Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə19/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

55

haz  nisbətən  yüksək  göstəriciləri  əks  etdirir.  Belə  ölçü  üsulu  bir  az  kobud  – 

gözəyarı sayılsa da çox etibarlıdır. Çəkilən obyekt və ya ma teriallar eyni qayıdış 

əmsalına malikdirsə, düşən işıqdan əks işıqlanma gös təricisi kimi faydalanmaq 

mümkündür. Bəzi eksponometrlərin dü şən işığı ölçən foto ele men tinin səthi ha­

mar  yox,  qa  barıq  olur  və  təxminən  in san  sifətinin  formasına  bən zəyir.  Bu  cür 

eks po no metr  lərdən müx  təlif səmt lər dən ob yektin üzərinə düşən bü tün işıq se lini 

ölçmək müm kündür. İşı ğı daha də qiq ölç mək üçün eks po no met ri ka me ranın ye­

ri nə qoy maq və çə kiliş ob yek tin dən əks etdirilən işığı kamera istiqamətində öl ç­

mək lazım dır. Belə işıq “qa yı dan işıq” ad lanır.

Teleistehsalda eksponometrlərin hər iki növü geniş yayılsa da, daha çox qa­

yıdan işığı ölçən eksponometrlərdən istifadə olunur. Ən çox da ona görə ki, ka­

meranın texniki izahatlarında onlar zəruri olan əsas işığın miqdarı çox vaxt dü­

şən işığın fut­kandel göstəriciləri ilə ifadə edilir.

 

Kameraların təkamülü və əsas işığa verilən tələblər

Normal  iş  üçün  zəruri  işıq  miqdarı  baxımından  televiziya  (video)  ka me­

ralarının təkamül dövrünü dörd mərhələyə ayırmaq olar: birinci mərhələ, tele­

yayım  üçün  ilk  yüksəkkeyfiyyətli,  monoxrom  studiya  kameralarının  ya ra dıl­

masından başlanır. İkinci mərhələ rəngli studiya kameralarının, üçüncü mər hələ 

isə portativ videokameraların yaradıldığı zamanı əhatə edir. Dördüncü mərhələ 

yüklü rabitə cihazlarının (YRC) meydana gəlməsi ilə öz başlanğıcını götürür.

Birinci mərhələ – ilkin ağ­qara kameralar 50­ci illərin monoxrom studiya 

kameralarının normal fəaliyyəti üçün çox böyük işıq miqdarı tələb olundu. Əks 

halda  tanınmalı  görüntü  almaq  qeyri­mümkün  idi.  Bir  sıra  texniki  təkmil ləş­

dirmələrdən sonra ağır çəkisinə görə belə kameralardan, demək olar, yalnız stu­

diya şəraitində istifadə edilir.

İkinci  mərhələ  –  rəngli  kameralar  60­cı  illərin  ortalarında  rəngli  studiya 

ka merası  yaradıldıqdan  sonra  birinci  mərhələdəki  vəziyyət  təkrar  olundu.  İlk 

rəng li kameralar son dərəcə nəhəng və ağır olduqlarından, onlardan hər hansı 

işdə faydalanmaq üçün çox vaxt 400 fut­kandel gücündə həddindən çox yüksək 

işıqlanma səviyyəsi tələb olunur. Televerilişlərdə tətbiq edilən işıq qaynaqları o 

qədər güclü idi ki, studiyada yarım saatlıq müsahibənin çəkilişi zamanı masa­

üstü mikrofonların dayaqları əl vuranda adamın əlini yandırırdı. Hələ üstəlik, 

rəngli  görüntünün  keyfiyyəti  kino  sənayesində  qəbul  olunmuş  standartlardan 

yenə  də  xey li  idi.  Hələlik,  rəngli  televiziya  yenilik  olaraq  qalır,  ancaq  elə 

bunun özü də sey rçiləri razı salırdı.

Deyilənlərdən nəticə çıxaraq. Seyrçilər təzə texniki nailiyyətlərə çox tez alı şır 

və ona öz­özlüyündə olmalı bir şey kimi baxırlar. Həmin səviyyədən aşağı olan hər 

şey  onları  əsəbiləşdirməyə  başlayır. Yeni  texniki  standart  təsdiqlənən  və  tutalım, 

əyləncəli  verilişlərdə  istifadə  olunan  kimi  hətta  xırdaformatlı  proq ramların 

ixtisaslaşmış dar auditoriyası da bu standartın tətbiqini tələb etməyə başlayır.



56

Üçüncü  mərhələ  –  ötürücü  borulu  portativ  telekameralar.  İlk  portativ  te­

lekamera modellərində də əvvəlki cihazlarda olan çatışmazlıqlar var idi. Onlar 

çoxlu işıq tələb edirdi. Xüsusən, zəif işıqlanma və çəkiliş obyektinin və ya ka­

meranın hərəkəti zamanı ətalət effektinə, yaxud təsviri və görüntünü yay ğın laş­

dırıb qarışdırmağa meyilli olurlar.

Nəticə etibarilə texnologiyanın imkanları sayəsində zəif işıqda da effektiv 

işləyən rəngli  portativ kameralar yarandı.

Dördüncü mərhələ – YRC kameralar və videokameralar (kamkorderlər –

videomaqnitofonla bir yerdə portativ televiziya ötürücü kameraları). 80­ci il lə­

rin  ortalarından    peşəkar  və  məişət  televideokameralarda  YPC  tipli  ötürücü 

tran zistor qurğuları getdikcə daha çox yayılmağa başladı. Onların işığa tələbatı 

150­200 fut­kandel arasındadır. Bu qurğunun köməyi ilə istər küçədə, istərsə də 

bi nanın içərisində adi və ya lüminessent işıqlarla gözəl görüntü almaq olar.



§12. Maksimal görüntü kontrastı

Son 30 ildəki nailiyyətlərə baxmayaraq, videosistemlər, insan gözü bir yana 

qalsın, kinolent üzərindəki maksimal görüntü kontrastını verməyə qadir de yildir. 

Bu  mənada  telekameranın,  gerçəkliyi  kinolentdə  və  həyatda  gördüyümüz  kimi 

əks etdirmək gücü yoxdur. Lap ümumi şəkildə hesab etmək olar ki, vi deo apa­

ratlar  işıqla  qaranlığın  20:1 

nis bəti  çərçivəsində  işlə məyə 

qadirdi.


Başqa sözlə, çox işıqlı və 

yüksək  əksetdirmə  qabiliy­

yəti  olan  səthlə,  tu ta lım,  ağ 

di varla qayıdan işığı olmayan 

zülmət  arasında  fərq  o  cür 

ifa  də  olunur.  Telekameranın 

tam kontrast diapazonunu sə­

li qəli  verə  bilməməsi  çox 

vaxt  özü nü  onda  göstərir  ki, 

lent üzərindəki insan sifəti, fonun – səmanın, yaxud divarın parlaqlığı artdıqca 

siluetə çevrilir və ya ön planda onun qarşısına çox parlaq obyekt çıxanda çox 

qara, ya da dənəvər olur. 

Səhnənin parlaqlıq dərə cəsini, yaxud kontrast diapa zonunu kameranın necə 

əks  et dirdiyini  bilmək  üçün  tex niki  termin  var  –  qamma  gös təricisi.  Aşağı 

keyfiyyətli  stu diyadankənar  kameraların  ço  xunda  sabit  qamma­gös tə ri cisi 

olduğundan (hər cür tən zimlənir) məqbul görüntü al maqdan ötrü çəkiliş ob yekt  ­

lərinin  parlaqlığına  nəza rət  et mək  lazım  gəlir.  Bəzi  hallarda  nəzarət  qeyri­

Şəkil 41. Fon parlaqlığı artdıqca ön plandakı obyekt siluetə

çevrilir.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə