www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
160
illəri", "30-cu illərin ictimai-siyasi həyatı və yazıçı
taleyi", "Bakı ədəbi mühitində" mövzuları qələmə
alınmışdır.
"Bədii nəsrin uğurları" adlı II fəsil "Nəsrdə ilk
addımlar. Hekayələrdə epik və lirik səhnələr", "Povest və
romanlarında müasir həyatın inikası", "Yazıçı və tarix"
yarımfəsillərindən ibarətdir.
III
fəsil
"İlyas
Əfəndiyev dramaturgiyasının
özünəməxsusluğu" adlanır və burada "İntizar"la başlanan
yol", "Mənəvi gözəlliyin lirik-psixoloji təsviri", "Tarixi
simaların səhnə həyatı" mövzuları öz əksini tapmışdır.
Nəhayət, "Bədii-estetik görüşləri" adlı IV fəsildə
müəllif "Ədəbiyyat haqqında düşüncələr‖, "Teatr və səh-
nə problemləri", "Elm, mədəniyyət və incəsənət mə-
sələləri" mövzuları üzərində tədqiqat işi aparmışdır.
"Nəticə"də İlyas Əfəndiyevi "müasir ədəbiyyatımızın
canlı klassiki" adlandıran müəllif yazır: "Azərbaycan
xalqı öz tarixi inkişafının ayrı-ayrı mərhələlərində
ədəbiyyat və mədəniyyətimizə bir sıra görkəmli
şəxsiyyətlər bəxş etmişdir. İlyas Əfəndiyev də xalqımızın
XX əsrdə yetişdirdiyi ən işıqlı və istedadlı şəxslərindən
biridir.‖
Müəllif, dünya şöhrətli bəstəkar, xalq artisti
A.Məlikovun fikrini burada yerində təkrarlayaraq yazır:
―Xalqımız Nizami və Füzuli, M.F.Axundov və
C.Məmmədquluzadə, S.Vurğun və R.Rza, Ü.Hacıbəyov
və Y.Məmmədəliyev, Q.Qarayev və F.Əmirovla fəxr
etdiyi kimi, İlyas Əfəndiyevin yaradıcılığı ilə fərəhlənir
və qürur hissi keçirir."
Kitabın sonunda "İstifadə olunmuş ədəbiyyatın
siyahısı" verilmişdir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
161
Əmin Əfəndiyevin ―İlyas Əfəndiyevin yaradıcılığı‖
(Bakı, "Elm", 2000.) ədəbi-tənqid tərəfindən də
qiymətləndirilmişdir. (Bax: Şamil Salmanov. Dəyərli
tədqiqat. "Ədəbiyyat qəzeti", 29 sentyabr 2000; Cabbarov
S. Ədibin xatirəsi yad edildi. (Ə.Əfəndiyevin «İlyas
Əfəndiyevin yaradıcılığı» kitabının təqdimatı haqqında)
//Azərbaycan. - 2000. - 4 oktyabr və s.) Bu barədə digər
faktlara diqqət yetirək:
"Monoqrafiyada çoxsahəli yaradıcılıq yolu keçmiş
yazıçının hekayə və oçerkləri, povest və romanları, dram
əsərləri və ədəbi-tənqidi məqalələri təhlil olunmuş, eyni
zamanda onun həyat və yaradıcılığı ilə əlaqədar bu günə
qədər qaranlıq qalmış bir sıra məqamlar ilk dəfə ətraflı
şəkildə
işıqlandırılmışdır."
(Bax:
Rüstəmli
N.
"Respublika" qəzeti, 8 oktyabr 2000.)
"Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı"
kitabının bir əhəmiyyəti də ondadır ki, burada qoyulan
problemlər və konkret məsələlər təqiqatçılar üçün böyük
mövzudur." (Bax: Zümrüd Bayramova."Səs" qəzeti, 22
oktyabr 2000.)
Əmin Əfəndiyev doğru olaraq söyləyir ki, ―elmdə son
hədd, axırıncı zirvə anlayışı yoxdur və ola da bilməz.
Dünən üçün qaranlıq qalmış fikirlər bu gün açıqlanır, bu
gün üçün dərk olunmamış hadisələr sabah mütləq
aydınlaşdırılacaqdır. Heç şübhəsiz ki, İ.Əfəndiyev
haqqında dediklərimiz də son söz deyildir. Yazıçının
yaradıcılığında bizim tərəfimizdən az işıqlandırılmış
problemlər
və
konkret
məsələlər
özünün yeni
tədqiqatçılarını gözləyir.‖ (Müəllifin göstərilən əsəri,
s.287.)
Ölməz sənət nümunələri kimi Azərbaycan nəsr və
dramaturgiyası
xəzinəsini
zənginləşdirən,
yüksək
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
162
vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji
tapıntılarla zəngin olan İlyas Əfəndiyev yaradıcılığı
ədəbiyyat tariximizdə yeni bir mərhələ açdığından,
əlbəttə ki, zaman-zaman həmişə tədqiq ediləcək, öy-
rəniləcək, ədəbi-estetik fikrin diqqətində olacaqdır...
****
İlyas Əfəndiyev yaradıcılığı və şəxsiyyəti barəsində
müxtəlif
dövlət
tədbirlərində,
kitablarının
təqdimatlarında, xatirə və yubiley günlərində ədəbi
simaların,
alimlərin,
sənət
adamlarının,
dövlət
xadimlərinin çox maraqlı fikirləri, mülahizələri ilə də
qarşılaşırıq. Təssüf ki, həmişə, bir qayda olaraq bu
mülahizələr diqqətdən və tədqiqatdan kənarda qalır. Biz
bu tədbirlərdə söylənən fikirlərə xüsusi önəm verərək,
onlardan ən səciyyəvi olanlara diqqəti cəlb etmək
istərdik.
Məsələn, 2009-cu ilin iyulun 06-da Miniatür Kitab
Muzeyində
xalq
yazıçısı
İlyas
Əfəndiyevin
hekayələrindən ibarət kitabın təqdimatı olub. Rus dilində
150 nüsxə tirajla çap olunan miniatür kitabda görkəmli
yazıçının 5 hekayəsi yer alıb. Bu tədbirdə respublikanın
cox tanınmış, görkəmli ziyalıları İlyas Əfəndiyev
barəsində qiymətli fikirlər söyləyiblər. Xronikanı olduğu
kimi burada veririk:
―Tədbiri giriş sözü ilə muzeyin direktoru Zərifə
Salahova açaraq, İ.Əfəndiyevin yaradıcılığının Azər-
baycan ədəbiyyatında özünəməxsus yer tutduğunu önə
çəkib.
Dostları ilə paylaş: |