Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə51/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   47   48   49   50   51   52   53   54   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
157 
Bunları  ümumi  şəkildə  təqdim  edəsi  olsaq  filologiya 
elmləri  doktoru  Yəhya  Seyidovun  İ.Əfəndiyevin  həyatı 
və  yaradıcılığı  haqqında  müxtəsər  oçerki  bu  sahədə  - 
monoqrafik  tədqiqat  ölçüsündə  atılan  ilk  addımdır. 
Bununla  belə  obyektiv  səbəblər  üzündən  həmin  kitabda 
ədibin  son  20-25  ildəki  yaradıcılığı  öz  əksini 
tapmamışdır. 
Filologiya  elmləri  namizədi  Yaqub  İsmayılovun  «İl-
yas Əfəndiyevin yaradıcılıq yolu» monoqrafiyası isə daha 
geniş tədqiqatın nəticəsidir. Kitabın müəllifi özündən əv-
vəlki  tədqiqatçıların  yazıçı  haqqındakı  fikirlərini  təkrar 
etməmiş,  İ.Əfəndiyevin  bədii  nəsri  yüksək  qiymətlən-
dirilərək  həyat  və  qəhrəman,  konflikt  və  xarakter  kimi 
nəzəri  problemlərdən  söhbət  açmış,  dramaturqun  lirik-
psixoloji  pyeslərinin  təhlilinə  daha  çox  üstünlük  vermiş, 
ədəbi-tənqidi  görüşləri  və  sənətkarlıq  xüsusiyyətlərini 
araşdırmışdır.  Təbii  ki,  1991-ci  ildə  çap  edilmiş  bu  ki-
tabda  İ.Əfəndiyevin  son  illərdə  yazılmış  əsərləri  təd-
qiqatdan kənarda qalmışdır.  
Filologiya  elmləri  namizədi  Aida  Salahova  isə  öz 
əsərində  yazıçının  yalnız  romanlarının  dil  və  üslub 
xüsusiyyətlərindən söhbət açmışdır.  
Ədibin 
yaradıcılığı 
haqqında 
ilk 
namizədlik 
dissertasiyası  olan  H.Nəsirovun  1965-ci  ildə  yekunlaş-
dırdığı  «İlyas  Əfəndiyevin  yaradıcılıq  yolu»  əsərində 
yazıçının yalnız 60-cı illərə qədər qələmə aldığı bir neçə 
əsərindən  bəhs  edilmiş,  B.Məmmədovun  «İ.Əfəndiyevin 
dramaturgiyası»  adlı  tədqiqatı  isə  1973-cü  ilə  qədər 
yazılmış pyeslərinin təhlili ilə məhdudlaşmışdır. 
Belə  ki,  ədibin  yaradıcılığı  haqqında  müxtəlif  səpgili 
kitablar,  monoqrafiyalar  çap  edilmiş,  dissertasiyalar: 
«İlyas  Əfəndiyevin  yaradıcılıq  yolu»  (Ə.T.Əfəndiyev) 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
158 
kimi  doktorluq,  «Dramaturgiyamızda  psixologizm 
problemi» (İlyas Əfəndiyevin yaradıcılığı əsasında (X.T. 
Fərziyev),  «İlyas  Əfəndiyev  və  xalq  ədəbiyyatı» 
(G.V.Şükürova),  «İlyas  Əfəndiyevin  dram  əsərlərində 
qəhrəmanların  tipologiyası»  (M.Y.Məmmədova),  «İlyas 
Əfəndiyevin  dramaturgiyası»  (B.Məmmədov),  «İlyas 
Əfəndiyevin  dramaturji  irsi  və  müasirlik  problemi» 
(S.V.Abbasova),  «İlyas  Əfəndiyevin  dramaturgiyasında 
tarixi mövzu və müasirlik» (İ.A.Ağayev), «İlyas Əfəndi-
yevin  nəsrində  psixologizm»  (T.K.Məmmədova),  «İlyas 
Əfəndiyevin  publisistikası»  (Y.N.Qasımova),  «İlyas 
Əfəndiyevin  tarixi  dramları»  (S.H.Məcidova)  və  s. 
müdafiə  edilmiş,  sistemli  ədəbiyyatşünaslıq  sahəsi 
yaranmışdır... 
Biz  tədiqat  boyu  bu  adlarını  çəkdiyimiz  əsər  və 
monoqrafiyalara  yeri  gəldikcə  münasibət  bildirmiş, 
istinad 
etmiş, 
xüsusən 
G.V.Şükürovanın 
―İlyas 
Əfəndiyev və xalq ədəbiyyatı‖ tədqiqatından daha ətraflı 
danışmışıq.  İndi  isə  böyük  yazıçı  barəsində  hələlik  son 
monumental  monoqrafiya  olan,  onun  yaradıcılığını  illər 
boyu ardıcıl öyrənən, tanınmış ədəbiyyatşünas, filologiya 
elmlər  namizədi  Əmin  Əfəndiyevin  ―İlyas  Əfəndiyevin 
yaradıcılığı.‖  (-Bakı.  -  Elm  -  2000.  -  310  c.)  əsərini 
oxucularımıza  müəyyən  dərəcədə  daha  ətraflı  təqdim 
etmək istərdik. 
Bu  kitabda  tədqiqatçı  İ.Əfəndiyevin  çoxsahəli 
yaradıcılıq  yolunu  bir  küll  halında  yenidən  nəzərdən 
keçirmiş,  dərc  olunmuş  ilk  mətbu  əsərlərindən,  birinci 
məqalə,  oçerk  və  hekayəsindən  tutmuş,  tamaşaya 
qoyulmuş  son  pyesinə  qədərki  sənət  aləmini  müasir 
dövrün  elmi  konteksti  baxımından  yenidən  araşdırmış, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
159 
yazıçının  qələmindən  çıxmış  hekayə,  povest,  roman, 
oçerk, məqalə və s. nümunələri ayrı-ayrı bölmə və fəsillər 
daxilində  təhlil  edərək  qiymətləndirmiş,  Azərbaycan 
dram  teatrı  səhnəsində  tamaşaya  qoyulmuş  iyirmi  pyesi 
müasir  Azərbaycan  dramaturgiyası  və  teatr  sənətinin 
ümumi inkişafı ilə paralel bir formada, ədəbi mühitlə və 
zamanla  əlaqəli  bir  şəkildə  tədqiqata  cəlb  etməyə 
çalışmışdır.  Monoqrafiya  üzərində  işləyərkən,  bu  vaxta 
qədər  toxunulmamış,  yaxud  az  araşdırılmış  məsələlər 
üzərində daha çox dayanmağa cəhd göstərilmişdir. 
Yazıçının  yaradıcılığı  haqqında  daha  geniş  və  tam 
təsəvvür yaratmaq məqsədilə, tədqiqatçı ədibin təkcə çap 
olunmuş  və  tamaşaya  qoyulmuş  əsərlərini  deyil,  eyni 
zamanda arxiv sənədlərini, bu günə qədər nəşr edilməmiş 
bir  çox  əlyazmalarını  da  nəzərdən  keçirmiş,  onun 
tərcümeyi-halının və həyat yolunun müxtəlif səbəblərdən 
indiyənə  qədər  gizlində  qalan  faktları  aşkarlmış, 
dəqiqləşdirmişdir. 
Özü  də,  bir  cəhət  xüsusən 
əhəmiyyətlidir  ki,  tədqiqatçı  ilə  yazıçı  arasında  demək 
olar  ki,  dostluq  əlaqələri  olmuş,  bir  sıra  prinsipial 
məsələlər  müzakirədən  keçirilmiş,  qarşılıqlı  anlaşma  və 
razılaşma  şəklində  qəbul  edilmişdir  ki,  bu  da  hər 
tədqiqatçıya müəssər olmur... 
Əmin  Əfəndiyevin  "İlyas  Əfəndiyevin  yaradıcılığı" 
adlı  elmi  monoqrafiyasının  elmi  redaktoru  akademik 
Bəkir Nəbiyevdir. 
Kitab  "Giriş"dən,  dörd  fəsildən  və  "Nəticə"dən 
ibarətdir. 
"Giriş"də  müəllif  İlyas  Əfəndiyevin  yaradıcılığından, 
onun  Azərbaycan  ədəbiyyatı  tarixində  tutduğu  yerdən, 
əsərin  yazılma  səbəblərindən  bəhs  edir.  "Həyat  yolu. 
Ədəbi  qaynaqlar"  adlanan  I  fəsildə  "Uşaqlıq  və  gənclik 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə