World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə66/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   62   63   64   65   66   67   68   69   ...   102

 137 
sektorun  idarəçiliyi  altında  beĢ  illik  müqavilə  əsasında  fəaliyyət  göstərir  (lakin  aktivlər 
Azərenerjiyə  məxsusdur).  Naxçıvanda  ayrıca  paylayıcı  Ģirkət  fəaliyyət  göstərir.  Enerjinin 
istehsalı  seqmentində  istehsal  gücünün  artırılması  məqsədilə,  hökumət  müstəqil  enerji 
istehsalçılarının (MEĠ) cəlb edilməsi ehtimalını nəzərdən keçirir.    
4.20.
 
Lakin  ciddi  strateji  məsələ  öz  həllini  tapmalıdır.  Enerjinin  paylaĢdırılması  istisna 
olmaqla,  sektorun  strukturu  ilə  bağlı  hökumətin  planları  (dövlət  və  özəl  sektorları  arasında 
vəzifələrin  bölgüsü,  özəl  iĢtirakçıların  nə  dərəcədə  cəlb  olunması,  sahiblik  və    idarəçilik 
praktikası)  nə sektorun iĢtirakçılarına, nə də ictimaiyyətə dəqiq çatdırılmır. ―Azərenerji‖ ASC-
nin gələcək rolu da qeyri-müəyyəndir. Bütün seçimlərin açıq olması görünür, və, o, milli ötürmə 
Ģirkəti və ya istehsal Ģirkəti ola bilər, ya da enerjini istehsal edən və ötürən və mümkün ki, MEĠ-
lərdən  əlavə  enerjinin  alan  milli  qurum  qismində  qala  bilər.    Azərbaycan,  həmçinin,  Cənubi 
Qafqaz,  Rusiya,  Türkiyə  və  Ġran  arasında  enerji  ticarəti  imkanlarını  nəzərə  alaraq,  öz  regional 
potensialını  araĢdırmaq  imkanına  malikdir.  Hökumət  regional  enerji  bazarının  inkiĢafında 
ölkənin  rolu  və  ―Azərenerji‖  ASC-nin  bu  münasibətdə  mümkün  iĢtirakı  ilə  bağlı  vacib  strateji 
qərar qəbul etməlidir.  
4.21.
 
Tənzimləmə  funksiyaları  Ġqtisadi  ĠnkiĢaf  Nazirliyi,  Tarif  ġurası  və  “Azərenerji” 
ASC  arasında  bölüĢdürülmüĢdür,  lakin  dəqiq  müəyyən  edilməmiĢdir    (xüsusilə  də 
potensial özəl elektrik enerjisi istehsalçılarından elektrik enerjisinin alıĢı saziĢlərinin idarə 
edilməsi  ilə  bağlı)  -  bu  da,  öz  növbəsində,  strateji  qərarın  verilməsindən  sonra  ən  yaxĢı 
Ģəkildə müəyyən edilə bilər. Hal-hazırda, Azərbaycanda müstəqil tənzimləyici qurum mövcud 
deyil.  Həmçinin,  potensial  özəl  enerji  istehsalçıları  ilə    enerjinin  alınması  müqavilələrini  idarə 
edəcək qurumla bağlı konsensus yoxdur.  Ümumiyyətlə tövsiyə olunur ki, paylama Ģirkətlərini və 
enerji  istehsalçılarını  birbaĢa  əlaqələndirən  daha  çox  bazar  yönümlü  enerji  strukturu  yaradılsın 
(Azərbaycanın vəziyyətində yəqin ki, uzun müddətli perspektivdə).  Özəl sektorun daha çox cəlb 
olunması  üçün  hökumət  tərəfindən  müəyyən  müdaxilələrin  tələb  oluna  bilməsinə  baxmayaraq, 
bu cür müdaxilələr müvəqqəti xarakter daĢımalıdır. Ġlkin müqavilələrin müddətinin bitməsindən 
sonra  müstəqil  tənzimləyici  tərəfindən  bazar  prinsiplərinə  əsaslanan  tənzimləməyə  qayıtmaq 
tövsiyə  olunur.  Lakin  hökumətin  bu  yanaĢmanı  tətbiq  edəcəyi  özünü  aydın  təzahür  etdirmir. 
Hökumətin sektor üçün biznes modelə sadiq olmaması investisiyalar və idarəetmə ilə bağlı ciddi 
qərarları  ləngidir  və  hökumət  üçün  həddindən  artıq  yüksək  fəaliyyət  və  maliyyə  risklərini 
yaratmağa davam edir.    
4.22.
 
Elektrik enerji sektorunda müəyyən 
maliyyə  məsələləri  son  zamanlar  tariflərə 
dəyiĢikliklərin  edilməsi  və  sayğaclaĢdırma 
səyləri hesabına həll olunub.   Elektrik enerji 
tariflərinin 
məsrəfləri 
ödəyən 
səviyyəyə 
çatması  və  ya  yaxınlaĢması  müĢahidə  olunur. 
Fiziki Ģəxslər üçün elektrik enerji tarifi 2007-
ci ilin yanvar ayında üç qat qaldırılıb (Cədvəl 
4.8).  2007-ci  ilin  noyabr  ayında  Bakı  və 
Sumqayıt  Ģəhərlərində  sayğaclaĢdırma  100%-ə,  və  ölkənin  qalan  ərazilərində  ona  yaxın 
səviyyəyə çatıb.  
Cədvəl 4.8: Azərbaycanda Enerji Tarifləri, 2006–07 
(AZN  bir kV saat üçün AZN) 
 
Mənbə: Tarif ġurası.  
 
 
 
 
2006
 
 
 
2007
 
 
 
Artım 
 
(%)
 
 
 
Fiziki Ģəxslər 
 
 
 
0.0192
 
 
 
0.0600
 
 
 
212.5
 
 
 
Ġsteshsal 
 
-
  
 
 
0.0260
 
 
 
0.0600
 
 
 
130.8
 
 
 
Ticarət və xidmətlər
 
 
 
0.0600
 
 
 
0.0600
 
 
 
0.0
 
 
 
 
 


 138 
4.23.
 
Buna baxmayaraq, mövcud məsrəflərlə sektorun davamlı olmasını gözləmək olmaz, 
bunun üçün yığımın 100%-ə yaxın səviyyəyə qaldırılması tələb olunur. Hökumət tərəfindən 
transferlərin 
ayrılmasına 
müvəqqəti 
olaraq 
ehtiyac 
yaranmasa  da,  prinsip  etibarilə 
potensial 
iqtisadi 
kəsirlər 
paylama 
Ģirkətlərinin 
―Azərenerji‖  ASC-yə  və  ya 
―Azərenerji‖ ASC-nin ARDNġ-
ə borclarının yığılmasında və ya 
baĢqa  cür  təmir  və  istismarla 
bağlı  zəruri  investisiyaların 
gecikdirilməsində 
gizlənəcəkdir. 
 
Paylama 
Ģirkətlərindən  –  faktiki  olaraq 
müĢtərilərdən  –  yığım  artırılır.  Topdan  satıĢ  enerji  haqlarının  yığımı  2005-ci  ildəki  təxminən 
46%-dən 2007-ci ilin sentyabr ayında təxminən 53%-ə (Cədvəl 4.9) qalxıb və 2008-ci ildə onun 
ciddi  artması  görünür.  Lakin,  yığım  hələ  də  qeyri-məqbul  aĢağı  səviyyədədir  və  elektrik 
enerjisini  paylaĢdıran  Ģirkətlərin,  və,  həmçinin,  ―Azərenerji‖  ASC-nin  maliyyə  davamlılığını 
təhlükə altına qoyur. Kommersiya və texniki effektivliyin artırılması, və eyni zamanda gələcəkdə 
lazımsız  qiymət  artımının  məhdudlaĢdırılması  zəruridir.  Xüsusi  qeyd  olunmalıdır  ki,  mövcud 
tarif  yoxsul ev təsərrüfatları üçün ağır  yükdür və səmərəli sosial müdafiə sisteminin vacibliyini 
artırır.   Azərbaycanda Alıcılıq Qabiliyyətini Pariteti metodu əsasında adambaĢı ÜDM-ə nisbətən 
elektrik enerjinin qiyməti Baltik ölkələri və Bolqarıstandakı eyni göstəricidən yüksəkdir. Həmin 
ölkələrin  bəziləri  beynəlxalq  enerji  qiymətlərinin  artırılmasını  tariflərində  hələ  ki,  nəzərə 
almayıblar.  Lakin  aydındır  ki,  Azərbaycanın  elektrik  enerji  qiymətləri  artıq  regionda  ən  aĢağı 
qiymətlər arasında deyil.   
4.24.
 
Elektrik  enerjisinə  tələbin  idarə  olunmasının  gücləndirilməsi  2007-ci  ildən 
baĢlayaraq  izafi  enerji  istehsalının  azalmasına  təsir  göstərmiĢdir.  Nəzarət  olunmayan 
ödəməmələr  və  ya  aĢağı  enerji  tarifləri  səbəbindən  elektrik  enerjisi  ifrat  istehlak  olunmuĢdur. 
Daha  yüksək  enerji  tariflərini  və  ümumi  sayğaclaĢdırmanı  nəzərə  alaraq,  müĢtərilər  enerjidən 
daha rasional istifadə etməyə məcburdurlar. Hazırkı yanaĢma digər infrastruktur sektorlarına da 
tətbiq olunmalıdır.  
4.25.
 
Bu  müsbət  nəticələrin  davamlılığını  təmin  etmək  üçün,  bir  sıra  islahat  proqramı 
daha  da  gücləndirilməlidir.  Məsrəfləri  ödəyən  səviyyəyə  çatdırılmaq  üçün  elektrik  enerji 
tarifləri  üç  qat  qaldırılıb  və  demək  olar  ki,  hər  yerdə  sayğaclar  quraĢdırılıb.  Lakin  ilk  növbədə 
pərakəndə  və  topdansatıĢ  enerji  haqlarının  yığımının  demək  olar  ki,  100%  səviyyəsinə 
çatdırılması  sektorda  gələcək  islahatların  davamlılığının  təmin  edilməsi  üçün  ən  təcili  və 
fundamental Ģərtdir. Paylama Ģirkətlərindən enerji haqlarının yığılması tədricən artır, lakin əksər 
ərazilərdə  50-60%  səviyyəsində  qalmaqdadır.  Ġkincisi,  Azərbaycan  enerji  hasilatına  külli 
miqdarda  dövlət  vəsaitini  xərcləyib.  Lakin  həm  faktiki  investisiyalar,  həm  də  təkmilləĢdirilmiĢ 
ödəniĢ-stimul  mexanizmləri  vasitəsilə  sektor  üçün  böyük  potensiala  malik  olan  paylama 
seqmentində  səmərəliliyin  artırılmasına  da  yüksək  önəm  verilməlidir.  Bu  baxımdan  ötürmə 
sisteminin yenidən qurulması və SCADA/EMS sisteminin tətbiqi əhəmiyyət kəsb edir. Sumqayıt 
və  ġəki  Ģəbəkələrindən  nümunə  götürərək,  enerjinin  paylaĢdırılmasına  özəl  sektorun  cəlb 
Cədvəl 4.9: PaylaĢdırma Ģəbəkələrinin elektrik enerji tarifinin 
yığılması səviyyəsi, 2005–07 (%) 
 
Mənbə: Azərenerji.  
2005 
2006 
2007 
Sep. 
Cəmi 
45.8 
35.3 
52.5 
Barmek 
52.2 
8.4 
Bakı elektrik Ģəbəkəsi 
52.6 
60.6 
Sumqayıt elektrik Ģəbəkəsi 
57.3 
36.3 
Baiva 
34.1 
24.2 
Azərenerjinin digər sahələri  
55.3 
61.0 
Naxçıvanın elektrik Ģəbəkələri  38.5 
47.2 
63.1 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə