalidə xalan! 

 

*** 



 

KİRVƏ  ŞAKİRƏ 

50 yaĢına 

 

Bir əllini yola saldın bax belə



Hədəfə al sən yüz yaĢı, a kirvə! 

Qəm-qüssəni ötür küləyə, yelə 

Sevinc yükün özün daĢı, a kirvə! 

 

Gücü aldın torpağından, elindən 



Yaman iĢlər heç gəlmədi əlindən; 

Daim xoĢ söz eĢitmiĢəm dilindən 

Əziz tutdun dost, sirdaĢı, a kirvə! 



 

 

89 



 

Qohum, qardaĢ toplaĢıbdı baĢına, 

YaddaĢlara bu günkü gün daĢına... 

Ġnanmıram Vallah əlli yaĢına 

Otuz olar uzaq baĢı, a kirvə! 

 

Sənəm xanım sənin ilham bulağın, 



Aynur, ElĢən xoĢ günlərdən sorağın; 

Qəm eyləmə görsən saçının ağın 

Qarlı olur dağlar baĢı, a kirvə! 

 

Nə olar ki, kirvənə sən hay etsən, 



Bu gecədə əlli öpüĢ pay etsən?! 

Ailəni bir üzüyə tay etsən

Əsmər ana onun qaĢı, a kirvə! 

 

Nə diləyim bu gün sənə mən daha?! 



TapĢırıram səni qadir Allaha! 

Batmayasan heç bir zaman günaha; 

Mübarəkdir əlli yaĢın, a kirvə! 

1998 


 

ƏZİZ    DOST 

Əziz Şakir qardaşımın 50 yaşına 

Əlli il bundan öncə bu dünyaya göz açdın, 

TapdanmıĢ yol getmədin, sən özünə iz açdın; 

Ədalətə güc verib, doğruluqdan söz açdın –  

Bax beləcə haqqa sən yaxın oldun, əziz dost! 

Xeyirxahlıq daĢıyan axın oldun, əziz dost! 

 

Ömrünə bəzək vuran sənin alın tərindi, 



Səni bizə sevdirən təmiz əməllərindi! 

Zəkan GünəĢ tək parlaq, məntiqinsə dərindi... 

Məhəbbətə çevrilib DadaĢ oldun əziz dost! 

Damla-damla qəlblərə axıb doldun, əziz dost! 




 

 

90 



 

Elinə arxalanıb, bu torpaqdan güc aldın, 

Halal zəhmətinlə sən, əyilmədin, ucaldın. 

Qərinələr ötsə də, demərəm ki, qocaldın 

Ruhunla, ürəyinlə sən cavansan, əziz dost! 

Halal duz-çörəyinlə sən cavansan, əziz dost! 

1994 

*** 

AY  DADAŞ

1

 

 

Doğrudanmı sən əlliyə çatıbsan?! 

Əlli yaĢın mübarəkdir, ay DadaĢ! 

Zaman deyil ömrümüzün ölçüsü, 

Ömrə ölçü saf ürəkdir, ay DadaĢ! 

 

Özün halal, kəsdiyimiz çörək tək, 



Sözün təmiz, sinəndəki ürək tək; 

Ruhun incə, yayda əsən külək tək 

Məramınsa xoĢ diləkdir, ay DadaĢ! 

 

Sevilməsən çörəyin də yeyilməz, 



Məhəbbətlə sənə DadaĢ deyilməz. 

Hamı bilir, sənin andın müqəddəs 

Saf su ilə duz-çörəkdir, ay DadaĢ! 

 

Zaman oldu güc verdin göz yaĢına, 



Nələr gəldi bu bəlalı baĢına... 

Ġstəmirəm acı qatam aĢına, 

ToplanmıĢıq bu gün əlli yaĢına 

Mübarəkdir, mübarəkdir, ay DadaĢ! 

Əlli yaĢın mübarəkdir, ay DadaĢ!   

                                      1994 

                                                 

*DadaĢ Azərbaycanın bəzi reginlarında böyük qardaĢa deyirlər. 

 



 

 

91 



 

BALACA    MÜSƏLMAN 

 

Səid balaya 

Təbrik edirəm səni, 

Ay balaca müsəlman! 

Gül kimi xoĢ ətirli, 

ġirin, Ģəkər bir oğlan. 

 

Ata, anaya sevinc, 



Evinə yaraĢıqsan. 

Bacılara bir arxa, 

Yollarına iĢıqsan! 

 

Emil əziz qardaĢın, 



Nigar Ģəkər bacındır. 

Səidə həm adaĢın, 

Həm də baĢda tacındır. 

 

Allahdan nə diləyim 



Sənə bu əziz gündə?! 

Qoy özü kömək olsun 

Arzunda, hər ünündə. 

 

Xeyirxah insanların 



Dəstək ol tərəfinə. 

ġərəf gətir nəslinin

Elinin Ģərəfinə. 

 

Sən atana, anana 



Layiq kiĢi ol, Səid! 

Hər qəlbə bir cığır aç, 

Ürəklərə dol, Səid! 

 

 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə