152
4.59.
Sektorda özəl sektorun mümkün iĢtirakı istiqamətində tam sayğaclaĢdırmanın və
tariflərin tam yığılmasının təmin edilməsindən sonra, Azərsu korporatizasiya olunmalıdır
və yerli idarəetmə orqanlarının su təchizatı sektorunda iĢtirak etmək potensialı
yaradılmalıdır. Hökumətin atmalı olduğu növbəti addım miqyas təsirini (
economies of scale) və
rayon səviyyəsində fəaliyyətin səmərəliliyini artırmaq üçün sektorun hər biri bir neçə
rayonu
əhatə etməklə üç və ya beĢ regional kommunal müəssisəyə bölünməsindən ibarətdir. Ayrı-ayrı
rayonların maliyyə və texniki imkanlarının qiymətləndirilməsi əsasında, regional kommunal
müəssisələr Azərsu ilə müqavilələr çərçivəsində törəmə qurumlar qismində fəaliyyət göstərə
bilərlər. Bu halda, Azərsu və yerli orqanların rolları daxil olmaqla nəzarət rejimi
təkmilləĢdirilməlidir.
4.60.
Su sektorunda yüksək prioritet daĢıyan, təxirəsalınmaz islahatlar aĢağıdakılardır:
―Azərsu‖ SC-nin korporatizasiyası, yerli orqanların potensialının yaradılması, və
sektorun üç-beĢ regionun yaradılması üçün üfüqi bölünməsi.
Tam sayğaclaĢdırmanın
təmin edilməsi
Yığımın 100%-ə çatdırılması
Kiçik Ģəhərlərdə hal-hazırda həyata keçirilən bərpa iĢlərinin baĢa çatdırılması
Su itkilərinin azaldılması.
K.
B
ÜTÜN SEKTORLARA AID OLAN VACIB MƏSƏLƏLƏR
4.61.
Bu günədək Azərbaycanda kommunal Ģəbəkələrin inkiĢafı modeli onların dövlət
vəsaitləri hesabına maliyyələĢdirilməsi və dövlət tərəfindən idarə edilməsi prinsipinə
əsaslanmıĢdır. BaĢlıca islahatların məqsədi xidmətlərin göstərilməsinin gücləndirilməsi və
xidmətlərin maliyyə dayanıqlığının təmin edilməsindən ibarət olmuĢdur. Xidmətlərin
göstərilməsində yaxĢılaĢmanın sürətləndirilməsi məqsədilə Azərbaycan vacib investisiyaları
icmal büdcədən maliyyələĢdirmək və eyni zamanda tarifləri qaldırmaq və sayğaclaĢdırma
proqramını həyata keçirmək qərarına gəlmiĢdir. Hökumət, həmçinin, bəzi hallarda tədricən
korporatizasiyanı həyata keçirməklə və digər hallarda infrastrukturun idarə edilməsinə özəl
sektoru cəlb etməklə bəzi struktur islahatları həyata keçirməyə baĢlamıĢdır.
1990-cı illərin əvvəllərindən Çex Respublikası su təchizatı və kanalizasiya sektorunu tədricən özəlləĢdirməyə
baĢlamıĢdır. 1999-cu ildə respublikanın Cənubi Bohemiya vilayətinin paytaxtı olan České Budějovicedə özəl
operatorla 12 illik icarə müqaviləsi imzalanmıĢdır. Özəl sektorun iĢtirakı su itkilərinin səviyyəsini 1999-cu ildə
37,4%-dən 2004-cü ildə 24%-ə endirib. OxĢar olaraq, ikinci iri Ģəhər aqlomerasiyası olan Ostravada, kommunal
müəssisənin özəlləĢdirilməsi nəticəsində eyni dövr ərzində su itkiləri 45%-dən 9%-ə düĢmüĢdür. Yığım 89%-
dən 100%-ə qalxıb. Praqada özəl su operatoru Pražské vodovody a kanalizace, a.s., su itkilərini 2000-ci ildəki
32%-dən 2004-cü ildə 24%-ə azaltmıĢdır. Bundan əlavə, yığım əmsalı 94%-dən 98%-ə qədər qaldırılmıĢdır.
Bir çox hallarda, özəl podratçılar razılaĢdırılmıĢ nəticələri əldə edə bilməmiĢdirlər. Misal üçün, Çex
Respublikasının Brno və Bolqarıstanın Sofiya Ģəhərlərində su itkiləri və yığımla bağlı vəziyyətin
yaxĢılaĢdırılması mümkün olmayıb. Nəticələr konkret investisiya kontekstindən, və, eyni zamanda, tənzimləmə
məsələlərindən və idarəetmə müqaviləsinin strukturundan asılıdır.
Mənbələr: Dünya Bankı, AMA 2006, PPIAF məlumat bazası.
HaĢiyə 4.5:Çex Respublikası və Bolqarıstanın su sektorunda özəl sektorun iĢtirakı