Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə25/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

70

lentlə  yerə  bəndləyin.  Bir  qayda  olaraq  lentlə  elektrik  məftilini  də  dayağın 

ayaqlarına  yapışdırın:  kimsə  təsadüfən  məftili  dartsa,  dartınmanın  gücü  azal­

dığından cihaz yerə düşməyə də bilər.

5. Fikir verin ki, işıq cihazlarının üz tərəfi həmişə tez alışıb­yanan səth lər­

dən təhlükəsiz məsafədə olsun. İşıq cihazları çox qızır. Onları pəncərə pərdəsi, 

yaxud digər tez alışıb­yanan materiallardan kifayət qədər aralı quraşdırın, çə­

kilişdən sonra isə bu cihazlar soyumayanadək onlara əl vurmayın.

6. Özünüzlə xüsusi izolə əlcəkləri götürün. İstidən közərmiş işıq cihazının 

təcili yerini dəyişmək lazım gələndə, bu əlcəklər əlinizi yanmaqdan qoruyar.

Elektriklə davranışın  standart  təhlükəsizlik qaydalarına  həmişə  əməl  edin. 

Su dan qaçın, üstüaçıq naqillərə izolent sarıyın. Kabellərin hamısını yapışqanlı 

lentlə döşəməyə, yaxud divara yapışdırın. Uşaqları və heyvanları elektrik ava­

danlığına yaxın buraxmamağa çalışın.



§18. Estetik amillər

İşığın qurulması: tutum (həcm)

Studiyadankənar telequruluşçu işıqlanma prinsiplərini, kameraya verilən tə­

ləb ləri  və  işıq  avadanlığının  imkanlarını  mənimsəyəndən  sonra,  artıq  estetik 

amil lərə  nəzər  yetirmək 

olar.  Bu  amillər  xəbər, 

re portaj,  yaxud  oçerk  ol­

ma sına baxmayaraq, çə ki ­

liş materialının təsir gü   cü­

nü  və  səmərəsini  yük    səl­

dir. Əsas estetik amil iki­

ölçülü şüşə səth üzə  rin də, 

yəni tele ek ran da in  san və 

əşyaların mə kan və üçöl­

çülü illü zi ya la rını – alda­

nışlarını ya ratmaq dan iba ­

rət dir. Be lə al da nı şı ya  rat­

ma prosesi kadrın dərinliyi və ya tutumu adlanır.

İstər səhnə quruluşçuları, istərsə rəsm müəllifləri məkanın təsviri – görün­

tüsü məsələsinə eyni cür yanaşır, sadəcə, üçölçülük ideyasını illüstrasiya edən  

əşya və kompozisiya düşünüb tapırlar. Studiyadankənar prodüser isə seyrçiyə 

dərin  təəssüratı  çatdırmaq  üçün  konkret  çəkiliş  səhnəsinin  real  cizgilərindən 

faydalanmalıdır.  Bu  məqsədə  çatmaq  üçün  bir  sıra  texniki  üsullar  var:  nis­

bətlərin dəyişdirilməsi, plan üzərinə planların artırılması, müxtəlif fokus qrup­

laşdırılması  və  işıq  parlaqlığının  azaldılması.  Bunlardan  başqa,  videorəssam 

fak turalar arasında kontrastı göstərməklə, kadrda obyektləri fərqləndirə bilər.

Şəkil 52.




71

Yaddan çıxarmayın ki, seyrçi statik, hissiyyatdan məhrum bir varlıq deyil, o 

çəkiliş  yerinin  dinamikasını  duymaq  istəyir.  Yaxşı  quruluşçu  kadrdaxili  ele­

ment lərdən  faydalanaraq,  seyrçidə  nə  isə  qeyri­adi  hisslər  yaşada  bilir.  İstər 

hava şarları hazırlayan fabriki, istərsə də şoraba konservlərini göstər – seyrçi 

qeyri­adi duyğular yaşamalıdır.



§19. İşıq

Bizə  yaxşı  tanış  olan  əşyaları  necə  qavramağımız  daha  çox  onların  necə 

gös tərilməsindən asılıdır. Götürək şam ağacının qozasını – lap adi şeydir, çox 

az maraq doğurur, meşəyə gedəndə addımbaşı rast gəlinir. Bəziləri o fikirdə ola 

bilər ki, şam qozası meşə cığırlarını zibilləyir, yəni xəzəl yarpaqları, çır­çırpını 

da bunun üstünə gəlsək, bunların hamısı meşənin təmiz adına yaraşmır. Ancaq 

elə həmin qozanı götürüb, şəkil qalereyasında krem rəngli divar fonunda, cilalı 

qara  mərmərdən  hazırlanmış  pyedestalın  üzərinə  qoysan  və  təksızıq  şüa  ilə 

yuxarıdan ona işıq salsan, sənət əsəri alınacaq. Bax belə bir təqdimat, adicə bir 

şam qozasının həmişəyaşar özəlliklərini və dahiyanə dizaynını seyrçiyə sev di­

rəcək. Videoçəkiliş insan və əşyaları eynən həmin effektlə göstərməyə imkan 

verir.  İşıq  diqqəti  özünə  cəlb  etməyə,  forma  cizgilərini  çatdırmağa  və  ovqat 

bildirməyə qadirdir.

Çoxları televiziyada əsas işığa verilən tələblərə həddindən artıq diqqət ye­

tirilməsindən gileylənərək (haqlı olaraq) deyir ki, telegörüntü çox vaxt hamar 

və  ifadəsiz  təsir  bağışlayır.  Əsas  işıq  –  işıq  hazırlığı  zamanı  həllini  gözləyən 

problemlərin yalnız yarısıdır. Problemlərin digər yarısı tutum məsələsidir.

Əsas işıq hər yerdə, amma bəlli qaynağı olmayan işıqdır. Təbiətdə belə işıq­

la birbaşa günəş işığı düşməyəndə rastlaşırsan; süni şəraitdə bu işığı sey rəldici 

cihazlar dəstinin və  güzgüləyicilərin köməyi ilə almaq olar.  İşıq  ci haz ları elə 

yer ləşdirilir ki, bütün əşyalar eyni parlaqlıqla işıqlandırılır və bu zaman bir ci­

hazın yaratdığı kölgəni digər cihazın işığı aradan qaldırır. Bərabər pay lanmış 

işıq  kadrdakı  əşyaların  nisbi  vəziyyətini,  ölçüsünü,  forma  və  fakturasını  heç 

sez dirmir.

İşıq  dərəcəsini  dəyişməklə,  diqqəti  kadrdakı  bir  neçə  cisimdən  birinə  yö­

nəltmək mümkündür. Adətən, adamların gözü görüntüdəki daha parlaq cismə 

ilişir – əlbəttə, fokusu dəyişdirmək, yaxud kadra qeyri­adi siluet artırmaqla ba­

xışlarımızı azdırmırlarsa. Bu səbəbdən çox vaxt, kadrda ən parlaq işıqlandırılan 

hədəf insan sifəti olur.

Yönəldilmiş işıq

Nisbi  parlaqlığa  diqqətli  nəzarət,  kadrdakı  cismin  nəzərəçarpacaq  də rəcə­

sini yüksəldə bilsə də, bu problemi bütövlükdə çözmür. Düzgün yerləşdirilən 

və iti yönəldilən əlavə işıq, cismə tutum gətirən yan üzlərini sezdirməklə, onu  




72

“ətli­canlı”  göstərməyə  qadirdir.  Həmin  təsəvvürü  öz­özlüyündə  yönəldilmiş 

işıq yaratmaya da bilər. Bu işığı elə qurmaq lazımdır ki, seyrçilər onun cızdığı 

işıq­kölgə rəsmini həyatda gördükləri normal işıq­kölgə kimi qavrasınlar.

Yönəldilmiş işığın yaratdığı işıq­kölgə rəsmi işığın sərtliyindən (yəni hansı 

dərəcədə  bir  nöqtədən  çıxma  təsəvvürü  doğurmasından),  eləcə  də  çəkiliş  ob­

yekti, işığın dərinlik dərəcəsi – obyektin konturlarının, kameranın vəziyyətinin 

və hakim işıq qaynağının funksiyasıdır.

Öz mühümlüyü baxımından, sonuncu element Amerika terminologiyasında 

açar  işıq,  rus  terminologiyasında  isə  rəsmləyən  işıq  (“ресующий  свет”)  ad­

lanır. Unutmayın ki, həmin qaynaqdan ötrü standart vəziyyət yoxdur: bu işığın 

sə mə rəlilik  dərəcəsi  kameranın  vəziyyətindən  və  yaratmaq  istədiyiniz  təəs sü­

ratdan ası lıdır.

Kameranın vəziyyəti

Kinofilm istehsalından fərqli olaraq, videoistehsal daha mürəkkəbdir; bu ra­

da bir səhnəni, yaxud müsahibəni lentə alarkən, bir neçə kameradan və çəkiliş 

bucağından effektli şəkildə işıqlandırılıbsa, həmin işıq digər bucaqdan çəkilişin 

səmərəsini  azalda  bilər.  Əgər  vaxtınız  varsa,  həm  də  sürəkli  bir  hərəkəti  çə­

kirsinizsə  (yəni  çəkilişdən  ötrü  təkrarlanması  mümkün  sayılan  hərəkəti),  bu 

zaman TV  kinematoqraf  işığından  faydalanmaq  imkanı  qazanır.  Başqa  sözlə, 

hər çəkiliş bucağı üçün yenidən işıq qurmaq olar. Kinematoqraf işığı hər dəfə 

kameranın vəziyyəti dəyişiləndə işığın da yerinin dəyişdirilməsini və hər plan­

dan  ötrü,  beləcə  təzə  işıq  qurulmasını  nəzərdə  tutur.  Kinematoqraf  işığı  tele­

quruluşçuya imkan verir ki, istehsal prosesinin davam etdiyi bütün müddətdə 

işığa diqqətlə göz qoysun. Düzdür, belə diqqət ayrıca vaxt tələb edir. Kine ma­

toqraf işığının qurulması uzun, həm də əziyyətli bir prosesdir.

Studiyadankənar  quruluşçu  çəkiliş  şəraitindən  və  yerindən  daha  səmərəli 

fay dalanmaqdan ötrü, əvvəlcə kameranın vəziyyətini müəyyənləşdirməli və yal­

nız bundan sonra işığın quraşdırılması ilə məşğul olmalıdır. Çəkiliş bir neçə bu­

caqdan aparılacaqsa, ilk öncə, kameranın bütün mövqeləri dəqiq ləş di ril mə li dir.

Kameranın  vəziyyətini  hansı  amillər  müəyyənləşdirir?  Hər  şeydən  əvvəl, 

qu ruluşçu  operator,  yaxud  rejissor  hər  hansı  çəkiliş  yerinin  seçilmə  səbəbini 

aydınlaşdırır. Bu səbəb yalnız filan adamın o yerdə olmasından başqa, həm də 

özəl iş və yaxud binaya maraqdan irəli gəlirsə, həmin iş və ya bina kadrda elə 

əks etdirilməlidir ki,  seyrçi hər şeyi görüb anlasın. Çəkiliş yerinin ab­havasını 

seyrçiyə çatdırmaq lazımdır. Studiyadankənar prodüserin vəzifəsi hamının öy­

rənə  biləcəyi  informasiyadan  nəsə  daha  geniş  məlumatı,  studiya  şəraitində 

müm kün olduğundan çox dərəcədə seyrçiyə çatdırmaqdır.

Optimal çəkiliş bucağı, yaxud bucaqları seçiləndən sonra mümkün mane ə­

lərin  siyahısını  tutmaq  lazımdır.  Tutalım,  arxa  planda  görüntünün  kontrast 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə