Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə24/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   20   21   22   23   24   25   26   27   ...   101

 

 

128 



 

Dedi: Elçilər gəlir  

Hər gün mənim qızıma. 

YaxĢı diqqət eyləyin, 

Ġndi mənim sözümə. 

Əgər elçi gəlməsəz 

Artıq hər Ģey bitəcək. 

Mənim qızım bilin ki, 

Özgəsinə gedəcək. 

Bu sözlərdən dəhĢətə 

Gəldi oğlan anası. 

EĢidib bu xəbəri, 

Nə hala düĢəcəkdi 

Onun əziz balası?! 

Sanki onun üstünü 

Duman aldı, çən aldı. 

Qəlbi yaman sıxıldı, 

Gözləri də qaraldı. 

Hirsini cilovlayıb, 

Ana gəldi özünə. 

DüĢündü nə söyləsin, 

Cavab onun sözünə?! 

Dedi: Mən anlamadım, 

Övladlar arasında 

Əgər məhəbbətdirsə, 

Bu məhəbbət özgənin 

Üzünə necə gülər? 

Oğlumu sevən qızın 

Daha bir baĢqasına 

Qəlbini necə verər?! 




 

 

129 



 

Sevgilisi var ikən, 

Söylə bir özgəsini 

Bəs necə sevə bilər?! 

Ana dəstəyi asdı 

Sonra da öz qəlbinin 

Səsinə qulaq asdı! 

- Dərd eləmə hər Ģeyi 

QarĢıya nə çıxırsa, 

Bil, insana xeyirdir. 

Vəfa, məhəbbət, sevda 

Ġnsan ömrünə bəzək, 

Vəfasızlığın adı 

Axı hər dildə birdir. 

Ərim haqlıymıĢ,  demə  

DüĢündü yazıq ana. 

Hələ qohum olmamıĢ, 

Bu gələcək qohumlar 

Girirlər min bir dona. 

Tez ərinə yetirdi, 

Ana bu bəd xəbəri. 

Görün nələr söylədi 

Oğlan atası - əri: 

Bax bunları görürdüm, 

Hesab eylə əzəldən. 

Axı həyat yoldaĢı 

Olmaz heç vaxt, heç zaman 

Etibarsız gözəldən. 

Onunçün də sınağa 

Ġstəyirdim çəkəm mən, 




 

 

130 



 

Onların məhəbbətin; 

Məhəbbət özgə Ģeydir, 

Çətin anlaya hər kəs 

Məhəbbətin qüdrətin. 

O qız tab gətirmədi

Çox kiçik bir sınağa. 

Necə sadiq olardı, 

Çətin həyat yolunda 

De, bəs bizim uĢağa?! 

Ana dedi: Ay kiĢi, 

Bəlkə bu xəbər ilə 

Qız atası, anası 

Əyri-düzü sınayır, 

Elə bizi sınayır. 

Ata dedi: Mənimsə, 

Fikrim qətidir, bilin 

O qız mənim evimdə 

Heç vaxt olammaz gəlin!! 

Əgər özgə oğlanı  

O, dilinə gətirdi 

Deməli, öz əvvəlki 

Məhəbbətin itirdi. 

O, məhəbbət deyilmiĢ, 

O, adi bir həvəsmiĢ. 

Onun dağılmasına, 

Sabun köpüyü kimi 

Bir çırtma da bəs imiĢ. 

Sınaq deyirsən buna? 

Bu ki, əzizim ağdır. 




 

 

131 



 

Əgər lap sınaq isə, 

Çox uğursuz sınaqdır. 

Ata çıxdı otaqdan, 

Ananı dərd bürüdü. 

Min bir baĢlı fikirlər, 

Ora, bura sürüdü 

Dərd əlindən yadından, 

Sanki çıxmıĢdı adı; 

Göz önündən getmirdi

Uğursuz məhəbbətə 

Düçar olmuĢ övladı... 

 

* * * 

 

Oğlan anasını görüb pəriĢan, 



“Görən nə olubdur”, düĢündü o an. 

Ana onu görcək, göz yaĢı axdı. 

Görən düĢünərdi, gözlər bulaqdı. 

Oğlan hadisədən hali olan tək 

DüĢündü gərəkdir qızla görüĢmək. 

Dərhal sevdiyinə telefon açdı, 

Dəstəkdə səs-səsə calanan kimi 

Nitqi də tutuldu, rəngi də qaçdı. 

Nələr söyləmədi sevdiyi ona?! 

Oğlan az qalırdı alıĢa, yana. 

Qız dedi: Bilmirsən sən qiymətimi, 

BaĢqası səndən də çox sevir məni. 

Əgər ki, saxlasan sən hörmətimi, 

Mən də bir dost kimi saxlaram səni. 




 

 

132 



 

Ġndi söyləyirəm bir yoldaĢ kimi 

Bil, mənə vurulan bu yeni oğlan, 

Gərək heç bir zaman, heç vaxt bilməsin 

Mənim sənlə bağlı olan eĢqimi. 

Bir də ki...yaĢ ötür bilirsən bunu 

Çox da uzaq deyil bir ömrün sonu. 

Nə qədər gözləyim axı mən səni? 

Qorxuram tez sola ömrün gülĢəni. 

 

Məhəbbəti yaman odlu, 



Yazıq Leyli, yazıq Leyli. 

EĢq səması hey buludlu, 

Yazıq Leyli, yazıq Leyli. 

 

BaĢında külək əsmədi?! 



Ətrafın səndən küsmədi?! 

Məcnunun yolun kəsmədi 

Yazıq Leyli, yazıq Leyli. 

 

Sən ki dözdün hər möhnətə, 



Nümunəsən dəyanətə; 

Yol vermədin xəyanətə 

Yazıq Leyli, yazıq Leyli. 

 

Gözəl, özün Ģirin sözdün, 



Cəh-calaldan əlin üzdün; 

Tənələrə necə dözdün 

Yazıq Leyli, yazıq Leyli?! 

 



 

 

133 



 

Heç yatmadın, oyaq oldun, 

Öz sevginə dayaq oldun

EĢq yolunda mayaq oldun 

Əhsən Leyli, əhsən Leyli!!! 

 

Oğlan öz yerinə qoydu dəstəyi 



Qızla görüĢməkdi, artıq istəyi. 

Əsla inanmırdı o, dönüklüyə, 

Səsinə, sözünə bu sönüklüyə. 

Dedi: Ana, gərək onu görəm mən 

Fikrini öyrənəm onun özündən. 

Bəlkə telefonda özgəsi imiĢ, 

Özgə birisinin öz səsi imiĢ. 

Gərək mən onunla bu gün görüĢəm, 

Məramın, məqsədin mən baĢa  düĢəm. 

Yox! Yox! O qız idi, oydu danıĢan. 

Öz-özün aldatmaq istərdi oğlan. 

Qapıdan çıxmamıĢ o, geri döndü 

Ürəyi çırpındı, qəlbi döyündü. 

Oğlan bu gediĢə tərəddüd etdi, 

Qəlbində bir anlıq ümidlər itdi. 

Oğlan dedi: Ana, nə edim söylə, 

Yəni o qapıya mən gedim, söylə?! 

Axı o sevirdi məni ürəkdən 

Nə qədər danıĢıb, söhbət etmiĢik 

ĠtmiĢ arzulardan, itmiĢ diləkdən 

ġirin xəyallarda bir ev qurmuĢuq, 

Çətinlik adlanan bir sel önündə 

QoĢa dayanmıĢıq, qoĢa durmuĢuq. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə