Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə20/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

57

mümkündür:  tutaq  ki,  ya rı qaranlıq  zirzəmidən  çox  işıqlı  həyətə  keçmək, 

adətən, belə kameraların imkanı xaricindədir. Bu zaman kamera, avtomatik ola­

raq,  maksimal  görüntü  kon trastını  kompressiya  etdiyindən  (sıxış dır dığın dan) 

rəng çalarları itir. Çəkiliş apa rılan səhnə çox işıqlı olanda, boz və qara rəng dia­

pazonundakı bütün obyektlər qara rəngdə alınacaq. İnsan sifətindəki orta işıqlı 

təbii kölgələr də bunun nəticəsidir. Həmin kölgələrin kombinasiyası üçölçülü 

və ya tutum (həcm) effekti yaradır.

Bu məsələ telekamera istehsalçılarını çox narahat etdiyindən yeni­yeni tək­

milləşdirmələr barədə xəbərlərin sayı get­gedə artır. Yüksək kontrast dia pa zon­

lu  görüntü  almaq  imkanı  sənaye  və  peşəkar  çəkiliş  cihazlarını  nisbətən  aşa ğı 

keyfiyyətli  kameralardan  fərqləndirir.  Əksər  portativ  rəngli  kameralar  parlaq, 

dəqiq və cəlbedici görüntü yaratmağa imkan versə də, bahalı modellər ən müx­

təlif şəraitdə, həm də daha az hazırlıq vaxtı tələb etdiklərinə görə bu baxımdan 

daha əlverişli sayılır.

§13. Rəng

Ümumi  monoxrom  parlaqlıq  baxımından  əsas  işıq  və  maksimal  görüntü 

kontrastının işığın miqdarına və onun çəkiliş obyektinə təsirinə aidiyyatı var. 

Onlarla səmərəli və uğurlu işləməkdən ötrü rəngin videoistehsal və işıq lan ma­

ya gətirdiyi mürəkkəblikləri anlamaq lazımdır.

Additiv və subtraktiv rəng nəzəriyyəsi

İlk öncə, bir­birini qarşılıqlı tamamlayan iki rəng nəzəriyyəsi ilə tanış ol­

maq  zəruridir.  Bu  nəzəriyyələrdən  biri  additiv  adlanır  və  müxtəlif  rəngli  işıq 

sellərinin yerdəyişməsindən bəhs edir. Subtraktiv adlanan digər nəzəriyyə və ya 

subtraktiv sintez nəzəriyyəsi rənglərin əvəzlənməsi haqqındadır.

Additiv  (əlavə  və  ya  yekun)  rəng.  Fizika  alimləri  sübut  ediblər  ki,  gör­

düyümüz  rəng  əslində  manipulyasiya  edilə  bilən  elektromaqnit  şüalanmadan 

iba rətdir. İşıq şüası maqnitin köməyi ilə əyilə və müxtəlif rəng spektlərinə par­

çalana  bilər.  Elektromaqnit  şüalanmanın  müxtəlif  tezliklərinə  malik  olduq la­

rından, bu spektrlərin ayrı­ayrı rəngləri var və hər rəngə öz tezliyi uyğun gəlir. 

Görünən  spektrin  bütün  tezliklərini  üst­üstə  toplayanda  ağ  rəng  yaranır.  Bu 

pro   sesdə sürprizlər baş verir. Məsələn, qırmızı və yaşıl işıq sellərinin qarışığı 

(tez liklərinin cəmi) sarı rəngi verir. 



İşığın əsas additiv rəngləri. Qırmızı, yaşıl və mavi rənglərdir. Tele gö rün­

tüyə diqqətlə baxarkən görünür ki, rəngli görüntü aldanışı üç­üç qruplaşmış on 

minlərcə  rəngli  nöqtənin  hesabına  yaranır.  Hər  qrupa  qırmızı,  yaşıl  və  mavi 

nöq tələr daxildir. Hər nöqtədəki rəngin dolğunluğundan asılı olaraq arzulanan 

ümumi rəng təəssüratı alınır.

Subtraktiv  rəng.  Telequruluşçunun  bilməsi  vacib  olan  digər  rəng  nə zə­

riyyəsi –  subtraktiv rəng  nəzəriyyəsidir (və  ya subtraktiv sintez rəngləri). Bu 




58

nə zəriyyə piqmentlərin, boyaq maddələrinin, boyaların, boyaqların və s. əvəz­

lənməsi haqqındadır. Al­qırmızı, göyümtül­yaşıl və sarı rənglər əsas subtraktiv 

rənglər sayılır. Məktəbdə istifadə etdiyiniz akvarel rənglər dəstindən, yəqin ki, 

qırmızı, göy və yaşıl kimi əsas subtraktiv rənglər yadınızdadır. Qırmızı və göy 

rənglərini  ona  görə  deyirik  ki,  onlar,  təxminən  al­qırmızı  və  göyümtül­yaşıl 

rəng lərə uyğun gəlir.

Nəzəriyyəyə  görə,  palitradakı  bütün  rəngləri  qarışdıran  zaman  qara  rəng 

alın malıdır. Nə üçün? Çünki əslində, hər bir boya özünün əks etdirdiyi və be­

ləliklə, rəngini də götürdüyü görünən spektrin bütün şüalanma tezliklərini udur. 

Narıncı rəng ona görə narıncı görünür ki, həmin rəngdə başqa, görünən spek­

trin bütün şüa tezliklərini 

hopdurur  (və  istiliyə  çe­

virir). Qara rəng ağ rəng­

dən  daha  çox  tezlik  udur 

(və daha çox istilik bura­

xır).  Ağ  rəng  isə,  demək 

olar  ki,  bü tün  şüa  tezlik­

lərini özünə hopdu rur (və 

deməli,  isinmir).  Yəqin 

ki,  bu  nə zə riyyənin  düz­

gün lüyünü praktikada yoxlamaq imkanınız olub: əgər nə vaxtsa səki üzərində 

ayaqyalın  gəzmisinizsə,  deməli,  həmişə  ağ  səki  daşının  qara  as falt  örtükdən 

xeyli soyuq olduğuna fikir vermisiniz.

Narıncı boya nə vaxt narıncı rəngdə görün mə yəcək? Əlbəttə, tərki bin də narıncı 

tezliklər  olma yan  işıq,  məsələn,  yaşıl  işıq  düşəndə.  Yaşıl  işıqda  por tağal  qara 

görünür və yaşıl işığı nə qədər artır sanız da, portağal yenə də qara rəngdə qalacaq.

Ultrabənövşəyi Bənövşəyi Göy Yaşıl Sarı Narıncı Qırmızı İnfraqırmızı

300

400


500

600 


700

800


Aşağı 

Yüksək


Bunu hər ehtimala qarşı söylədik, ancaq həmin prinsip insan sifətinin işıq­

landırılmasına da aiddir. Studiyadankənar şəraitdə həm günəş, həm də lümi nes­

sent lampalar, eyni zamanda işıq qaynağı ola bilər; nəticədə, sifətin bir tə rəfinə 

sarı, o biri tərəfinə mavi işıq düşəcək. Videoyazılış zamanı üz dərisinin rəngi 

dəqiq  əks  etdirilməyəcək.  İşığın  təbiəti  çəkiliş  obyektinin  real  simasını  təhrif 

edir. Bu, bəzi müsbət nəticələr versə də, çox vaxt çətinlik yaradır. 

Telequruluşçular yadında saxlamalıdırlar ki, çəkiliş obyekti (ən çox da ge­

yimli adamlar), bir çox boyaların kombinasiyası deməkdir. Bu zaman mövcud 

olan işıq isə birbaşa işıqla çəkiliş obyektinin yan­yörəsindəki səthlərdən əks et­

di ri lən işığın kombinasiyasıdır və həmin işıqların hər biri işığın keyfiyyətini də­

yiş dirməyə qadirdir.

Şəkil 42. Additiv rənglər subtraktiv rənglər




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə