World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə67/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   63   64   65   66   67   68   69   70   ...   102

 139 
olunması,  düzgün  həyata  keçirilsə,  kommersiya  effektivliyinin  artırılmasına  ciddi  təsir  göstərə 
bilər (HaĢiyə 4.1). Özəl paylayıcılar üçün enerji təchizatının kommersiya xarakterini və enerjinin  
yalnız  enerji  haqlarını  ödəyənlərə  təmin  edilməsini,  xidmət  haqlarını  ödəməyən  müĢtərilərə 
xidmət  göstərməkdən  imtina  etmək  hüququnu  və  ödəniĢ  borclarının  aradan  qaldırılması  üçün 
sadə,  cəld  və  məsrəf  nöqteyi-nəzərdən  sadə  tədbirləri  müəyyən  edən  səmərəli  qanunvericilik 
çərçivəsi təmin edilməlidir.     
HaĢiyə 4.1: Gürcüstanın enerji paylaĢdırılması Ģəbəkəsində özəl sektorun iĢtirakı  
Enerjinin paylaĢdırılmasında özəl sektorun iĢtirakı kommunal müəssisələrə sayğaclaĢdırmanı, yığımı, və bununla da 
maliyyə  vəziyyətlərini  yaxĢılaĢdırmağa  imkan  verir.  Misal  üçün,  Gürcüstan  1998-ci  ildə  Tbilisidə  enerjinin 
paylaĢdırılması üçün özəl operatoru cəlb edib. MüĢtərilərdən enerji haqlarının yığımı 2000-ci ildəki 44%-dən 2002-
ci  ildə  86%-ə  qalxıb.  Həmin  dövr  ərzində,  gəlirlər  təxminən  170%-ə  qalxıb,  tarif  isə  nisbətən  az,  təxminən  20% 
qaldırılıb (2000-ci ildə bir kilovat / saata 8.6 laridən 2002-ci ildə bir kilovat/saata 10.3 lariyə). Tarifin qaldırılması 
gəlirin  müəyyən  dərəcədə  artmasına  təsir  göstərib,  lakin  Gürcüstanın  uğuru  əsasən  sayğaclaĢdırmanın 
gücləndirilməsi  və  icra  tədbirləri  vasitəsilə  enerji  haqlarının  yığılmasında  ciddi  irəliləyiĢlərlə  izah  olunur.  Əlavə 
olaraq,  Gürcüstanın  təcrübəsi  onu  göstərir  ki,  hazırkı  ―aqressiv  yanaĢma‖  aĢağı  gəlirli  ev  təsərrüfatlarına  yetərli 
subsidiyaların  və  transferlərin  verilməsi  vasitəsilə  sosial  məsələlərlə  uyğunlaĢdırıla  bilər.  Ġstilik  istisna  olmaqla,  
iĢıqlandırma  və  bəzi  kiçik  elektrik  cihazların  iĢini  təmin  etmək  üçün  minimal  məbləğdə  subsidiya  mənfi  sosial 
təsirləri  əsasən  aradan  qaldıracaq.  2003-cü  ilin  Qızılgül  Ġnqilabından  sonrakı  illərdə  Gürcüstan  hökuməti  sektorun 
fəaliyyətini  təkmilləĢdirmək  üçün  idarəetməyə  podratçıları  cəlb  edib,  ondan  sonra  isə  paytaxtdan  kənar  bütün 
paylaĢdırma Ģəbəkələrinin özəlləĢdirilməsini aparıb və hər iki addım enerji sektorunun maliyyə davamlılığının təmin 
edilməsi üçün önəmli olmuĢdur. 
 
Mənbə: Besant-Cons 2006 
 
 
4.26.
 
Əlavə  olaraq,  hökumət  sektora  daha  çox  özəl  investisiyaların  cəlb  edilməsi  üçün 
sektoral  struktura  malik  olmalıdır  (Dövlət  və  özəl  sektorun  rolları  aydın  bölünməlidir).  
Azərbaycan  enerji  istehsalında  rəqabətli  mühitdən  uzaq  ola  bilər,  buna  baxmayaraq  MEĠ-lərə 
paylama Ģirkətləri və iri müĢtərilərlə birbaĢa müqavilələr bağlamağa icazə vermək olar. BirbaĢa 
ikirətəfli  müqavilələr  qonĢu  Gürcüstanda  enerji  haqlarının  yığılmasına  müsbət  təsir  göstərib  və 
tədricən daha rəqabətli enerji sektorunun yetiĢdirilməsi üçün əsas təĢkil edə bilər. Konsessiyalar, 
lisenziyalar, tariflər və  sektorda həyata keçirilən  fəaliyyətlərə nəzarət  etmək üçün kifayət  qədər 
səlahiyyətləri  olan  tənzimləyici  qurum  yaradılmalıdır.  Tarif  ġurası  və  ya  tənzimləyici  qurumun  
varisi,  həmçinin,  qiymətin  qeyri-rəqabətli  elementlərini  (misal  üçün  ötürmə  haqları)  və 
inflyasiyanı xüsusi nəzərə alan orta müddətdə qiymətlərin tənzimlənməsi üzrə Ģəffaf mexanizmi 
müəyyən etməlidir. Enerji sektoruna daxil olan özəl investorlar üçün elektrik enerjisinin gələcək 
qiymətləri barədə məlumat (bu əvvəlcədən proqnozlaĢdırıla bilən olmalıdır) və hökümətə etimad 
tələb  olunur.  Əgər  Hökumət  kommunal  müəssisələrə  pərakəndə  qiymətlərini  razılaĢdırılmıĢ 
səviyyəyə  qaldırmağa  imkan  yarada  bilməsə,  o  zaman    topdansatıĢ  və  pərakəndə  qiymətləri 
arasında mümkün mənfi fərqin ödənilməsi üçün transfer və ya subsidiyalar tələb olunacaq. Əks 
təqdirdə,    özəl  sektorun  infrastrukturda  iĢtirakı  ilə  bağlı  Hökumətə  etibarlılıq  əhəmiyyətli 
dərəcədə azala bilər. (HaĢiyə 4.2).  
HaĢiyə 4.2: Enerji istehsalında özəl sektorun iĢtirakı  
Bir  sıra  ölkələrdə,  enerji  sektoruna  yeni  daxil  olan  özəl  Ģirkətlərin  fəaliyyəti  tənzimləyici  qurum  tərəfindən  deyil, 
müqavilə  əsasında  fəaliyyət  göstərirlər.  Bu  kimi  müqavilələr  arzuolunmaz  hallara  gətirib  çıxara  bilər:  investisiya 
çatıĢmazlığı tarif səviyyəsinin düzgün olmaması və nəticədə bu məsələlər likvid və rəqabətli elektrik enerji bazarının 
inkiĢafına  mane  ola  bilər.  (Uzunmüddətli  enerji  alıĢı  ilə  bağlı  müqavilə  (EAM)  çərçivəsində  bütün  kommersiya 
riskləri özəl istehsalçıdan dövlət alıcısına ötürülür). Bununla belə, tək alıcı   modeli, enerji istehsalçısı ilə paylayıcı 
Ģirkətlərlə birbaĢa bazar müqavilənin bağlanması  mexanizmini nəzərdə tutmur bununla  alıcı izafi enerji istehsalını 


 140 
dəstəkləyir  və  ona  görə  yüksək  qiymət  ödəyir.  PolĢanın  elektrik  enerji  sənayesi  1990-cı  illərin  əvvəllərində 
ixtisaslaĢdırılıb. ―Polskie Sieci Elektroenergetyczne‖ Ģirkəti ölkədə yeganə Ģirkətdir və onun fərdi istehsalçılarla 24-
dən  artıq  EAM  müqaviləsi  bağlanılıb  və  ölkənin  enerji  tələbinin  üçdə  ikisini  əhatə  edir.  Bu  standart  saziĢ  gələcək 
liberalizasiya  səylərini  çətinləĢdirmiĢdir.  Macarıstan  da,  EAM-la  pərakəndə  qiymətləri  arasında  əlaqənin 
olmamasından  əziyyət  çəkmiĢdir,  çünki  Hökumət  pərakəndə  qiymətləri  lazımı  səviyyəyə  qədər  artırmamıĢdır. 
Bunun  nəticəsində  operatorlara  büdcədən  birbaĢa  subsidiyalar  ayırmaq  lazım  olmuĢdur.  Beləliklə  ilkin  müqavilə 
dövrünün bitməsindən sonra tənzimləmə qurumu tərəfindən  tənzimləməyə qayıtması tövsiyə olunur.    
 
Mənbə: Nyuberi 2001, Kessides 2004, və Besant-Cons 2006. 
 
 
4.27.
 
Enerjinin topdansatıĢı sahəsində liberallaĢdırma və rəqabətlilik daxil olmaqla daha 
qabaqcıl və rəqabətli enerji sektorunun təmin edilməsi üçün, Azərbaycan daha mürəkkəb 
institusional mexanizmləri yaratmalıdır. Lakin bu qərar, xüsusi olaraq, potensial regional 
bazara münasibətdə daha geniĢ strateji yanaĢma ilə birlikdə qəbul olunmalıdır. Qazaxıstan, 
Rumıniya,  Türkiyə  və  Ukraynada  ixtisaslaĢma  və  özəlləĢdirmə  vasitəsilə  tam  rəqabətli 
strukturlar  yaradılmıĢdır.  Eynilə,  ―Azərenerji‖  enerji  paylayıcı  sistemin  istismarı  və  ona 
sahibliyin istehsal fəaliyyətindən tam ayrılması vasitəsilə daha birmənalı Ģəkildə ixtisaslaĢa bilər. 
Bundan əlavə, istehsalın paylaĢdırmadan ayrılması beynəlxalq təcrübəyə və konkret olaraq AB-
nin  rəqabətli  sisteminə  uyğun  olacaq.  Azərbaycanda  bu  daha  çox  əhəmiyyət  kəsb  edər,  əgər 
enerji  istehsalçıları  Ģirkətlərinə  müĢtərilər  üzrə  rəqabət  aparmaq  imkanları  yaradılar.  Müstəqil 
tənzimləyiciyə  sektora  daxil  olan  yeni  Ģirkətlərə,  ötürmə  və  pərakəndə  satıĢ  tariflərinə  (real 
rəqabətli  bazarın  olmamasını  nəzərə  alaraq),  müĢtərilərə  göstərilən  xidmətlərin  səviyyəsinə  və 
ticarətin təĢkilinə nəzarət etmək üçün tam səlahiyyətlər verilməlidir. Əlavə olaraq, regional enerji 
bazarının tətbiq olunacağı halda, güclü bazar operatoruna ehtiyac olacaq. Bu cür regional bazar 
(Cənubi Qafqaz ölkələrinin hüdudlarından çıxmaqla) qismən tamamlayıcı xarakter daĢıyacaq və 
daha  iri  miqyaslı  bazarlara  və  istehsal  güclərinə  çıxıĢı  təmin  etməklə  və  bununla  rəqabətin 
müĢtərilərin xeyrinə daha yaxĢı iĢləməsinə imkan yaratmaqla xidmətlərin səmərəli göstərilməsi 
üçün ciddi potensiala malikdir.   
4.28.
 
Sektorun yüksək prioritetli qısa müddət baxımından həyata keçirilməsi zəruri olan 
islahatları aĢağıdakılardır:  

 
Həm topdansatıĢ həm pərakəndə satıĢ səviyyələrində xidmət haqlarının demək olar ki
tam yığımının təmin edilməsi.  

 
Bazarların strukturu və enerji sektorunda regional potensialın istifadə edilməsi ilə 
bağlı strateji qərarların verilməsi; gələcək yenidən təĢkil olunmuĢ enerji sektorunda 
―Azərenerji‖ ASC-nin rolunun və sahibliyinin nəzərdən keçirilməsi.  

 
Hökumət tərəfindən planlaĢdırıldığı kimi MEĠ-larla müqavilələrin bağlanması.  

 
Tariflərin müstəqil qaydada müəyyən edilməsi və paylayıcı Ģirkətlər, gələcək MEĠ-lər 
və ―Azərenerji‖ ASC-nin fəaliyyətinə nəzarət edilməsi üçün müstəqil tənzimləyicinin 
yaradılması. 

 
Enerjinin paylaĢdırılması üçün əlavə konsessiya / idarəetmə müqavilələrinin  
bağlanması. 
2.3.R
ABITƏ
 
4.29.
 
Mobil rabitə bazarının son zamanlar inkiĢaf etməsinə  baxmayaraq, Azərbaycanda 
telekommunikasiya  xidmətlərinə  çıxıĢ  regionun  digər  ölkələrilə  müqayisədə  nisbətən 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə