Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə10/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

28

• Elektron sistem əvvəlki iki sistemdən fərqlənir. Bu sistem videosiqnalı incə­

lədərək maksimum sezilən görüntünün alınması üçün obyektivi tənzimləyir 

(görüntü fokusda olmayanda onun parlaqlığı və kontrastı azalır).

Bu  üç  üsulun  üçündən  də  həmişə  istifadə  etmək  mümkündür. Ancaq  bəzi 

avtomatikanın arzuedilməz sürprizləri də olur.

Avtomatik sistem həm obyektin özü, həm də çəkiliş şəraiti aldada bilir və 

bu zaman fokus düzgün müəyyənləşdirilmir. İQ sistemi xırda əşyalar, rənglər 

(xüsusən qara rəngi), yaxud parlaq səthlər yanlış yola sala bilər. Ultrasəs sis te­

mini isə şüşə ilə örtülmüş, su altında qalan və başqa əşyalar, ön planda görülən 

və bir­birinə sarmaşmış yarpaqlar, budaqlar, dəmir­dümür səsi, yağış, qar, du­

man aldadır.

Elektron sistem işıq düz qurulmayanda, yetərincə kontrastlıq olmayanda və 

ya işıq dəqiq tuşlanmayanda pis nəticə verir.



Avtofokusdan ı̇stı̇fadə edərkən bunlara dı̇qqət yetı̇rı̇n:

•  Obyekt  kadrın  ortasında  deyil.  Kadrda  iki  adam  görünürsə,  avtofokus 

obyektivi kadrın mərkəzindəki hər hansı lazımsız və uzaqda yerləşən əş ya­

ya yönəldə bilər. Nəticədə çəkiliş obyektləri fokusda olmaz.

•  Siz obyektivi eyni zamanda kameranın yanındakı və kameradan uzaq dakı 

obyektlərə tuşlayanda istəyirsiniz ki, hər iki obyekt fokusda olsun. Avto­

fokusda yalnız bir obyekti fokusda göstərə bilir (bəzənsə, yuxarıdakı mi sa­

lı götürsək, heç birini).

•  Əgər  siz  üzəri  yarpaq  və  ya  budaqlarla  örtülmüş  obyekti  ön  planda  çə­

kirsinizsə, sistem məhz bu ön planı fokusda göstərəcək və sizə gərəkli plan 

fokusda olmayacaq.

•  Əgər  hərəkət  edən  obyekti  çəkirsinizsə  (məsələn,  izdiham  içərisindəki 

ada mın avtofokusu sistemi başqalarının sifətini fokusda göstərə bilər).

•  Əgər  siz  obyektin  kadrdakı  ölçülərini  dəyişməkdən  ötrü  transfokatordan 

istifadə  edirsinizsə,  kadrın  kompozisiyası  dəyişiləndən  sonra  avtofokus 

aydın görüntü almağa imkan  verməyəcək.

•  Siz  uzaq  plan  çəkərkən,  kimsə  (ya  nəsə)  kameraya  yaxın  kadrda  gö­

rünərsə,  sistem  məhz  sizə  gərək  olan  deyil,  həmin  kadrı  fokusda 

göstərəcək. Məsələn, siz panoram çəkirsinizsə və yaxınlıqdakı ağac kadra 

düşərsə, av to fokus sistemi məhz həmin ağacı fokusda göstərəcək.

•  Ola bilər ki, obyektin arxasındakı fon çox gözə çarparaq görüntüyə ən gəl 

törətsin, bunun səbəbi obyektivin düzgün tənzimlənməməsidir.

•  Sadalanan  vəziyyətlərin  hər  biri  ilə  üzləşəndə,  ən  yaxşısı,  avtofokusdan 

im tina edərək, fokusu əlinizlə müəyyənləşdirməkdir. Bununla belə, avto­

fokus dan ağılla faydalansanız, onun çox faydalı qurğu olduğuna əmin ola­

caq sınız.




29

Transfokatordan (“zum”dan) istifadə

Transfokatorun və ya varioobyektivin (o, “zum” da adlanır) fokus məsa fə si­

ni dəyişdiyiniz zaman görüntü ya genişlənir, ya da sıxılır.

“Zum”dan istifadə çəkilişlərdə çox fayda verə bilər: kameranın yerini də yiş­

dirmədən və nəzərə çarpmadan planın enini dəyişmək mümkündür. “Zum”un kö­

məyi ilə kameranın daha ahəngdar hərəkətini gerçəkləşdirmək olar. “Zum”dan 

faydalanaraq çəkiliş obyektinə çox sürətli yaxınlaşma və uzaqlaşma təsəvvürü 

yaradılır.  Sürətli  hərəkət  edən  obyekti  həmin  üsulla  yaxınlaşdıranda  perspek­

tivin pozulması hiss edilmir. Ancaq bunun süni üsul olduğunu və tez­tez ondan 

sui­istifadə edildiyini də unutmayın. Bu zaman bi zim məkan və miq yas duyu­

mumuz korlaşır. Müxtəlif obyektlər müxtəlif ya naşma tələb edir. Gö rüntü bu­

ca ğını azaldarkən, fokusagətirmə çətinləşir. Fokus məsafəsinin ifrat surətdə və 

kəskin şəkildə dəyişməsi isə ürək bulandıra bilər.

Fokus  məsafənin  əldə  tənzimlənməsi  seyrçiyə 

duy durmadan və hər hansı su rətdə görüntü də yiş mə­

yə imkan verir. Ancaq eyni zamanda həm foku sun, 

həm  də  çəkiliş  gedə­gedə  ekspozisiyanı  dəyiş səniz, 

kameranı əsdirə bilərsiniz. Ka me   raların çoxu elektrik 

dolaqlı  transfokatorlarla  təchiz  edilir.  Bu,  on ların 

ahəngdar işini təmin edir, fokus məsafəsini daha az 

də qiq liklə  tənzimləməyə  imkan  verir.  Mo de lindən 

ası lı  olaraq,  avtomatik  transfokator  bir,  iki  (tez/ya­

vaş) və ya bir neçə sürətlə (düyməni basılmış vəziy­

yətdə nə qədər saxlamaqdan asılı olaraq, 5 sa niyədən 

20  sa ni yəyədək,  bu  və  ya  digər  tərəfin  son  həddi­

nədək) fokus məsafəsini dəyişə bilər. Elektrik dolaqlı 

trans fokatorun  çatışmazlığı  odur  ki,  enerji  ba tare­

yalarına qoşulur, həm də avtomatik fokus lama siste­

mi ol du ğun dan səs salır. Kameranın mik ro  fo nu na dü­

şə bilə cəyindən bu səs əlavə ahəng ya ra dır.

“Zum” görüntünü böyütməyə, yaxud kiçilt mə­

yə imkan verir. Bu zaman kameranın yerini dəyiş­

dirməklə  yaxın  və  uzaq  çəkmədən  fərqli  olaraq, 

nis  bətlər dəyişmir.

Fokus  məsafəsini  artırarkən,  görüntü  bucağını 

da raltdığımızdan ekrandakı görüntü böyüyür.

Obyekt  minimal  fokus  məsafəsindən  (MFM) 

aşa   ğı həddə yerləşirsə, onun cizgiləri aydın gö rün­

mə yəcək.Uzun  (iti  görüntü  bucağı  olan)  obyek­

tivlərin  MFM­i  yetərincə  böyükdür:  qısafokuslu 

(geniş  gö rüntü  bucağı  olan)  obyektivlərin  MFM­i 

Şəkil 27. “Zum”dan istifadə




30

az qala kameranın özündən  başlanır. Obyekt kameraya ya xınlaşdıqca aydınlıq 

lazımdır. Deməli, kameranı daha dəqiq tuşlamaq, kadrda aydın görüntü almağa 

imkan verir. Kontrastdan və obyektin işıqlanma də rəcəsindən asılı olaraq, “fo­

kusdan çıxma” nəzərə çarpır.

Dürüst planın dərinliyi

Siz obyektivi fokusa gətirəndə, yalnız fokuslama şkalasına uyğun məsa fə­

lərdə  yerləşmiş  əşyaların  görüntüsü  dürüst  olacaq.  Yerdə  qalan  əşyalar  ya­

xından, yaxud uzaqda yerləşmələrindən asılı olmayaraq yayğın görünəcək.

Uzaq  planda  hər  şey  eyni  dərəcədə,  dəqiq  və  aydın  görünə  bilər.  Ancaq 

fokus məsafəsini vur­tut iki metr dəyişəndə görəcəksiniz ki, bundan əvvəl yaxşı 

sezilən  detalların  xırda  bir  hissəsi  dürüstlüyünü  qoruya  bilir.  Obyektivi  ka­

meraya  yaxın  hər  hansı  bir  əşyaya  tuşlasanız,  kadrın  dürüstlük  sahəsinin  lap 

azaldığını  görəcəksiniz.  Bütün  bunlar  çəkiliş  zamanı  hansı  detal  və  təfərrüatı 

ön plana çəkə cə yiniz dən asılı olaraq diqqəti cəlb edir.

Əşyanı fokusdan göstərməyin mümkün olduğu zona dürüst planın dərinliyi 

adlanır.


Bu dərinlik aşağıdakı səbəblərə görə dəyişir:

• obyektivin kökləndiyi fokus məsafəsindən;

• obyektivin özünün fokus diapazonundan (yaxud transfokatorun – “zum”un 

vəziyyətindən);

• və obyektivin diafraqmasının (f) nisbi deşiyindən.

Bu üç göstəricidən birini dəyişsəniz, dərinliyin də dəyişəcəyini görə cək si niz.

Ən dərin dürüstlük:

• obyektiv uzaq obyektə kökləndikdə;

• qısafokuslu (geniş görüntü bucağı olan) obyektivdən faydalandıqda;

• diafraqma minimum açıq olanda (məsələn, f=16) alınar.

Əlbəttə, bu heç də o demək deyil ki, uzaq planın dərinliyini artırmaq üçün 

genişbucaqlı obyektivdən istifadə etmək lazımdır. Kameraya genişbucaqlı ob­

yektiv taxsanız, obyektin kadrdakı ölçüləri kiçiləcək və həmin obyekti iri plan­

da göstərəcək qədər o obyektə yaxınlaşsanız, dərinlik əvvəlki həddinə qa yı da­

caq! Bu zaman əlavə olaraq perspektiv də təhrif ediləcək!

Maksimum dürüstlük

Həmişə  görüntünün  maksimum  dürüst  görünməsinə  can  atmağa  dəyərmi? 

Heç də yox. Elə hallar olur ki, hər şeyi fokusda göstərməlisiniz. Məsələn, tutaq 

ki, futbol oyunu kimi geniş sahədə cərəyan edən bir mənzərəni çəkirsiniz. Ya­

xud kamera maraqlı memarlıq abidəsinə “göz atır” və ya siz elə bir plan gös tər­

mək  istəyirsiniz  ki,  həm  kameranın  yanında  dayanan,  həm  də  ondan  xeyli 

uzaq da olan adam aydın sezilsin. Bu zaman siz işıq şəraitinin imkan verdiyi də­

rəcədə diafraqmanı qapadaraq, genişbucaqlı obyektivdən istifadə edə bilər siniz.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə