Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə61/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   57   58   59   60   61   62   63   64   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
191 
Rüstəmxanlı və xalq artisti Amaliya Pənahova da İlyas 
Əfəndiyevin yaradıcılığı haqqında çıxış etdilər.  
Sonda  çıxış  edən  Elçin  Əfəndiyev  atasına  göstərilən 
diqqət  və  ehtirama  görə  tədbir  təşkilatçılarına  və 
iştirakçılarına minnətdarlığını bildirdi.‖ (Bax: AzərTac-ın 
məlumatı, 04.10.2006.) 
Göründüyü  kimi,  bu  tədbirdə  Azərbaycanın  Elm 
mərkəzi  olan  Ədəbiyyat  İnstitutunda  ədəbi  tənqidimizin 
olduqca  mötəbər,  tanınmış  nümayəndələri  İlyas 
Əfəndiyev 
yaradıcılığının 
mühüm 
problem 
və 
tərəflərindən  danışmış,  ciddi  elmi-nəzəri  müzakirələr 
aparılmışdır. 
Başqa bir mühüm tədbirin faktına nəzər salaq: 
―13  oktyabr  2004-cü  ildə  AMEA  Naxçıvan  bölmə-
sində  (NB)  İlyas  Əfəndiyevin  90  illik  yubileyinə  həsr 
olunmuş  ―İlyas  Əfəndiyev-90"  mövzusunda  elmi 
konfrans keçirildi.  
 Konfransda  “Xalq  yazıçısı  İlyas  Əfəndiyevin 
yaradıcılığında  müasirlik"  məruzəsi  ilə  Naxçıvan 
Dövlət  Universitetinin  (NDU)  rektoru,  AMEA  NB 
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, 
akademik 
İsa  Həbibbəyli,  “İlyas  Əfəndiyevin 
yaradıcılıq  yolu"  məruzəsi  ilə  NDU-nun  kafedra 
müdiri, professor Yavuz Axundlu, “İlyas Əfəndiyevin 
dramaturgiyası"  məruzəsi  ilə  NDU-nun  prorektoru, 
dosent Hüseyn Həşimli və b. çıxış etdilər.” (Bax: İlyas 
Əfəndiyev yad edilib. 24 May 2011, Sayt: ―Tuesday‖) 
Bu  mühüm  tədbirdə  də  qoyulan  məsələlər  öz  elmi 
aktuallığı  ilə  fərqlənirdi.  Xüsusən  akademik  İsa 
Həbibbəylinin  ―Xalq  yazıçısı  İlyas  Əfəndiyevin  yara-
dıcılığında  müasirlik‖  məruzəsi  problematikasının 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
192 
istiqaməti  və  nəzəri  məzmunu  ilə  daha  dərin  təsir 
bağışlayırdı. 
 
**** 
  
İlyas  Əfəndiyevin  yubileylərinə  həsr  edilmiş  yığın-
caqlarda,  tədbirlərdə  söylənilən  fikir  və  mülahizələr  də 
Azərbaycan  ədəbi  mühitinin,  elmi-nəzəri  aləminin,  elitar 
ziyalı  təbəqəsinin  İlyas  Əfəndiyev  şəxsiyyətinə  və 
yaradıcılığına  münasibətin  çox  maraqlı  ifadəsi  kimi 
diqqəti cəlb edir. 
Bu sıradan sonuncu tədbirlərdən birinin materiallarına 
nəzər 
salaq.  Material  ―O,  həmişə  bizimlədir‖ 
adlandırılmışdır.  2009-cü  il,  mayın  26-da  görkəmli 
sənətkar,  "xalqımızın  ən  işıqlı  övladlarından  biri,  əslinə-
nəslinə  yaraşan  şərəfli,  namuslu  yazıçı  ömrü  yaşamış 
xalq yazıçısı İlyas Əfəndiyev"in (Anar) anadan olmasının 
95  illiyi  tanınmış  ziyalılar  və  sənətsevərlər  tərəfindən 
böyük  qədirbilənlik  hissiylə  qeyd  edildi.  Sağlığında 
"Tolstoy  bütün  əsrlərin  böyük  sənətkarıdır!  O,  insan 
qəlbinin,  insan  hisslərinin  fövqəladə  dərəcədə  güclü  bir 
tərcümanı  kimi  meydana  çıxmışdı"  düşüncəsiylə  yazıb-
yaradan sənətkar elə həmin fikir ucalığıyla da anıldı.  
Tədbir  iştirakçıları  əvvəlcə  fəxri  xiyabana  gələrək 
görkəmli  sənətkarın  qəbri  üstünə  gül-çiçək  dəstələri 
qoyaraq ruhuna dualar oxudular. Mədəniyyət və Turizm 
naziri  Əbülfəs  Qarayev  ədibin  anadan  olmasının  95 
illiyi  münasibəti  ilə  düzənlənən  mərasimi  açaraq  dedi: 
"Bu gün gözəl bir gündü. Çünki həqiqətən  mədəniyyəti, 
ədəbiyyatı,  ümumiyyətlə,  sənəti  istəyən,  qiymətləndirən, 
sevən  və  bu  mühitlə  yaşayan  insanlar  bir  araya  gələrək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
193 
böyük dramaturq, böyük nasir İlyas Əfəndiyevin anadan 
olmasının  doxsan  beş  illiyini  qeyd  edirlər.  Bu  gün  İlyas 
Əfəndiyevin  yubileyini  həm  də  Azərbaycanın  müxtəlif 
bölgələrində, müxtəlif mədəniyyət ocaqlarında yada salır, 
onun  haqqında  danışır,  yaradıcılığını  təhlil  edir,  onun 
keçdiyi böyük yolu bir daha göz önünə gətirirlər. Sözsüz 
ki,  tənqidçilər,  ədiblər  onun  yaradıcılığı  haqqında  daha 
geniş danışa  bilərlər.  Lakin  mən özümə  borc  bilirəm bir 
məqamı  xüsusi  olaraq  qeyd  edim  ki,  İlyas  Əfəndiyevin 
yaradıcılığı özündə böyük bir düşüncəni ehtiva edirdi və 
bu  düşüncənin  mərkəzində  ölməz  bir  vətən  hissi,  vətən-
daşlıq, doğma Qarabağ, Azərbaycan  xalqının bütövlüyü, 
onun  bu  günü  və  gələcəyi  dururdu.  Yaradıcılığının 
mərkəzində dayanan bu düşüncə onun bütün əsərlərindən 
əvvəldən  axıra  kimi  qırmızı  xətt  kimi  keçirdi.  Bu  xətt 
İlyas Əfəndiyev  yaradıcılığının  bu gün də, gələcəkdə  də 
yaşamasının təməlində durur.  
Biz  hamımız  çox  gözəl  bilirik  ki,  Azərbaycan  Milli 
Dövlət  Dram  Teatrı  bütün  mövsümlərini  məhz  İlyas 
Əfəndiyev  yaradıcılığıyla,  onun  "Hökmdar  və  qızı" 
tamaşasıyla  başlayır  və  bu  da  sözsüz  ki,  Azərbaycan 
mədəniyyət 
ustalarının, 
Azərbaycanın 
yaradıcı 
adamlarının,  teatr  ictimaiyyətimizin  İlyas  Əfəndiyev 
adına,  İlyas  Əfəndiyev  yaradıcılığına  olan  böyük  hör-
mətinin ifadəsidir. Artıq biz ənənəyə sadiq qalaraq bu işi 
yeni  quruluşlarla,  yeni  aktyor  oyunu  və  yeni  üsullarla 
təqdim  edirik.  Nəticə  olaraq  İlyas  Əfəndiyevin  əsərləri 
yaşayır və gələcəkdə də yaşayacaq.  
İlyas  Əfəndiyev  Azərbaycan  klassik  dramaturgi-
yasında  böyük  iz  qoymuş,  öz  sözünü  demiş  bir  insandı. 
Hətta 
o, 
klassik 
dramaturgiyanın 
sərhədlərini 
genişləndirdi,  Azərbaycan  dramaturgiyasında  psixoloji-


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə