World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə73/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   69   70   71   72   73   74   75   76   ...   102

 152 
4.59.
 
Sektorda  özəl  sektorun  mümkün  iĢtirakı  istiqamətində  tam  sayğaclaĢdırmanın  və 
tariflərin tam yığılmasının təmin  edilməsindən sonra, Azərsu korporatizasiya olunmalıdır 
və  yerli  idarəetmə  orqanlarının  su  təchizatı  sektorunda  iĢtirak  etmək  potensialı 
yaradılmalıdır. Hökumətin atmalı olduğu növbəti addım miqyas təsirini (economies of scale) və 
rayon  səviyyəsində  fəaliyyətin  səmərəliliyini  artırmaq  üçün  sektorun  hər  biri  bir  neçə  rayonu 
əhatə  etməklə üç və  ya  beĢ regional kommunal  müəssisəyə bölünməsindən ibarətdir. Ayrı-ayrı 
rayonların  maliyyə  və  texniki  imkanlarının  qiymətləndirilməsi  əsasında,  regional  kommunal 
müəssisələr  Azərsu  ilə  müqavilələr  çərçivəsində  törəmə  qurumlar  qismində  fəaliyyət  göstərə 
bilərlər.  Bu  halda,  Azərsu  və  yerli  orqanların  rolları  daxil  olmaqla  nəzarət  rejimi 
təkmilləĢdirilməlidir.   
4.60.
 
Su sektorunda yüksək prioritet daĢıyan, təxirəsalınmaz islahatlar aĢağıdakılardır:  

 
―Azərsu‖ SC-nin korporatizasiyası, yerli orqanların potensialının yaradılması, və 
sektorun üç-beĢ regionun yaradılması üçün üfüqi bölünməsi.  

 
Tam sayğaclaĢdırmanın təmin edilməsi  

 
Yığımın 100%-ə çatdırılması  

 
Kiçik Ģəhərlərdə hal-hazırda həyata keçirilən bərpa iĢlərinin baĢa çatdırılması  

 
Su itkilərinin azaldılması.  
 
 
 
K.
 
B
ÜTÜN SEKTORLARA AID OLAN VACIB MƏSƏLƏLƏR 
 
4.61.
 
Bu  günədək  Azərbaycanda  kommunal  Ģəbəkələrin  inkiĢafı  modeli  onların  dövlət 
vəsaitləri  hesabına  maliyyələĢdirilməsi  və  dövlət  tərəfindən  idarə  edilməsi  prinsipinə 
əsaslanmıĢdır.  BaĢlıca  islahatların  məqsədi  xidmətlərin  göstərilməsinin  gücləndirilməsi  və 
xidmətlərin  maliyyə  dayanıqlığının  təmin  edilməsindən  ibarət  olmuĢdur.  Xidmətlərin 
göstərilməsində  yaxĢılaĢmanın  sürətləndirilməsi  məqsədilə  Azərbaycan  vacib  investisiyaları 
icmal  büdcədən  maliyyələĢdirmək  və  eyni  zamanda  tarifləri  qaldırmaq  və  sayğaclaĢdırma 
proqramını  həyata  keçirmək  qərarına  gəlmiĢdir.  Hökumət,  həmçinin,  bəzi  hallarda  tədricən 
korporatizasiyanı  həyata  keçirməklə    və  digər  hallarda  infrastrukturun  idarə  edilməsinə  özəl 
sektoru cəlb etməklə bəzi struktur islahatları həyata keçirməyə baĢlamıĢdır.   
 
1990-cı  illərin  əvvəllərindən  Çex  Respublikası  su  təchizatı  və  kanalizasiya  sektorunu  tədricən  özəlləĢdirməyə 
baĢlamıĢdır. 1999-cu ildə respublikanın Cənubi Bohemiya vilayətinin paytaxtı olan  České Budějovicedə özəl 
operatorla 12 illik icarə müqaviləsi imzalanmıĢdır. Özəl sektorun iĢtirakı su itkilərinin səviyyəsini 1999-cu ildə 
37,4%-dən 2004-cü ildə 24%-ə endirib. OxĢar olaraq, ikinci iri Ģəhər aqlomerasiyası olan Ostravada, kommunal 
müəssisənin özəlləĢdirilməsi  nəticəsində eyni dövr  ərzində su  itkiləri 45%-dən 9%-ə düĢmüĢdür. Yığım 89%-
dən 100%-ə qalxıb. Praqada özəl su operatoru   Pražské vodovody a kanalizace, a.s., su itkilərini 2000-ci ildəki 
32%-dən 2004-cü ildə 24%-ə azaltmıĢdır. Bundan əlavə, yığım əmsalı 94%-dən 98%-ə qədər qaldırılmıĢdır.    
Bir  çox  hallarda,    özəl  podratçılar  razılaĢdırılmıĢ  nəticələri  əldə  edə  bilməmiĢdirlər.  Misal  üçün,  Çex 
Respublikasının  Brno  və  Bolqarıstanın  Sofiya  Ģəhərlərində  su  itkiləri  və  yığımla  bağlı  vəziyyətin 
yaxĢılaĢdırılması mümkün olmayıb. Nəticələr konkret  investisiya kontekstindən, və, eyni zamanda, tənzimləmə 
məsələlərindən və idarəetmə müqaviləsinin strukturundan asılıdır.     
Mənbələr: Dünya Bankı, AMA 2006, PPIAF məlumat bazası.
 
 HaĢiyə 4.5:Çex Respublikası və Bolqarıstanın su sektorunda özəl sektorun iĢtirakı 


 153 
4.62.
 
2008-ci  ildə  həyata  keçirilmiĢ  tədbirlərin  əsasında  aydın  qiymət  siyasətinin  qəbul 
edilməsi  yolu  ilə  maliyyə  dayanıqlığı  daha  da  gücləndirilməlidir.  Ötən  illərdə  kommunal 
müəssisələrə  külli  miqdarda  dolayı  subsidiyalar  verilirdi.  Bu  praktika  2008-ci  ildə  prinsipcə 
aradan  qaldırılıb.  Hesab  olunur  ki,  kommunal  xidmətlərlə  bağlı  dolayı  subsidiyalar  2006  və 
2007-ci  illərdə  müvafiq  olaraq  qeyri-neft  ÜDM-in  4,7%  və  3%-ni  təĢkil  etmiĢdir.  Tariflərin 
tənzimlənməsi  həmin  subsidiyalara  ehtiyacı  tam  aradan  qaldırmalıdır.  Lakin,  gələcəkdə,  Tarif 
ġurası  xarici  investorların  tanıĢ  ola  və  qiymətləndirə  biləcəyi  tarif  siyasətini  formalaĢdırmaqla 
tarifləri daha proqnozlaĢdırıla biləcək qaydada müəyyən etməlidir. Mövcud proses kənar tərəflər 
üçün qeyri-Ģəffafdır. Maliyyə  dayanıqlığının təmin  edilməsi  məqsədilə Maliyyə  Nazirliyi,  Tarif 
ġurası və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi öz əlaqələndirmə səylərini gücləndirməlidir.      
4.63.
 
Azərbaycan tənzimləmə funksiyasının xidmət təchizindən ayrılmasını davam etdirə bilər. 
Mövcud tarif tənzimləyicisi – Tarif ġurası - standart müstəqil tənzimləyici modelindən uzaqdır. 
Tariflərin  korreksiyasının  siyasi  məsələlərdən  asılılığını  nəzərə  alaraq,  2008-ci  ilə  qədər  bu 
mexanizmin mövcudluğunu anlamaq olardı. Lakin, tariflərin məsrəfləri ödəyən səviyyəyə demək 
olar  ki,  çatmasını,  sosial  yardım  sisteminin  artıq  formalaĢdığını,  və  xüsusilə  də,  2007-ci  ilin 
yanvar  ayında  tariflərin  qaldırılması  nəticəsində  enerji  subsidiyalarına  ehtiyacın  çox  güman  ki, 
aradan  qalxdığını  nəzərə  alaraq,  müstəqil  tənzimləyici  qurumun  yaradılması  artıq  prioritet 
olmalıdır.  
4.64.
 
Hökumətin  siyasətində  öz  əksini  tapmamıĢ  baĢqa  bir  vacib  element  özəl  sektorun 
iĢtirakıdır.  Beynəlxalq  təcrübə  göstərir  ki,  xidmətlərin  göstərilməsində  səmərəlilik  və 
xidmətlərdən istifadədə bərabərliyin  təmin olunması  ən çox aĢağıdakılardan  əldə  edilə  bilər:  (i) 
xidmət  təchizatçılarının  dəqiq  ayrılması;  (ii)  strukturlaĢdırılmıĢ  stimullar,  və    (iii)  səmərəli  və 
etibarlı tənzimləmə. Xüsusilə də qarĢıdan gələn illər ərzində neft gəlirlərinin nisbətən azalacağını 
nəzərə  alaraq  hökumət  dövlət  müəssisələrinin  fəaliyyətinin  təkmilləĢdirilməsinə  yönəldilmiĢ 
səylərini  bir  daha  canlandırmalıdır  ki,  o,  böhrandan  sonrakı  dövrdə  investorları  cəlb  etmək 
imkanına malik olsun. 
 
 
 
 
 
 
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə