Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

Cədvəl 4. Quba-Xaçmaz iqtisadi rayonunda 1990-2013-cü illərdə əhali
sayının artımı (min nəfər)
Cədvəl 5-də isə Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda
son illərdə (2000-2013) müxtəlif təsərrüfat sahələrində istifadə edilən suyun miqdarı,
nəql zamanı itirilən su ehtiyatları barədə məlumatlar əks olunmuşdur.
Cədvəl 5. Quba-Xaçmaz iqtisadi rayonunda 2000-2013-cü illərdə su
ehtiyatlardan istifadənin bəzi göstəriciləri (mln. m
3
)
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Abduyev M.A., Teymurov M.Ə. Quba-Xaçmaz iqtisadi
rayonunda  çay sularının keyfiyyəti, su istehlak...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
44
Əhalinin
sayı
1990
1995
2000
2005
2010
2013
1990-2013-ci 
illərdə artım, %
Ümumi
373,7
417,8
445,4
466,1
492,4
525,7
40,7
Şəhər
123,1
134,6
138,5
154,9
167,2
175,8
42,8
Kənd
250,6
283,2
306,9
311,2
325,2
349,9
39,6
Rayonlar
2000
2005
2013
Təbii mənbələrdən götürülən su
İqtisadi rayon
1325
1188
931
Şabran
1,0
0,04

Xaçmaz
175
216
164
Quba
33
98
59,1
Qusar
1116
874
707
Siyəzən
0,4
0,5
0,8
Suvarma və kənd təsərrüfatına götürülən su
İqtisadi rayon
170
348
295
Şabran
19
62
45,0
Xaçmaz
94
146
141
Quba
23
78
50,2
Qusar
27
53
51,0
Siyəzən
4,0
7,0
8,1
Nəql zamanı itirilən su
İqtisadi rayon
357
294
192
Şabran
10
15,0
15,9
Xaçmaz
35
83,0
49,8
Quba
13
30,6
20,0
Qusar
297
166
103
Siyəzən
2,0
0,6
3,5


2013-cu ildə təbii mənbələrdən götürülən suyun miqdarı 931 mln. m
3
olmuşdur
ki, bu da iqtisadi rayonun daxili su ehtiyatlarından (928 mln. m
3
) bir qədər çoxdur.
İqtisadi və sosial məqsədlərlə götürülən su ehtiyatlarının durmadan artdığı nəzərə
alınarsa, gələcəkdə iqtisadi rayonda əlavə su mənbələrinin axtarışı və mövcud ehti -
yatlardan daha səmərəli istifadə edilməsi tələb olunur. 2013-cu ildə iqtisadi rayonun
ən  böyük  su  istehlak  dairəsi  olan  suvarma  əkinçiliyi  üçün  295  mln.m
3
su
götürülmüşdür ki, bu da mövcud tələbatdan (477 mln.m
3
) xeyli azdır. Suyun nəqli
zamanı itirilən suyun ümumi həcmi  192 mln. m
3
təşkil edir ki, bu da təqribən həmin
il suvarma məqsədi ilə götürülən su ehtiyatlarının (295 mln.m
3
) 65%-i həcmindədir.
Nəql zamanı itirilən suyun həcmi təbii mənbələrdən götürülən su ehtiyatlarının
20,6%-ni təşkil etmişdir ki, bu da çox böyük kəmiyyətdir. 2013-cü ildə Quba-Xaç-
maz  iqtisadi  rayonunda  su  ehtiyatlarının  istifadə  sferasında  kənd  təsərrüfatı
məqsədlərinə 31%-ə qədər, digər məqsədlər üçün isə 48% su sərf edilmiş, 21%-ə
qədəri isə itkiyə getmişdir. Təkcə suvarılan əkinlərin ümumi daxili su ehtiyatlarının
51,5%-ə  qədərini  tələb  etdiyi  nəzərə  alınarsa  və  gələcəkdə  həm  əlavə  əkin
sahələrinin, həm də yeni sənaye və digər istehsal və qeyri-istehsal müəssisələrinin
istifadəyə verilməsi bölgəni su problemləri ilə üzləşə bilər. Buna görə də, bölgədə
xeyli su ehtiyatlarını mühafizə qurğuları yaradılır və perspektivdə də bu prosesin
davam etdirilməsi zərurəti olacaqdır. 
Beləliklə, Quba-Xaçmaz iqtisadi rayonunda 2000-2013-cü illər ərzində su is-
tehlak sahələri ilə su ehtiyatlarından istifadənin gedişinin araşdırılması nəticəsində
bu sektorlarda tam fərqli dinamikanın baş verdiyi müəyyən olunmuşdur. Belə ki,
mühüm su istehlak dairələrini əhatə edən kənd təsərrüfatı və sənayenin əksər mühüm
sahələrində  müsbət  inkişaf  dinamikası  müşahidə  olunduğu  halda,  qeyd  olunan
dövrdə su ehtiyatlarından istifadə kəmiyyəti durmadan azalan tendensiya ilə müşay-
iət olunmuşdur. Halbuki su tələbatının artım fonunda su ehtiyatlarından istifadənin
həcminin artması baş verməli idi. Bunları nəzərə alaraq su istehlak sahələri ilə su
ehtiyatlarından istifadə arasındakı disporsiyanın aradan qaldırılması su ehtiyatlarının
fasiləsiz öyrənilməsini, iqtisadi islahatlarda su ehtiyatlarının payının və səmərəli is-
tifadə yollarının qabaqcadan müəyyən edilməsini zəruri edir. 
Nəticə və təkliflər
1) Müəyyən olunmuşdur ki, suvarılan əkin sahələri və əhalinin içməli su təchiza-
tına rayonun yerli çay suları ehtiyatlarının (928 mln. m
3
)  53,9%-i cəlb olunur. İnzi -
bati  rayonların  su  ehtiyatları  ilə  təchizatında  ən  yaxşı  vəziyyət  Quba  və  Qusar
rayonlarına,  ən  pis  vəziyyət  isə  Xaçmaz  rayonuna  məxsusdur.  Daxili  tələbatla
müqayisədə su ehtiyatlarının böyük üstünlüyü olan Quba və Qusar rayonunun çay
sularının daxili su ehtiyatları yerli tələbatı ödəməyən digər inzibati rayonlara, xü-
susilə Xaçmaz rayonuna yönəldilməsi məqsədəuyğun hesab edilir.
Abduyev M.A., Teymurov M.Ə. Quba-Xaçmaz iqtisadi
rayonunda  çay sularının keyfiyyəti, su istehlak...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARI VƏ ONLARIN İNTEQRASİYALI 
İDARƏ EDİLMƏSİ PROBLEMLƏRİ
3/2016
45


2)  Son  illərdə  istehlak  sahələri  ilə  su  ehtiyatlarından  istifadənin  gedişinin
araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, əsas su istehlak dairələrində müs-
bət  inkişaf  dinamikası  müşahidə  olunduğu  halda,  su  ehtiyatlarından  istifadə
kəmiyyətində fasiləsiz olaraq azalma baş vermişdir. 
3) Böyük Qafqazın şimal-şərq yamacına düşən bölgələrdə sudan istifadə zamanı
müxtəlif illərdə 20-30%-ə qədər itki müşahidə olunur. Bu səbəbdən ən çox itkiyə
və israfçılığa yol verilən ərazilərdə sudan səmərəli istifadə məqsədilə təşviqat -
təbliğat və maarifləndirmə, həmçinin inzibati işlərin aparılması, magistral və məhəl-
lələrarası su kəməri şəbəkələrində itkinin minimuma endirilməsi üçün təxirəsalın-
maz tədbirlərin həyata keçirilməsi vacibdir.
Ədəbiyyat siyahısı:
1. Abduyev M.A., Teymurov M.Ə. Quba-Xaçmaz kurort rekrasiya regionu çay-
larının hidrokimyası. “Turizm və rekreasiya: problemlər və perspektivlər” üçüncü
Respublika elmi-praktiki konfransının materialları, Bakı-2010, səh. 40-45
2. Azərbaycan Respublikası Statistika Komitəsi. Azərbaycanın regionları bölməsi,
Bakı, 2005-2013-cü illərin statistik məlumatları.
3. Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-
iqtisadi və ekoloji əsasları. Bakı, “Elm” nəşriyyatı, 2007, 856 səh. 
4.  Azərbaycan  Dövlət  Şəhərsalma  və  Arxitektura  Komitəsinin  Kollegiyasının
AzDTN-2.11-1 “Su təchizatı. Xarici şəbəkə və qurğular” sferası üzrə 13 avqust
2015-ci il 04 №-li qərarı (ADŞAK-nin “Normativlər” bölməsi).
5.  Hüseynov  H.M.,  Mirzəxanov  N.K.  “  Mədəni  otlaqların  suvarılması”.  Bakı,
Azərnəşr–1978, 23 səh.
6. Kərimli N.B. Azərbaycan  Respublikasında kənd təsərrufatı bitkilərinin suvarma
rejimləri. Bakı, “Elm”, 2011, 58 səh.
7. Алекин О.А. Основы гидрохимии. Л. Гидрометеоиздат. 1970. 444с
8. Кашкай Р.М. Географические аспекты формирования и прохождения стока
рек и использования водных ресурсов Азербайджана. Диссертация на со-
искание доктора географических наук, Баку-2008, стр. 231-233.
9. Правила охраны поверхностных вод от загрязнения сточными водами. М.
Минздрав, 1975. 39с
10. Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Азербайджанской ССР, Из-
дательство «Элм», Баку, 1989.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Abduyev M.A., Teymurov M.Ə. Quba-Xaçmaz iqtisadi
rayonunda  çay sularının keyfiyyəti, su istehlak...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
46


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə