Invitation for Bids



Yüklə 23,75 Kb.
tarix18.04.2018
ölçüsü23,75 Kb.
#39303

ADB/AZERSU/WSSIP/MFF032-T2-ICB-1.02/BEYLƏQAN üzrə TENDERƏ DƏVƏT

Tarix: 29 fevral 2012-ci il

Kredit No. və Adı: 2842-AZE, Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 2

Müqavilə No. və Adı: MFF-032-T2-ICB-1.02, Beyləqan Şəhərində Su Qəbuledici Qurğuların Tikintisi və Su Təchizatı və Kanalizasiya Şəbəkələrinin Bərpası (Beynəlxalq Müsabiqəli Tender)

Sənədlərin təqdim olunması

üçün son tarix 10 aprel 2012-ci il, saat 16:00 (yerli vaxtla)

1. Azərbaycan Respublikası Asiya İnkişaf Bankından (AİB) Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 2 çərçivəsində kredit vəsaiti almağı planlaşdırır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda qeyd olunan Beynəlxalq Müsabiqəli Tender (BMT) üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-nın seçilmək hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır. "Məqbul/Qeyri-Məqbul" üzrə qiymətləndirmə tələbləri 3-cü Bölmədə (Tender Sənədlərinin Qiymətləndirilmə və Kvalifikasiya Meyarları) verilmişdir.



2. Azərsu Açıq Səhmdar Cəmiyyəti (Azərsu ASC) (“Sifarişçi”), Beyləqan Şəhərində Su Qəbuledici Qurğuların Tikintisi və Su Təchizatı və Kanalizasiya Şəbəkələrinin Bərpası üzrə tender sənədləri təsdiq edilən seçilmiş iddiaçıları iş birliyinə dəvət edir. İşlər aşağıdakılardan ibarətdir, lakin bunlarla məhdudlaşmaya bilər:

Su Qəbuledici Qurğular

  • Su qaldırıcı boruların, sualtı nasosların və quyunu daxildən əhatə edən süzgəcli boruların quraşdırılması da daxil olmaqla 5 artezian quyusunun (dərinliyi – 150 m) qazılması; 5 artezian quyusu üzərində xırda bölmələrin tikilməsi. Elektrik xətlərinin çəkilməsi və transformatorların quraşdırılması, landşaft və çəpərləmə işlərinin aparılması.

  • 1961 m uzunluğunda yüksək sıxlıqlı polietilen borularla birləşdirici xətlərin çəkilməsi.

  • Aşağıdakılar da daxil olmaqla su toplayıcı hövzələrin tikilməsi:

  • 180 m uzunluğunda yeni yol xətlərinin çəkilməsi və 2 200 m uzunluğunda mövcud yolların bərpası,

  • 8 358 m uzunluğunda yüksək sıxlıqlı polietilendən ötürücü xətlərin çəkilməsi,

  • Aşağıdakılar da daxil olmaqla su anbarı sahəsinin tikilməsi:

          • Mühafizə məntəqəsi,

          • Ayaq yolu,

          • Su qəbuledici qurğu,

          • 2000 m3 həcmində 2 ədəd mövcud su anbarlarının təmiri,

          • Mövcud nasosxananın təmiri,

          • Xlorlama binasının tikintisi,

          • Laboratoriya tikintisi,

          • Transformator / generator bölmələri,

          • Üstdən boru xətlərinin çəkilişi, landşaft və çəpərləmə işləri.


Su Təchizatı Sistemi

  • Təqribən 71 000 m uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi.

  • Təqribən 49 000 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.

  • Evlərin su ilə təchiz edilməsi və su sayğaclarının quraşdırılması – 3 400 ədəd.

Kanalizasiya Sistemi

  • 79 000 m uzunluğunda çirkab su (kanalizasiya) şəbəkəsinin çəkilməsi.

  • Təqribən 56 000 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.

  • Ev birləşmələri – 2 750 ədəd.

İnzibati Qurğular

  • Aşağıdakılar da daxil olmaqla inzibati ofis binasının tikintisi:

          • Əsas inzibati ofis binasının tikintisi,

          • Qazanxana,

          • Transformator bölməsi,

          • Üstdən boru xətlərinin çəkilişi, landşaft və çəpərləmə işləri.

  • Aşağıdakılar da daxil olmaqla treninq binasının tikintisi:

          • Mühafizə məntəqəsi,

          • Ərazi ofislərinin tikintisi,

          • Avtodayanacaqlar,

          • Qazanxana,

          • Anbar,

          • Mexaniki emalatxana,

          • 10 m3 həcmində su qülləsi,

          • Transformator bölməsi,

  • Üstdən boru xətlərinin çəkilişi, landşaft və çəpərləmə işləri. (“İşlər”).

İcra müddəti 548 gündür.

3. Yuxarıda qeyd edilmiş bütün işlər cizgilərə və spesifikasiyalara uyğun icra edilməlidir. Su Paylanması və Kanalizasiya Şəbəkələri üzrə işlərin bəzi hissəsi digər müqavilələr əsasında görüləcəkdir və iddiaçılar 6-cı Bölmədə (Tender Sənədləri üzrə Sifarişçinin Tələbləri) verilmiş məlumatları nəzərdən keçirməlidirlər.

4. Daha ətraflı məlumat əldə etmək və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıdakı ünvana müraciət etməlidirlər:

Ünvan: Moskva pr.,67, AZ1012, Bakı, Azərbaycan

Əlaqələndirici Şəxs: Madər Quliyev, Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəisi

“Azərsu” ASC

Tel: (+994 12) 530 43 44

Fax: (+994 12) 430 29 11

İnternet ünvan: madar.guliyev@azersu.az

5. İngilis dilində tender sənədlərini əldə etmək üçün iddiaçılar aşağıda göstərilənlərə riayət etməlidirlər:

(a) Yuxarıda göstərilmiş ünvanda yerləşən Azərsu ASC-nin ofisinə getməli və geri qaytarılmayan 100 manat və ya 130 ABŞ dolları ekvivalentini nağd ödəməlidirlər, və ya

(b) Ölkə daxili çatdırılma üçün 100 manat və ya 130 ABŞ dolları ekvivalentini və ölkədən kənar çatdırılma üçün isə 200 manat və ya 260 dolları ekvivalentini aşağıda göstərilmiş bank hesabına köçürdükdən sonra sənədlərin çatdırılması üçün yuxarıda göstərilmiş Azərsu ASC-nin ünvanına yazılı formada müraciət ərizəsi göndərməlidirlər. Sənədlər kuryer vasitəsilə göndəriləcəkdir. İtki və gec çatdırılma üzrə heç bir məsuliyyət daşınmır.



Benefisiarın Adı: “Azərsu” ASC

INTP: 9900001751

Benefisiarın Bankı: Azərbaycan Beynəlxalq Bankı

Yerli valyuta ilə hesab nömrəsi: CCS 308718 AZN 3302-01

Xarici valyuta ilə hesab nömrəsi: CCS 308718 USD 3312-01

Kod: 805250

SWIFT Kod: IBAZAZ2X

6. Tender Sənədlərini elektron köçürmə və nağd ödəniş təsdiqi qarşılığında Azərsunun ofisindən əldə etmək olar. Bundan əlavə, yazılı müraciət və ödəniş etdikdən sonra Azərsu Tender Sənədlərini kuryer vasitəsilə maraqlanan tərəflərə göndərəcəkdir. Tender Sənədləri yalnız elektron formatda (DVD) tərtib ediləcəkdir.

7. Təkliflərin təqdim olunması:

Təkliflərinizi, Tender Sənədlərində (Bölmə 1 & 2, paraqraf: ITB 19.1) göstərildiyi kimi Tender Zəmanəti ilə birlikdə «Azərsu ASC, Moskva prospekti 67, mərtəbə 3, otaq 321, AZ1012 Bakı, Azərbaycan» ünvanına 10 aprel 2012-ci il saat 16:00-dan gec olmamaq şərti ilə təqdim etməyiniz xahiş olunur;



8. Tender, təkliflərin son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.
Yüklə 23,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə