Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə59/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   55   56   57   58   59   60   61   62   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
184 
Ən yüksək dəyərli gövhərdi, zərdi! 
 
Dram əsərlərin düşdü dillərə
Oldu səhnəmizin nəcib zinəti. 
İncilər bəxş etdin bizim ellərə, 
Ucaltdın göylərə eşqi, sənəti. 
 
Nurlu olsun deyə Vətənin yazı, 
Canını bu yolda sən fəda etdin. 
Bizə ibrət qoyub "Hökmdar və qızı" 
Qəlbində Qarabağ yarası getdin. 
 
Ömrə naxış oldu "Körpü salanlar" 
Qovuşmaq eşqilə uzandı qollar. 
Bulaqtək çağladı "Bahar suları", 
Yetişdi kamına "İşıqlı yollar". 
 
Sehirli bir "Mahnı dağlarda qaldı", 
Doymadı kamanın, tarın səsindən. 
Könüllər mülkü də xəyala daldı, 
Dolmuş buludların kişnəməsindən! 
 
"Unuda bilmirəm" - hikmət dəryası, 
Bizə xatırladır keçən günləri. 
Çox olur bir ömrün eşqi, cəfası... 
Dünyaya göz açıb gələndən bəri. 
 
 
"Dağlardan gələn səs" çağırır bizi, 
Qartallı dağ kimi biz də ucalaq. 
Əsla qatlanmasın igidin dizi


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
185 
Hər yerdə, hər zaman qələbə çalaq! 
 
 
Ömrün mənasını sərvətdə görən, 
Gününü keçirir "Büllur sarayda", 
Halal zəhmətinin barını dərən, 
Həmişə bəxş edir xalqına fayda! 
 
Xurşidbanu Natəvan da Şuşada
Sənin sənətinə əydi başını. 
Dedi: çox sağ ol ki, salmısan yada, 
Nisgilli könlünün atdı daşını! 
 
Zəkan işıqlıdır, hikmətin dərin
Ömrün həm bahardı, həm də ki qışdı. 
Dünyaya sığmayan şah əsərlərin 
Görəsən bir ömrə necə sığışdı?! 
 
Göylərə baş çəkən uca çinarsan, 
Dəyərli töhvən var sənət bağında. 
qədər həyat var, həmişə varsan; 
Yaradan yaşayır yaratdığında! 
 
Yazdığın əsərlər həkk olub yada
Öz şirin barını bağ özü yığmır. 
Dünyada hər şeyi ölçmək olsa da, 
Sənin böyüklüyün ölçüyə sığmır! 
 
Sənin o mənalı ömür kitabın, 
Misilsiz dəyərli gövhərlə doldu. 
Sənət yollarında dözümlü tabın, - 
Dahilik zirvəsi nəsibin oldu! 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
186 
 
Adına layiqdir övladların da, 
Xalqımın fəxridir alim Timuçin. 
Tanınır sınanmış etibarında 
Yolunu yaşadan yazıçı Elçin! 
 
Canından çox sevdin Ana Vətəni
Bu yurdun şöhrəti, düz ilqarısan. 
Unudan deyilik heç zaman səni, 
Xalqımın həmişə iftixarısan... 
               ( Bax: ―Ədalət‖ qəzeti, 2014-06-03.)  
 
 Bu şeirlər  müxtəlif üslublu,  müxtəlif qələm təcrübəsi 
və  fərqli  istedada  malik  şairlərimizin  şeirlərindən 
seçmələrdir.  Hərəsinin  özünəməxsus  avazı,  ovqatı  var... 
Amma,  onları  bir  nüans  şəksiz  birləşdirir  –  İlyas 
Əfəndiyev  şəxsiyyətinə  və  sənətinə  səmimi  məhəbbət, 
lirik  münasibət,  poeziyanın  sarı  sim  üstə  köklənmiş 
havacatı...  Hissin  gözü  ilə  İlyas  Əfəndiyev  dünyasının 
görünməyən tərəflərinin görüntüləri...     
―Şeirə  sığmayan  ömür‖  kitabının  təqdimatından  ən 
maraqlı  məlumatlardan  biri  olan  ―Ədalət‖  qəzetinin 
/2011/03/17/  sayında  gedən  məlumat-şərh  də  bu  sıradan 
məzmun  və  münasibət  yeniliyinə,  şərh  üsuluna  və 
deyilənlərin  reallığını  əks  etdirdiyinə  görə  maraq 
doğurur.  
Məqalə-məlumat 
“Muzey  mərkəzindəki  işıq” 
adlanır,  müəllifi  də  Əbülfət  Mədətoğludur.  Bu 
tədbirdə də, İlyas Əfəndiyevin  yaradıcılığı barəsində çox 
görkəmli  ziyalılarımızın,  tənqidçilərimizin,  mədəniyyət 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
187 
adamlarının  İlyas  Əfəndiyev  şəxsiyəti  və  yaradıcılığı 
haqqında 
dəyərli 
fikirləri 
səslənibdir. 
Tədbrin 
materiallarını  Əbülfət Mədətoğlunun  qələmindən  şərhsiz 
tədqim edirik: 
―Dünən,  yəni  xalqımızın  ilin  son  çərşənbəsini  qeyd 
etdiyi  gözəl  bayram  ovqatının  tonqalları  hələ  sönməmiş 
paytaxtımızın  Muzey  Mərkəzində  möhtəşəm  bir  tədbir 
düzənləndi.  Əslində  bu  tədbirdən  daha  çox  bizlərin 
Muzey  Mərkəzini  və  bütövlükdə  Azərbaycan  ədəbi 
ictimai  fikrin  zaman-zaman  öz  işıq  selində  yaşadan  xalq 
yazıçısı İlyas Əfəndiyevin ziyarət mərasimi idi. 
Ola  bilsin  ki,  kimsə  mənimlə  razılaşmasın.  Düşünsün 
ki,  xalq  yazıçımız  müqəddəs  bir  ünvanda  dəfn  olunub. 
Biz  isə  Muzey  Mərkəzinə  yığışmışıq.  Mən  də  öz 
növbəmdə  mənimlə  razılaşmayanlara  etiraz  edirəm  və 
qəti  şəkildə  bildirirəm  ki,  məhz  həmin  gün  martın  16-da 
saat  16:00-da  Muzey  Mərkəzi  İlyas  Əfəndiyevin  işığına 
bürünmüşdü və  biz də  bu işığın içində  bu  dünyadan,  bu 
indiki auramızdan ayrılıb o işığa qərq olmuşduq.  
Əslində  bizim  Muzey  Mərkəzində  bir  araya 
gəlməyimizin səbəbkarı məhz İlyas Əfəndiyevin işığı idi. 
Sadəcə bu işığı yönəldənlər var idi və biz də o yönəldilən 
işığın şüaları altında Azərbaycan  Mədəniyyət və Turizm 
naziri Əbülfəs Qarayev cənablarının səmimi və həqiqətən 
ürəkdən  gələn  açılış  çıxışının  sayəsində  bir  daha  bildim 
ki,  İlyas  Əfəndiyev  yəni,  Azərbaycanın  o  zamanlara 
hökm  edəcək  böyük  yazıçısı  özündən  sonra  təkcə  ədəbi 
irsi yox, həm də bu irsin layiqli nəsil davamçılarını qoyub 
gedibdi. 
Məhz 
İlyas  müəllimin  nəvəsi  Günay 
Əfəndiyevanın  tərtib  etdiyi,  həmçinin  redaktoru  olduğu 
"İlyas  Əfəndiyev.  Şeirə  sığmayan  ömür"  kitabının 
təqdimat  mərasimində  biz sözün bütün  mənalarında həm 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə