Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə60/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
188 
Əfəndiyev  soykökünün,  həm  İlyas  müəllimə  aid  ədəbi 
mühitin  və  Azərbaycan  sözünün  necə  bir  vəhdət  təşkil 
edərək  müsiqi  sədaları  altında  Muzey  Mərkəzini 
titrətmək gücündə olduğunun şahidlərinə çevrildik. 
Mədəniyyət  və  Turizm  nazirinin  çıxışından  sonra 
məclisə  qatılanlar  qısametrajlı  "Sən  həmişə  bizimləsən" 
filmini  seyr  etdilər.  Bu  filmdə  İlyas  Əfəndiyevin 
həyatının  müxtəlif anları əks olunmuşdu. Mənə elə gəldi 
ki,  lentə  köçürülmüş  bu  anlar  əslində  həmin  o  tədbir 
zamanı  məclisə  qatılanlarla  xalq  yazıçısı  arasında  bir 
könül körpüsü yaratdı. İştirakçılar artıq o körpüdən keçib 
İlyas müəllimin özünün qonağına çevrilmişdilər. 
Sonra  söz  akademik  Bəkir  Nəbiyevə  verildi.  Azər-
baycanın  görkəmli  alimi  Əfəndiyevlər  ailəsi  barəsində, 
İlyas  müəllim  haqqında  müəyyən  fikirlərini  söylədikdən 
sonra  Günay  xanımın  bizlərə  təqdim  etdiyi  kitabının 
böyük  əhəmiyyətini  vurğuladı  və  bu  işin  davamlı 
olmasını  arzu  etdi.  Bəkir  müəllimdən  sonra  söz  məhz 
həmin  kitabda  yer  almış  şeirlərdən  müəyyən  parçaları 
dinləyicilərə çatdırmaq üçün Azərbaycanın dəyərli səhnə 
ustaları  Nürəddin  Mehdixanlı  və  Məleykə  Əsədovaya 
verildi. Onların ifasında səslənən şeir parçalarından sonra 
millət  vəkili,  professor  Nizami  Cəfərov  kitabla  bağlı, 
bütövlükdə isə xalq yazıçısı İlyas Əfəndiyevlə bağlı onun 
Azərbaycan 
ədəbiyyatındakı, 
Azərbaycan 
dramaturgiyasındakı  xidmətləri  ilə  əlaqədar  fikirlərini 
dilə gətirdi. Sonra söz yenə musiqiyə verildi. Xalq artisti 
Aygün  Bayramova  xalq  yazıçısı  İlyas  Əfəndiyevin  ən 
çox  sevdiyi  "Qaragilə"  mahnısını  ifa  etdi.  Alqışlarla 
qarşılanan  xalq  şairi  Zəlimxan  Yaqubun  özünəməxsus 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
189 
çıxışı və bütün səmimiyyəti bu mərasimin demək olar ki, 
ən yaddaqalan anlarından biri oldu. 
Bir  oxucu  kimi  mən  zaman-zaman  mütaliyə  etdiyim 
xalq  yazıçısı  İlyas  Əfəndiyevin  adı  ilə  bağlı  olan  bu 
tədbirdə gözəl pianoçu Şahin Növrəslinin, eləcə də balaca 
xanəndə  Mirpaşanın  "Qarabağ"  şikəstəsini  heç  vaxt 
unutmayacam.  Ümumiyyətlə,  bu  gecədə  iştirak  edən 
millət  vəkilləri  Sabir  Rüstəmxanlı,  Nizami  Cəfərov, 
görkəmli söz, sənət adamları Nəriman Həsənzadə, İlyas 
Tapdıq, Fikrət Qoca, Anar, Rəşad Məcid, Nizaməddin 
Şəmsizadə, 
eləcə 
də 
dövlət 
və 
hökumət 
nümayəndələrindən  Misir Mərdanov, Elçin  Əfəndiyev, 
Ədalət  Vəliyev,  Vaqif  Əliyev,  həmçinin  səhnə 
xadimləri  Amaliya  Pənahova,  Azər  Paşa  Nemətov, 
rəssamlar,  bəstəkarlar  İttifaqlarının  sədrləri  və  digər 
tanınmış  ziyalılar  yaddaqalan  bir  tədbirin  iştirakçılarına 
çevrildilər. 
Tədbirin  sonunda  çıxış  edən  Günay  Əfəndiyeva 
təşkilatçılara  və  kitabın  ərsəyə  gəlməsində  xidməti  olan 
hər  kəsə,  eləcə  də  dəyərli  müsafirlərə  öz  səmimi 
minnətdarlığını çatdırdı və mən bütün bunları bilgisayara 
diqtə  etdikcə  hələ  də  o  səmimi  mühitdən  uzun  müddət 
ayrıla  bilməyəcəyimə  bir  daha  əmin  oldum.‖  (  Bax: 
―Ədalət‖ qəzeti, 2011.03.17.) 
 Bizim  öz  institutumuzun  da  (AMEA  Nizami  adına 
Ədəbiyyat  İnstitutu  –  red.)  bir  tədbirini  xatırlatmalı 
olacağıq və ―Azərtac‖ın (04.10.2006) məlumatını olduğu 
kimi təqdim edirik: 
―3  oktyabr  2006-cı  il  tarixdə  AMEA-nın  əsas  bina-
sında  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi, 
xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
190 
vəfatının onuncu ildönümünə həsr olunmuş elmi konfrans 
keçirildi.  
Konfrans  AMEA  Ədəbiyyat  İnstitutu  və  İlyas 
Əfəndiyev adına Ədəbi Bədii Xeyriyyə Fondu tərəfindən 
təşkil olunmuşdur.  
Tədbiri  giriş  sözü  ilə  açan  AMEA  Ədəbiyyat 
İnstitutunun  direktoru,  akad.  Bəkir  Nəbiyev  İlyas 
Əfəndiyevin elmi fəaliyyəti haqqında ətraflı məruzə etdi 
və  bildirdi  ki,  müasir  Azərbaycan  ədəbiyyatının  böyük 
bir  mərhələsi  məhz  İlyas  Əfəndiyevin  yaradıcılığı  ilə 
bağlıdır.  İlyas  Əfəndiyevin  əsərləri  səlis,  gözəl  bədii 
dilinə,  dərin  məzmununa  və  yüksək  sənətkarlığına  görə 
fərqlənir,  oxucuya  böyük  estetik  təsir  bağışlayır.  Onun 
kitablarında  həm  körpüsalanların  çətin  işi,  neftçilərin 
qəhrəman  əməyi,  müasir  kəndin  həyatı,  həm  də 
Azərbaycan 
ziyalıları 
arasında 
mənəvi-psixoloji 
prosseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir. 
O,  həmçınin  qeyd  etdi  ki,  İ.Əfəndiyev  dramaturgiyası 
Azərbaycan  səhnəsinə  yeni  poetik  düşüncə,  nəfəs  və 
həyat gətirdi.  
Sonra  s.e.d.,  prof.  Məryəm  Əlizadə  “Azərbaycan 
teatrında  İlyas  Əfəndiyev  fenomeni  və  zaman",  f.e.d. 
Məhərrəm  Qasımlı  “İlyas  Əfəndiyev  yardıcılığında 
folklor",  f.e.n.  Şirindil  Alışanlı  “XX  əsr  Azərbycan 
fikrinin inkişafında İlyas Əfəndiyevin yeri", f.e.n.Vəfa 
Xanoğlan  “İlyas  Əfəndiyev  ədəbi-tənqidi  görüşləri", 
f.e.n.  Asif  Rüstəmov  “İlyas  Əfəndiyev  adına  Bədii 
Xeyriyyə  Fondunun  fəaliyyəti  və  perspektivləri"  adlı 
məruzə ilə çıxış etdilər.  
Tədbirdə,  həmçinin  Azərbaycan  Yazıçılar  İttifaqının 
sədri,  xalq  yazıçısı  Anar,  xalq  şairi,  millət  vəkili  Sabir 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə