Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə11/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

31

Amma elə bir vəziyət yarana bilər ki, təfərrüata varmadan seyrçini hansısa 

ayrıca əşyaya cəlb etmək lazımdır. Buna nail olmaq üçün bilərəkdən dərinliyi 

azaldır,  diafraqmanı  açır  və  ya  daha  itibucaqlı  obyektivdən  istifadə  edirsiniz. 

Də rinliyi azaltdığınızdan, obyektiniz tam aydın görünəcək, diqqəti yayındıran 

fon yayğınlaşacaq.



Fokusun müəyyənləşdirilməsi

Fokusun  tez  müəyyənləşdirilməsi  get­gedə  refleksə  çevrilir.  Əvvəlcə,  ən 

kəs kin  görüntünü  götürür,  sonra  görüntüdə  “yayğınlıq”  gördükcə  onu  dü zəlt­

məyə  çalışırsınız.  Ancaq  fokusun  müəyyənləşdirilməsi  heç  də  asan  proses 

deyil. İndi özünüz də bunun şahidi olacaqsınız. Öncə ondan başlayaq ki, əgər 

obyekt kameraya obyektivin minimum fokus məsafəsindən (MFM) daha ya xın­

sa,  görüntüdə  dəqiqlik  olmayacaq.  Uzunfokuslu  obyektlərin  (iribucaqlı) 

MFM­i elə də böyük deyil, 0,5 metrədəkdir. Bundan yaxın məsafədə yerləşən 

əşya  yayğın  görünəcək.  Çox  uzunfokuslu  obyektlərin  MFM­i  bir  neçə  metrə 

ça ta bilər.

Şkalanın  o  biri  ucunda  makroçəkiliş  obyektləri  yerləşir.  Bu  obyektlər  ob­

yek tivin əslində linzası özündə olan əşyanın dəqiq görüntüsünü almaq üçündür. 

Belə çəkiliş zamanı obyekti işıqlandırarkən kameranın kölgəsi düşür və bunun 

qarşısını almaq çox çətin olur.



Fokusa gətirmək çətin olanda

Hərdən bizə elə gələ bilər ki, obyektivi bütövlükdə fokusa gətirmək üçün 

dərinlik  çatmır. Adətən,  çox  iri  planları  çəkəndə  həmin  problem  yaranır.  Bu 

zaman  diafraqmanın  kiçildilməsi,  sözsüz  ki,  kömək  edə  bilər.  Ancaq  çəkiliş 

yerində işıq az olsa, həmin üsuldan faydalanmaq mümkün olmaz və kadr qa­

ralmış halda alınar. Bəs, işığı artırmaq imkanınız yoxsa, nə etməlisiniz?

Problemi çözməyin bir neçə güzəştli yolu var. 

Ən yaxşı yol çəkiləcək obyektin ən önəmli hissəsini fokusda vermək, qalan 

yerlərini fokussuz saxlamaqdır.

Əgər dürüstlük ehtiyacınızı ödəyəcək dərəcədə yetərincə deyilsə, bunları edin:

• diafraqma deşiyini azacıq açın, bu, dərinliyi artıracaq, ancaq daha çox işıq 

tələb edəcək;

• ən önəmli olan fokusa gətirib, yerdə qalanları fokussuz saxlayın;

• aldığınız  dərinliyi  hər  iki  obyekt  arasında  bölüşdürərək,  fokusu  “ortada” 

mü əyyənləşdirin (hər bir obyekt qismən fokusda olacaq);

• çəkiliş obyektlərini bir­birinə elə yaxınlaşdırın ki, onlar kameradan təxmi­

nən eyni uzaqlıqda olsunlar;

• nisbətən  genişbucaqlı  obyektivi  götürsəniz,  dərinlik  artacaq,  ancaq  ekran­

dakı görüntülər kiçiləcək;

• kameranı geri çəkin – dərinlik artacaq, ancaq plan xırdalanacaq.




32

Bundan başqa, “orta məxməri” fokusdan faydalanmaq mümkündür. Bunun 

üçün güzəştli fokus məsafəsini elə seç mə li si niz ki, obyektlərin hamısı şəraitin 

yol verdiyi də rəcədə dürüst görünə bilsin.

Bəzən  fokus  məsafəsini  kəskin  dəyişmək 

olar.  Məsələn,  tutaq  ki,  kame radan  müxtəlif 

mə  safədə  yerləşən  iki  adamı  çəkir  və  onların 

hər  ikisini  eyni  zamanda  fokusda  gös tərə  bil­

mirsiniz.  Bu  zaman  öncə  adamların  bi rini  fo­

kusda çəkir, sonra isə lazımi məqamda dərhal o 

biri adamı fokusa gətirirsiniz. Bu üsu lu ta ma­

milə məqbul saymaq olar, ancaq bu nun la be lə, 

fokusu qəfil dəyişdirmə effekti seyrçini dik sin­

dirə də bilər. Ona görə də belə üsul lar dan fay­

dalanarkən çox ehtiyatlı olmaq lazım dır.

Nəhayət, çəkiliş obyektlərinin yerini və ya 

kameranın pozisiyasını dəyiş mək lə vəziy yət dən çıxmaq olar. 

Bu zaman elə et mə lisiniz ki, hər iki obyekt ka meradan eyni uzaqlıqda və dürüst 

planın alınma hüdudunda olsun. 

Obyektivlərdə ilkin fokusun müəyyənləşdirilməsi

“Zum” (transfokator) obyektivləri yaradıcı operatordan ötrü ideal ava dan­

lıqdır. Ancaq hazırlıqsız adam həmin obyektivlərlə çalışarkən qanqaraldıcı sür­

prizlərlə qarşılaşa bilir. Çəkilişin ən məhsuldar və ən gərgin anında baş ve rən 

olayları maraqla izlərkən “tələyə” düşə bilərsiniz!

Tezliklə özünüz də təcrübədə yəqin edəcəksiniz ki, çəkiliş bucağını daral­

darkən (telefoto), kameranı əlinizdə əsdirmədən kadrı dəqiq saxlamaq çəkiliş 

bucağını  artırmaqla  (qısa  fokus  məsafəsi)  qat­qat  çətindir.  Bu  çətinliyə  hazır 

olmalısınız, ancaq hər halda belə şeylər adamı əsəbiləşdirir. Xüsusən, iri plan 

almaqdan ötrü obyektin üstünə gedərək, fokus məsafəsini qısaldan zaman ka­

meranı heç cür hərəkətsiz saxlaya bilməyəndə.

Artıq  gördüyümüz  kimi,  obyektiv  fokus  məsafəsinin  dəyişməsindən  asılı 

ola raq, mövcud dərin kəskinlik də dəyişir; bu isə kəskin kadr alınmasında çə­

tin lik yaradır. Fokus məsafəsini böyüdəndə yetərincə böyük dərin kəskinlik alı­

nır və obyektə dərin tuşlanma problem törətmir. Adətən, görüntüdə hər şey o 

qədər yaxşı sezilir ki, ən “kəskin” görmə zonasının harada yerləşdiyini bilmək 

olmur. Ancaq elə təzəcə fokus məsafəsini azaltmağa başlayan kimi, dərin kəs­

kinlik də dərhal itir.

Əslinə qalanda, həmişə elə bir qorxu var ki, çəkiliş obyektinin özünü yox, 

yaxınlıqda,  yaxud  bir  az  uzaqda  yerləşən  başqa  bir  obyektiv  fokusda  götü rə­

siniz. Deməli, uzaq plandan iri plana keçərək fokus məsafəsini qısaltmağa baş­

layanda, seçilmiş obyekt yayılmağa başlayır və siz çəkilişi kəsməmək şərti ilə 

dərhal fokusu düzəltməli olursunuz.

Şəkil 28.




33

Belə vəziyyətdən yeganə çıxış yolu çəkilişdən fokus məsafəsinin müəy yən­

ləşdirilməsidir. Bu zaman sınaq çəkilişləri də etmək lazımdır: öncə maksimum 

kəskinlik  almaq  üçün  obyekti  iri  planda  çəkmək  və  daha  sonra  fokus  mə sa­

fəsini ümumi planadək artırmaq (kameranın vəziyyətini dəyişmədən) gərək dir. 

Bax, indi çəkilişə hazırsınız.



§6. Ekspozisiya

Kontrast diapazonu

Sizin  kameranızın  kontrast  diapazonu  məhduddur.  Əgər  kadrdakı  görün­

tünün  səthləri  müəyyənləşdirdiyiniz  diafraqma  ölçülərinə  nisbətdə  həddindən 

çox  işıqlandırılıbsa,  onlar  “yanıq”  –  ağappaq  çıxacaq.  Kamerada  diapazonun 

aşağı həddindən zəif işıqlandırılmış zonalar isə qapqara alınacaq.

Diafraqmanın elə ölçüsünü seçmək lazımdır ki, obyektin sizi daha çox ma­

raqlandıran rəng çalarları aydın seçilsin. Bu proses ekspozisiyanın təyini adla­

nır. Obyektin işıqlanma dərəcəsini və bunun müəyyənləşdirilmiş diafraq maya 

uyğunluğunu  qiymətləndirmək  (videolentin  həssaslığını  təxminən  100  ASA 

vahidi götürmək) olar. Çəkiliş səhnələrinin bütün sahələrinə işığın bərabər miq­

darda  düşüb­düşmədiyini  də  yoxlamaq  olar.  Obyektin  işıqlanma  dərə cə sinin 

ölçülüb dəqiqləşdirilməsi hər hansı çəkilişin ən köhnə prose durların dan dır.

Onu  da  unutmayaq  ki,  eksponometr  yalnız  ümumi  işıqlanma  dərəcəsini 

göstərir.  Tezliklə  özünüz  də  əmin  olacaqsınız  ki,  ekspozisiyanın  təyini  xeyli 

subyektiv seçim tələb edir. Videokamera ekspozisiyanın düzgün, yaxud yanlış 

seçildiyini dərhal  göstərir.  Siz  planın  gərəkli  sahələrində  arzuladığınız effekti 

almaqdan  ötrü  diafraqmanı  müəyyənləşdirirsiniz:  gərəkli  sahələr  dedikdə,  ilk 

növbədə, adamların üzü nəzərdə tutulur. Konkret misal gətirək. Deyək ki, siz 

açıq havada adamı çəkirsiniz. Bu adamın sifəti videoayırıcıda normal görünə­

nədək  diafraqmanı  dəyişib  ekspozisiyanı  müəyyənləşdirirsiniz,  əlbəttə,  ən 

yaxşısı görüntünü videoayırıcıda yox, yüksəkkeyfiyyətli monitorda izləməkdir. 

Sifətin bütün rəngləri nə çox parlaq, nə də tünd – yalnız təbii görünməlidir.

İndi bütövlükdə görüntüyə diqqətlə baxın. Mütləq görəcəksiniz ki, adamın 

əynindəki ağ köynək tamam yanıb bozarmış görünür. Bu köynəyin heç bir de­

talı nəzərə çarpmır. Həmin adamın əynindəki şalvarınsa qapqara rəngi var – nə 

biçimi  bilinir,  nə  də  parçanın  fakturası.  Bəlkə  də  bu,  sizi  təmin  edir,  ancaq 

paltarın keyfiyyətini, geyim modelini, yaraşığını göstərməli olan reklam çəkiliş 

üçün belə planlar qətiyyən yaramaz.

Bütövlükdə  kadrda,  çəkilən  bütün  səhnədə  ideal  rəngvericiyə  nail  olmaq 

çox çətindir. Nə qədər çalışsan da, nələrsə çox açıq, ya da çox tünd alınacaq.

Ekspozisiyanı yaxşı seçməyiniz təkcə çəkiliş obyektinin rəng çalarlarından 

bilinmir,  həm  də  almaq  istədiyiniz  effektdən  asılıdır.  Siz  görüntüyə  sirli  və 

müəmmalı  bir  ovqat  vermək  üçün  kadrı  bilərəkdən  “alayarımçıq”  işıqlandıra 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə