Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə58/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   54   55   56   57   58   59   60   61   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
179 
 Tarixi ən kəskin ittiham da var. 
 Möhtəşəm hökmdar ucalığı da, 
 «Məhv olmuş gündəlik», sönən şam da var. 
 
 Saçı zirvələrin qarına döndü, 
 Sarvantək daşıdı karvan dərdləri. 
 Onun qələmiylə dindi, danışdı 
 Qarabağ, Borçalı, Şirvan dərdləri. 
 
 Enişli-yoxuşlu həyat yolunda 
 Neçə dərə keçib, neçə dağ çıxıb. 
 Zaman sınağında təmiz, ləkəsiz, 
 Sənət sınağından üzüağ çıxıb. 
 
 Təzələr içində təzədən təzə, 
 Köhnələr içində köhnə kişiydi. 
 Uca şəxsiyyəti, əsərləriylə 
 Tamaşa kişiydi, səhnə kişiydi. 
 
                                         25 may 2010. 
                  (Bax: İlyas Əfəniyev virtual muzeyi) 
 
Şair  Hüseyn  Kürdoğlunun  İlyas  Əfəndiyevin  70 
illiyinə  həsr  etdiyi  "Yüz  il  yaşamağa  haqqın  var  sənin" 
adlı şeiri: 
 
Bələyə bükəndə səni Qarabağ, 
Bir qartal lələyi taxdı qundağa, 
Qəlbinə od verdi halal bir ocaq
Bir gün iməkləyib qalxdın ayağa. 
Baxtını yazmışdır o dağlar sənin,  
Yüz il yaşamağa haqqın var sənin! 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
180 
  
Dünyanı qanlı bir tufanda gördün, 
Dağlar sinə gərdi ildırımlara. 
Nalə də eşitdin, hicran da gördün
Yolun dikəlsə də sıldırımlara. 
Əlindən tez tutdu bu diyar sənin, 
Yüz il yaşamağa haqqın var sənin! 
 
Torpağa kök atıb, eldən güc aldın, 
Sal qayalar kimi bərkidi dizin. 
Tufanlar önündə göyə ucaldın, 
Yaşıl yarpaq kimi açıldı sözün, 
Budağın gətirdi təzə bar sənin, 
Yüz il yaşamağa haqqın var sənin! 
 
Misri qılınc verib döyüşən sözə,  
Yamanın, yalanın bağrını yardın. 
Tamahı qul kimi çökdürüb dizə, 
Büllur sarayları viran qoyardın, 
Olsaydı əlində ixtiyar sənin, 
Yüz il yaşamağa haqqın var sənin! 
 
Düşmədin dalınca şöhrətin, adın, 
Çeşmədən durusan, aydan arısan. 
Yaratmaq eşqindən sən ki, doymadın, 
Baharın, gəncliyin nəğməkarısan. 
Saçına yağsa da vaxtsız qar sənin
Yüz il yaşamağa haqqın var sənin! 
Min il yaşamağa haqqın var sənin! 
               
( Bax: Hüseyn Kürdoğlu. Ziyalımız -  
               ziyamız, Bakı, "Ozan", 1999. səh. 17.) 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
181 
Tanınmış  şairə  Firuzə  Məmmədlinin  ―Adın  gələndə‖ 
şeiri:  
 
(Xalq yazıçısı İlyas Əfndiyevə) 
 Sözlər əzizlənir adın gələndə, 
 Ey ustad, Tanrıya ucalır sözün. 
 Deyən arzusuna çatır qələmlər, 
 Həzin duyğuların açılır gözü.  
 
 «Dağlar arxasından» əl edir «üç dost», 
 Dağlar – xan qızının «Büllur sarayı». 
 İlişib «dağlarda qalan mahnını» 
 Daha nə axtaraq, nə də arayaq.  
 
 Daşsın gözümüzdən «Bahar suları», 
 Su deyil, qan axsın «Söyüdlü arxdan». 
 Nahaqca qurutduq axar suları, 
 Bu qanı su ilə yuduq nahaqdan.  
 
 «Üçaçılan» qınında qalıb paslanır, 
 «Salınan körpülər» laxlayır daha. 
 Cavanlar sabahı görmək istəmir
 «Qocalar geriyə baxmayır» daha.  
 
 «İşıqlı yollardan» keçdi min kərə, 
 «Mənim günahım»ın sınağı yoxdur. 
 Baxıram «Məhv olmuş gündəliklərə», 
 «Qəribə oğlan»ın günahı yoxdur.  
 
 Sözlər əzizlənir adın gələndə, 
 Ey ustad, Tanrıya ucalır sözün. 
 Deyən arzusuna çatır qələmlər, 
 Həzin duyğuların açılır gözü. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
182 
                                                   2010. 
               (Bax: İlyas Əfəndiyev.Wirtual muzey.) 
 
Qocaman şair Oqtay Rzanın ―Müdrik  yazıçımız İlyas 
Əfəndiyevə‖ şeiri: 
 
  
 Yenə izdihama qoşulub mən də 
 Gəldim Xiyabana, İlyas müəllim! 
 Kaş bu sətirlərim anım günündə 
 Yayıla hər yana, İlyas müəllim!  
 
 Əsərlər – ədəbi sərvətin, varın, 
 İncisi, yaqutu çoxsaylı, min-min. 
 Fəxrimiz-sevimli yadigarların: 
 Şöhrətli Elçin, hörmətli Timuçin…  
 
 Sənətkar yaşamaz həyatdan ayrı, 
 Sağ olsun əhdinə sadiq qalanlar – 
 Coşub çağlayanda «Bahar» suları», 
 Dağ çayı üstündə «Körpü salanlar».  
 
 « Natəvan» özünün gül bağındadır, 
 Ruhu Şuşamızın Kirs dağındadır. 
 Bir gözəl boylanır «Büllur saray»dan, 
 «Hökmdarın qızı» otağındadır.  
 
 Yoxdur yad hüceyrə türkün qanında, 
 Fəqət çən çoxalıb, duman sürünür; 
 Çağdaş ədəbiyyat, söz meydanında 
 Ustad, həmişəlik yerin görünür.  
 
 Dərinlik, ucalıq rəmzidir adın, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
183 
 Məzarın-müqəddəs, xatirən – əziz! 
 Möhtəşəm salnamə yaratmasaydın, 
 Kimə güvənərdi milli səhnəmiz?!  
 
 
 Yenə izdihama qoşulub mən də  
 Gəldim Xiyabana, İlyas Əfəndi! 
 Kaş bu sətirlərim anım günündə 
 Yayıla hər yana, İlyas Əfəndi! 
                                                   29 aprel 2010.  
                    (Bax: İlyas Əfəndiyev. Wirtual muzey) 
 
Şair  Əjdər  Qiyaslının  İlyas  Əfəndiyevin  anadan 
olmasının 100 illiyi münasibətilə yazdığı yeni şeiri: 
 
―DAHİLİK ZİRVƏSİ‖ 
(Zəkalar  kəhkəşanında  əbədi  parlayan  müdrik  xalq  yazıçısı 
İLYAS ƏFƏNDİYEVİN əziz və unudulmaz xatirəsinə.)  
 
Sən elə dağ idin zirvəsi qarlı, 
Əyilən deyildin tufana, qara. 
Bir ömür yaşadın qışlı, baharlı... 
Sədaqət gətirdin əhdə, ilqara. 
 
Vüqarın bənzərdi uca çinara
Min cürə nemətli barlı bağ idin. 
Zülmətə qərq olub düşsən də dara, 
Kəhkəşan qoynunda çilçıraq idin. 
 
 
Zəkan nur saçırdı... Hikmətin dərin, 
Sənin dərdin idi xalqın da dərdi. 
Can qoyub yazdığın hər bir əsərin, 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə