World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə71/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   67   68   69   70   71   72   73   74   ...   102

 148 
təhlil  edərək  şaquli  ayrılmanın  və  rəqabətli  çıxışın  üstünlükləri  və  çatışmazlıqlarını  müqayisə 
etməlidir. Şaquli inteqrasiya olunmuş sistemdə - hətta müxtəlif departamentlər tərəfindən nəzarət 
olunduğu  halda  –  yol  təsərrüfatı,  sərniĢin  daĢımaları,  yük  daĢımaları  əməliyyatları  əhəmiyyətli 
dərəcədə  əlaqələndiriləcək  və  dəmir  yolu  tərəfindən  infrastruktura  investisiya/əməliyyat 
məsrəfləri  və  əməliyyatlara  investisiya/əməliyyat  məsrəfləri  arasında  lazımi  balans  təmin  edilə 
biləcəkdir.  Şaquli  ayrılmış  sistemdə  təhlükəsizlik,  əməliyyatların  əlaqələndirilməsi  və 
investisiyalar üçün daha mürəkkəb tənzimləmə sisteminə ehtiyac duyulur.    
4.49.
 
Gələcəkdə  bir  neçə  sərniĢin  daĢımaları  operatorunun  meydana  gəlməsi  potensialı 
var,  lakin  bir  qayda  olaraq  hətta  böyük  ölkələrdə  belə,  dəmir  yolu  sektorunda  rəqabətin 
yaradılması çətindir. Dövlətə məxsus inhisarın saxlanması ən məsrəfli seçim olsa da, sektorda 
səmərəliliyin artırılmasına yönəlmiĢ müxtəlif təĢviqedici yanaĢmalar mövcuddur. SərniĢin və yük 
daĢımalarında  özəl  sektorun  iĢtirakı  (misal  üçün,  konsessiyalar)  effektivliyi  və  xidmət 
keyfiyyətini  artırır  (HaĢiyə  4.4).  Lakin  qeyd  etmək  vacibdir  ki,  struktur  islahatının  əksər 
mənfəətləri  özəlləĢdirmədən  deyil,  faktiki  olaraq  özəl  operatorlara  verilmiĢ  çevik  qiymət 
mexanizmi  və  əməliyyat idarəetməsindən irəli gəlir .
94
 Nəqliyyat  növləri arasında rəqabət  digər 
vacib  elementdir.  Azərbaycanda  dəmir  yolu  sektorunun  modernləĢdirilməsi  zamanı  ġərq-Qərb 
magistral yolu və BTC neft kəmərilə rəqabət nəzərdən qaçırılmamalıdır.  
4.50.
 
Sektorun yüksək prioritetli qısa müddət baxımından həyata keçirilməsi zəruri olan 
islahatları aĢağıdakılardır:    

 
Tam audit yoxlamasını aparmaq, aktivlərin inventarizasiyanı keçirmək və mühasibatda 
BMHS-i tətbiq etmək  

 
Yolların  və  lokomotivlərin  bərpası  üzrə  hal-hazırda  həyata  keçirilən  iĢləri  baĢa 
çatdırmaq  

 
Dəmir yolunu səhmdar cəmiyyətə çevrilməsini tamamlandırmaq və korporativ modelə 
(fəaliyyət istiqamətlərinə) əsaslanan strukturu yaratmaq  

 
Tariflərin formalaĢdırılması prosesinin Ģəffaflığını artırmaq  

 
SərniĢin  və  yük  daĢımaları  seqmentlərində  özəl  sektorun  iĢtirakının  mümkünlüyünü 
qiymətləndirmək.  
J.
 
S
U TƏCHIZATI VƏ KANALIZASIYA 
 
4.51.
 
Azərbaycanın  kənd  ərazilərində  təkmilləĢdirilmiĢ  su  təchizatına  çıxıĢ  çox  aĢağı 
səviyyədə qalır. ġəhər ərazilərində, xüsusilə Böyük Bakı ərazisində su təchizatına çıxıĢ əhalinin 
90%-dən  yuxarı  olsa  da,  kənd  ərazilərində  həmin  göstərici  40%-dən  aĢağı  ola  bilər,  bu  da 
regionda  ən  aĢağı  göstəricilər  arasındadır.  Bakı  və  rayonların  kiçik  Ģəhərləri  arasında  fərq  çox 
yüksəkdir.  Bakı Ģəhərində ev təsərrüfatlarının 93 faizi suyu boru kəmərlərindən alsa da, həmin 
göstərici  digər  ərazilərdə  10%-dən  aĢağı  səviyyədən  70%-ə  qədər  təĢkil  edə  bilər.  Kənd  
ərazilərində boru kəməri vasitəsilə su təchizatından asılılıq xüsusilə aĢağıdır. Kənd sakinlərinin 
yalnız  11-33%-i  boru  kəməri  vasitəsilə  su  alır.  Su  təchizatı  xidmətlərinin  keyfiyyəti  ondan  da 
aĢağı  səviyyədədir. Yekun olaraq, su təchizatının  etibarlılığı (və  ya fasiləsizliyi)  Azərbaycanın 
ən ciddi problemlərindən biri olaraq qalır.   
                                                 
94
 Kessides 2004. 


 149 
4.52.
 
Azərbaycanda, Bakı Ģəhəri daxil olmaqla, hətta Ģəhər ərazilərində tullantı sularının 
təmizlənməsi  də  aĢağı  səviyyədədir.  Bakı  Ģəhərində  sakinlərin  75%  kanalizasiya  Ģəbəkəsinə 
qoĢulub.  Lakin  Ģəbəkənin  köhnəlməsi  səbəbindən  tullantı  sularının  yalnız  50%-i  təmizlənir. 
Digər  Ģəhər  ərazilərində  kanalizasiya  Ģəbəkəsinin  əhatəliliyi  32%  səviyyəsində  qiymətləndirilir 
və  tullantı  sularının  əksər  hissəsi  təmizlənmir.  Kənd  ərazilərində  insanlar  əsasən  yerli 
kanalizasiya  qurğularından  istifadə  edir.  Kənd  əhalisinin  yalnız  36%-nin  təkmilləĢdirilmiĢ 
kanalizasiya  vasitələrinə  çıxıĢa  malik  olması  hesab  olunur.  Hal-hazırda  ölkədə  ev 
təsərrüfatlarının kanalizasiya Ģəbəkəsinə qoĢulmasını tənzimləyən qanunvericilik mövcud deyil.  
4.53.
 
Sektorun  ən  ciddi  problemi  dövlətə  məxsus  su  Ģirkəti  “Azərsu”  SC-nin  mövcud 
sistemin  təmiri  və  bərpası  üçün  kifayət  qədər  maliyyə  resurslarını  əldə  etməməsindən 
ibarətdir.    Azərsu Qrupu (―Azərsu‖ və onun törəmə müəssisələri) ölkənin 55 rayonunda bütün 
su  təchizatı  və  kanalizasiya  xidmətlərinin  göstərilməsi  üçün  cavabdeh  olan  iri  dövlət 
müəssisəsidir.  Müstəqil  törəmə  müəssisələr  tərəfindən  xidmət  olunan  dörd  Ģəhər  və  Naxçıvan 
MR  istisna  təĢkil  edir.  Azərsu  Qrupu  təxminən  910  000  müĢtəriyə  (qoĢulma  nöqtələrinə)  
malikdir, ildə təxminən 660 milyon m

su istehsal edir və 500 milyon m

 satır. Lakin fəaliyyət 
hədəfləri  və  səlahiyyətlər  hökumət  və  Azərsu  arasında  bugünədək    dəqiq  razılaĢdırılmamıĢdır. 
Tam sayğaclaĢdırma, hesab təqdim etmə, gəlirin artırılması tədbirləri və tələbatın idarə edilməsi 
praktikası daxil olmaqla, su sektorunda bütün islahatlar elektrik enerjisi sektoru ilə müqayisədə 
zəif  həyata  keçirilib.  Nəticədə,  su  sektorunun  maliyyə  vəziyyəti  zəif  olaraq  qalmaqla  Ģirkətin 
xidmət  keyfiyyətinin  artırılması  üçün  investisiya  qoymaq  potensialına  mənfi  təsir  göstərir. 
Azərsu sektora qoyulan ciddi investisiyaların maliyyələĢdirilməsində hələ də hökumət və donor 
vəsaitindən əhəmiyyətli dərəcədə asılıdır. 2006-cı ildə ―Azərsu‖ SC-nin Böyük Bakı və AbĢeron 
yarımadası  üzrə  kreditor  borcları  320  milyon  ABġ  dolları  təĢkil  etmiĢdir  və  həmin  məbləğin 
əksər  hissəsini  ―Azərenerji‖  qarĢısında  borclar  təĢkil  edib,  çünki  ―Azərsu‖  SC-nin  əməliyyat 
məsrəflərinin  yarısından  çox  hissəsi  enerji  xərcləridir.  Eyni  zamanda,  Azərsu  2006-cı  ilə  qədər 
əsasən müĢtərilərdən 321 milyon ABġ dolları həcmində debitor borclarını toplayıb
95
  
                                                 
95
 2006-cı ilin audit yoxlamasından keçməmiĢ hesabatlara əsaslanır.  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə