159
C.
D
ÖVLƏT ƏSAS ISTEHSALÇI VƏ SƏRMAYƏÇI KIMI
5.9.
2005-ci ildən bəri dövlət sektorunda sürətli artımın məqsədi ölkədə iqtisadi vəziyyəti
yaxĢılaĢdırmaq idi, bununla yanaĢı o, ən azı müvəqqəti olaraq, özəl sektorun inkiĢafını
əngəlləyib.
100
2008-ci ildə Azərbaycanın icmal büdcəsinin qeyri-neft ÜDM-in 85 faizinə
çatacağı gözlənildiyi bir Ģəraitdə, dövlət investisiya xərclərinin qeyri-neft ÜDM-də payı 37 faizə
çatacaq. Ġqtisadiyyatda ümumi sərmayələrin payı qeyri-neft ÜDM-in 50 faizini təĢkil edir və
hökumət 2008-ci ildə ölkənin qeyri-neft investisiyalarının 76 faizinə qədərini idarə etmiĢdir.
Azərbaycanın korrupsiya sahəsində aĢağı reytinqlərini, dövlət sektorunda islahatların
ümumilikdə aĢağı tempini və daxili bazarların getdikcə daha çox ziddiyyətli xarakterini nəzərə
aldıqda, qeyri-bərabər fəaliyyət mühitinin davam etməsi riski kifayət qədər yüksəkdir.
Həqiqətən, korrupsiya reytinqləri ciddi diskussiya mövzusu olsa da, Azərbaycanın bu sahədə
göstəriciləri 2005 - 2007-ci illərdən sonra əhəmiyyətli dərəcədə pisləĢib. Buradan belə nəticəyə
gəlmək olar ki, daxili bazarlar getdikcə daha çox himayə olunur, sahibkarlığın isə qarĢısı alınır.
5.10.
Qeyri-neft özəl investisiyalar 2007-ci ildə azalmıĢdır və bu da investisiyaların
sıxıĢdırılıb-çıxarılması effektinin əlaməti ola bilər.
101
Azərbaycanda 2007-ci il üzrə qeyri-neft
özəl investisiyalarla bağlı məlumatın diqqətli təhlili göstərir ki, qeyri-neft özəl investisiyaların
həcmi 2006-cı ildən bəri qeyri-neft ÜDM-in təxminən 4 faizi qədər azalıb. Bu azalmanın
təxminən yarısı yaĢayıĢ binalarının tikilməsi səviyyəsinin aĢağı düĢməsi və üçdə biri isə
nəqliyyatla bağlıdır (Cədvəl 1.6).
102
Bu hesabatda təxmin olunur ki, 2006 - 2007-ci illərdə qeyri-
neft özəl investisiyaları (hökumətin nəzarətində olan sektorlarda, yəni, əsasən, kommunal və
neft-kimya müəssisələrinə investisiyalar, habelə yaşayış binalarının tikintisinə qoyulan
investisiyaları çıxmaqla) real rəqəmlərlə təxminən 19 faiz azalmışdır. Bu da ona iĢarədir ki,
iqtisadiyyatın diversifikasiyasına yönəldilmiĢ investisiyalarda əhəmiyyətli dərəcədə azalma var.
5.11.
Azərbaycanda, həmçinin çoxlu sayda dövlət müəssisələri (bu kontekstdə,
kommunal müəssisələr və sosial xidmətləri çıxmaqla) var ki, bu da rəqabətə mane ola bilər.
2007-ci ildə Azərbaycanda fəaliyyət göstərən cəmi 74 534 müəssisənin 11 666-sı dövlət
müəssisəsi olmuĢdur.
103
2006-cı ildə dövlət sektoru ümumi əmək bazarının 32 faizini təĢkil
etmiĢdir (2004-cü ildə isə bu göstərici bir qədər çox, 34 faiz olmuĢdur). Dövlət müəssisələri çox
vaxt müvafiq nazirliklərə və ya büdcə qurumlarına tabe olur, mahiyyət etibarilə bu qurumların
maliyyələĢdirdikləri layihələri icra edirlər. 2006-cı ildə dövlət müəssisələri tikinti, nəqliyyat və
istehsal sektorları üzrə müvafiq olaraq 25, 25 və 13 faiz paya malik olmuĢlar. 2008-ci ilin
100
Qeyd etmək lazımdır ki, dövlət müəssisələri qeyri-neft özəl sektor tərəfindən yaradılan əlavə dəyərdə üçdə iki
paya malikdirlər (bax 2-ci fəsil).
101
SıxıĢdırılıb çıxarılma dedikdə, adətən, hökumətin dövlət borcu hesabına maliyyələĢdirilən xərclərinin artması
səbəbindən özəl investisiyaların azalması nəzərdə tutulur.
Sıxışdırılma mexanizmi faiz dərəcələridir. Hökumətin
borclanması bir qayda olaraq investisiya olunabiləcək vəsaitə olan tələbi artırmaqla, faiz dərəcələrini yüksəldir ki,
bu da öz növbəsində investisiya xərclərini artırır. Nəticədə özəl investisiya azalır.
102
YaĢayıĢ binaların tikintisi Bakı Ģəhərinin mərkəzində binanın uçmasından sonra 2007-ci ildə əsasən dayanmıĢdır.
Tikinti iĢlərinin 2008-ci ilin axırlarında, tikinti normaların təkmilləĢdirilməsindən və yoxlamaların
tamamlanmasından sonra bərpa olunması gözlənilir. 2007-ci ildə nəqliyyat, pərakəndə və topdansatıĢ ticarətə
qoyulmuĢ sərmayələr qeyri-neft ÜDM-in 1,7 faizi qədər azalmıĢdır, lakin emaledici sənaye, o cümlədən qida
məhsullarının istehsalına, ərzağa qoyulmuĢ sərmayələr qeyri-neft ÜDM-in 0,7 faizi qədər artmıĢdır.
103
Müqayisə olunan ölkələr üzrə dəqiq rəqəmləri əldə etmək çətin olsa da, AYĠB-in Keçid Ġndikatorlarından
görünür ki, iri miqyaslı özəlləĢdirmə sahəsində Azərbaycanın reytinqi (2.00) AYĠB orta reytinqindən (4+ Ģkala üzrə
3.7) aĢağıdır. Lakin onun göstəricisi AYĠB-in kiçikmiqyaslı özəlləĢdirmə (Azərbaycanda 3.7, orta hesabla 3.9) və
müəssisələrin yenidənqurulması (Azərbaycanda 2, orta hesabla 2.5) ilə bağlı orta göstəricisinə çox yaxındır.