Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə53/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   49   50   51   52   53   54   55   56   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
163 
Yazıçılar  Birliyinin  sədri,  xalq  yazıçısı  Anar  İlyas 
Əfəndiyevin 
əsərlərinin 
Azərbaycan 
nəsri 
və 
dramaturgiyasının  çox  qiymətli  səhifələri  olduğunu 
vurğulayıb.  Anar  bildirib  ki,  çap  olunan  miniatür  kitab 
İ.Əfəndiyev irsinin, Azərbaycan ədəbiyyatının rus dilində 
nəşri baxımından dəyərli nümunədir. 
Professor Bəkir Nəbiyev milli dramaturgiyamızda və 
nəsrimizdə 
lirik-psixoloji 
üslubun 
inkişafında 
İ.Əfəndiyev  yaradıcılığının  xüsusi  əhəmiyyətini  qeyd 
edib. 
İ.Əfəndiyev  yaradıcılığının  hər  zaman  rəğbətlə 
qarşılandığını,  sevildiyini  deyən  xalq  artisti  Amaliya 
Pənahova  yeni  kitabın  gənc  və  gələcək  nəsillər  üçün 
böyük töhfə olduğunu diqqətə çatdırıb. 
Mədəniyyət  və  turizm  naziri  Əbülfəs  Qarayev 
miniatür  kitabın  nəşrini  yüksək  dəyərləndirərək,  ədibin 
adının  ədəbiyyatımız  və  mədəniyyətimiz  tarixində  əbədi 
yaşayacağını söyləyib. 
Yazıçı  Gülrux  Əlibəyli  İ.Əfəndiyevin  ədəbiyyatı-
mıza,  milli  dramaturgiyamıza  yeni  məzmun  və  forma 
gətirərək, önəmli mərhələ yaratdığını qeyd edib. 
Görkəmli dramaturqun milli teatrın inkişafında xüsusi 
rolu olduğunu vurğulayan aktyor Əli Nur İ.Əfəndiyevin 
əsərlərində cəmiyyət problemlərinin yüksək sənətkarlıqla 
əks etdirildiyini dilə gətirib. 
Qazaxıstanın  Azərbaycandakı  səfiri  S.Primbetov 
İ.Əfəndiyevin 
pyeslərinin 
onun 
ölkəsində 
də 
səhnələşdirildiyini və maraqla qarşılandığını bildirib. 
Mərhum  sənətkarın  oğlu,  xalq  yazıçısı  Elçin  İ.Əfən-
diyev irsinə göstərilən diqqətə görə minnətdarlığını ifadə 
edərək, miniatür kitabın nəşrini ədibin biblioqrafiyasında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
164 
nadir  hadisələrdən  biri  kimi  qiymətləndirib.‖  (Bax: 
AzərTac-ın xronikası.)  
Bu  cür  informasiyalarda  müxtəlif  sənət  adamlarının 
olduqca  maraqlı  fikir  və  mülahizələri  var  ki,  bunu 
nəzərdən qaçırmaq mümkünsüzdür...  
İlyas  Əfəndiyevin  yaradıcılıq  diapozonunu  və 
şəxsiyyətinin  monumentallığını  göstərən,  onun  haqqında 
tərtib edilən digər əsərlərdən biri də, yazıçının vəfatından 
sonra  nəşr  edilən  ―Sən  həmişə  bizimləsən‖  (Bakı, 
"Gənclik",  1999.  –  392  səh.)  xatirələr  kitabıdır.
  Kitabı 
Dilsuz  və  Abid  Tahirli  tərtib  etmişlər,  redaktoru  Dilsuz, 
nəşriyyat rekdaktou Tahirə Muxtarovadır. 
Bu  kitab  da  ədəbi-mədəni  ictimaiyyət  tərəfindən 
böyük maraqla qarşılanıb, təqdimat mərasimi keçirilibdir. 
Bu mərasimlər haqqında məlumatlarda oxuyuruq: 
"1999-cu  il,  oktyabrın  6-da  Azərbaycan  Elmlər  Aka-
demiyasının 
Nizami 
Gəncəvi 
adına 
Ədəbiyyat 
Muzeyində  sənət  adamlarının,  ədəbiyyatşünas  və  yazı-
çıların,  rejissor  və  aktyorların  unudulmaz  xalq  yazıçısı 
İlyas  Əfəndiyevin  ömür  yolundan,  yaradıcılığından, 
müasir 
Azərbaycan 
ədəbiyyatının 
inkişa-fında 
xidmətlərindən  bəhs  edən  məqalələrinin,  xatirələrinin 
toplandığı  "Sən  həmişə  bizimləsən"  kitabının  təqdimat 
mərasimi keçirilmişdir. 
"Bəstəkar  Süleyman  Ələsgərov  öz  çıxışında  ("Sən 
həmişə  bizimləsən"  kitabının  təqdimat  mərasimində  - 
tərt.)  bildirdi  ki,  İlyas  Əfəndiyev  mədəniyyətimizin, 
ədəbiyyatımızın  üfüqündə  sönməz  ulduz  kimi  əbədi 
olaraq  parlayacaqdır.  O,  xalqın  məhəbbətini  qazanan, 
mənalı ömür yaşamış dramaturq-yazıçı, vətəndaş kimi öz 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
165 
missiyasını  yerinə  yetirib  dünyadan  köçmüşdür."  (Bax: 
Pərvanə Sultanova. "Xalq qəzeti", 7 oktyabr 1999.) 
"Sən  həmişə  bizimləsən"  kitabı  haqqında  məqalə 
yazmış  müəlliflər  görkəmli  sənət  adamlarının  İlyas 
Əfəndiyev haqqında fikirlərini nümunə gətirir və yazırlar: 
"Bunlar gəlişigözəl ifadələr yox, 20 əsəri səhnədə uğurla 
tamaşaya  qoyulmuş,  istedadlı  aktyor  və  rejissorlar 
nəslinin  yetişdirilməsində  misilsiz  xidmətlər  göstərmiş, 
Azərbaycan  ədəbiyyatı  kimi  zəngin  bir  xəzinədə  "İlyas 
Əfəndiyev  məktəbi"  yaratmış  bir  yazıçının  əməyinin 
tutarınca  qiymətləndirilməsi  üçün  diqqətlə,  məsuliyyətlə 
seçilən  sözlərdir."  (Bax:  Ramiz  Bilalov,  Mirəvəz 
Rəhimov. ("Ad günü" qəzeti, noyabr 1999.) 
Başqa bir məlumatda bildirilir: 
 ―  İlyas  Əfəndiyevin  vəfatının  dördüncü  ildönümü 
münasibətilə  görkəmli  ziyalılar,  mədləniyyət,  elm, 
incəsənət  xadimləri  Fəxri  Xiyabanda  böyük  sənətkarın 
məzarını  ziyarət  etmiş  və  mitinq  keçirmişlər.  Mitinqdə 
Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət  naziri Polad 
Bülbüloğlu,  xalq  artistləri  Bəsti  Cəfərova,  Ramiz 
Məlikov,  xalq  şairi  Qabil,  əməkdar  incəsənət  xadimi 
Azərpaşa  Nemətov,  "Ədəbiyyat  qəzeti"nin  baş  redaktoru 
Ayaz  Vəfalı  və  sonda  yazıçının  oğlu,  xalq  yazıçısı, 
Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini  Elçin 
çıxış etmişlər.  
Mərasim  Milli  Akademik  Dram  Teatrında  davam 
etmişdir. 
Hollda 
İlyas 
Əfəndiyevin 
həyat 
və 
yaradıcılığından  bəhs  edən sərgi açılmışdır.  Sonra Əmin 
Əfəndiyevin  "İlyas  Əfəndiyevin  yaradıcılığı"  kitabının 
təqdimatı  olmuşdur.  Təqdimat  məclisini  akademik  Bəkir 
Nəbiyev  aparmışdır.  Ədəbiyyatşünas  Vaqif  Arzumanlı, 
teatrşünas  İlham  Rəhimli,  Bəstəkarlar  İttifaqının  birinci 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə