World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə74/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   70   71   72   73   74   75   76   77   ...   102

 154 
FƏSĠL 5.  
DAHA GENĠġ, DAHA RƏQABƏT QABĠLĠYYƏTLĠ ÖZƏL SEKTORUN 
TƏġVĠQ OLUNMASI  
 
Daha əvvəlki, xüsusilə də II fəsildəki təhlil iki ümumi müşahidə üçün əsas verir: birincisi, neft ixracından 
xarici  valyuta  gəlirlərinin  artmasına  baxmayaraq  Azərbaycan  iqtisadiyyatı  beynəlxalq  rəqabət 
qabiliyyətinin  artırılması  üçün  müasirləşməyə  kəskin  ehtiyacı  olsa  da,  hələ  də  geniş  bazaya  malikdir. 
Hökumətin ictimai infrastruktura investisiyaları məhsuldarlığın artmasına əhəmiyyətli töhfə verməli olsa 
da,  Azərbaycanda  innovasiyaların  tətbiqi  və  ölkənin  yeni  ticarət  şərtlərinə  uyğun  olan  məhsulların 
istehsalı üçün istər yerli, istərsə də xarici özəl investisiyalar tələb olunur. Bu investisiyalar diversifikasiya 
vasitəsilə  iş  yerlərinin  yaradılması  və  iqtisadi  artım  üçün  də  zəruridir.  İkincisi,  qeyri-neft  sektorunda 
güclü  artıma  baxmayaraq  Azərbaycan  iqtisadiyyatının  özünün  istehsal  potensialından  tam  istifadə 
etmədiyini  söyləməyə  əsaslar  var.  Səbəblər  sırasında  yerli  xammalın  qıtlığı  və  ya  keyfiyyətinin  aşağı 
olmasını,  idxal  qiymətlərinin  yüksək  olmasını  və  know-hownun  çatışmadığını  qeyd  4tmək  olar.  İkinci 
fəsildə  göstərildiyi  kimi,  bu  problemlərin  ortaq  məxrəci  biznes  mühitində  zəifliklər,  dövlətin  rolunun 
ifrat  möhkəmliyi  və  bunun  nəticəsində  korporativ  idarəetmənin  siyasiləşdirilməsi  və  kənd 
təsərrüfatının inkişafını dəstəkləyən siyasətlərin zəifliyidir.  
 
Bu  fəsildə  “bazara  daxil  olma  və  genişlənmə  paketi”  adlandırılmış  siyasətlər  təklif  olunur.  Onların 
məqsədi  biznes  fəaliyyətini  əngəlləyən  çətinlikləri  aradan  qaldırmaqla  Azərbaycanın  sahibkarıq 
potensialından  istifadə  etməkdir.  Bu  paketə  digər  məsələlərlə  yanaşı  özəl  sektorun  fəaliyyətə 
başlaması  və  genişlənməsi  üçün  mövcud  olan  formal  və  qeyri-formal  maneələrin  azaldılması  daxildir. 
Bunun müqabilində müəssisələrin vergi məqsədləri üçün öz gəlirləri barədə daha obyektiv məlumatları 
təqdim edəcəyi gözlənilir. Bu yanaşma “Doing Business” hesabatındakı meyarlar və gömrük sisteminin 
inkişafı üzrə yeni Dövlət Proqramı kimi sahələrdə əldə edilmiş irəliləyişləri əks etdirir. Kiçik şirkətlər bu 
paketi üzləşdikləri yeni, bahalaşan ticarət şərtlərindən xilas yolu kimi cəlbedici hesab edə bilərlər. Daha 
iri  şirkətlər  bazarın  həcminin  artmasından  (heç  də  zəruri  olaraq  onların  bazar  payının  artmasından 
deyil), daha yüksək keyfiyyətli yerli materiallardan və işgüzar fəaliyyətlə məşğul olmaq üçün əngəllərin 
azalmasından  faydalana  bilərlər.  Qeyri-qanuni  gəlirlərə  adətkər  olmuş  məmurlar  bu  halda  öz  qeyri-
qanuni  gəlirlərini  itirəcəklər,  lakin  daha  yüksək  əmək  haqqından,  peşəkarlıqdan  və  təminatlı 
məşğulluqdan bəhrələnəcəklər.  
 
Bu fəsildə, hesabatın digər bölmələrində olduğu kimi, hesab olunur ki, qarşıdan gələn beş illik dövrdə 
Azərbaycanın neft gəlirləri nisbətən yüksək olacaq (qiymətlər hazırda əhəmiyyətli dərəcədə düşsə də) 
və  bu,  Azərbaycan  iqtisadiyyatının  davamlılığını  təmin  etmək  üçün  qeyri-neft  vergi  bazasını  inkişaf 
etdirmək üçün unikal fürsət yaradır və, paralel olaraq, özəl sektorun fəaliyyətinə maneçiliyin azalmasını 
təmin edir.
  
 
 
 
 
 


 155 
A.
 
G
IRIġ
 
5.1.
 
Azərbaycanın özəl sektoru öz tacirlik keyfiyyətlərinə görə məĢhurdur. O, həmçinin, hətta 
Sovet dövründə belə mürəkkəb Ģəraitdə zəngin fəaliyyət təcrübəsinə malikdir və müstəqillik əldə 
etdikdən  sonra  öz  mövcudluğunu  davam  etdirmiĢdir.  Hər  hansı  iqtisadiyyatın  inkiĢafı  üçün 
beynəlxalq mal, kapital, xidmətlər və know-how bazarlarına sərbəst çıxıĢ önəmlidir. Azərbaycan 
üçün də artım və məĢğulluq perspektivləri kənd təsərrüfatının (daxili istehlak və regional ticarət 
üçün) və xidmətlərin (tarixi Ġpək Yolu boyunca ticarət və tranzit) geniĢlənməsinə əsaslanır. Eyni 
zamanda  orta  müddətli  perspektivdə  istehsal  da  müəyyən  rola  malik  ola  bilər.  Özəl  sektorun 
ölkənin  iqtisadi  inkiĢafının  lokomotivinə  çevrilməsi,  məhsuldarlıq  və  məĢğulluq  potensialından 
tam istifadə etməsi və ticarət imkanlarının reallaĢdırması üçün Azərbaycan hökuməti daha çox iĢ 
görməlidir. Beynəlxalq sorğuların bəzi nəticələri göstərir ki, Azərbaycan hökuməti özəl sektora 
həddən  artıq  cəlb  olunmuĢdur  –  digər  dövlətlərdən  daha  artıq  –  bu  da  ki,  qeyri-bərabər  oyun  
qaydaları  və  tam  əlveriĢli  olmayan  biznes  iqliminin  mövcudluğu  ilə  nəticələnir.  Gömrük 
məlumatları arasında uyğunsuzluq bu iddianı əsaslandırır (digər nümunələri də qeyd etmək olar). 
Müəssisələrin formal iqtisadiyyatda fəaliyyətinə tam Ģərait yaratmayan vergi sistemi də (o, daha 
kiçik  sahibkarlıq  subyektlərini  əhatə  edən  vergi  bazasından  ümumi  potensial  gəlirlərin  yalnız 
təxminən 20 faizini toplayır) ―qeyri-bərabər oyun meydanını‖ daha da  mürəkkəbləĢdirir. Qeyri-
rəsmi  iqtisadiyyatda  fəaliyyət  iqtisadiyyatın  səmərəliliyinə  zərbə  vurur  və  dövlət  xəzinəsinin 
gəlirlərinin itirilməsinə səbəb olur. 
 
5.2.
 
Bu  fəsildə  Azərbaycanda  məhsuldar  sektorun  fəaliyyətinə  ümumi  nəzər  salınır  və 
hökumət və özəl sektor arasında münasibətlər nəzərdən keçirilir. Bu fəslin məqsədi: (i) fəaliyyət 
mühitinin  icmalını  təqdim  etmək;  (ii)  formal  fəaliyyətə  mane  olan  amilləri  müəyyənləĢdirmək, 
və  (iii)  formal  sektorda  fəaliyyəti  təĢviq  etmək  məqsədilə  özəl  sektorun  fəaliyyət  mühitinin 
yaxĢılaĢdırılması üçün tövsiyələr verməkdir. Bu fəsildə Azərbaycandakı bazarların monopolistik 
təbiəti  barədə  2-ci  fəsildə  baĢlanmıĢ  araĢdırma  davam  etdirilir.  Hazırkı  fəsildə  aĢağı  rəqabət 
Diaqram 5.1: Ġslahatların birinci nəsli 
Diaqram 5.2: Ġslahatların ikinci nəsli 
 
 
 
Mənbə: EBRD Transition Indicators. 
Qeyd:  AB-ə qoĢulmuĢ ölkələrə son 6 ildə birliyə qoĢulmuĢ 
ölkələrin orta göstəricisi daxildir 
 
Mənbə: EBRD Transition Indicators. 
Qeyd:  AB-ə qoĢulmuĢ ölkələrə son 6 ildə birliyə qoĢulmuĢ 
ölkələrin orta göstəricisi daxildir
 
0
 
1
 
2
 
3
 
4
 
5
 
Azərbaycan
 
MDB
 
Ermənistan
 
Gürcütsan 
 
Qazaxıstan 
 
Rusiya
 
Rum/Bolq
 
AB-ə yeni üzvlər 
 
1995 
 
2001 
 
2007
 
0
 
1
 
2
 
3
 
4
 
5
 
MDB
 
Rusiya 
 
Qazaxıstan 
 
Azərbaycan 
 
Rumıniya/Bolqar
 
Ermənistan 
 
Gürcüstan 
 
AB-ə yeni üzvlər *
 
1995 
 
2001 
 
2007
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə